Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə65/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   61   62   63   64   65   66   67   68   ...   265

Mehman Süleymanov 

 

154



Bakı ətrafında yaranmış vəziyyətdən xəbər tutan Sisianov bu şəhərin 

də danışıqlar yolu ilə Rusiyaya birləşdirilməsinin mümkün olmayacağını 

anladı  və özünün sınanmış metodu olan silah işlədilməsinə  əl atmağı 

qərarlaşdırdı. Sisianov əmin idi ki, yalnız güc nümayiş etdirməklə 

Hüseynqulu xanı öz inadından çəkindirmək və Bakı xanlığının 

müstəqilliyinə son qoymaq olar. Ona görə Sisianov Gəncədən  şərqə 

doğru başlayacağı yürüş zamanı həm Şamaxı xanını, həm də Bakı xanını 

müqavilə imzalamağa məcbur etmək istəyirdi.  

Bununla belə, Gəncədən hərəkət başlayandan sonra Sisianov 

 

Hüseynqulu xana məktub yazdı  və onu Rusiya təbəəliyini qəbul 



etməyəcəyi təqdirdə  hədələməkdən çəkinmədi. Sisianov Hüseynqulu 

xana onunla tanışlığını, 1803-cü ildə onun nümayəndəsi Allahverdi bəy 

tərəfindən Rusiya təbəəliyinin qəbul edilməsi haqqında müqavilə 

imzalanmasını, sonra da bu təbəəlikdən imtina etməsini xatırlatdı. 

Sisianov bildirdi ki, Hüseynqulu xanın müqavimət göstərməsinin heç bir 

mənası yoxdur. Əksinə, müqavimət göstərməsi ona itkilər bahasına başa 

gələr. Sisianov bəyan etdi ki, Hüseynqulu xanın çıxış yolu general 

Zavalişin vasitəsilə göndərilən müqavilə layihəsinin imzalanmasıdır. Si-

sianov,  əks təqdirdə qalanın hücumla alınacağı, Hüseynqulu xanın isə 

Cavad xanın taleyini yaşamalı olacağını bildirdi. Sisianov təkidlə  təklif 

edirdi ki, Hüseynqulu xan müqaviləni imzalasın, rus qarnizonunu Bakı 

qalası daxilinə buraxsın. Belə olacağı təqdirdə Sisianov Bakı xanı ilə dost 

kimi görüşəcəyini bəyan edirdi (97). 

Sisianov  şəkili tacir vasitəsilə göndərdiyi bu məktubunun  Hü-

seynqulu xanı yumşaldacağına və onu müqavilənin imzalanmasına sövq 

edəcəyinə əminliklə yanaşırdı. O, general Zavalişini də xəbərdar etdi ki, 

Bakıya yaxın olsun. Yoxsa, müqavilənin imzalamağa hazır olan Hüseyn-

qulu xan onu axtarıb tapa bilməzdi (98). 

Hüseynqulu xan isə Sisianovun heç bir hədə-qorxusunu qəbul etmədi. 

Ona görə  də general Sisianov Şamaxı xanı ilə müqavilə imzalayandan 

sonra Bakı xanlığı üzərinə hücumun hazırlığına başladı. Hava şəraitinin 

mürəkkəb olmasına baxmayaraq, Sisianov Bakıya doğru irəliləməyi 

məqsədəuyğun sayırdı. Çünki onun fikrincə, mürəkkəb qış  şəraitində 

Qacar sarayı Bakı xanına lazımi köməyi göndərə bilməyəcəkdi ki, bu da 

Bakı xanının müdafiə imkanını xeyli zəiflədərdi. Lazımi hazırlıq işlərini 

görəndən sonra P.D.Sisianov 1806-cı ilin yanvarının ilk günlərində 

Şamaxı ətrafından Bakıya doğru hərəkətə başladı. 

General Sisianov 1806-cı il yanvar ayının 30-da Bakı yaxınlığına 

yetişdi və Naharbulaq adlı  məntəqədə düşərgə saldı. Rus generalı Bakı 

ətrafına gec çatmasını yolların qarlı olması ilə  əlaqələndirirdi. Bir gün 




Gülüstan müqaviləsi 

 

155



sonra o, general Zavalişinə  məktub göndərdi. Bu məktubun məzmu-

nundan belə bir qənaətə  gəlmək mümkündür ki, Sisianov Bakı  ətrafına 

çatanda general Zavalişin gəmilərdə idi. Sisianov öz dəstəsindən 300 

nəfərlik bir qrupu onun yanına köməyə göndərdi ki, həmin qrupun hi-

mayəsi altında general Zavalişinin 100 nəfərlik dəstəsi bir ədəd topla sa-

hilə  çıxsın. Başqa sözlə, gəmilərdə olan rus dəstəsinin görünür, təhlü-

kəsiz sahilə çıxmasının özü də müəyyən çətinliklərlə qarşılaşırdı. Fevral 

ayının 2-də general Zavalişin bütün dəstəsi ilə Sisianovun dəstəsinə 

birləşdi. Bu zaman onun dəstəsində 486 nəfər silahlı  və 4 ədəd top var 

idi. General Zavalişin Bakının Quba yolu istiqamətində toplaşan 

Sisianovun dəstəsinin sol cinahında yerləşdirildi (99). 

General Sisianov Bakı ətrafına yetişəndən bir gün sonra Hüseynqulu 

xana yenidən məktub göndərdi. Sisianov öncə yazdığı  məktuba cavab 

olmadığını, Bakı xanı  tərəfindən  əvvəlcə imzalanan müqaviləyə  əməl 

edilmədiyini Hüseynqulu xanın diqqətinə çatdırdı. Sisianov yazırdı ki, 

Hüseynqulu xanın general Zavalişinə qarşı müqavimət göstərməsini və 

rus qoşunlarına qarşı güllə atılmasını da təəccüblə qarşılamışdır. General 

Sisianov bir daha Bakı qalasının  əvvəldən təqdim edilmiş müqavilə 

layihəsi  əsasında təhvil verilməsini tələb etdi. Sisianov yenə özünə xas 

olan təkəbbürlə bəyan edirdi ki, Bakı xanı onu silaha əl atmağa məcbur 

etməsin və Bakı qalasını  təhvil versin. Guya o bununla humanistlik və 

mərhəmət nümayiş etdirirdi. Hüseynqulu xana isə Bakının təhvil 

verilməsi barəsində 24 saat vaxt verildi (100). 

Hüseynqulu xan dərhal Sisianovun məktubuna cavab verdi və onun 

tələbinə də öz münasibətini bildirdi.  O, general Zavalişinə xoş münasibət 

nümayiş etdirdiyini, lakin bu xoş münasibətin  əvəzində  şəhəri təhvil 

vermək tələbi ilə qarşılaşdığını yazırdı. Onun sözlərinə görə, general 

Zavalişin  şəhəri top atəşinə tutanda o da müqavimət göstərmək 

məcburiyyətində qaldı. Sonra Hüseynqulu xan Sisianovun fəaliyyətinə və 

əməllərinə öz narazılığını bildirdi. Hüseynqulu xan soruşurdu ki,  

Sisianov hansı  əsaslarla məlumat vermədən Bakı  ətrafına gəlib, Bakı 

sakinlərinin mal-qarasını icazəsiz qənimət götürüb və onlardan ərzaq ki-

mi istifadə edib? Sisianovun Bakı ətrafına yetişərkən öz nümayəndəsini 

Bakı xanının yanına göndərməməsini, məqsədini və  tələblərini ona 

çatdırmamasını da Hüseynqulu xan təəccüblə qarşılayırdı. Hüseynqulu 

xan bir daha bildirirdi ki, ruslarla heç bir düşmənçiliyi yoxdur, atışmanı 

da ilkin olaraq xan döyüşçüləri deyil, rus hərbçiləri başlayıblar. Bakı xanı 

məktubunun sonunda general Sisianova bəyan edirdi ki, əgər o, xeyirxah 

məqsədlə gəlibsə, bunu öz əməllərində nümayiş etdirsin (101). 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə