Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə61/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   57   58   59   60   61   62   63   64   ...   265

Mehman Süleymanov 

 

146



razı idi. Bundan əlavə müqavilədə o da əksini tapmalı idi ki, Qacar sarayı 

Rəştdə Rusiya konsulluğunun açılmasına razılıq verir və rus tacirlərinin 

azad fəaliyyətinə şərait yaradır. 

Tehran sarayının Rusiyanın tələblərini qəbul etməyəcəyi təqdirdə 

Sisianiv tələb edirdi ki, Rəşt şəhəri işğal edilsin və Qacarlar dövlətindən 

qoparılsın, Rəştə yeni hakim təyin edilsin, ona təzminat 

müəyyənləşdirilsin və rus ticarətinin qorunması üçün Rəşt sahillərində 

bir rus gəmisi saxlanılsın. Əgər Rusiyanın tələbləri qəbul olunsaydı belə, 

Sisianov Rəştdə konsulluğun açılmasını  və rus tacirlərinin qorunması 

üçün bir rus hərbi gəmisinin orada saxlanmasını vacib sayırdı. Rəşt 

ətrafında verilən tapşırıqlar yerinə yetiriləndən sonra rus qoşun dəstəsi 

Bakıya gəlməli və Bakı buxtasına daxil olaraq bu şəhəri dənizdən 

mühasirə etməli idi. Bundan sonra bir rus hərbçisi Bakı hakimləri yanına 

göndərilməli və şəhərin təhvil verilməsi təklif olunmalı idi. Bakı hakim-

ləri bu tələbi yerinə yetirməzdilərsə, onda bəyan edilməli idi ki, 1803-cü 

ildə Bakı hakimləri öz nümayəndələrini Tiflisə, Sisianovun yanına 

göndərməklə Rusiya təbəəliyinin qəbul edilməsi haqqında müqavilə 

imzalamış, lakin bu müqaviləyə əməl etməmişdilər. Rus qoşun dəstəsinin 

gəlişi imzalanmış müqaviləni icra etməyənlərin cəzalandırılması ilə 

bağlanmalı idi. Bildirilməli idi ki, Bakı  şəhəri ruslara təslim olmalıdır. 

Əks təqdirdə  şəhər yandırılaraq külə döndərilə bilərdi. Bakı hakimləri 

lazımi cavab verməsəydilər və ya rus nümayəndəsi yüksək səviyyədə qə-

bul olunmasaydı, onda gəmilərdən şəhərə bir neçə atəş açılmalı idi. Şəhər 

ələ keçirildikdən sonra liman ətrafındakı yaşayış  məhəllələri  ələ 

keçirilməli və orada ruslar yerləşdirilməli idi. Şəhərin mühüm 

nöqtələrində isə toplar qurulmalı idi ki, şəhər  əhalisini qorxu altında 

saxlamaq mümkün olsun. Şəhər üzərinə  nəzarət təmin edildikdən sonra 

qoşun dəstəsi bütünlüklə  şəhərə yeridilməli idi. Bundan sonra gəmilər 

Həştərxana qayıtmalı idi. Ənzəlidə, Talışda və Bakıda bir ədəd olmaqla 

gəmi saxlanmalı idi. Rus hərbçilərinin  ərzaq və  təchizatla təmin etmək 

üçün Sisianov Nargin adasında anbar yaradılmasını  təklif edirdi. Onun 

fikrincə, belə bir anbarın yaradılması üçün Nargin adası yararlı yer idi. 

Bakı  şəhəri işğal edildikdən sonra general Zavalişin Sisianovun yanına 

çapar göndərməli idi. Sisianov ümid etdiyini bildirirdi ki, Bakı  şəhəri 

işğal ediləndə Qarabağ  və  Şəki xanlıqları artıq Rusiyaya birləşdirilmiş 

olacaqlar (74). 

1805-ci il aprel ayının sonlarında hərbi dəniz dəstəsinin  Ənzəliyə 

doğru hərəkətə başlayacağı güman edilirdi (75). Lakin bu baş vermədi və 

dəstənin yola düşməsinin ləngiməsi müəyyən təşviş və narahatlıqları da 

ortaya qoydu. Rusiyanın  Ənzəlidəki konsulu Skibnevski bu ləngimənin 




Gülüstan müqaviləsi 

 

147



arzuolunmaz nəticələrlə başa çata biləcəyini general Sisianovun nəzərinə 

çatdırdı. Skibnevski bunu onunla izah edirdi ki, iyulun başlanğıcına kimi 

gilanlılar ipək istehsalını başa çatdırıb yaylaqlara çəkilirlər. Ruslar isə 

Gilan sahillərində gözləməli olmaqla o yerlərdə çox yayılmış xəstəliklərə 

tutula bilərdilər. Belə bir şəraitdə Qacar qoşunları da rusları sakit 

buraxmazdılar. Xoşagəlməz hadisələrlə qarşılaşmamaq üçün Skibnevski 

rus dəstəsini yerli tayfaların silahlıları ilə möhkəmləndirməyi təklif etdi. 

Sisianov da bu təkliflə razılaşdı (76). 

Uzun-uzadl hazırlıqdan sonra 1805-ci il iyun ayının 10-da gəmilər 

Ənzəliyə doğru hərəkətə başladılar və iyun ayının 23-də  Ənzəliyə 

çatdılar. Rus hərbi gəmilərinin  Ənzəli sahillərində peyda olması  şəhər 

əhalisinin narahatçılığı ilə qarşılaşdı. Rusların gəlişinin məqsədi ilə 

maraqlanan  şəhər hakiminin nümayəndələrinə bildirildi ki, Ənzəli işğal 

edilməlidir.  Şəhər təslim edilməsə, onda bu məsələ silah gücünə həyata 

keçiriləcəkdir. Səhəri gün ruslar sahil boyu yerli əhalinin silahlı 

müqaviməti ilə qarşılaşdılar. Müqavimətin qarısının alınması üçün ruslar 

üç hərbi gəmini  limana doğru hərəkət etdirdilər və bununla da şəhər əha-

lisinin müqaviməti aradan qalxdı. Rusların qarşısının saxlanmasının çətin 

olacağını görən şəhər sakinlərinin çoxu ev-eşiklərini tərk edib dağlara və 

meşələrə  çəkildilər.  Ənzəlidə yaşayan ermənilər bu xəbəri ruslara 

çatdırdılar. Ruslar da rahatlıqla şəhər qalasını nəzarət altına aldılar (77). 

Rəşt ətrafında da ruslar yerli əhalinin silahlı müqaviməti ilə rastlaşdı. 

İyun ayının 1-də podpolkovnik Aseyevin rəhbərliyi altında 450 nəfərlik 

yeger dəstəsi Pəribazar çayının mənsəbində  hər iki tərəfdən sahilə 

çıxdılar. Pəribazar məntəqəsinə qədər olan üç verstlik sahədə yerli əhali 

müdafiə mövqelərində müqavimət göstərdilər. Yegerlərin hücumu sahilə 

yaxınlaşmış 4 ədəd gəmi vasitəsilə müşayiət olunurdu. Göstərilən bütün 

cəhdlərə baxmayaraq, yerli silahlılar rusların hücumunun qarşısını 

saxlaya bilmədilər və  nəticədə  Pəribazar məntəqəsi də rusların  əlinə 

keçdi. Rusların qarşısında dayanan sonrakı  vəzifə isə  Rəşt  şəhərinin 

işğalı idi. Yerli əhalinin çağırılmamış  işğalçılara qarşı müqavimətinin 

güclənməkdə olduğunu görən general Zavalişin Hərbi Şura topladı. Hərbi 

Şurada belə bir qənaətə  gəlindi ki, Rəşti  ələ keçirmək mümkün olsa da 

orada möhkəmlənmək mümkün olmayacaqdır. Xüsusilə  də, arxada 

Pəribazarın və  Ənzəlinin müdafiəsiz qalması ruslara daha ehtiyatlı 

fəaliyyətə sövq edirdi. Qərara alındı ki, Rəşt üzərinə hücum təşkil edilsin, 

oradakı silahlı qüvvələr şəhərdən sıxışdırılsın və sonra da ruslar Pəribazar 

və  Ənzəliyə  çəkilsinlər.  İyul ayının 5-də general Zavalişinin rəhbərliyi 

altında olan 800 nəfərlik rus dəstəsi 3 ədəd topun müşayiəti ilə  Rəştə 

doğru hərəkətə başladı. Rus mənbələrində Rəşt ətrafında yerli əhalinin 7 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə