Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə54/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   50   51   52   53   54   55   56   57   ...   265

Mehman Süleymanov 

 

128



ondan ildə 8 min çervon vəsaitin Rusiya xəzinəsinə verməsi tələb 

olunurdu. Mustafa xan öz təəccübünü gizlətmirdi ki, onun hakimiyyəti 

əlindən alındığı  və ya məhdudlaşdığı halda ondan nə üçün bu qədər 

vəsait tələb olunur? Mustafa xan qeyd edirdi ki, Qarabağ və Şəki xanları 

Fars hakimindən və ondan (Şamaxı xanından) ehtiyatlandıqları üçün 

Rusiya xəzinəsinə 8 min çervon verməyə razı olmuşdular. Ona qarşı belə 

tələb irəli sürülməsini isə Mustafa xan anlaşılmazlıq sayırdı. Mustafa xan 

tələb edirdi ki, ona  onun ləyaqətinə uyğun münasibət göstərilsin. Onun 

Rusiya təbəəsi olması istənilirsə onda, sakit yaşaması üçün lazımi şərait 

təmin olunsun. Könüllü şəkildə öz hakimiyyətindən  əl çəkməsinin 

əvəzində Mustafa xan onun gələcək həyatı  və  təminatı üçün etibarlı 

zəmanət verilməsini istəyirdi. Hakimiyyətdən könüllü imtinanın əvəzində 

Mustafa xan Rusiya sarayından uyğun nəvazişin və  səxavətin 

göstəriləcəyinə  zəmanət almaq istəyirdi. Mustafa xan Rusiya tərəfindən 

elə bir mükafatla rastlaşmaq istəyirdi ki, bu mükafat onda Rusiya impe-

riyasına xidmət üçün bir həvəs yaratmış olsun (39). 

Mustafa xan Rusiya işğalçılığının təmsilçisi olan Sisianovdan ona 

müstəqil xanlığın hakimi kimi ehtiram qoyulmasını, xanlıq hakiminə 

yalnız işğalçı təfəkkürü ilə yanaşılmamasını tələb etdi. Bu tələb isə istər 

Rusiyanın işğalçılıq və hegemonluq siyasətinə, istərsə  də Sisinaovun 

özünün diktat hökmranlıq xarakterinə uyğun deyildi. Ona görə  də 

Mustafa xanın məktubuna Sisianov tərəfindən işgüzarcasına yanaşılacağı 

inandırıcı deyildi. Mustafa xanla sonrakı yazışmalarında Sisianov 

bildirirdi ki, tezliklə onun təkliflərinə öz münasibətini bildirəcəkdir (40). 

Təəssüf ki, istinad olunan mənbələrdə Sisianovun Mustafa xana cavabı 

haqqında məlumat yoxdur. Bununla belə, onun Mustafa xana əvvəlki 

münasibətinin dəyişməməsindən ona hansı cavabı verdiyini ehtimal 

etmək mümkündür. 

Mustafa xanın nümayəndəsi Musaxan bəy isə Tiflisdən qayıtdıqdan 

sonra Qacar sarayına göndərildi və onun vasitəsilə Qacar sarayına 

çatdırıldı ki, Tiflisdə çox az sayda rus qoşunları mövcuddur (41). 1805-ci 

ilin yayında Qacar qoşunlarının Azərbaycan xanlıqları üzərinə 

hücumunun Tiflisə  qədər davam etdirilməsi planlaşdırılarkən, heç 

şübhəsiz ki, bu məlumat da nəzərə alınmışdı. 

Sisianov Mustafa xanı da Qarabağ və Şəki xanları ilə eyni zamanda 

Rusiya təbəəliyinə  qəbul edilmək haqqında müqavilə imzalanmasına 

sövq etmək istəyirdi. Bunun üçün həm qarşılıqlı yazışmalar aparılır, həm 

də qonşu xanlıqlar vasitəsilə ona təsir göstərilməsinə çalışılırdı. 

1805-ci ilin yayında Kürəkçay müqavilələri imzalanandan sonra Qacar 

qoşunları Qarabağa hücum edəndə, Mustafa xan da Abbas Mirzənin 




Gülüstan müqaviləsi 

 

129



köməyinə 500 nəfərlik silahlı atlı  dəstəsi göndərdi. Bu dəstə  şah qo-

şunlarının tərkibində Qarabağ xanlığının qoşunlarına və rus qoşunlarına 

qarşı döyüşdə  iştirak etdi. Qacar qüvvələri bu hücumda ciddi bir nəticə 

əldə etmədilər. Amma geri qayıdarkən Qacar silahlıları onların köməyinə 

gəlmiş  Mustafa xan atlılarının silah və təchizatını zorla onların əlindən 

alıb özləri ilə apardılar. Bununla Mustafa xan bir daha anladı ki, Qacar 

qoşunlarına sığınmaq heç də doğru çıxış yolu deyildir. Ona görə  də 

Sisianov Şuşada olarkən Mustafa xan nümayəndəsi Məhəmməd Hüseyn 

yüzbaşını məktubla onun yanına göndərdi. General Sisianov isə Şamaxı 

dəstəsinin Qacar qoşunları tərkibində vuruşmasına qəzəblənərək Mustafa 

xanın məktubunu qəbul etmədi və  Məhəmməd Hüseyn yüzbaşını geri 

qaytardı (42). 

Məhəmməd Hüseyn yüzbaşı geri döndükdə Mustafa xana belə bir 

xəbər çatdırdı ki, Sisianov Gəncəyə qayıdandan sonra Şamaxı xanlığı 

nümayəndəsi ilə görüşmək istəyir. Sisianov Gəncəyə qayıdandan sonra 

Mustafa xan məktub yazıb Bağır bəy adlı birisi vasitəsilə Sisianova 

göndərdi. Bağır bəy həm də Sisinovla danışıqlarda  Şamaxı xanlığını 

təmsil etməli idi. Amma rus qoşunları baş komandanı Mustafa xanın bu 

məktubunu da sonsuz qəzəblə qarşıladı və bu qəzəbini o, Mustafa xana 

göndərdiyi məktubunda da ifadə etdi. Sisisanov Mustafa xanın nəzərinə 

çatdırdı ki, onunla hər hansı danışıqlar aparmaq niyyətində deyil və 

yalnız insan qanı axıdılmasına yol verməmək üçün öz tələblərini bir daha 

ona göndərir. Bu tələblər mayor Tarasovla göndərilmiş tələblərdən daha 

sərt idi. Sisianovun birinci tələbi  əvvəlki tələbin eyni idi Onun ikinci 

tələbi isə belə ifadə olunmuşdu – Gürcüstanın baş komandanı ilə 

razılaşdırmadan  ətraf hakimlərlə  və onların nümayəndələri ilə, məktub 

gətirənlərlə heç bir təmas qurmamaq, icazə olmadan onları geri 

göndərməmək, Rusiyanın düşmənlərindən, o cümlədən Baba xandan və 

ya başqalarından məktub gətirənləri saxlamaq, məktub açılmadan onu 

gətirənlə birlikdə etibarlı adamların müşayiəti ilə Gürcüstanın baş 

komandanına göndərmək. 

General Sisianovun Mustafa xana qarşı irəli sürdüyü sonrakı tələblər 

aşağıdakılardan ibarət idi: 

-Şamaxı xanlığı ərazisində olan Qarabağ əhalisini geri qaytarmaq

-Cavad ərazisi əvvəllər Qarabağ xanlığına mənsub olduğu üçün onu 

yenidən Qarabağ xanlığına geri qaytarmaq; 

-Rusiya imperatoruna sədaqətin zəmanəti kimi Mustafa xanın böyük 

qardaşı İsmsyıl bəyi, habelə Şeyxəli bəyi, Ömər sultanı, Cəbrayıl bəyi və 

məlik Umudun uşaqlarını girov vermək; 



Mehman Süleymanov 

 

130



-Rusiya imperatorunun xəzinəsinə ildə 10 min çervon vergi vermək. 

Bu verginin birinci 5 minini müqavilə imzalananadək ödəmək; 

-Həştərxandan gələn, Bakıdan keçməklə Gürcüstana qədər gedən yük 

karvanlarının təhlükəsizliyini təmin etmək. Bunun üçün Mustafa xan yük 

karvanlarına müşayiətçilər ayırmalı idi; 

- Məhəmməd Həsən xanı (keçmiş Şəki xanı) geri qaytarmaq (43). 

Bu tələblərin əvəzində Rusiya tərəfinin öz üzərinə götürməli olduğu 

öhdəliklər əvvəlki öhdəliklərin oxşarı idi. Əvvəlki öhdəliklərə bir öhdəlik 

əlavə olunmuşdu. Həmin öhdəliyə görə, Sisianov Mustafa xanı onun 

qardaşı olan Həşim bəylə barışdırmağa söz verirdi. 

Mustafa xan general Sisanovun irəli sürdüyü tələbləri ciddi şəkildə 

nəzərdən keçirdi. İki böyük dövlətin işğalçı yürüşlərinin kəsişməsində 

qaldığı  və müstəqilliyin qorunması üçün etibarlı seçimi olmadığı üçün 

Mustafa xan Rusiya təbəəliyinə qarşı  kəskin münasibət nümayiş 

etdirmədi. Lakin Sisianovun irəli sürdüyü hər tələbə öz münasibətini 

bildirdi və bu fikirlərini məktub vasitəsilə Sisianovun diqqətinə çatdırdı. 

Mustafa xan həmin məktubu nümayəndəsi Maqsud bəy adlı birisi ilə 

Sisianova göndərdi. Maqsud bəy  Şamaxı xanının bir sıra fikirlərini də 

şifahi olaraq Sisianova çatdırmalı idi. Mustafa xan general Sisianova 

göndərdiyi məktubunda  əvvəlcə onun tələblərini bir də yazılı  şəkildə 

təkrarlayır və sonra da həmin tələblərə cavab verirdi.  Məktubun 

məzmunu aşağıdakı kimi idi: 

1.  Fars şahından və fars xanlarından imtina etmək. 

Cavab – Sərdarın (general Sisianov nəzərdə tutulur) iradəsinə uyğun 

olaraq mən farslardan imtina etdim. Bu hətta o vaxt baş verib ki, mən 

sizin yanınıza bir kəndxuda göndərmişdim. 

2. Başqa xanlarla yazılı  və  şifahi təmasda olmamaq və  əgər onların 

nümayəndəsi məktubla gəlsə, sərdarın icazəsi olmadan onlara cavab 

verməmək. 

Cavab- Müxtəlif vəziyyətlə, zərurətlə, az əhəmiyyətli işlərlə bağlı 

Kür çayının bu tərəfində olan qonşu Səlim xanla və  Şeyxəli xanla 

əlaqələrim olur. Bununla bağlı  sərdarı  məlumatlandırmağa ehtiyac 

yoxdur. Fars xanlarına gəlincə isə  sərdarın xəbəri olmadan onlarla 

əlaqəm olmayacaq. 

3. Qarabağlıları geri qaytarmaq. 

Cavab – Bunun cavabına üç tərəfdən yanaşmaq lazımdır.  Əvvəla, 

Qarabağ ailələrinin bir hissəsi  əslən  Şirvan  əhli sayılırlar və onlar öz 

torpaqlarına qayıtmışlar. Məsələn, Hacı  Əlili və Quru əhalisi kimi. 

İkincisi, onların bir hissəsi qıtlıq zamanı  gəlmişlər, onlara maliyyə 

yardımı göstərilmişdir, onların bəziləri taxıl ilə təmin ediliblər və burada 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə