Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə28/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   24   25   26   27   28   29   30   31   ...   265

Gülüstan müqaviləsi 

 

65



Sisianov bu itkilərin verilməsini  İbrahim xan tərəfindən lazımi sayda 

kömək göndərilməməsi ilə  əlaqələndirdi. Araz çayı yaxınlığındakı 

döyüşdə Məhəmməd Həsən ağanın rəhbərliyi altında Qarabağ xanlığının 

100 nəfərlik atlı  dəstəsi iştirak edirdi ki, bunu da Sisianov kifayət 

saymırdı  və  İbrahim xanın daha böyük dəstə göndərməli olduğunu 

yazırdı (46). 

Mayor Lisaneviçin dəstəsi ilə qarşılaşmadan sonra Qacar dəstəsinin 

Arazın cənubuna çəkilməsi haqqında məlumat farsdilli mənbələrdə öz 

əksini tapmamışdır. Mirzə  Məhəmməd Sadıq Vəqayeneqarın yazdığına 

görə,  İsmayıl xan Damğaninin rəhbərliyi altında olan dəstə Xudafərin 

körpüsünü keçdikdən sonra Cəbrayıl yaxınlığında qarşı tərəfin dəstəsi ilə 

qarşılaşdı. Məhəmməd Həsən ağa  şah qüvvələrinin qarşısını saxlamaq 

üçün irəli çıxdı. Lakin Qacar dəstəsinin qarşısını saxlamaq mümkün ol-

mayacağı üçün Məhəmməd Həsən ağa dəstəsini meşələrə çəkdi. İsmayıl 

xan Damğani Qarabağ atlılarını  təqib etdi və sonra da baş verənlər 

haqqında Abbas Mirzəyə  məlumat çatdırdı. Mənbədəki məlumata görə, 

bundan sonra İbrahim xan dəstəsini Məhəmməd Həsən ağanın köməyinə 

göndərdi. Müəllif rus dəstəsinin sayı haqqında verdiyi məlumat doğru 

deyildir. Bununla belə, müəllifə görə, rusların köməyə yetişməsi İsmayıl 

xan Damğanini qorxutmadı. O yenidən xan dəstəsinin və rusların üzərinə 

hücum etdi və onları Şuşa qalasına çəkilməyə məcbur etdi (47). 

“Məəssər-e Soltaniyyə”də isə bildirilir ki, Qacar qoşunlarının hücum 

xəbərini eşidəndə İbrahim xan oğlunun rəhbərliyi altında olan dəstəni rus 

dəstəsi ilə birlikdə Xudafərin körpüsünün mühafizəsinə göndərdi. 

Mənbəyə görə,  İsmayıl xan Damğani dərhal Qarabağ xanı  tərəfindən 

göndərilən dəstə ilə döyüşə girdi. Buradakı  məlumatdan aydın olur ki, 

qarşılaşmanın ikinci günü də döyüş davam etdi və ikinci gün Qarabağ 

dəstəsi geri çəkildi. Bildirilir ki, bu qarşılaşma zamanı şah döyüşçülərinin 

göstərdiyi məharət  İsmayıl xan Damğaninin sevincinə  və bu sevincdən 

göz yaşlarının axmasına səbəb oldu.  Çünki şah sarayı üçün əhəmiyyət 

kəsb edən bu yürüşün ilk döyüşünün Abbas Mirzənin və  Fətəli  şahın 

arzusunda olduğu nəticə ilə başa vurmaq mümkün olmuşdu. Mənbənin 

məlumatına görə, döyüşün ilk günündə baş verən qarşıdurma haqqında 

Abbas Mirzəyə  xəbər çatdırıldı. Çox güman ki, Abbas Mirzə Arazın 

şimalında çox böyük rus qoşun dəstəsinin dayandığını güman edirdi və 

ona görə də dərhal İsmayıl xan Damğaninin köməyinə yollanmağı qərara 

aldı. O, qarşıdurmanın ikinci günü döyüşün baş verdiyi əraziyə  gəlib 

çıxdı. Mənbədən məlum olur ki, Abbas Mirzə  də geri çəkilən dəstənin 

təqibində oldu və  Məhəmməd Həsən ağanın dəstəsi ilə rus dəstəsini 

Ağoğlana qədər təqib etdi. Abbas Mirzə  Ağoğlanın mühafizəsini 




Mehman Süleymanov 

 

66



Nəcəfqulu xan Gorus adlı birisinə tapşıraraq özü qoşun dəstəsi ilə 

Çanaxçıya qədər irəlilədi (48). Başqa bir mənbənin məlumatına görə isə, 

Məhəmməd Həsən ağanın dəstəsi  İsmayıl xan Damğaniyə güclü 

müqavimət göstərməyə çalışdı. Ancaq bir nəticə hasil olmadı. Bildirilir 

ki, Məhəmməd Həsən ağa çoxlu itki verəndən sonra meşəliklərə  çəkil-

məli oldu. İsmayıl xan Damğani bu dəstəni meşədə mühasirə edib Abbas 

Mirzəyə  xəbər göndərdi. Abbas Mirzə  də bu xəbəri eşidəndə  Əhərdən 

hərəkətə başladı. O gəlib çatana kimi Məhəmməd Həsən ağa 

mühasirədən çıxaraq Şuşa qalasına pənah apardı. Abbas Mirzə isə onun 

dəstəsinin arxasınca hərəkətini davam etdirdi. Onları tapa bilməyəndə 

Ağoğlan yaxınlığında düşərgə saldı (49). 

Rus mənbələrində və Qarabağnamələrdə Xudafərin yaxınlığında baş 

verən ilk qarşıdurmada Abbas Mirzənin iştirakı barədə məlumat yoxdur. 

Amma hər halda Qarabağnamə müəllifləri də  Cəbrayıl meşələrində 

tərəflər arasında qanlı döyüşlər olmasını  təsdiq edirlər. Qeyd olunur ki, 

şiddətli döyüş axşama kimi davam etdi. Havanın qaralmağa başlaması ilə 

döyüş  də dayandırıldı. Məhəmməd Həsən ağa qardaşı  Əbülfət ağanın 

Şuşa qalasında olan yaxınlarının xan əleyhinə iğtişaş yarada biləcəyindən 

ehtiyatlanaraq qalaya qayıtmağı məqsədəuyğun saydı. Bu məqsədlə həm 

öz atlılarını, həm də rus döyüşçülərini hərəkət etdirərək o biri gün səhər 

Tuğ  kəndinə yetişdi.  Şah qüvvələri bundan xəbər tutaraq Məhəmməd 

Həsən ağanın qarşısını  kəsməyə  cəhd göstərsələr də, buna nail ola 

bilmədilər.  Şah qüvvələri Məhəmməd Həsən ağanın və onlarla bilikdə 

olan rusların qarşısını  kəsməklə  Şuşa qalasını müdafiəsiz qoymaq və 

Abbas Mirzənin gəlişi ilə onun ələ keçirilməsini asanlaşdırmaq 

istəyirdilər. Məhəmməd Həsən ağa və onu müşayiət edən rus qüvvələri 

Tuğ kəndinə hərəkət edib Şuşa qalasına daxil ola bildi. Şah qüvvələri bu 

istəklərinə nail ola bilmədilər və qalanın 4 ağaclığında olan Ağbulaqda 

dayandılar. Bir müddət sonra isə Abbas Mirzə Çanaxçıya gəlib orada 

düşərgə qurdu. Şuşa qalasına hücuma başlamazdan  əvvəl Abbas Mirzə 

qoşun sərkərdəsi olan Şahsevən sərdarını beş min nəfərlik bir dəstə ilə 

Əsgəran qalası istiqamətinə göndərdi ki, Tiflisdən gələ biləcək rus 

dəstələrinin qarşısını saxlaya bilsin. Ümumiyyətlə, belə planlaşdırılmışdı 

ki, Abbas Mirzə bir tərəfdən, Əsgəran ətrafında olan dəstə isə başqa bir 

istiqamətdən Şuşa üzərinə hücum etsin (50). 

Qacar sarayı təkcə Qarabağa qoşun çəkməklə kifayətlənmədi. Abbas 

Mirzənin Qarabağda yerləşən qərargahı Qarabağ əhalisi arasında ruslara 

qarşı  təbliğat işini genişləndirməklə özünə yerlərdə bir dəstək də 

qazanmağa çalışırdı. Bu işlərə  Əbülfət ağa rəhbərlik edirdi. O, xüsusilə 

erməni kəndləri içərisində  təbliğat aparır, erməni məliklərini və 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə