Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə57/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   53   54   55   56   57   58   59   60   ...   265

Mehman Süleymanov 

 

136



girmək istəyəndə atəşlə qarşılaşdılar. Belə olanda qarşılıqlı döyüş baş 

verdi. Mustafa xanın atlıları oradan geri çəkilməli oldu (56). 

Böyük qoşun dəstəsi ilə  Şamaxı xanlığına daxil olmasının yerli 

əhalidə yarada biləcəyi təşviş  və qorxunun qarşısının alınması üçün 

Sisianov tərəfindən "Şirvan vilayətinin xalqlarına vəd" adlı bir sənəd 

imzalandı. Sisianov bu vədin  əvvəlində öz adından  Şirvan vilayətinin 

mollalarına, bəylərinə, kovxalarına və bütün əhalisinə  bəyan edirdi ki, 

Rusiya imperatorunun ona verdiyi səlahiyyətlərə  əsasən, Gürcüstanın 

qonşuları Rusiya təbəəliyinə və himayəsinə daxil olmaq kimi imkan əldə 

ediblər.  Sisianov sonra söyləyirdi ki, onun Gürcüstanın baş komandanı 

olduğu üç il ərzində Rusiya imperatorunun qoşunları böyük qələbələr 

əldə etmişdir. Rus generalı  sonra da əlavə edirdi ki, verdiyi vədə heç 

vaxt xəyanət etmir. Sisianova görə  İmeretiya çarlığı, Minqreliya 

knyazlığı, Qarabağ  və  Şəki xanlıqları öz xoşbəxtliyini taparaq bu 

xoşbəxtlikdən hərtərəfli bəhrələnirlər. Guya Rusiya qoşunlarının Baba 

xanın sayca çox, amma zəif olan qüvvələrindən necə müdafiə 

olunduğuna yayda şirvanlıların özləri də  şahid olmuşdular. Onun 

sözlərinə görə, Mustafa xan Şamaxılı 4 ay öncə qonşularının  əmin-

amanlığa çatdığını görüb özü də Rusiya imperiyasının təbəəliyinə yol 

axtarmağa başladı və öz nümayəndələrini onun yanıma göndərdi. Amma 

Sisianova görə, Mustafa xan tək onun yanına deyil, həm də Fətəli şahın 

yanına öz nümayəndələrini göndərdi. Rus generalı Şamaxı xanının Qacar 

sarayı ilə  əlaqələrini kəsmədiyi üçün Şamaxıya gələrək məkrli Mustafa 

xanı  cəzalandırmaq fikrində olduğunu vurğulayırdı. Sisianov  bildirirdi 

ki, Şamaxı əhalisinin həyatına, əmlakına və təhlükəsizliyinə qarşı biganə 

deyildir. Ona görə  də 15 gün Kürəkbasanda dayanıb Mustafa xanın 

cavabını gözlədi. Mustafa xan isə şərtləri qəbul etsə də Sisianovun yanın-

da Rusiya imperatoruna sədaqət andığı imzalamağa razı olmadı ki, 

bunsuz məsələ  həll oluna bilməzdi. Qoşun dəstəsi ilə  Şamaxı xanlığı 

ərazisinə  gəlməsini Sisianov Mustafa xanın ikitərəfli görüşə  gəlməməsi 

ilə  əsaslandırır və bununla özünə bir növ haqq qazandırırdı. Ona görə 

Sisianov yerli əhaliyə müraciət edirdi ki, onun tərəfindən yeni xan təyin 

edilənə kimi öz ev-eşiklərini tərk etməsinlər və vəd edirdi ki, onların dini 

mərasimlərinin və ibadətlərinin azad şəkildə icrasına  şərait yaradılacaq, 

müharibə qurtaran kimi onların canının və malının təhlükəsizliyi təmin 

ediləcəkdir. Sisianova görə  Şamaxı  əhalisi müharibədən sonra Rusiya 

imperatoruna sədaqət andı  qəbul edəcək və  həmin gündən də onların 

xoşbəxt həyatı başlayacaqdır. 

Burumarx  ətrafındakı düşərgədən Sisianov bir daha Mustafa xana 

məktub göndərdi və onu Rusiya təbəəliyini qəbul etməyə çağırdı. 




Gülüstan müqaviləsi 

 

137



Sisianov yazırdı ki, Mustafa xan Rusiya təbəəliyini qəbul etmək üçün 

bütün  şərtlərə razı olsa da müqavilə imzalanması üçün görüşə  gəlmədi. 

Ona görə  də Sisianov özü məcbur olub qoşunla  Şamaxı yaxınlığına 

gəlmişdir. Bununla belə, Sisianov fikirləşmək və qərar qəbul etmək üçün 

Mustafa xana 48 saat vaxt verməyə hazır olduğunu bildirdi. Bu müddət 

ərzində Mustafa xan Rusiya təbəəliyini qəbul etmək üçün son qərarını 

qəbul etməli idi. Mustafa xan tələbi qəbul etdiyi halda əyanları ilə bir-

likdə Sisianovun yanına gəlməli və Rusiya imperatoruna sədaqət andı 

imzalamalı idi (57). 

Dekabr ayının 13-də general Sisianov Mustafa xandan cavab 

məktubu aldı. Məktubun məzmunundan hiss olunurdu ki, Mustafa xan 

rus qoşunları düşərgəsinə gəlməyə ehtiyat edir. Ona görə Mustafa xan bir 

daha Sisianovdan öz nümayəndələrini onun yanına göndərməyi xahiş etdi 

və bildirdi ki, həmin nümayəndələrin yanında Rusiya təbəəliyinə  qəbul 

edilməsi üçün tərtib edilmiş müqaviləni imzalamağa hazırdır. Mustafa 

xan onu da bildirdi ki, müqavilə layihəsini alandan sonra öz bəylərini Fit-

dağdakı qalaya toplayacaq və onlarla məsləhətləşmə aparacaqdır (58). 

General Sisianov Mustafa xanın istəkləri ilə yenə  də razılaşmadı. 

Müqavilənin layihəsini və öz nümayəndələrini onun yanına göndərməklə 

ona dekabrın 17-nə  qədər vaxt verdiyini bildirirdi. Bundan sonra 

Sisianov Burumarx yaxınlığındakı düşərgədən hərəkət etdi və Fitdağdakı 

qalaya daha yaxın olan Çərtmə dağında düşərgə saldı. Sisianov Mustafa 

xanın qardaşı  Həşim bəylə  də  əlaqə yaratdı. Rus generalı güman edirdi 

ki, Mustafa xan Fitdağdakı qalanı  tərk edərək Muğana çəkilə bilər. 

Sisianov Həşim bəydən istədi ki, Mustafa xanın Muğana çəkilmək cəh-

dinin qarşısını almağa köməklik göstərsin (59). 

Mustafa xan isə belə bir cəhd göstərmədi. Qazaxdakı kazak 

dəstəsinin və azərbaycanlılar arasından seçilmiş atlıların rəhbəri mayor 

Tarasovla görüşəndən sonra Mustafa xan general Sisianovun yanına 

getməyə razı oldu. Mayor Tarasov Mustafa xanın təhlükəsizliyini təmin 

etmək üçün Sisianovun vədlərini ona çatdırdı və nəhayət onu görüşə razı 

sala bildi. Mustafa xan Sisianovla görüşün rus qoşun dəstəsinin 

düşərgəsindən kənarda, müəyyən sayda mühafizəçilərin müşayiəti ilə 

çadır daxilində deyil, açıq havada keçirilməsinə razı oldu (60). 

Nəhayət 1805-ci il dekabr ayının 25-də Mustafa xan böyük qoşun 

dəstəsi ilə onun üstünə gəlmiş general Sisianovun tələbləri ilə razılaşmaq 

məcburiyyətində qalaraq Şamaxı xanlığının Rusiyaya birləşdirilməsi 

haqqında müqaviləni və Rusiya imperatoruna sədaqət andını imzalamalı 

oldu.  İmzalanma mərasimi rus qoşun dəstəsinin Çərtmə dağındakı 

düşərgəsi  ətrafında,  Şirvan  əfəndisi Yəhya  əfəndinin  şahidliyi ilə 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə