Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə73/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   69   70   71   72   73   74   75   76   ...   265

Mehman Süleymanov 

 

176



Eyni zamanda Hüseynqulu xanın özü də yerli əhaliyə müraciət etdi. 

Bu müraciət onunla bağlı idi ki, yerli əhali Qacar qoşunlarının 

yürüşündən narahatçılıq keçirirdi. Rus işğalının aradan qalxmadığı bir 

vaxtda Qacar qoşunlarının yürüşləri yerli əhaliyə  əlavə  çətinliklər və 

sıxıntılar gətirə bilərdi. Hüseynqulu xan inandırmağa çalışırdı ki, Qacar 

qoşunlarının yürüşü yerli əhaliyə qorxu və təlaş yox, yalnız mərhəmət və 

qayğı  bəxş edəcəkdir. Hüseynqulu xan Qazax və  Şəmşəddil  əhalisini 

Qacar qoşunları ilə birləşməyə, ruslara qarşı birgə mübarizə aparmağa 

çağıraraq bütün rusları qıracağını bildirirdi. Hüseynqulu xan bəyan edirdi 

ki, Abbas Mirzənin göstərişi ilə bölgəyə  gəlmişdir və  məqsədi də 

Gürcüstanın məsələsi ilə  məşğul olmaqdır. Oxşar çağırışlarla gürcü 

şahzadəsi Aleksandr da bölgə  əhalisinə müraciət etdi. Onun qoşulduğu 

Qacar dəstəsi birbaşa Gürcüstana istiqamət götürmək qərarında idi. 

Şahzadə Aleksandr bəyan edirdi ki, bütün Gürcüstanı ruslardan xilas 

edəcəkdir. Gürcü şahzadəsi Balıxlı çayı ətrafında düşərgə salaraq Qazax 

bəyləri yanına öz adamını göndərdi, qazaxlıları rus qoşunlarına qarşı 

mübarizəyə çağırdı  və eyni zamanda onlardan ruslara qarşı mübarizəyə 

sadiqlik  əlaməti kimi 4 nəfərin girov göndərilməsini istədi.  Şahzadə 

Aleksandr Qazax və  Şəmşəddil  əhalisini də öz ətrafında səfərbər edə 

biləcəyini ehtimal edirdi. O, yerli əhalini də bunun zəruriliyinə 

inandırmağa çalışırdı  və bildirirdi ki, indiki yürüş  nəticəsiz 

qalmayacaqdır. Ya bütün qoşun məhv olacaq, ya da bu qoşunun qılıncı 

ilə düşmən məhv ediləcəkdir. Şahzadə Aleksandr bölgənin azərbaycanlı 

əhalisinə onu da çatdırırdı ki, bu yürüşə başlamaqla Fətəli şahın məqsədi 

yerli  əhalini azad etmək və  əmin-amanlığı  bərpa etməkdir. Onun 

yazdığına görə, guya Qarabağ əhalisi artıq azadlığa çıxarılmışdı. Qaçqın 

gürcü  şahzadəsi onu da bildirirdi ki, Abbas Mirzə özü də qoşunla 

Gəncəyə gələcək və oradan da Tiflisə yol açacaqdır. O bildirirdi ki, kim 

Abbas Mirzənin qarşılanmasına çıxsa mərhəmət qazanacaq, kim bunu 

etməsə və müqavimət göstərsə cavabını alacaqdır (14). 

 Rus tarixçiləri Hüseynqulu xan Urmiyəlinin və şahzadə Aleksandrın 

çağırışlarının qəbul edilmədiyini yazırlar (15). Amma bu onunla bağlı 

deyildi ki, Gəncə, Qazax, Şəmşəddil əhalisi rus işğalının altında qalmağa 

üstünlük verirdilər.  Əksinə, yerli əhali rus işğalından nicat tapmağa 

çalışsa da Qacar qoşunlarının onları rus işğalından azad edəcəklərinə 

inanmırdılar. Qacar qoşunlarının özü ilə  gətirmək istədiyi yaşayış  tərzi 

isə yerli əhali tərəfindən qəbul edilmirdi və ona görə  də Qacar 

qoşunlarının yürüşü yerli əhalinin qacarlar ətrafında səfərbər olmağa 

sövq etmədi. 



Gülüstan müqaviləsi 

 

177



 Qacar  qoşunları Qarabağ xanlığı  ərazisində  və qonşu xanlıqlar 

ərazisində müəyyən fəallıqlar göstərsələr də, bütünlükdə onlar ciddi bir 

nəticəyə nail ola bilmədilər. Bununla onlar bir daha nümayiş etdirdilər ki, 

Qacar qüvvələri Cənubi Qafqazda yaranmış yeni hərbi-siyasi  şəraiti 

dəyişmək potensialına malik deyildirlər. Qacar sarayı eyni zamanda 

Azərbaycan xanlıqlarına qarşı siyasi mövqeyindən  əl çəkmədiyini 

nümayiş etdirdi. Qacar dövlətinin Azərbaycan xanlıqlarına qarşı siyasi 

münasibəti həmin xanlıqların müstəqilliyinə əks mövqedə formalaşmışdı. 

Ona görə Qacar sarayı Azərbaycan xanlıqlarının davamlı  dəstəyi ilə 

qarşılaşmırdı. Bunun nəticəsi idi ki, Qacar sarayının siyasəti Cənubi 

Qafqazda artıq özünü möhkəmləndirə bilmədi. 

Qacar qoşunlarının 1806-cı ilin yay kampaniyasını feldmarşal 

İ.Qudoviç Georgiyevckdən izləməli oldu. Ümumən, onun Georgiyevskdə 

olduğu bir neçə ay ərzində  Cənubi Qafqaz və Azərbaycan xanlıqları 

ətrafında baş verən proseslər  əsasən üç istiqamətdə inkişaf edirdi. Bir 

tərəfdən Qacar qoşunlarının Azərbaycan xanlıqları üzərinə daha bir 

kütləvi yürüşü baş verdi. Digər tərəfdən rus qoşunlarının dağlı xalqları, 

sonra isə Dərbənd, Quba və Bakı üzərinə hücumu həyata keçirildi. Quba 

və Bakı xanlıqları üzərinə hücum da İ.Qudoviç Tiflisə yetişməzdən əvvəl 

baş verdi. Bunlardan əlavə eyni zamanda Qacar sarayı ilə danışıqların 

aparılmasına başlandı.  İ.Qudoviç bölgədən uzaq olsa da bu danışıqların 

aparılmasına şəxsən nəzarət edirdi.  

1806-cı ilin sentyabrında Gilan hakimi Mirzə Musa nümayəndəsi 

Mirzə  Məhəmmədəli adlı birisini məktubla Həştərxana göndərdi. Mirzə 

Məhəmmədəli gətirdiyi məktubu  şəxsən  İ.Qudoviçə  təqdim etməli 

olduğunu bildirəndə onu Georgiyevskiyə göndərdilər. Bu zaman 

İ.Qudoviç hələ  də Georgiyevskdə idi. Gilan hakiminin nümayəndəsi 

onunla görüşdü və  gətirdiyi məktubunu təqdim etdi. Mirzə Musa sülh 

danışıqlarının başlanmasını təklif edirdi. Məktubun  məzmunundan aydın 

olur ki, Mirzə Musa yalnız həmin dövr üçün qarşıdurmanın dayandırıl-

masını yox, bütünlükdə rus qoşunlarının Qafqazdan geri dönməsini 

arzulayırdı. O, Azərbaycan xanlıqları, bu xanlıqlar  ərazisində yaşayan 

xalqları Qacar sarayına məxsus sayırdı  və onların yenidən Fars sarayı 

nəzarətinə qaytarılmalı olduğuna təkid edirdi. Mirzə Musa general 

Sisianov dövrünün hücumlarına toxunur və onları qanunsuz adlandırırdı. 

Mirzə Musa rus qoşunları baş komandanını sülhə  dəvət edirdi və  təklif 

edirdi ki, razı olacağı təqdirdə nümayəndəsini Qacar sarayına göndərsin 

(16). 


Feldmarşal  İ.Qudoviç Gilan hakiminin məktubuna cavab yazdı  və 

sülhün bərqərar edilməsinə razı olduğunu bildirdi. Lakin İ.Qudoviç sülhü 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə