Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə71/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   67   68   69   70   71   72   73   74   ...   265

Gülüstan müqaviləsi 

 

171



olmaması ilə  əlaqələndirirdi. Bildirilirdi ki, Qacar qoşunlarının 

hücumlarının qarşısının alınması üçün bölgədə mövcud olan qüvvələrdən 

əlavə, ehtiyat qüvvələrin olmasına da ehtiyac vardır. Nazirlik Sisianovun 

qətlə yetirilməsindən sonra Cənubi Qafqazda müqavimət hərəkatının 

genişlənəcəyini istisna etmirdi. Bu müqavimət hərəkatının genişlənməsi 

ehtimalı da rusların ehtiyat qüvvələrinin artırılmasına diqqəti gücləndir-

məyi tələb edirdi. Bununla belə, Xarici İşlər Nazirliyi tövsiyə edirdi ki, 

Sisianovun yerinə təyin ediləcək yeni baş komandan dərhal Bakıya qoşun 

dəstəsi göndərsin, Bakı  şəhəri işğal edilsin, Hüseynqulu xan və onun 

varisləri xanlıq hüququndan məhrum edilsinlər. Bundan başqa təklif 

olunurdu ki, Kür çayı boyunca yeni xətt yaradılsın və bu xətt hərbi 

postlar və istehkamlar vasitəsilə Gəncə ilə birləşdirilsin. Rusiya Xarici İş-

lər Nazirliyi Kür çayının mənsəbində yerləşən Salyana, Kür və Arazın 

qovşağı olan Cavada rus qoşunları yerləşdirməyi məsləhət bilirdi. Bu 

məntəqələrdə  hərbi istehkam qurğularının tikilməsi də lazım bilinirdi. 

Bununla Kür çayında kiçik gəmilərdən istifadə etməklə  gəmiçiliyin də 

nəzarət altına alınması  nəzərdə tutulurdu. Kür çayı boyunca rus 

qoşunlarının möhkəmlənməsi Bakı-Gürcüstan yolunun təhlükəsizliyinin 

qorunması baxımından  əhəmiyyətli sayılırdı. Xarici İşlər Nazirliyi belə 

bir qənaətini ifadə edirdi ki, bu yolun təhlükəsizliyini Şamaxı xanı poza 

bilər. Xarici İşlər Nazirliyi Şamaxı xanının Rusiya təbəəliyindən çıx-

masını və onun ruslara qarşı mövqe tutmasının mümkünlüyünü də istisna 

etmirdi (7). 

Rusiya Xarici İşlər Nazirliyi təklif edirdi ki, hərbi  əməliyyatların 

məhdudlaşdırıldığı vaxt ərzində rus qoşunları  işğal edilmiş  ərazilərin 

mənimsənilməsi ilə məşğul olsun, həmin ərazilərdə qalalar tikilsin, yollar 

abadlaşdırılsın. Bununla eyni zamanda gələcək hərbi  əməliyyatlar üçün 

möhkəm hazırlıq işləri aparılsın. Konkret olaraq, Rusiya Xarici İşlər 

Nazirliyi aşağıdakı  məsələlər üzərində diqqəti cəmləşdirməyi lazım 

bilirdi: 1) mövcud qüvvələrin imkanlarına uyğun fəaliyyət göstərmək

hərbi əməliyyatları dayandırmaq, yeni işğaldan imtina etmək və münasib 

şəraitin yetişməsini gözləmək. Amma bu zaman Bakı məsələsinə istisna 

hal kimi yanaşılırdı. Tövsiyə olunurdu ki,  Xəzər dənizinin  ən yaxşı 

limanı kimi Bakı şəhəri işğal edilsin  və bununla da Sisianovun qətlinin 

intiqamı alınsın. Bildirilirdi ki, şəhərin işğalı heç də  ağır nəticələr 

verməyəcək.  Əksinə, Həştərxanla  əlaqələrin yaradılması üçün Bakının 

işğalı vacib sayılırdı; 2) Azərbaycan xanlıqları  ərazisində  təşkil olunan 

yeni idarəçilik orqanlarını müdafiə etmək, Fətəli  şahla danışıqların  

başlanmasına cəhd göstərmək. Bununla, qoşunların hərbi  əməliyyatlara 

cəlb edilməsinin  əvəzinə digər  əhəmiyyətli işlərin görülməsi lazım 




Mehman Süleymanov 

 

172



bilinirdi; 3) Dağlı xalqları ilə isə döyüşlərin aparılması  zəruri sayılırdı, 

Dağıstanın mühasirədə saxlanması  təklif edilirdi. Çünki Rusiya Xarici 

İşlər Nazirliyi Dağıstan xanlıqlarının döyüşgənliyindən, Rusiya ilə 

barışmazlığından çox ehtiyatlanırdı və bu fəallığın qarşısının alınmasının 

qeyri-mümkünlüyü də  qəbul edilirdi. Ona görə Rusiya Xarici İşlər 

Nazirliyi dağlı xalqlarının həmişə  nəzarət altında saxlanmasını  zəruri 

sayırdı (8). 

Havaların qızması ilə  həm Azərbaycan xanlıqları daxilində Rusiya 

işğalına qarşı müqavimət  əhval-ruhiyyəsi gücləndi, həm də Qacar 

qoşunlarının Arazdan şimala yürüşü üçün hazırlıqları genişləndirdi. Yəni, 

Cənubi Qafqazda hərbi  şəraitin gərginləşdiyi vaxtda, iyun ayının 2-də 

Rusiya imperatoru feldmarşal İvan Vasilyeviç Qudoviçi Rusiya qoşunları 

Qafqaz xəttinin və Gürcüstanın baş komandanı  təyin etdi. Feldmarşal 

Qudoviç baş komandan təyin edildiyi günlərdə Qarabağ xanı 

İbrahimxəlil xanın rus hərbçiləri tərəfindən qətlə yetirilməsi  Azərbaycan 

xanlıqları ərazisində ruslara qarşı barışmaz mövqeni daha da gücləndirdi 

və Qacar qoşunlarının Cənubi Qafqaza yürüş etməsinə təkan verdi. 

Rusiya işğalı ilə barışmayan Azərbaycan xanlıqlarının itaət altına 

gətirilməsi üçün Qafqazdakı qoşunların baş komandanı  təyin edilmiş 

İ.Qudoviçin əvvəlki fəsillərdə göründüyü kimi, bölgə ilə tanışlığı var idi. 

Lakin bu tanışlıq onun və onu təyin edənlərin düşündüyü kimi deyil, 

səthi tanışlıq idi. Feldmarşal Qudoviç bölgə  əhalisinin işğalçılıqla 

barışmayan xarakterinə  bələd deyildi və  həyatının qürub yaşlarında 

olmasına baxmayaraq zorla və güclə Qafqazda hər  şeyə nail olmağı 

mümkün hesab edirdi.  Bu baxımdan o öz sələfi Sisianovdan elə  də 

fərqlənmirdi və 

Cənubi Qafqazda imperiyanın dayaqlarının 

möhkəmləndirilməsini də Qudoviç yeni təyinatının əsas vəzifəsi sayırdı. 

Bu istiqamətdə Qudoviç müstəqilliyə meyl göstərən hakimlərə divan 

tutulmasını, onların var-yoxunun və mülklərinin əllərindən alınıb itaətkar 

hakimlər arasında bölüşdürülməsini məqsədəuyğun sayırdı. 

 Feldmarşal Qudoviç rus tarixi ədəbiyyatında özündən razı, 

təkəbbürlü və eqoist bir şəxs kimi təsvir olunur. O, əmin idi ki, Qafqaz 

xanlıqlarını susdurmağa gücü çatacaqdır. Tabeçiliyində olanlardan da 

tələb edirdi ki, onun adı ətrafında bir vahimə yaradılsın, yerli xanlar onun 

adı ilə qorxudulsun və onun əlavə qoşun hissələri ilə bölgəyə  gəlməsi 

haqqında  şayiələr yayılsın. Məntiqsiz iddialarının həyata keçirilməsi 

üçün Qudoviç heç kimlə  məsləhətləşmir, kimsənin də fikirlərini nəzərə 

almırdı. Bu mənada feldmarşal Qudoviç hətta öz həmkarları arasında da 

lazımi nüfuza malik deyildi (9). 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə