Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə60/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   56   57   58   59   60   61   62   63   ...   265

Mehman Süleymanov 

 

144



Desant dəstəsinin rəhbəri təyin olunan general-mayor Zavalişin 

Gizlər yaxınlığındakı Sladkosroçnı limanına yollanmalı  və orada həm 

hərbi qüvvənin gəmilərə yüklənməsinə və dəstə üçün zəruri olan ərzaq və 

təchizatın yetərli olmasına nəzarət etməli və sonra da Xəzərin qərb sahili 

boyu hərəkətə başlamalı idi. Ekspedisiyanın uzunmüddətli səfər üçün 

hazırlığına general Zavalişin məsuliyyət daşıyırdı  və anlaşılırdı ki, 

ekspedisiyanın qarşısına qoyulan vəzifələrin həlli də  dəstənin 

hazırlanmasının yüksək səviyyədə olmasından asılı idi. Ənzəli 

ekspedisiyasının fəaliyyəti haqqında hazırlanmış  təlimatdan aydın olur 

ki, rus qoşun dəstəsi Ənzəli və Rəştdə öz vəzifələrini icra etdikdən sonra 

Bakıya qayıtmalı və bu şəhəri  nəzarət altına almalı idi. Dəstə Ənzəliyə 

çatandan sonra quruya çıxmalı  və topların daşınması üçün at və digər 

heyvanlar tapmalı, habelə yerli əhalinin qorunması üçün onlardan ipək 

almalı idilər. Bildirilir ki, yerli tacirlər talanlara məruz qaldıqları üçün 

onların mühafizəyə ehtiyacları var idi. Tövsiyə olunurdu ki, rus hərbçiləri 

istər Rəştdə, istərsə  də Bakıda  əhalini talan etməkdən çəkinməli və 

bununla da yerli əhalinin Rusiyaya qarşı düşmənçiliyinə yol 

verilməməlidir (71). 

Rəşt və Bakıya münasibətdə ekspedisiyanın qarşısında fərqli vəzifələr 

dayanırdı. Rəşt şəhəri ruslar tərəfindən müvəqqəti işğal edilməli idi. Rəşt 

şəhərini işğal etməklə Fətəli şaha rus silahının gücü nümayiş etdirilməli 

və eyni zamanda ondan müharibə  xərclərinin alınmasına cəhd 

göstərilməli idi. Bakı isə birdəfəlik işğal edilib Rusiya imperiyasının 

tərkibinə qatılmalı idi. Bu şəhər liman şəhəri kimi rus tacirlərinin Xəzər 

dənizindəki sığınacağı olmalı idi. Rus dəstəsi Rəşt  şəhərindən 8 verst 

aralı olan Pəribazar çayı mənsəbində sahilə çıxmalı və orada möhkəmlən-

məli idi. İlkin olaraq sahilə iki bölüyün və bir ədəd topun çıxarılması 

lazım bilinirdi. Bu dəstə sahilə  çıxan kimi çayın hər iki sahilində 

səngərlər qazaraq orada yerləşməli idi. Adı  çəkilən çayın mənsəbində 

ruslar yerli əhalinin silahlı müqaviməti ilə rastlaşsaydılar, onda 

qamışlıqdan və ya tüstü pərdəsindən istifadə etməklə başqa bir ərazidə 

sahilə  çıxmağa nail olmalı idilər. Sahilə  çıxdıqdan sonra Pəribazar 

yaxınlığında mühafizə postu saxlamaqla ruslar topların müşayiəti ilə 

Rəştə doğru irəliləməli idi. Rus dəstəsi vaxtilə polkovnik Şişkovun 

yerləşdiyi karvansaranın qarşısındakı meydana toplaşmalı idi. 

Pəribazarda sahilə  çıxan kimi ruslar Rəştə öz nümayəndəsini göndərib 

şəhərin təslim olmasını  tələb etməli idilər. Ruslar ümid edirdilər ki, 

rəştlilər  şəhəri təhvil verməklə  bərabər, müharibə  xərci də ödəyəcəklər. 

Rəştin tutulmasından sonra ruslar Qəzvin yolunun nəzarət altına 

alınmasını planlaşdırırdılar. Çünki güman edirdilər ki, bu yolla Fətəli şah 




Gülüstan müqaviləsi 

 

145



Rəştin azad edilməsi üçün qoşun dəstəsi göndərə bilər. Rəştin ruslara 

qarşı müqavimət göstərməsinin aradan qaldırılması üçün yerli əyanların 

ailələrindən girov götürülməsi də planlaşdırılırdı. Rəştin tam nəzarət 

altında alındığına  əminlik hasil olduqdan sonra ruslar yerli əyanların 

nümayəndələri ilə birlikdə Sisianovun məktubunu Fətəli  şaha aparmalı 

idilər (72). 

Sisianov Qacar şahına yazdığı  məktubunda bildirirdi ki, Rusiya 

imperatoru Qara dənizlə  Xəzər dənizi, Volqa çayı ilə Kür-Araz çayları 

arasındakı əraziləri onun rəhbərliyi altına verib və ona qədim İberiyanın 

bərpa edilməsini tapşırıb. Onun yazdığına görə, guya Gürcüstan əraziləri 

vaxtilə Qara dəniz sahilində olan Abxaziyadan Xəzər sahilində olan 

Dərbəndə qədər uzanırmış və indi həmin ərazilərin geri qaytarılması ilə 

məşğuldur. Sisianov bu istiqamətdə artıq ilk addımları atdığını,  İrəvan 

xanlığı ərazisində Abbas Mirzənin rəhbərliyi altında olan şah qoşunlarını 

geri qovduğunu, Qacar qoşunlarına çoxlu itki yetirdiyini yazırdı. 

Sisianov sonra İrəvan xanlığı  ərazisində göstərdiyi  şücaətini  şişirdir və 

bunun üçün müxtəlif rəqəmlər sadalayırdı. Onun sözlərinə görə,  İrəvan 

xanlığı  ərazisində bir sıra gürcü zadəganları  və ermənilər qacarlara əsir 

düşüblər. Onların geri qaytarılması üçün irəli sürülən tələb yerinə 

yetirilmədiyi üçün Sisianov Fars sahillərinə dəniz qüvvələri göndərdiyini 

bildirirdi. Sisianov yazırdı ki, onun tələblərinə yenə  də  əməl olunmasa 

onda Qacar əraziləri qılıncdan keçiriləcək, yandırılacaq və viran 

qoyulacaqdır. Onun tələbləri isə  aşağıdakılar idi: 1) Qacar qoşunlarına 

silahla və ya silahsız əsir düşmüş bütün rusların geri qaytarılması; 2) Qa-

carlara  əsir düşmüş bütün gürcü knyazlarının və zadəganlarının geri 

qaytarılması; 3) Ağa Məhəmməd xan Qacarın Tiflisə hücumu zamanı ələ 

keçirdiyi bütün topların geri qaytarılması; 4) Əvvəlki müharibə 

kampaniyasına görə, rus pulu ilə bir milyon rubl təzminat ödənməsi. Bu 

tələblər yerinə yetiriləcəyi təqdirdə rus qoşunları geri qayıda bilərdilər. 

Sisianovun tələbləri bununla bitmirdi. O rus qoşunlarını o şərtlə geri 

çəkmək istəyirdi ki, Qacar qoşunları daha Arazdan şimalda olan ərazilərə 

gəlməsinlər. Sisianov Qacar şahını  hədələməkdən də  çəkinmirdi və ona 

çatdırırdı ki, əgər tələblərini qəbul etməsə Qacar ərazisindən keçməklə 

Hindistana qədər irəliləyə bilər (73). 

Təkəbbürlü Sisianov hədə-qorxularının Tehran sarayı  tərəfindən 

qəbul olunacağına o dərəcədə  əmin idi ki, hətta məğlub hesab etdiyi 

Fətəli  şahla müqavilə bağlanması üçün də öz məsləhət və  təkliflərini 

hazırladı. Bu təkliflər  əsasən onun məktubunda açıqlanan tələblər idi. 

Sisianov Tehran sarayının təkid göstərəcəyi təqdirdə müharibə 

təzminatının 800 min rubla, sonra da 600 min rubla qədər endirilməsinə 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə