Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə27/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   23   24   25   26   27   28   29   30   ...   265

Gülüstan müqaviləsi 

 

63



Qacar qoşunları ilə müqayisədə Sisianovun ixtiyarındakı qüvvələrin sayı 

xeyli az idi. Zərurət yarandığı halda bu qüvvələrlə Qacar qoşunlarına mü-

qavimət göstərmək elə də asan olmayacaqdı. Sisianov isə arzulamasa da 

Qacar qoşunları ilə qarşılamaq məcburiyyətində idi. Əks təqdirdə rus 

qoşunları öz mövqelərini tərk edib Cənubi Qafqazdan çəkilməli idilər. 

Buna yol verməmək üçün Sisianov ixtiyarında olan qüvvələrin yenidən 

qruplaşdırılmasını bir də nəzərdən keçirdi və Qacar qoşunlarının yürüşü 

başlamazdan  əvvəl Samxetiyada olan Tiflis alayının iki taborunun 

Gəncəyə gətirilməsini mümkün saydı (42). 

Qacar qoşunlarının Qarabağ xanlığı üzərinə hücumu iyun ayının 

əvvəllərinə  təsadüf edirdi və bu vaxt Araz çayı adətən bol sulu olardı. 

Belə bir vəziyyətdə Xudafərin körpüsü Araz çayını adlamaq üçün xüsusi 

hərbi  əhəmiyyət kəsb edirdi və bu körpünü nəzarət altına almaqla şah 

qoşunlarının Qarabağ xanlığı  ərazisinə daxil olmasına maneçilik 

yaratmaq olardı. Bu vəzifəni həyata keçirmək üçün isə Qarabağ xanlığı 

ərazisində mayor Lisaneviçin rəhbərliyi altında olan dəstədən başqa bir 

qüvvə yox idi.  

Rus tarixi ədəbiyyatında olan məlumata görə, mayor Lisaneviçin 

rəhbərliyi altında Şuşa qalasında olan dəstə cəmi 300 nəfərdən ibarət idi. 

Bu dəstə ilə mayor Lisaneviç həm qalanı, həm də İbrahim xanın özünü 

nəzarət altında saxlamalı, qala daxilində Rusiya işğalına qarşı 

müxalifətçiliyin baş qaldırmasına,  İbrahim xanın digər Azərbaycan 

xanları və Qacar sarayı ilə məktublaşmasına yol verməməli idi.  Amma 

yaranmış vəziyyətin təhlükəli olmasını nəzərə alaraq İbrahim xan mayor 

Lisaneviçin dəstəsinin Xudafərin istiqamətinə göndərilməsinə nail oldu. 

Bu dəstənin gücünün artırılması üçün Məhəmməd Həsən ağanın rəhbər-

liyi altında olan bir atlı dəstəsi də mayor Lisaneviçlə birlikdə Xudafərin 

körpüsü  ətrafına göndərildi. Nəzərdə tutulmuşdu ki, Xudafərin 

körpüsündə  şah qüvvələrinin qarşısını müəyyən müddət saxlamaqla 

Qarabağ əhalisinin tarlalarda yetişdirdiyi məhsulların toplanmasına vaxt 

qazanılsın. Eyni zamanda da güman edilirdi ki, şah qüvvələrinin Xuda-

fərin körpüsündə ləngidildiyi vaxt Sisianov tərəfindən göndərilən  əlavə 

kömək də gəlib yetişə bilər (43). 

 Lakin  Məhəmməd Həsən ağanın və Lisaneviçin dəstəsi Araza 

yetişənə kimi şah qüvvələri artıq Xudafərin körpüsünü adlamışdılar. 

Qarabağ xanlığı ərazisinə ilkin daxil olan dəstələrdən biri İsmayıl xanın 

rəhbərliyi altında olan dəstə idi. Bu dəstə Arazı adlayan kimi Cəbrayıl 

bağlarında mövqe seçdi. Yəni, mayor Lisaneviçlə  Məhəmməd Həsən 

xanın dəstəsi Araz çayına yetişəndə İsmayıl xan dəstəsi ilə artıq Qarabağ 

xanlığı  ərazisində döyüş mövqeləri tutmuşdular. Məhəmməd Həsən ağa 




Mehman Süleymanov 

 

64



ilə mayor Lisaneviç Xudafərin körpüsünə vaxtında yetişə bilməsələr də, 

Xudafərin körpüsünü ilk adlamış  İsmayıl xanın dəstəsi üzərinə hücum 

etməyi qərara aldılar. Sisianovun yazışmalarından aydın olur ki, bu 

dəstələr arasındakı döyüş iyun ayının 9-da baş verdi (44). 

Rus tədqiqatçılarının yazdığına görə isə Araz çayı boyunca dayanan 

Qarabağ qarovullarından şah qüvvələrinin Araz çayını adlaması xəbərini 

eşidən kimi Lisaneviç öz dəstəsi ilə irəliyə doğru hərəkət etdi. Şah 

qüvvələrinin 7 qrupda hərəkət etməsi müşahidə olunurdu. Rus 

qüvvələrini görən kimi, şah silahlıları dərhal irəli atıldılar. Şah qüvvələri 

elə böyük bir sürətlə hücuma qoşuldular ki, rus toplarının atəşləri də 

onların qarşısını saxlaya bilmədi. Yalnız döyüş səngərlərinə yaxınlaşanda 

rus hərbçiləri tüfəng atəşləri ilə onların hərəkətini dayandıra bildilər. Şah 

qüvvələri bir qədər geri çəkilib yenidən qruplaşdılar və bir daha irəli 

atıldılar. Lakin bu dəfə  də kazaklar və  Məhəmməd Həsən ağanın 

rəhbərliyi altında olan atlı  dəstə  şah döyüşçülərinə yaxınlaşmaq imkanı 

vermədilər. Bildirilir ki, ciddi müqavimətə rast gələn Qacar qüvvələri 

geri çəkilib yaxınlıqdakı  təpəliklərə  sığındılar. Amma sonra hücumu 

davam etdirdilər. Bununla belə, Qacar qoşunlarının hücumunun qarşısı 

bir də alındı və onlar hətta Məhəmməd Həsən ağanın dəstəsi və kazaklar 

tərəfindən müəyyən məsafədə  təqib olundular. Mövcud məlumata görə, 

iyunun 12-də mayor Lisaneviç Qacar dəstəsinin Arazın cənubuna 

çəkilməsi haqqında məlumat aldı. Bundan sonra o özü də  Cəbrayıldan 

Şuşa qalasına qayıtdı. Rus tarixi ədəbiyyatında olan məlumata görə, bu 

qərar bir tərəfdən Lisaneviçin ixtiyarında süvari qoşun qüvvələrinin 

olmaması  və növbəti hücumun qarşısının alınmasının qeyri-

mümkünlüyü, o biri tərəfdən də  İbrahim xan tərəfindən onun qalaya 

çağırılması ilə bağlı idi. Guya İbrahim xan deyibmiş ki, Lisaneviç geri 

qayıdaraq Qacar qoşunlarından qorxan Şuşa  əhalisinin  şəhərdən 

qaçmasının qarşısını almalıdır. Bu məlumatın doğruluğu şübhəli görünür. 

Çünki  İbrahim xan mayor Lisaneviçin qalada olmasına belə ehtiyac 

duysaydı, onda onun yenidən  Şuşa qalasından uzaqlaşmasına razı 

olmazdı. Mayor Lisaneviç qalaya qayıdandan sonra İbrahim xan 

Sisianova daha bir məktub yazdı  və bu məktubda Araz kənarında baş 

verən döyüçü xatırladaraq Sisianovdan əlavə kömək istədi. Həmin 

məktub Sisianova mayor Lisaneviç vasitəsilə göndərildi.  Əgər  İbrahim 

xanın qalada mayor Lisaneviçin köməyinə xüsusi ehtiyacı olsaydı onda 

Sisianova yazdığı məktubu da onunla göndərməzdi.  

General Sisianovun yazışmalarından aydın olur ki, iyunun 9-10-da 

baş verən döyüş mayor Lisaneviçin dəstəsi üçün kifayət qədər ciddi bir 

döyüş olmuş  və onun gedişində ruslar itkilərlə  də qarşılaşmışdılar. 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə