Mehman Süleymanov
158
generalı sevincini şərab içməklə nümayiş etdirdi və sonra da generalların
və hərbçilərin müşayiəti ilə görüş təyin olunan məkana yollandı (107).
General Sisianovu podpolkovnik Aseyevin rəhbərliyi altında 16-cı
yeger alayının 200 nəfərlik qarovul dəstəsi, habelə general Zavalişin və
general Quryev müşayiət edirdilər. Görüşün Bakı qalası divarlarından ya-
rım verst aralı olan su quyusu ətrafında olması razılaşdırılmışdı. Sisianov
ora yollanmazdan əvvəl qarovul dəstəsi həmin məkana yollandı ki, orada
mövqe tutsun. Səhər saat 10-da general Sisianov, digər generallar Za-
valişinin və Quryevin müşayiəti ilə su quyusunun yanına yolandılar. Baş-
qa bir məlumata görə isə, Sisianovu yalnız knyaz Eristov və bir də on-
ların atını saxlayan bir kazak müşayiət edirdi. Rus generalının qarşısına
əvvəlcə Bakı əyanları və bəyləri çıxdılar. Onlar Sisianova duz-çörək,
habelə şəhər qalalarının açarlarını təqdim etdilər. Həmin adamlar eyni
zamanda bildirdilər ki, Hüseynqulu xan həmin gün görüşə hazır olmadığı
üçün bu görüşü o biri günə keçirsinlər. Başqa bir məlumata görə isə, Bakı
əyanları bildirdilər ki, Hüseynqulu xan rus qoşunlarından ehtiyat edir və
ona görə də bu görüşə gəlməmişdir. Sisianov da cavabında bildirdi ki,
Hüseynqulu xanın ehtiyatlanmasına səbəb yoxdur. Əgər o ehtiyatlanırsa
onda 1000 nəfərlik mühafizə dəstəsi ilə gələ bilər. Sisianov şəhər dar-
vazasının açarlarını və duz-çörəyi də geri qaytardı və onları yalnız Hü-
seynqulu xanın əlindən qəbul edəcəyini bildirdi. Eyni zamanda onu da
bəyan etdi ki, əgər Hüseynqulu xan gəlməsə onda o özü hücum nərdi-
vanları ilə qala divarlarını aşıb onun yanına getməli olacaq. Bundan sonra
Sisianov knyaz Eristovu Hüseynqulu xanın yanına göndərdi ki, onu
ehtiyat etmədən arxayın şəkildə görüş yerinə gəlməsinə inandırsın (108).
Sisianovun təkidli tələbindən sonra Hüseynqulu xan onun görüşünə
gəldi. Hüseynqulu xan Sisianovu əvvəldən də tanıdığı üçün onunla köhnə
tanışlar kimi görüşdü. Sonra onlar hər ikisi yer üzərinə sərilmiş keçənin
üstündə oturdular, birlikdə qəlyan çəkdilər. Bu zaman onların yanında iki
xidmətçinin, Sisianovun arxasında isə xanın qohumlarından olan İbrahim
bəyin dayandığı bildirilir. Verilən məlumata görə, Sisianov qəlyanı əlinə
alanda əvvəldən planlaşdırıldığı kimi, İbrahim bəy onu boynundan güllə
ilə vurdu. Sonrakı atəşlə isə knyaz Eristov qətlə yetirildi. Çox qısa bir
zaman daxilində İbrahim bəy Sisianovun başını bədənindən ayırdı və özü
ilə qala daxilinə apardı. Məlumata görə, Sisianovun öldürülməsi anında
qala divarları üzərində mövqe tutmuş xan döyüşçüləri də ruslara atəş
açdılar və ruslar da öldürülmüş Sisianovun və Eristovun cəsədlərini
götürməyə müvəffəq olmadan geri çəkildilər (109).
General Sisianovun qətlə yetirilməsi ilə bağlı bir-birindən fərqli olan
məlumatlar və xatirələr, habelə general Zavalişinin rəsmi raportu möv-
Gülüstan müqaviləsi
159
cuddur. Lakin bu materialların heç biri Sisianovun qətlə yetirilməsi
hadisəsi, bu hadisənin planlaşdırılması haqqında tam təsəvvür yaratmır.
Sisianovun qətlinin əvvəldən planlaşdırılmasını bir mənalı şəkildə söylə-
mək çətindir. Farsdilli mənbələr bu hadisənin əvvəldən planlaşdırılması
üzərində dayanmağa meyllidirlər. İstinad edilən farsdilli mənbələrdə
İbrahim bəyin Bakı xanının işarəsi əsasında atəş açması və bununla da
Sisianovun qətlə yetirilməsi qeyd olunur. Qacar sarayının bu qətldə əli
olması da bu mənbələrdə birbaşa və ya dolayısı yolla etiraf edilir.
Sisianovun başının kəsilərək Ərdəbilə, oradan da Tehrana göndərilməsi
də Qacar sarayının bu qətldə iştirakına əsas kimi qəbul olunur. Məlumdur
ki, Sisianovun kəsilmiş kəlləsi əvvəlcə Ərdəbilə, Abbas Mirzəyə, sonra
da oradan Tehran sarayına göndərildi. Ə.Dünbəlinin yazdığına görə,
Abbas Mirzə general Sisianovun kəsilmiş kəlləsini görəndə heç də se-
vinmədi və bildirdi ki, məmurlar başlarını döyüş vaxtı itirməlidirlər, gö-
rüş və ya söhbət vaxtı yox (110).
Farsdilli mənbələrdə Sisianovun qətlə yetirilməsinin Qacar sarayı
tərəfindən təşkil edilən cadu və əfsunların nəticəsi olması haqqında da
məlumat vardır. "Rövzət-üs səfa" əsərində bu cadu və əfsunların icraçısı
kimi Mirzə Məhəmməd Əxbarinin adı çəkilir və bildirilir ki, Sisianov
qətlə yetiriləndən sonra Hacı Mirzə Məhəmməd Əxbarinin cadu və əfsun
sahibi kimi şöhrəti daha da artdı (111).
Tarixi ədəbiyyatda olan məlumatlara görə, Mirzə Məhəmməd Əxbari
kifayət qədər oxumuş və savadlı bir şəxs idi və hətta özü də bir sıra
əsərlər yazmışdı. Bununla belə, onda xürafata meyllilik var idi və
əfsunlarının təsir etdiyinə inanırdı. Bildirilir ki, dövrün tanınmış ruhani
alimləri onun savadı və əməlləri qarşısında gücsüz qalmışdılar. O çalı-
şırdı ki, Fətəli şahla da görüşsün və onu da öz tilsimlərinin gücünə inan-
dırsın. Rus qoşunları Azərbaycan xanlıqlarını işğal etməyə başlayanda
Mirzə Məhəmməd Əxbari Fətəli şahla görüşmək fürsəti tapdı və onu
inandıra bildi ki, əgər çillə oturub 40 gün əfsun və tilsimlərlə məşğul ol-
sa, Sisianovun kəsilmiş başını gətirib Fətəli şahın ayaqları altına ata-
caqlar. Mirzə Məhəmməd Əxbari xahiş etdi ki, əgər dediyi doğru çıxarsa,
onun sonrakı fəaliyyətinə imkan yaradılsın, ona düşmən olanlar cəza-
landırılsın. Fətəli şah bu xahişlə razı oldu və doğrudan da 40 gündən
sonra Sisianovun kəsilmiş başı Qacar sarayına gətirildi. İstər saray
daxilində, istərsə də saray xaricində Sisianovun qətli Mirzə Məhəmməd
Əxbarinin tilsim və əfsunlarının nəticəsi kimi qəbul edildi və bundan
sonra onun şöhrəti daha da artdı (112).
Yuxarıda qeyd edildiyi kimi, general Zavalişin Sisianovun qətlə
yetirilməsinin şahidi idi və o, gördüklərini Rusiya sarayına göndərdiyi