Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə68/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   64   65   66   67   68   69   70   71   ...   265

Mehman Süleymanov 

 

160



rəsmi raportunda əks etdirmişdi. Onun yazdığına görə, general Sisianov 

və Bakı xanı onlar üçün hazırlanmış yerdə oturub dostcasına söhbət 

etdikləri vaxt arxada dayanan şəxsin pistoletdən açdığı atəşlə Sisianovu 

qətlə yetirdi. Dərhal  İbrahim bəy Sisianovun başını  kəsərək Təbrizə 

apardı. Sisianovun başının gətirildiyi gün Təbriz çil-çıraqla bəzədilibmiş. 

Abbas Mirzə də general Sisianovun kəlləsini kəsib gətirən İbrahim bəyə 

mükafat olaraq xan rütbəsi verdi (113). 

Bu məlumat  Ə.Dünbəlinin yuxarıda istinad edilən məlumatından 

xeyli fərqlidir.  Əvvəla, məlumdur ki, Sisianovun başı Abbas Mirzəyə 

Ərdəbildə  təqdim olundu. Digər tərəfdən Abbas Mirzənin bu hadisəyə 

münasibətinin  Ə.Dünbəlinin yazdığı kimi olduğu halda şəhərin çil-çı-

raqla bəzədilməsi yəqin ki, qeyri-real olardı. 

Hadisələrin başqa bir şahidinin yazdığına görə, Sisianov Hüseynqulu 

xanla görüşəndən dərhal sonra qətlə yetirildi. Bildirilir ki, Sisianovla 

Hüseynqulu xan qucaqlaşaraq salamlaşandan sonra qaladan çıxıb gələn 

iki atlı görüş yerinə yaxınlaşdılar və onların açdığı atəşdən Sisianov qətlə 

yetirildi. Həmin atlılar xəncərlə Sisianovun başını  kəsdilər. Bu zaman 

qaladan atlı dəstə çıxaraq xana yaxınlaşdı və onu qala daxilinə müşayiət 

etdi. Bildirilir ki, Sisianovun qətlə yetirilməsinə görə knyaz Eristov xana 

çox qəzəbləndi və ona görə xan onu da qətlə yetirməyi  əmr etdi. Qala 

divarları üzərində qurulmuş topların işə salınması isə rus dəstəsinin 

Sisianovun cəsədini götürməsinə mane oldu və rus dəstəsi qaladan 

uzaqlaşmaq məcburiyyətində qaldı (114). 

Başqa bir şahidin ifadəsinə görə, Hüseynqulu xan qala darvazasından 

piyada çıxıb görüş yerinə yaxınlaşdı. O, qala açarlarını özü ilə  gətir-

məmişdi. Çünki onun məqsədi yalnız danışıqlar aparmaq idi. Hüseynqulu 

xanın yanınca ona yaxın olan Kazım bəy və Kərim bəy addımlayırdılar. 

Onları isə nökərlər müşayiət edirdilər. Hüseynqulu xan və onun yanın-

dakılar görüş yerinə çatıb yerə salınmış keçə üzərində oturdular. General 

Sisianov sonradan görüş yerinə gəlib çıxdı. Onu da mühafizəçilər müşa-

yiət edirdilər. 

General Sisianov öz mühafizəçilərini aralıda saxlayıb yavəri və iki 

nəfər kazakla görüş yerinə  gəldi. Sisianovun yavərinin knyaz Eristov 

olması güman edilir. Həmin vaxtlarda qalada Qacar sarayı  tərəfindən 

göndərilmiş iki nəfər xan yaşayırdı. Bu xanlar Hüseynqulu xanın qohumu 

olan  İbrahim bəylə  əlaqəyə girmişdilər. Bildirilir ki, İbrahim bəyin Hü-

seynqulu xanla yaxşı münasibətləri yox idi və general Sisianovun 

öldürülməsi ideyası da ona məxsus idi. Sisianovla Hüseynqulu xan 

arasında danışıqlar başlayandan sonra İbrahim bəy iki nökəri ilə qaladan 

çıxıb görüş yerinə tərəf irəlilədi. 




Gülüstan müqaviləsi 

 

161



 

 

Bakıda general Sisianovun qətlə yetirildiyi 



yerdə onun xatirəsinə tikilmiş abidə 

 


Mehman Süleymanov 

 

162



 


Gülüstan müqaviləsi 

 

163



Hadisələrin başqa bir şahidinin yazdığına görə, Sisianov Hüseynqulu 

xanla görüşəndən dərhal sonra qətlə yetirildi. Bildirilir ki, Sisianovla 

Hüseynqulu xan qucaqlaşaraq salamlaşandan sonra qaladan çıxıb gələn 

Hüseynqulu xan onların kənarlaşmasına işarə versə də, İbrahim bəy onun 

iradəsini qəbul etmədi və  qəfildən tüfəngini çəkib Sisianova atəş açdı. 

Hüseynqulu xanın bu plandan xəbəri olmadığı üçün dəhşətə  gəldi. 

İbrahim bəy xanın etirazına baxmayaraq Sisianovun başını  kəsdi və 

Təbrizə apardı.  Şahidlərin xatirələrində bildirilir ki, bu əməlinə görə 

Abbas Mirzə  İbrahim bəyi Qacar qoşunlarına qəbul etdi və onu dəstə 

başçısı  təyin etdi. Məlumata görə, yerli əhali Sisianovun cəsədini 

yaxınlıqda zibil toplanmış bir əraziyə atdılar və sonradan orada 

Sisianovun xatirəsinə abidə ucaldıldı (115). 

Bütün bu fərqli məlumatlara baxmayaraq, hər halda 1806-cı il 

fevralın 8-də P.D.Sisianov işğalçılıq niyyəti ilə soxulduğu Bakı ətrafında 

qətlə yetirildi Bununla Rusiyanın Cənubi Qafqazda işğalçılığının Sisinov 

dövrü başa çatdı. Silah gücünə xanlıqların taleyini həll etməyə qadir 

olduğunu sübut etmək istəyən Sisianov xalq qəzəbinin də qurbanı oldu. 

Mövcud olan bütün məlumatlara baxmayaraq, Hüseynqulu xanın 

Sisianovun qətlindəki iştirakını istisna etmək olmaz. Çünki başqa 

imkanları tükənmiş olan Hüseynqulu xanın xanlığın müstəqilliyinin 

qorunub saxlanması üçün başqa bir seçimi yox idi. 

Qəribədir ki, qətlə yetiriləndən sonra gücünə arxalandığı rus 

generalları  və qoşunları Sisianovun cəsədinin geri alınmasına heç bir 

cəhd göstərmədilər. Baxmayaraq ki, onların buna imkanı var idi. 

Sisianovun dəstəsi ilə general Zavalişinin dəstəsi birlikdə kifayət qədər 

gücə malik idilər. Məlumdur ki, Sisianovun cəsədi qala daxilinə 

aparılmadı və qala xaricində kimsəsiz qaldı. 

Yerli ermənilər Sisianovun cəsədini qırlanmış tabuta qoyub yerə 

basdırdılar. Yəni, general Zavalişin cəhd göstərmiş olsaydı Sisianovun 

cəsədini  əldə edə bilərdi. Amma general Zavalişin tərəfindən rəhbərlik 

edilən rus qoşunlarının belə bir cəhd göstərməsi barəsində  məlumat 

mövcud deyil. 

1808-ci ilə qədər Sisianovun cəsədi Bakıdan kənardakı kiçik erməni 

kilsəsində qaldı. Həmin il rus qoşunlarının Qafqazdakı baş komandanı 

markiz Pauluççinin tapşırığı ilə Sisianovun cəsədinin qalıqları Tiflisdəki 

Sion kilsəsinə aparıldı  və orada dəfn edildi. Hüseynqulu xan isə Bakı 

xanlığının müstəqilliyini qoruyub saxlamağa müvəffəq oldu. 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə