Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə70/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   66   67   68   69   70   71   72   73   ...   265

Mehman Süleymanov 

 

168



 

 

 



 

 

 

 

IV FƏSİL 

 

AZƏRBAYCAN XANLIQLARI ÜZƏRİNDƏ 

İŞĞALIN MÖHKƏMLƏNDİRİLMƏSİNİN 

YENİ DÖVRÜ 

 

1.Sisianovun qətlindən sonra bölgədə hərbi-siyasi şərait 

 

P.D.Sisianovun Bakı  ətrafında qətlə yetirilməsi Rusiya sarayında və 



rus qoşunları komandanlığında bir çaxnaşma yaratsa da, Rusiyanın 

Azərbaycan xanlıqlarına qarşı siyasətində hər hansı bir dəyişikliyə səbəb 

olmadı. Yeni şəraitdə Rusiya işğalçılıq siyasətinin yeni icraçıları tapıldı 

və bölgədə başlanmış olan işğalçılıq siyasətinin həyata keçirilməsi davam 

etdirildi. 

Bununla belə, P.Sisianovun Bakı sakinləri tərəfindən qətlə yetirilməsi 

bölgənin hərbi-siyasi  şəraitində bir canlanma yaratdı. Bu da Rusiya 

işğalına qarşı yeni bir müqavimət hərəkatının fəallaşmasında özünü 

göstərdi. Hətta Qacar qoşunları  rəhbərliyi də yeni şəraitdə Azərbaycan 

xanlıqları üzərinə hücum başlanmasına təkid göstərirdi(1). Lakin hava 

şəraitinin mürəkkəbliyi Qacar qoşunlarının Arazdan şimala adlamasını 

may-iyun aylarına qədər təxirə saldı. 

Bakı  əhalisinin Rusiya zorakılığına qarşı hiddəti və  qəzəbi bura 

toplanmış olan qoşun dəstəsinin vəziyyətini xeyli mürəkkəbləşdirdi. Rus 

tarixi ədəbiyyatında istedadsız bir zabit kimi xarakterizə olunan general 

Zavalişin isə (2) Bakı  əhalisinin müqavimətinə qarşı  çıxmağa cəsarət 

etmədi və  hətta öz baş komandanının kimsəsiz qalmış  cəsədini geri 

almağa cəhd göstərmədən bölgədən uzaqlaşmağın yollarını aramağa 

başladı. Bəzi rus tarixçiləri bunu sərt hava şəraiti,  ərzağın tükənməsi, 

xəstələrin çoxalması ilə əlaqələndirməyə çalışsalar da, etiraf edirdilər ki

general Zavalişinin tabeliyində 1000 nəfər sağlam rus döyüşçüsü var idi. 



Gülüstan müqaviləsi 

 

169



O,  Bakı  ətrafına toplanmış olan qoşun dəstəsinə  əvvəlcə  şəhərdən 

uzaqlaşmağa göstəriş verdi. Qoşun dəstəsi Bakıdan 6 verst aralı olan bir 

məkanda düşərgə salıb bir neçə gün orada gözlədi. General Zavalişin 

sonradan Rusiya imperatoruna göndərdiyi məktubunda dəstənin tamam 

düşgün bir vəziyyətə gəldiyini bildirərək, yeganə yolun geri çəkilməkdə 

olduğunu  əsaslandırmağa çalışdı. Dəstənin vəziyyəti Rusiya impe-

ratoruna son dərəcə böhranlı bir durum kimi təsvir olundu. Onun 

yazdığına görə, rus dəstəsi burada tələyə salınmışdı və onu yalnız Allah 

buradan çıxara bilərdi. Amma dəstənin gələcək fəaliyyəti ilə bağlı 

general Zavalişinin fevralın 11-də çağırdığı Hərbi Şurada bir neçə zabit 

Bakı üzərinə hücumun davam etdirilməsinə səs verdilər (3). Buradan da 

belə bir qənaətə gəlmək olar ki, dəstənin hücum etmək gücü hələ də var 

idi və  dəstənin vəziyyəti heç də general Zavalişinin təsvir etdiyi kimi 

deyildi. 

Fevral ayının 11-də  təşkil olunmuş  Hərbi  Şurada dəstənin yüksək 

rütbəli zabitləri iştirak edirdilər. Digər zabitlər hücumun davam 

etdirilməsi haqqında konkret fikir söyləməsələr də, geri çəkilmək 

barəsində  də  rəy vermədilər və onlar belə bir qərarın qəbul edilməsini 

general Zavalişinin ixtiyarına buraxdılar. General Zavalişin isə Bakı 

əhalisinin qəzəbi və müqaviməti ilə üzbəüz gəlməkdənsə geri çəkilməyi 

üstün tutdu. O, dəstəsini gəmilərə mindirərək Sara adasına apardı. Eyni 

zamanda Georgiyevskiyə, Rusiya qoşunları Qafqaz xəttinin komandanı 

general-leytenant Qlazenapın yanına adam göndərildi və ondan Sara ada-

sına  ərzaq yollamasını xahiş etdi. Sara adasında bir müddət istirahət 

etdikdən sonra general Zavalişin ümumiyyətlə Azərbaycan xanlıqları 

ərazisindən uzaqlaşmağı planlaşdırırdı. Sonradan general Zavalişin 

Georgiyevskidən göndərilə biləcək  ərzağın çatmasını gözləmədən 

Gizlərə yola düşdü (4). 

Bununla da, general Zavalişin bütün ekspedisiyası boyu heç bir 

tapşırığın öhdəsindən gəlmədən geri qayıtdı. Nəticədə, Cənubi Qafqazda, 

o cümlədən də Azərbaycan xanlıqları  ərazisində bir neçə aylıq nisbi 

sakitlik yarandı.  Əslində, bu nisbi sakitlik sərt qış  şəraitində döyüş 

əməliyyatlarının keçirilməsinin çətinlikləri ilə bağlı idi. Ona görə də nisbi 

sakitliyin arxasında hərbi fəallığın yeni mövsümünə bir hazırlıq da 

aparılırdı. Rus qoşunları daxilində də general Sisianovun qətlindən sonra 

yaranmış vəziyyətin bərpası və işğal edilmiş ərazilərdə imperiya nüfuzu-

nun zəifləməsinin qarşısının alınması üçün müəyyən işlər görülürdü. Bu 

dövr Rusiya qoşunları üçün aktual olan məsələlərdən biri də vahid 

komandanlığın müəyyənləşdirilməsi idi. Çünki general Sisianovun 

qətlindən sonra rus qoşunlarına baş komandanlığın kimin üzərində 




Mehman Süleymanov 

 

170



olması qaranlıq qalmışdı. Georgiyevskdə olan general-leytenant 

Qlazenap rus qoşunlarının Qafqaz xəttinin komandanı olmaqla Qafqazda 

ən yüksək rütbəli rus generalı idi. Sisianov isə Şamaxı və Bakı xanlıqları 

üzərinə yürüşə başlamazdan  əvvəl  əmr  əsasında general-mayor 

Portnyagini Cənubi Qafqazdakı digər qoşunların komandanı  vəzifəsinə 

təyin etdi. General-mayor Nesvetayev isə rütbədə  qədəmli olduğu üçün 

rus qoşunlarının komandanlığına iddia edirdi. Pəmbəkdə olan general 

Nesvetayev general Sisianovun qətlindən sonra Tiflisə  gəldi və  əmr 

yazaraq Cənubi Qafqazdakı rus qoşunlarına komandanlığı öz üzərinə 

götürdüyünü bəyan etdi. General Portnyagin onun bu əmri ilə razılaşmadı 

və general-leytenant Qlazenapa məktub göndərərək yaranmış  vəziyyət 

haqqında ona məruzə etdi. General Qlazenap isə general-mayor 

Nesvetayevin baş komandan vəzifəsini icra etməsi ilə razı oldu. Bu da 

general Nesvetayevlə general Portnyagin arasında çəkişmələri daha da 

qızışdırdı. Onların hər biri özünü komandan sayır və  hər biri də 

komandan kimi əmr verir və bu əmrin icrasını da tələb edirdilər. Rusiya 

qoşunları daxilində yaranmış olan bu vəziyyət Rusiya imperatoruna da 

çatdırıldı. O da anlaşılmazlığa son qoyulması üçün general-leytenant 

Qlazenapı Qafqazdakı bütün rus qoşunlarının müvəqqəti komandanı 

təyin etdi (5). 

General Qlazenapın Qafqazdakı bütün rus qoşunlarının baş 

komandanı təyin edilməsi qoşunların idarəçiliyinin gücləndirilməsinə və 

bütün diqqətin Rusiyanın bölgədəki işğalının möhkəmləndirilməsinə 

imkan verdi. Bu dövrdə Cənubi Qafqazda Rusiya qoşunlarının 9 piyada 

alayı, bir draqun (süvari), beş kazak alayı  və bir topçu taboru var idi. 

Topçu taborunda da 48 top var idi. Bu hissələr Gürcüstan və Azərbaycan 

xanlıqları ərazisinə səpələnmişdilər. Bölgədəki rus işğalının qorunmasını 

da məhz bu hissələr təmin etməli idilər (6). 

Rusiya sarayı ehtiyat edirdi ki, Sisianovun qətlindən sonra 

Azərbaycan xanlıqlarında formalaşmaqda olan müqavimət hərəkatının 

qarşısını yuxarıdakı qüvvələrlə almaq çətin ola bilər.  Əlavə qüvvələrin 

Cənubi Qafqaza göndərilməsi isə  məlum olduğu kimi mümkün deyildi. 

Ona görə Rusiya sarayında bir daha belə bir qənaətə  gəlindi ki, yaxın 

gələcəkdə  Cənubi Qafqazda rus qoşunlarının hərbi  əməliyyatları 

dayandırılsın və  əsas diqqət Rusiyanın işğal etdiyi ərazilərin qorunub 

saxlanmasına yönəldilsin. Bu qənaətlərlə bağlı Rusiya Xarici İşlər 

Nazirliyi ölkə imperatoruna məktubla müraciət etdi. Rusiya Xarici İşlər 

Nazirliyinin həmin məktubunda bildirilirdi ki, ölkənin sərhədlərinin cə-

nuba doğru genişləndirilməsi istəyi böyük olsa da, hazırkı  şəraitdə bu 

istək məhdudlanmalıdır. Nazirlik bunu bölgədəki hərbi qüvvələrin yetərli 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə