Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə49/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   45   46   47   48   49   50   51   52   ...   265

Gülüstan müqaviləsi 

 

117



Səlim xandan tələb edirdi ki, Şamaxı xanlığı  ərazisində gizləndiyi 

ehtimal edilən Uğurlu ağanın və ailəsinin tutulub təhvil verilməsi üçün 

Mustafa xana təsir göstərsin. Sisianov yazırdı ki, rusların köməyi sayə-

sində  Səlim xan özünü Mustafa xan təhlükəsindən qoruya bilməlidir. 

Rusların göstərdiyi bu köməyin əvəzi kimi isə Sisianov istəyirdi ki, Səlim 

xan onun tələblərini yerinə yetirsin. Onun sözlərinə görə, bununla Səlim 

xan Rusiyaya olan sədaqətini əməli ilə sübuta yetirmiş olardı (20). 

General Sisianov həm  İbrahim xanla, həm də  Səlim xanla Rusiya 

təbəəliyini qəbul etmək haqqında müqavilənin imzalanması üçün ortaq 

bir tarix müəyyənləşdirdi. Kürəkçay yaxınlığında hər iki xanla 

müqavilənin imzalanması tarixi ərəfəsində  Səlim xan Sisianova məktub 

göndərərək xəstələndiyini çatdırdı. Səlim xan eyni zamanda Sisianova 

təklif etdi ki, müqavilənin imzalanması üçün Mingəçevirdə görüş 

keçirilsin. Sisianov bu təklifi qəbul etmədi və  Səlim xana yazdı ki,  

görüşün harada və nə vaxt keçiriləcəyi haqqında qərarı o özü qəbul edir. 

İbrahim xanla Qarabağ xanlığının Rusiyaya birləşdirilməsi haqqında Kü-

rəkçay müqaviləsi imzalanandan sonra Sisianov dərhal Gəncəyə 

qayıtmaq istəyirdi. Lakin o, Kürəkçay  ətrafını  tərk etməmişdən  əvvəl 

Səlim xandan növbəti məktubu aldı. Bu məktubda Səlim xan gəlməkdə 

olduğunu və artıq Mingəçevirə çatdığını bildirirdi. Onda Sisianov 

Kürəkçay  ətrafında Səlim xanı gözləməyi qərara aldı  və onun 

yetişməsindən sonra 1805-ci il may ayının 21-də Kürəkçay  ətrafında 

Səlim xanla Şəki xanlığının Rusiyaya birləşdirilməsi haqqında müqavilə 

imzalandı (21). 

İbrahim xanla Səlim xanın Rusiyaya birləşmək haqqında imza-

ladıqları müqavilələrin mətni bəzi istisnalarla bir-birinin oxşarı idi. 

Mətndə başlıca olaraq xanların və xanlıqların adları  fərqli idi. 

Müqavilənin məzmununda olan fərqliliklər isə aşağıdakılardan ibarət idi: 

İbrahim xanın imzaladığı müqavilənin 5-ci maddəsində  Şuşa qalası 

yerinə Nuxa qalası yazılmışdı. Bu maddədə eyni zamanda o da təsbit 

olunurdu ki, Gürcüstanın baş komandanının planına əsasən, rus mühəndis 

zabitlərinin  seçimi əsasında Nuxadakı rus silahlı  dəstəsi üçün qala 

tikilməli və Səlim xan da bu tikintini işçi qüvvəsi ilə təmin etməli idi. 

İbrahim xanın imzaladığı müqavilənin 6-cı maddəsində Qarabağ xanı 

öz üzərinə belə bir öhdəlik götürürdü: 1) istər ilk vaxtlar, istərsə  də 

sonrakı vaxtlar üçün yuxarıda göstərilən qoşunlar üçün baş komandanın 

təsdiq etdiyi münasib qiymət əsasında lazım olan miqdarda buğda və darı 

yarması  tədarük etmək. Səlim xanın imzaladığı müqavilədə isə  həmin 

maddədə onun öz üzərinə  qəbul etdiyi öhdəlik aşağıdakı kimi təsbit 

olunmuşdu: 1) yuxarıda göstərilən qoşunlara ildə 529 xalvar un və 80.5 




Mehman Süleymanov 

 

118



xalvar buğda verməklə ərzaqla təmin etməli idi. Maddənin qalan hissəsi 

İbrahim xanın imzaladığı müqavilədə olduğu kimi davam etməli idi; 2) 

yuxarıda göstərilən qoşunları  Şəki  ərazisinə  təyin etmək, ya da 5-ci 

maddədə deyildiyi kimi, onların rəhbərinin seçiminə  əsasən daimi evdə 

yerləşdirmək və onları lazım olan həcmdə odunla təchiz etmək; 3) 

yuxarıda göstərilən  ərzaq elə çatdırılsın ki, həmişə 2-3 aylıq ehtiyat 

mövcud olsun və qoşunların heç bir çatışmazlığı olmasın. 

Müqavilənin 8-ci maddəsinə əsasən, Qarabağ xanı Rusiya xəzinəsinə 

ildə 8 min çervon vergi verməli idisə, Səlim xan 7 min çervon vergi 

verməli idi. Həmin maddəyə görə,  İbrahim xan girov kimi nəvəsini 

Sisianovun sərəncamına göndərməli idisə, Səlim xan öz oğlunu girov 

verməli idi. Lakin onun oğlu 4 yaşında idi. Ona görə 8-ci maddədə təsbit 

olunmuşdu ki, Sisianovun qərarına  əsasən Səlim xanın oğlunun yerinə 

Şəkinin beş  nəfər bəyinin böyük oğlanları girov verilməli idi. 1-2 ildən 

sonra isə  Səlim xan öz oğlunu girov göndərməli və  bəy uşaqları geri 

qaytarılmalı idi. Səlim xanın qayınatası  İbrahim xan da Səlim xanın bu 

tələbi yerinə yetirəcəyinə yazılı təminat verməli idi. 

Müqavilənin 9-cu maddəsi də  fərqli idi. Bu maddə girov verilən 

şəxslər üçün pul vəsaitinin ayrılması haqqında idi. İbrahim xanın girov 

verilən ailə üzvləri üçün gündə 10 rubl ayrılmalı idisə,  Şəki bəylərinin 

girov uşaqları üçün 5 rubl ayrılmalı idi. Qəbul olunmuş sədaqət andının 

mətnində isə xanların adları istisna olmaqla digər dəyişiklik yox idi (22). 

Şəki xanlığının Rusiyaya birləşdirilməsi Rusiya işğalının ge-

nişləndirilməsindən  əlavə, Gürcüstanın mühafizəsinin möhkəmlən-

dirilməsi və ticarət yollarının açılması baxımından da Rusiya üçün xüsusi 

əhəmiyyət kəsb edirdi. General Sisianovun qiymətləndirməsinə görə, 

Cardan sonra Şəkidə  də rus qoşun dəstəsinin yerləşdirilməsi Dağıstan 

xalqlarının silahlı  dəstələrinin yürüşlərinin qarşısını ala bildi. Bundan 

başqa Bakı ilə  Gəncə arasındakı ticarət yolunun da Şəki xanlığı 

ərazisindən keçməsi bu yolun işləkliyini və təhlükəsizliyini artıra bilərdi. 

Nəhayət, Qarabağ xanlığı ilə eyni vaxtda Şəki xanlığının nəzarət altına 

alınması Şamaxı və Bakı xanlıqları üzərinə təzyiqlərin artırılmasına əlve-

rişli məkan yaradırdı. 

General Sisianov Rusiya imperatoruna yazdığı  məktubunda Səlim 

xanın kiçik oğlunun  əvəzinə  Şəki bəylərinin uşaqlarının girov 

götürülməsinə  qəsdən razı olduğunu bildirirdi. Onun fikrincə,  Şəki 

bəylərinin və əhalisinin Şəki xanı üzərinə təsiri böyük idi. Səlim xan Şəki 

əhalisinin iradəsi  əsasında xan seçilmişdi və istənilən vaxt da Şəki 

əhalisinin iradəsi ilə xanlıqdan kənarlaşdırıla bilərdi. Xanlıqdan 

kənarlaşdırılacağı  təqdirdə isə  ondan alınan girovun da əhəmiyyəti 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə