Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə74/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   70   71   72   73   74   75   76   77   ...   265

Mehman Süleymanov 

 

178



Gilan hakiminin arzuladığı kimi yox, Rusiyanın imperiya maraqlarına 

cavab verən bir vəziyyət kimi görmək istəyirdi. Onun fikrincə, Qacar 

dövləti ilə Rusiya arasında sülhün bərqərar edilməsi iki dövlət arasındakı 

sərhəd xəttinin Kür və Araz çaylarından keçəcəyi təqdirdə mümkün ola 

bilərdi. Ona görə bəyan edirdi ki, Qacar dövləti sərhəd xəttinin adları çə-

kilən çaylar boyunca keçməsinə razıdırsa, onda məsələni Rusiya im-

peratoruna çatdırar və ondan sülh danışıqlarının aparılmasına razılıq 

alınar. Feldmarşal İ.Qudoviç başqa bir məktubu da Rusiyanın xarici işlər 

naziri Budberqə göndərdi və sülh danışıqları barəsində onun təlimatını 

istədi (17). 

Qacar sarayının sülh danışıqlarına getmək təklifi Rusiya sarayında 

maraqla qarşılandı. Rusiyanın beynəlxalq vəziyyəti də Qacar sarayı ilə 

sülh danışıqlarına gedilməsini zəruri edirdi. Ona görə  həm Rusiya 

imperatoru I Aleksandr, həm də Rusiya xarici işlər naziri baron Budberq 

bu məsələyə öz münasibətlərini bildirdilər. Rusiya imperatoru Qacar 

sarayı ilə sülh danışıqlarının başlanmasının, habelə iki dövlət arasında 

sərhəd xəttinin Kür və Araz çayları üzrə müəyyənləşdirilməsi ideyasını 

təqdir edirdi. Bununla belə, o, sülh danışıqları zamanı  sərhəd xəttinin 

müzakirəyə çıxarılmasını hələ tez sayırdı və tövsiyə edirdi ki, sülh danı-

şıqları  aşağıdakı  şərtlər  ətrafında aparılsın: 1) Hər iki tərəfdən hərbi 

əməliyyatlar dayandırılsın; 2) Tərəflərin qoşunları sülh danışıqlarının 

aparıldığı vaxt qərar tutduqları mövqelərdə dayansınlar; 3) Sülh 

müqaviləsi imzalanana kimi və ya danışıqlar prosesi dayandırılana qədər 

təmas xəttində baş verən hadisələr iki tərəfin heyətlərinin sərhəd 

xəttindəki məntəqələrdən birində keçirdikləri görüşdə araşdırılsın; 4) Bu 

ilkin  şərtlər  əsasında razılıq imzalanandan sonra Fətəli  şahın 

nümayəndəsi sülh müqaviləsinin imzalanması üçün Sankt-Peterburqa 

göndərilsin (18). 

Rusiyanın xarici işlər naziri baron Budberq feldmarşal Qudoviçə 

yazırdı ki, hazırkı  vəziyyətdə Qacar dövlətinin Osmanlı dövləti ilə 

yaxınlaşmasına imkan vermək olmaz. Onun fikrincə, Gilan hakiminin 

müraciəti bu istiqamətdə yaxşı bir şans idi. Baron Budberq feldmarşal 

İ.Qudoviçin göndərdiyi təkliflərin Qacar sarayı  tərəfindən qəbul 

olunacağına inanmadığını bildirdi. O, danışıqların Rusiya imperatoru 

tərəfindən irəli sürülən ilkin şərtlər üzərində aparılmasını tövsiyə edirdi. 

Rusiyanın xarici işlər naziri istisna etmirdi ki, danışıqlar çox uzun çəkə 

bilər. Ona görə lazım bilirdi ki, ilk növbədə ilkin barışıq əldə edilsin və 

tərəflərin qoşunları hazırda dayanmış olduqları  ərazilərdə saxlanılsın. 

Qacar sarayının tərəflər arasındakı  sərhəd xəttinin Kür və Araz çayları 

boyunca keçməsinə razı olduğu halda, ilkin danışıqlarda irəli sürülən 




Gülüstan müqaviləsi 

 

179



şərtlərdən biri belə ifadə oluna bilərdi -  Rusiya ilə İran arasında sərhəd 

xətti dəqiqləşdirilənə kimi sərhəd xətti Kür çayının mənsəbindən Cavada, 

Araz çayının Kürə qovuşan nöqtəsinə  qədər, oradan isə Araz çayı 

boyunca Türkiyə yaxınlığında Arpaçayın Araza qovuşan nöqtəsinə qədər 

qəbul edilə bilərdi. Rusiya qoşunları  və ya Qacar qoşunlarının bu xətti 

keçmələri sülh danışıqlarının pozulması sayılmalı idi. Mülki əhalinin bu 

xətti keçməsi isə qanun pozğunluğu kimi qəbul edilməməli idi. Yalnız 

hərbi qüvvələrin sərhədi keçməsinə qadağa qoyulmalı idi (19). 

Rusiya sarayı ilə  İ.Qudoviç arasında yazışmanın aparılması Bakının 

Rusiya qoşunları  tərəfindən işğal edildiyi günlərə  təsadüf edirdi. Buna 

qədər isə Quba xanlığı  işğal edilmişdi.  Şəki xanlığı  ərazisində  Səlim 

xanın Rusiya işğalına qarşı qiyamının yatırılmasına hazırlıq aparılırdı. 

İ.Qudoviç inanırdı ki, bütün bu hadisələr Qacar sarayını güzəştə getməyə 

məcbur edəcəkdir. Ona görə İ.Qudoviç Rusiya imperatoruna göndərdiyi 

məktubunda danışıqlar zamanı  sərhəd xəttinin Kür və Araz çaylarından 

keçməsi üzərində təkid göstərilməsini təklif edirdi (20). 

General Qudoviç Gilan hakiminə ünvanladığı  məktubın çatdırılması 

xeyli ləngiməli oldu. Çünki Xəzər dənizində  fırtınaların uzun müddət  

davam etməsi Gilan hakiminin nümayəndəsi Mirzə Musanın Həştərxanda 

oktyabr ayının 24-nə qədər dayanıb gözləməsinə səbəb oldu. Onun Gilan 

hakiminə çatdıracağı məktuba nə vaxt cavab alınacağı isə məlum deyildi. 

Rusiya sarayı mövcud şəraitdə yaranmış fürsəti  əldən buraxmaq 

istəmirdi. Ona görə Rusiya sarayı general Qudoviçi sülh danışıqlarına 

başlaması üçün tələsdirirdi. 

 

2. Azərbaycan xanlıqları ətrafında İ.Qudoviçin Qacar sarayı  

ilə danışıqlar aparması

 

 



Rusiya Xarici İşlər Nazirliyi Qacar sarayı ilə Rusiya dövlətinin 

maraqlarına cavab verən danışıqların başlanması üçün general 

İ.Qudoviçə konkret tapşırıqlar verdi. Xarici İşlər Nazirliyindən alınan 

məktubda bildirilirdi ki, sülhün əldə edilməsi üçün mümkün olan bütün 

vasitələrdən istifadə edilsin. Həmin məktubda qeyd olunurdu ki, Dağıstan 

və Azərbaycanın bir hissəsi Rusiya işğalı altında olduğu halda, 

Qudoviçin sülh təklifi ilə şah sarayına müraciət etməsi Rusiyanın şərəfinə 

heç bir xələl gətirməz. Xarici İşlər Nazirliyinin mövqeyi belə idi ki, sülh 

danışıqlarına gedilməsini Fətəli  şah heç də Rusiyanın təslimçiliyi kimi 

qəbul etməz. Çünki Cənubi Qafqazın xeyli hissəsinin Rusiyanın nəzarıti 

altında olması şah sarayını belə bir fikirdən çəkindirərdi. 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə