Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə64/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   60   61   62   63   64   65   66   67   ...   265

Mehman Süleymanov 

 

152



Mirzə  Məhəmməd Sadıq Vəqayeneqarın qeydlərinə görə, general 

Zavalişinin Gilandan Bakıya gəlməsi P.D.Sisianovun göstərişi  əsasında 

baş verdi. Sisianov Bakının işğalına üstünlük verdiyi üçün ona tezliklə 

Bakı  ətrafına yollanmağı tapşırdı. Müəllif yazırdı ki, Sisianov generaıl 

Zavalişinə ünvanladığı  məktubu bir rusa verdi və onu bir erməni ilə 

Zavalişinin yanına göndərdi. Bildirilir ki, həmin günlərdə  ləzgi Surxay 

xanın oğlu bir neçə  nəfərlə Bakı yaxınlığında ovla məşğul idi. Onlar 

Sisianovun məktubunu aparan adamları görüb onları dayandırdılar. 

Tutulanlar hara və  nə  məqsədlə getdiklərini gizlətməyə çalışsalar da, 

Sisianovun məktubu tapılandan sonra onlar həbs edilərək Hüseynqulu 

xanın yanına göndərildilər. Hüseynqulu xan da məktubun məzmunu ilə 

tanış olandan sonra məsələ ilə bağlı Quba xanı  Şeyxəli xana məlumat 

göndərdi. Müəllifin yazdığına görə,  Şeyxəli xan da məlumatı Abbas 

Mirzəyə çatdırdı  və Sisianovun Bakı ilə bağlı niyyətləri haqqında onu 

məlumatlandırdı. Abbas Mirzə  də bundan xəbər tutan kimi 12 minlik 

qoşun dəstəsini  Əsgər xan Urmiyalının rəhbərliyi altında  Şeyxəli xanın 

köməyinə göndərdi (91). 

Mirzə  Məhəmməd Sadıq Vəqayeneqarın yazdığına görə, general 

Zavalişin Sisianovdan gözlədiyi məktubu almadıqda özü öz qərarı ilə 

Bakının mühasirəsinə yollandı. O, dənizlə  hərəkət edərək Bakı 

buxtasında lövbər saldı. Bildirilir ki, Abbas Mirzənin köməyə göndərdiyi 

dəstənin Bakıya yetişməsi rus dəniz dəstəsinin Bakı buxtasına yetişməsi 

ilə bir vaxta təsadüf edirdi. Abbas Mirzənin göndərdiyi dəstənin rəhbəri 

Əsgər xan ixtiyarında olan toplardan birini sahilə yaxınlaşdırdı  və rus 

gəmilərini atəşə tutdu. Məlumata görə, bu atəşdən sonra rusların bir neçə 

gəmisinə ziyan dəydi və onlardan biri də  dənizdə batdı. Mirzə 

Məhəmməd Sadıq Vəqayeneqar rusların sahilə çıxmasını da bu atışma ilə 

əlaqələndirir. Quruya çıxan rus qoşun dəstəsi  Əsgər xanın dəstəsi ilə 

döyüşə girdi. Bundan xəbər tutan Hüseynqulu xan əvvəlcə qala daxilində 

müdafiə  tədbirləri həyata keçirdi və sonra da qala xaricində döyüş 

mövqeləri tutdu. Bildirilir ki, bu zaman Şeyxəli xanın və Surxay xanın 

oğlu Nuh bəyin də  dəstələri Bakı xanının köməyinə  gəldilər. Bundan 

sonra rus qoşun dəstəsi geri çəkilmək məcburiyyətində qaldı  və ruslar 

gəmilərə doluşaraq Sara adasına doğru hərəkətə başladılar (92). 

Mirzə  Məhəmməd Sadıq Vəqayeneqar yazır ki, general Zavalişin 

Sara adasında olarkən ermənilərin vasitəsilə Mir Mustafa xanla təmas 

qurdu, onu Rusiyaya tərəf meylləndirməyə çalışdı. Bildirilir ki, bu 

yazışmalardan sonra Mir Mustafa xan general Zavalişinin yanına 

yollandı və onunla görüş keçirdi (93). 



Gülüstan müqaviləsi 

 

153



General Zavalişin yuxarıda qeyd edildiyi kimi, Sara adasında uzun 

müddət qala bilmədi və yenidən Bakı ətrafına qayıtdı. Bakıdan 40 verst 

aralıda sahilə çıxan general Zavalişin Hüseynqulu xana məktub göndərib 

onu Rusiya təbəəliyini qəbul etməyə çağırdı. O, Rusiya təbəəliyinin 

qəbul edilməsi üçün imzalamalı olacaq müqavilə layihəsini Hüseynqulu 

xana Bakıya  əvvəlki səfəri zamanı çatdırmalı idi. Lakin Bakı  ətrafında 

yaranmış  şərait üzündən rus generalı bunu edə bilmədi. Bu müqavilə 

layihəsi digər Azərbaycan xanları ilə imzalanmış müqavilənin oxşarı idi. 

Müqavilə layihəsinin birinci maddəsinə əsasən, Hüseynqulu xan Rusiya 

imperatorunun hakimiyyətindən başqa digər bir kimsənin hakimiyyətini 

tanımadığını öz öhdəsinə götürməli idi. Bunun əvəzində də ikinci mad-

dəyə  əsasən, Rusiya imperatoru onun və varislərinin xanlıq haqqını 

tanımalı idi. Üçüncü  maddəyə görə, Rusiya imperatoru Hüseynqulu xa-

nın xanlığını möhürlənmiş  fərmanla təsdiq etməli idi. Hüseynqulu xan 

Rusiyaya sədaqət andı  qəbul etməli idi. Dördüncü maddəyə görə, Bakı 

xanı Sisianovun razılığı olmadan qonşu hakimlərlə  əlaqəyə girməli de-

yildi. Beşinci maddəyə görə, Bakı şəhərinin bütün gəlirləri toplanıb Ru-

siya xəzinəsinə verilməli idi. Bakı xanına isə ildə 10 min rubl maaş ve-

rilməli idi. Bakı qalasında 800-1000 nəfər arasında rus qarnizonunun yer-

ləşdirilməsi də bu maddəyə  əsasən tənzimlənməli idi. Altıncı maddəyə 

əsasən Bakı xanı rus qarnizonunu bina ilə təmin etməli idi. Digər mad-

dələr də Kürəkçay müqavilələrinin maddələrinin təkrarı idi. Hüseynqulu 

xan girov kimi öz böyük oğlunu Sisianovun yanına göndərməli idi (94). 

Rus mənbələrinə görə, general Zavalişinin məktubuna Hüseynqulu 

xan özünə məxsus cavab verdi və özünün artıq rus təbəəsi olduğunu da 

yazdığı  məktubunda general Zavalişinin diqqətinə çatdırdı. Hüseynqulu 

xan bildirdi ki, əgər müqavilə layihəsini  əvvəlcə almış olsaydı, artıq 

imzalanardı da. Yeni şəraitdə  Hüseynqulu xan buna tələsmədiyini ona 

çatdırdı. Hüseynqulu xan şübhə etmirdi ki, ona imzalanmaq üçün 

göndərilmiş müqavilə Sisianov tərəfindən hazırlanmışdır (95).  

Beləliklə  də general Zavalişinin yeni hədə-qorxuları bir nəticə 

vermədi və Bakı xanlığını Rusiya tabeliyinə gətirmək ona qismət olmadı. 

Ona görə  də general Zavalişinin Sisianovun dəstəsinin gəlib çıxmasını 

gözləməkdən başqa çarəsi qalmadı. 

Bakı  şəhərinin yenidən ruslar tərəfindən mühasirəyə alınmasını 

görəndə Hüseynqulu xan öz nümayəndələrini kömək üçün Şeyxəli xanın 

və Şamaxı xanı Mustafa xanın yanına göndərdi. Hüseynqulu xan onların 

hər birindən 500 nəfərlik dəstənin göndərilməsini xahiş etdi. Onlar da bu 

köməyi Hüseynqulu xana göndərməyə razı oldular (96). 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə