Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə72/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   68   69   70   71   72   73   74   75   ...   265

Gülüstan müqaviləsi 

 

173



 

 

Fətəli şah 




Mehman Süleymanov 

 

174



 

Feldmarşal Qudoviçin yeni vəzifəsinin icrasına hazırlaşması, bölgəyə 

gəlib çıxması xeyli vaxt apardı. Onun 1806-cı il iyun ayının 2-ci 

yarısında Sankt-Peterburqdan yola düşdüyü ehtimal olunur. Həmin 

günlərdə Qacar qoşunları artıq Araz çayının  şimalına adlamış, 

Azərbaycan xanlıqlarında isə Rusiya işğalına qarşı  çıxışlar baş 

qaldırmışdı.  İ.Qudoviç bir də iyulun 27-də Georgoyevskə  gəlib çatdı. 

Burada da o çox gözləməli oldu. Məlumdur ki, onun Tiflisə yetişməsi 

1806-cı il oktyabr ayının  əvvəllərinə  təsadüf edir. Qudoviçin baş 

komandan vəzifəsinə təyin olunduğu vaxtdan Tiflisə gəlib çıxdığı vaxta 

qədər Cənubi Qafqazda və o cümlədən Azərbaycan xanlıqları ərazisində 

ciddi proseslər baş verdi. Bu prosesləri  İ.Qudoviç kənardan izləmək 

məcburiyyətində qaldı. 

1806-cı ilin yayında Rusiyanın işğalına düşmüş Azərbaycan 

xanlıqlarının Rusiya işğalından qurtarılması üçün fəallaşması bölgənin 

hərbi-siyasi şəraitinə təsir göstərən əsas amillərdən biri idi. Digər bir amil 

isə heç şübhəsiz ki, Arazı adlayan Qacar qoşunlarının fəallaşması idi. 

Qacar sarayı bu çox istiqamətli yürüşü ilə rus qoşunlarını bölgədən 

sıxışdırmaq niyyətində olduğu kimi, həm də Azərbaycan xanlıqlarını öz 

nəzarəti altına almaq istəyirdi. 

Qacar sarayı bir sıra istiqamətə qoşun dəstəsi göndərməklə bütün 

Azərbaycan xanlıqlarını, Dağıstanı  və Gürcüstanı  əhatə etmək istəyirdi. 

Bu yürüş zamanı gürcü şahzadəsi Aleksandr da Azərbaycan ərazilərindən 

keçməklə Tiflisə doğru irəliləməyi planlaşdırırdı. Nəzərdə tutulmuşdu ki, 

şahzadə Aleksandrın rəhbərliyi altında olan qoşun dəstəsi Akstafa çayı 

ətrafına toplaşsın, buradan Dağıstan hakimləri ilə əlaqəyə girsin və sonra 

da Abbas Mirzə ilə birlikdə Tiflisə doğru yürüşünü davam etdirsin. Şah-

zadə Aleksandr yürüşə başlamazdan  əvvəl Qazax əhalisinə  xəbər 

göndərdi ki, yürüşü ilə onlara heç bir ziyan yetirməyəcək. Abbas 

Mirzənin isə  dəstəsi ilə  əvvəlcə Qarabağa və oradan da Gəncəyə 

yollanacağı ehtimal edilirdi. Fətəli  şahın özünün də Arazdan şimala 

həyata keçirilən yürüşdə iştirak edəcəyi haqqında məlumatlar alınmışdı. 

Onun qoşun dəstəsi ilə Göyçə gölü ətrafına gələcəyi gözlənilirdi (10). 

Qacar qoşunlarının hücuma hazırlaşması  xəbəri rus qoşunları 

komandanlığında təşvişlə qarşılansa da, işğalın qorunub saxlanması üçün 

müəyyən addımlar atıldı. Müdafiənin daha yaxşı qurulması üçün 

qüvvələrin bölüşdürülməsinə  və onların daha mühüm məntəqələrdə 

yerləşdirilməsinə dair qərarlar qəbul edildi. General-mayor Nebolsinin 

rəhbərliyi altında Troitski muşketyor alayının 2 taboru Kürəkçay ətrafına  

göndərildi. Bu dəstə döyüşə hazır vəziyyət almalı və göstəriş verilən kimi 




Gülüstan müqaviləsi 

 

175



Qarabağa daxil olmalı idi. Troitski muşketyor alayının üçüncü taborunun 

iki bölüyü polkovnik Simanoviçin və  Pəmbək və  Şuragöldə dayanmış 

dəstəsinin gücləndirilməsinə göndərildi. Polkovnik Simanoviçin 

tabeliyində adları çəkilən mahallarda Saratov muşketyor alayı və Qafqaz 

qrenadyor alayının bir taboru var idi. Bu mahallar ruslar tərəfindən yaxşı 

qorunmaqla bərabər, polkovnik Simanoviç bu bölgədə  şah qoşunlarının 

Gürcüstan üzərinə geniş hücumunun qarşısını ala bilərdi. Bunun üçün 

polkovnik Simanoviç əvvəlcə bu mahalların sərhəddə olan kəndlərinin 

əhalisini başqa yerə köçürtdü. Sonra Gümrü və Hamamlı kəndlərinə qo-

şun bölmələri yerləşdirdi. Gürcüstanla əlaqələrin daha yaxşı qurulması 

üçün Qazax və Şəmşəddil ətrafına da əlavə qoşun bölmələri göndərildi. 

Toplarla müşayiət olunan həmin bölmə bölgədəki qüvvələri 

möhkəmləndirməklə Gəncə-Tiflis yoluna nəzarəti təmin etməli idi (11). 

Məlum olduğu kimi, 1806-cı il iyul ayının  əvvəllərində Qacar 

qoşunları yenidən Azərbaycan xanlıqları üzərinə yürüş etdilər. 

Qoşunların bir dəstəsi Qarabağ xanlığı  ərazisində ruslarla qarşılaşmalı 

oldu. Başqa bir dəstə isə Hüseynqulu xan Urmiyəlinin rəhbərliyi altında 

Gəncə istiqamətində irəlilədi və iyul ayının 16-da bu dəstə Gəncədən 60 

verst məsafədə, Qaramurad adlanan məntəqədə düşərgə saldı. Cavad 

xanın oğlu Uğurlu ağanın da qoşulduğu bu dəstənin tərkibi 4 min nəfərlik 

döyüşçüdən ibarət idi. Bu məntəqədə dayanarkən Car-Balakənə məktub 

göndərildi və Car-Balakən  əhalisi ruslara qarşı mübarizəyə çağırıldı. 

Bütünlükdə, yerli əhaliyə  Fətəli  şahın müraciəti gətirilmişdi. Bundan 

başqa Uğurlu ağa özü də yerli əhaliyə məktubla müraciət etdi (12). 

Uğurlu ağanın Gəncənin xristian əhalisinə müraciəti də mövcuddur 

və  həmin müraciət rus tarixi ədəbiyyatında da çap olunmuşdur. Həmin 

müraciətdə deyilirdi: “Siz həmişə bizim çalışqan təbəələrimiz 

olmuşsunuz və heç vaxt bizə xidmətdən imtina etməmişsiniz.  Əgər siz 

xristian olduğunuza görə ehtiyat edirsinizsə ki, biz gəlib ölkəni alandan 

sonra azərbaycanlılara üstünlük verəcəyik və sizi sıxışdıracağıq, Allaha 

və  rəhmətlik atamın ruhuna and olsun ki, sizi azərbaycanlılardan 

fərqləndirməyərək hörmətinizi saxlayacağıq. Əgər siz güman edirsinizsə 

ki, indiki yürüşümüz əvvəlki yürüşlərimizin oxşarı olacaq, bu belə deyil. 

Biz bu il burada qalacağıq və şahzadə də (Abbas Mirzə nəzərdə tutulur - 

M.S.) buradakı əyalətlərdə olacaq və əmin olun ki, farslar bu niyyətindən 

geri çəkilməyəcəklər. Əksinə, hökmdar özü (Fətəli şah nəzərdə tutulur – 

M.S.) çoxsaylı və məğlubedilməz qoşunlarla Təbrizdən yola düşmüş və 

Sofiyandadır.  Əgər siz öz çalışqanlığınızı göstərsəniz mərhəmətlə 

qarşılanacaqsınız.  Əgər etməsəniz, onda əbəs yerə talanlarla 

qarşılaşacaqsınız ” (13). 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə