Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə55/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   51   52   53   54   55   56   57   58   ...   265

Gülüstan müqaviləsi 

 

131



onlar özlərinə ailə qurmuşlar. Üçüncüsü isə onların bəziləri talanlar vaxtı 

gələrək burada özlərin vətən tapmışlar, buranı xoşlayaraq burada özlərinə 

bağ və mülk qurmuşlar. Onlar Qarabağa qayıtmaq arzusunda deyildirlər. 

Şirvan da, Qarabağ da hər ikisi padşahın vilayətləridir. Sərdar da gərək 

bizim və  rəiyyətimizin  haqqına cəfa etməsin və elə eləsin ki, dil tapa 

bilək. 


4. Həşim bəyi geri gətirmək. 

Cavab – Onun arxasınca adam göndərmişəm.  İnşaallah gələrsə, onu 

sakitləşdirərəm. 

5. Xəzinəyə 10 min çervon (əşrəfi) verilməsi haqqında. 

Cavab – Səlim xan bizim qardaşımızdır. Onunla necə razılaşmış-

sınızsa, eyni ilə də biz xidmət göstərməyə hazırıq. 

6. Girov verilməsi haqqında. 

Cavab – Səlim xan və  Şəki xanlığı necə girov veribsə, biz də eyni 

girovu verməyə hazırıq. 

7. Cavad keçidini İbrahim xan Qarabağlıya güzəştə getmək. 

Cavab – Heç bir vaxt Cavad keçidi Qarabağ xanlığının tərkibində 

olmayıb. Bu keçid Muğanla Şirvan arasındadır. Qarabağdan və ya digər 

yerdən kimsə  təsdiqləsə ki, Cavad keçidi nə vaxtsa Qarabağa mənsub 

olub, onda sizin iradənizcə olsun. 

8. Salyanda istehkam qurğusu tikilərsə onu işçi qüvvəsi ilə  təmin 

etmək (Sisianovun yuxarıdakı  tələbləri arasında bu tələb yoxdur. Ola 

bilsin ki, bu tələb şifahi şəkildə Mustafa xana çatdırılmışdı). 

Cavab – Sərdarın iradəsinə uyğun olaraq işçilər veriləcək. 

9. Xanlıq daxilində karvanların təhlükəsizliyini təmin etmək 

Cavab – Sərdarın iradəsinə uyğun olaraq öz mülküm daxilində 

Gürcüstan sərhədinə qədər yükləri müşayiət edəcəyəm (44). 

Bununla Mustafa xan Sisianovun irəli sürdüyü şərtləri qəbul etməyə 

meylli olduğunu nümayiş etdirdi. Şamaxı xanı yalnız  ödənməli olan 

verginin miqdarı  və girov verilməsi ilə bağlı öz əlavə  təkilf irəli sürdü. 

Qarabağ  əhalisinin geri qaytarılması  və Cavadın Qarabağ xanlığına 

verilməsi ilə bağlı Mustafa xanın cavabı Sisianova inandırıcı  və 

qaneedici göründü və bunu o, Qarabağ xanı  İbrahim xana göndərdiyi 

məktubunda da açıqladı (45). 

Başqa sözlə, Mustafa xan Cavadın Qarabağ xanlığına verilməsi və 

Şirvana köçürüldüyü iddia olunan Qarabağ  əhalisinin geri qaytarılması 

ilə razılaşmadı Eyni zamanda xahiş etdi ki, o da Şəki xanı kimi Rusiya 

xəzinəsinə ildə 7 min çervon vergi ödəsin. 

P.D.Sisianov  Şamaxı xanının fikir və  təkliflərini diqqətlə öyrəndi, 

Şamaxı xanlığının dinc yolla Rusiyaya birləşdirmək imkanının 




Mehman Süleymanov 

 

132



mövcudluğunu sevinclə qarşıladı və elə Maqsud bəylə də öz fikirlərini və 

mülahizələrini Mustafa xana çatdırdı. Sisianov Şamaxı xanının Fars 

asılılığından imtina etməsini müsbət hal saydı və Mustafa xana çatdırdı 

ki, bu tələb onun deyil və bu tələb Rusiya imperatorunun iradəsi ilə 

bağlıdır. Qonşu xanlarla münasibətlərinə  gəlincə isə Sisianov Mustafa 

xanın Səlim xanla təmasda olmasına etiraz etmədi. Çünki, Sisianova 

görə, Səlim xan da Rusiya təbəəsi idi. Bütünlükdə, Sisianov Rusiya 

təbəəsi olan şəxslərlə Mustafa xanın təmasda olmasını mümkün sayırdı. 

Şeyxəli xanı isə Sisianov Rusiyanın düşməni sayırdı. Ona görə Mustafa 

xanın onunla təmasda olmasını Sisianov qəbul etmək istəmirdi. Rusiya 

xəzinəsinə verilməli olduğu vergilərin miqdarına Mustafa xanın etirazına 

da Sisianov öz münasibətini açıqladı. Sisianovun fikrincə,  Şəki 

xanlığının ərazisi Şamaxı xanlığının ərazisindən kiçik, əhalisi də Şamaxı 

xanlığının əhalisindən az idi. Ona görə Sisianov Şamaxı xanlığının Şəki 

xanlığı ilə müqayisə edilməsini düzgün saymırdı. Bununla belə, o, 

Mustafa xanın təklifini qismən nəzərə aldı və Şamaxı xanlığı üçün illik 

vergini 8 min çervon təyin etdi. Sisianov məktubunda girovlarla bağlı 

yaranmış  vəziyyətə aydınlıq gətirdi. Xüsusilə,  Şəki xanlığının verməli 

olduğu girovlar haqqında Mustafa xana məlumat verdi. Girovlarla bağlı 

Şəki xanlığına tətbiq edilən təcrübənin mahiyyətini açıqlayandan sonra 

general Sisianov bir daha Mustafa xanın qardaşı İsmayıl bəyin özünün və 

müəyyənləşdirdiyi bəzi bəylərin uşaqlarının girov verilməsini tələb etdi. 

Sisianov məktubunda qarabağlıların Qarabağa qaytarılması  və Cavadın 

Qarabağ xanlığı tabeliyinə verilməsi ilə bağlı Mustafa xanın cavabına da  

münasibətini bildirdi. Mustafa xandan tələb olundu ki, qarabağlılığı 

şübhə doğurmayan  şəxslər Qarabağa qaytarılsın. Qalanları isə  Şamaxı 

xanlığında yaşaya bilərdilər. Cavadla bağlı isə Sisianov Mustafa xanın 

dəlilləri ilə razılaşırdı  və Cavadın Qarabağa mənsubluğu sübut 

edilməyincə onun Şamaxı xanlığı tərkibində qalmasını qəbul edirdi (46). 

Maqsud bəylə Narv draqun alayının podpolkovniki Elizbar Eristov da 

Mustafa xanın yanına göndərildi. Knyaz Eristov Şamaxı xanlığının 

Rusiyaya birləşdirilməsi haqqında müqavilə layihəsini Mustafa xana 

gətirdi. Mustafa xan bu layihə ilə tanış olandan sonra onu geri qaytarmalı 

idi (47). 

Knyaz Eristov Mustafa xanla görüşərək Sisianovun məktubunu və 

müqavilə layihəsini ona təqdim etdi. Mustafa xan onlarla tanış olandan 

sonra yeni mülahizələrini hazırladı  və bu mülahizələrini məktub halına 

salaraq onu knyaz Eristovun vasitəsilə Sisianova göndərdi. Mustafa xan 

bir sıra tələbləri olduğu kimi qəbul etdi, bir sıra tələblərə isə öz 

münasibətini bəyan etdi. Onun razılaşmadığı tələblərdən biri Quba xanı 




Gülüstan müqaviləsi 

 

133



Şeyxəli xanla bütün əlaqələrin kəsilməsi tələbi idi. Mustafa xan bəyan 

etdi ki, Quba xanlığı qonşu xanlıqdır və bu xanlıq Şamaxı xanlığının do-

lanışığının təşkilində xüsusi rola malikdir. Mustafa xan bildirirdi ki, 

iqtisadi xarakterli münasibətlərin davam etdirilməsinin heç bir ziyanı 

olmamalıdır. O, Quba xanlığı ilə münasibətlərin saxlanılmasını istəyirdi 

və eyni  zamanda söz verirdi ki, Quba xanlığı ilə münasibətlər davam 

etdirilərkən Rusiyanın düşmənlərinə heç bir kömək göstərilməyəcəkdir. 

Qarabağlıların geri qaytarılması ilə bağlı da Mustafa xan müəyyən 

güzəştlərə getməyi qərara aldı. O bildirdi ki, əslən qarabağlı olan əhalinin 

geri qaytarılmasına etiraz etmir. Lakin bu məsələdə ona təzyiq edilmə-

sinə  də razı deyildi. Rusiya xəzinəsinə veriləcək verginin miqdarı 

azaldılsa da Mustafa xan bu məsələyə  də etirazla yanaşdı. Mustafa xan 

vertginin azaldılmasını istəyirdi və bunu Şamaxı  əhalisinin daha çox 

köçərilərdən ibarət olması ilə izah etdi. Bununla belə o, Sisianovun 

iradəsini qəbul etməyə hazır olduğunu da yazırdı. Girovların verilməsinə 

də Mustafa xan öz bildiyi kimi yanaşmağı üstün tutdu. Sisianov özü 

tərəfindən müəyyənləşdirilən bəylərin uşaqlarının girov göndərilməsini 

istəyirdi. Mustafa xan isə özünün seçimi ilə girov göndərəcəyini bildirdi. 

Nəhayət, ticarət karvanlarının təhlükəsizliyinin təmin edilməsi 

məsələsinə gəlincə, Mustafa xan bəyan etdi ki, bu işi öz xanlığı daxilində 

etməyə hazırdır (48). 

Sonrakı aylarda Mustafa xanla Sisianov arasında yazışma yenə 

davam etdi. Bu yazışmalarda gücə, qüvvəyə daha çox üstünlük verən 

Sisianovun yırtıcı xarakterinin qarşısında Mustafa xanın müdrikliyi 

xüsusi bir qabarıqlıqla nəzərə çarpır. Sisianovun əsassız ittihamlarının 

qarşısında düşünülməmiş mövqe açıqlayan Mustafa xan xarakter 

bütövlüyü ortaya qoysa da, Rusiyanın imperiya işğalçılığının 

təmsilçisinin qarşısında məhdud seçim imkanları ilə üzləşməli oldu və 

nəhayətdə haqsız tələblərlə razılaşmaq məcburiyyətində qaldı. 

Sisianov isə öz xarakterinə uyğun olaraq Mustafa xanın  əzmkar 

iradəsi qarşısında gücsüz qalıb onu ənənəvi ittihamlarla təqsirləndirməyə 

çalışdı. Qeyd etmək lazımdır ki, Mustafa xan öz məktubunu knyaz 

Eristovla və Maqsud bəylə yollayarkən Sisianova hədiyyə olaraq bir baş 

at da göndərmişdi. Sisianov bu atı  qəbul etmədi və  səbəbini də onunla 

izah etdi ki, hələlik onunla Mustafa xan arasında dostluq münasibətləri 

qurulmamışdır (49). Başqa sözlə, Mustafa xan hələ Sisianovun iradəsini 

qəbul etmədiyi üçün, Sisianovun dediyi ilə durub-oturmadığı üçün rus 

generalın etimadını  və etibarını qazanmamışdı. Bundan başqa Sisianov 

Mustafa xanı  Fətəli  şahla münasibətlərdə olmaqda, ondan hədiyyələr 

almaqda günahlandırdı. Mustafa xan sonrakı yazışmalarında izah etdi ki, 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə