Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə62/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   58   59   60   61   62   63   64   65   ...   265

Mehman Süleymanov 

 

148



minlik silahlı dəstəsinin müqavimət göstərməsi haqqında məlumat vardır. 

Verilən məlumata görə, guya yerli silahlıların çox olması general 

Zavalişinin dəstəsinin irəliləməsinə imkan vermədi. Ruslar Rəştə  qədər 

olan yolun yarısını keçə bildilər. General Zavalişin geri çəkilmək 

haqqında əmr verdi. Ruslar yerli silahlıların davamlı atəşləri altında geri 

çəkilməli oldular. Ruslar Pəribazara çəkilə bilsələr də orada dayanmağı 

da təhlükəli hesab etdilər. Belə olanda onlar Ənzəliyə üz tutdular. 

Bununla ruslar qarşılarına qoyduqları  məqsədə nail ola bilmədilər. 

Ənzəlini işğal edəndən sonra general Zavalişin yerli əhalinin 

nümayəndələri vasitəsilə general Sisianovun məktubunu Fətəli  şaha 

göndərdi. Rəşt istiqamətində başlanan hücumda uğursuzluğa düçar olub 

yenidən  Ənzəliyə qayıdan rusların son ümidi Fətəli  şahdan rusların 

şərtlərini qəbul edəcəyi haqqında məktub almaq idi (78). 

Yerli silahlı  dəstələr  Ənzəlidə  də rusları sakit buraxmadılar. Ruslar 

hər gün silahlı hücuma məruz qalırdılar. Bundan əlavə əsgərlər arasında 

yayılan xəstəlik rusların gücünü daha da zəiflətdi. Belə olanda general 

Zavalişin Ənzəlidə qalmağın təhlükəli olduğunu anladı. O eyni zamanda 

Fətəli  şahdan da cavab məktubu alacağına ümidini itirdi. Nəticədə iyul 

ayının 26-da rus dəstəsi  Ənzəlidən uzaqlaşmağı  qərara aldı. Dəstə 

əvvəlcə Lənkərana, oradan da Bakıya doğru hərəkətə başladı. 1805-ci il 

avqust ayının 12-də rus dəstəsi Bakı yaxınlığına gəlib çıxdı (79). 

General Zavalişinin rəhbərliyi altında rus hərbi dəniz dəstəsinin 

Ənzəliyə və Rəştə hücumu haqqında Qacarların tarixi haqqında yazılmış 

bəzi məlum farsdilli mənbələrdə də müxtəlif məlumatlar mövcuddur. Bu 

məlumatlar hadisələrin təsvirində rus mənbələri ilə müqayisədə  bəzi 

fərqli məqamları ortaya qoyurlar. Həm "Məəssər-e Soltaniyyə"də, həm 

də Mirzə  Məhəmməd Sadıq Vəqayeneqarın  əsərində  Ənzəli və  Rəştə 

hücum edən rus dəstəsinin rəhbəri olan generalın adı  Şeft (Shaft) kimi 

göstərilmişdir. Bu adın haradan götürüldüyünü söyləmək çətindir. 

Ə.Dündəli reyddə  iştirak edən gəmilərin sayının 12 ədəd olduğunu  

göstərmişdir. Onun yazdığına görə,  Ənzəliyə doğru irəliləyərkən rus 

dəstəsi Talış yaxınlığında ləngər atdı  və 2 gündən sonra yoluna davam 

etdi. Rusların  Ənzəliyə yaxınlaşı zamanı Dilman hakiminin göstərişinə 

əsasən, yerli silahlıların  Ənzəlidə mövqe tutduqları bildirilir. Müəllif 

səbəbini göstərməsə də müəllif onların Ənzəlini tərk etdiyini və rusların 

şəhərə daxil olduğunu yazır (80). 

Mirzə  Məhəmməd Sadıq Vəqayeneqara görə, ruslar Ənzəliyə daxil 

olanda  şəhərdəki məmurların sayı kifayət qədər deyildi və olanların da 

ruslara müqavimət göstərmək imkanı yox idi. Ona görə də onlar ruslara 

müqavimət göstərmədən geri çəkildilər. Ruslar da yaranmış fürsətdən 




Gülüstan müqaviləsi 

 

149



istifadə edərək Ənzəliyə daxil oldular, şəhər daxilində talanlara başladılar 

və əllərinə keçənləri gəmilərə daşıdılar (81). 

Adları  çəkilən hər iki əsərdə bildirilir ki, Gilanda idarəçiliyin 

qurulmasına göndərilmiş olan Mirzə Musa Münəccimbaşı adlı birisi 

rusların hücum xəbərini alan kimi yerli hakimləri,  əyanları  və  əhalini 

müqavimət üçün öz ətrafında birləşdirməyə nail oldu. Yenə hər iki əsərdə 

Mirzə Musa Münəccimbaşının rəhbərliyi altında yerli qüvvələrin 

Pəribazar  ətrafında səngərləndikləri yazılmışdır. Bu əsərlərə görə, belə 

bir qənaət  əldə etmək mümkündür ki, ruslar ümumiyyətlə  Rəştə hücum 

etməyə  cəsarət etməmişlər və hadisələrin  əsas gərginliyi də  məhz 

Pəribazar ətrafında baş vermişdi. 

Ə.Dünbəliyə görə, Mirzə Musa Münəccimbaşı tüfəngdarlar dəstəsini 

Pəribazarın küçələrində yerləşdirdi.  Şəhər kənarındakı  səngərlərdə  də 

döyüş mövqeləri tutuldu. Pəribazar ətrafındakı meşələrdə tərəflərin güclü 

atışması baş verdi. Gərgin keçən döyüşlər rusların geriləməsi və yerli-

lərin təzyiqlərinə dözməyərək  Ənzəliyə geri çəkilməsi ilə  nəticələndi. 

Mirzə Musa Münəccimbaşının rəhbərliyi altında ruslara səmərəli 

müqavimət göstərilməsi  şah tərəfindən də  təqdir olundu və  Pəribazarın 

müdafiəçiləri Fətəli şahın ənam və mükafatlarına layiq görüldü (82). 

M. Məhəmmədsadıq Vəqayeneqar isə yazırdı ki, 15 gün Ənzəlidə 

qalandan sonra ruslar Pəribazarı tutmaq istədilər. Bu məqsədlə ruslar 

Pəribazara doğru irəliləyərkən meşələrin içərisində Mirzə Musa 

Münəccimbaşının güclü müqaviməti ilə rastlaşdılar. Müəllifə görə, ruslar 

burada  üç gün yerli dəstənin müqavimətini qırmağa çalışdılar. Çoxlu 

adam və silah itkisi verəndən sonra ruslar Ənzəlidən çəkildilər və öz 

gəmilərinə minib Bakıya doğru üz tutdular (83). 

General Zavalişin  Ənzəlinin və  Rəştin işğalını  həyata keçirə bilmə-

diyi kimi, Fətəli şah qoşunlarının Qarabağ cəbhəsindən yayındırılmasına 

və bununla da rus qoşunlarının vəziyyətinin yaxşılaşdırılmasına da nail 

ola bilmədi. Pəribazar və Ənzəli ətrafında ruslara qarşı vuruşanlar əsasən 

yerli qüvvələr idi və  Təbriz  ətrafına toplanan Qacar qoşunlarından ora 

hər hansı bir qüvvə göndərilməmişdi. Sisianov da çox böyük təəssüflə 

general Zavalişinin diqqətinə çatdırırdı ki, onun ləngliyi üzündən Fətəli 

şah bütün qoşunları Qarabağ xanlığına istiqamətləndirə bilmişdi (84). 

General Zavalişinin Bakı  ətrafına gəlməsi və Bakını mühasirəyə 

almaq cəhdi haqqında rus mənbələrində olduğu kimi, farsdilli mən-

bələrdə də məlumat mövcuddur. Lakin bu məlumatlar bir-birindən xeyli 

fərqlidir. Rus mənbələrinə istinad edən rus tarixçilərinin yazdığına görə, 

Bakı buxtasına yetişən günün sabahı Hüseynqulu xan öz nümayən-

dələrini rusların yanına göndərdi ki, onların gəlişinin məqsədilə maraq-




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə