Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə26/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   22   23   24   25   26   27   28   29   ...   265

Gülüstan müqaviləsi 

 

61



himayəsini qəbul etməyin gələcəyi yoxdur. Onun sözlərinə görə, hətta 

Rusiya çarı Fars sərhədlərini aşsa belə yenə də burada uzun müddət duruş 

gətirə bilməzdi. Qafqazdakı rus hərbçilərini istehza ilə balıqçı adlandıran 

şaha görə onların bu az qüvvəsi heç bir nəticəyə nail ola bilməyəcəkdi. 

Rus qoşunlarının Gürcüstanı işğal etməsini şah müvəqqəti uğur adlandırır 

və bu uğurun səbəbini bir tərəfdən gürcü çarının fərsizliyi və gücsüzlüyü, 

digər tərəfdən də həmin vaxt şah qoşunlarının Xorasanda olması və rus 

qoşunlarına müqavimət göstərilməməsi ilə  əlaqələndirirdi. Fətəli  şah 

daha sonra əlavə edirdi ki, nəhayət rus qoşunlarının Gürcüstandan 

qovulması  qərara alınmışdır və orada yerləşən kafirlərə divan 

tutulacaqdır.  Şah bu məqsədinə nail olacağına  şübhə etmirdi. Onun 

fikrincə,  əgər 1804-cü ildə ciddi hazırlıq görmədən  İrəvan xanlığı 

ərazisində rus qoşunları  məğlub edilmişdisə, indi toplanan saysız 

qoşunlara qarşı çıxmağa Sisianov cəsarət etməzdi (35). 

Rus mənbələrinin məlumatına görə, Qafqaza hücuma başlayan  şah 

qoşunlarının qarşısını almaq üçün Sisianovun ixtiyarında kifayət qədər 

qüvvə yox idi. Rus generalı 1200 nəfərlik qoşun dəstəsinə və 9 ədəd topa 

malik idi. Bununla isə  şah qüvvələrinin qarşısını almaq elə  də asan 

olmayacaqdı. Belə bir şəraitdə Sisianov qərara aldı ki, Xəzər dənizində 

olan hərbi gəmilər vasitəsilə Ənzəli və Rəştə desant çıxarsın və bununla 

şah qüvvələrinin diqqətini Cənubi Qafqazdan yayındırsın. 

Bununla belə, Abbas Mirzənin rəhbərliyi altında olan qoşun dəstəsi 

qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Təbrizdən hərəkətə 

başladı  və  Əhər qəsəbəsində düşərgə saldı. Bu qoşun dəstəsinin 

yaxınlaşması  xəbərini eşidən kimi İbrahim xan öz adamları vasitəsilə 

Sisianova məktub göndərdi və ondan əlavə  hərbi yardım istədi. Çünki 

mayor Lisaneviçin tabeliyində olan kiçik dəstənin Abbas Mirzə qoşunu 

qarşısında davam gətirəcəyi xanda şübhə oyadırdı. Sisianov bir neçə 

gündən sonra İbrahim xanın məktubuna cavab yazdı. Həmin məktubunda 

Sisianov qaldırılan məsələ ilə bağlı cavab vermək əvəzinə İbrahim xanı 

nəvəsini girov kimi Tiflisə göndərməməkdə günahlandırdı (35). 

 Sisianov bu məktubunda da ondan kömək istəyən İbrahim xanın nə 

üçün nəvəsini girov kimi Tiflisə göndərməməsi məsələsinə xüsusi diqqət 

yetirdi. Bundan kifayət qədər  əsəbiləşmiş olan Sisianov İbrahim xanı 

hədələyirdi ki, verdiyi vədə əməl etməsə qoşun dəstəsini Qarabağdan geri 

çəkəcək və o, şah qoşunu ilə  təklikdə üzbəüz qalacaq. İbrahim xanın 

Qarabağa  əlavə rus qoşun dəstəsinin göndərilməsi xahiinə cavab olaraq 

isə Sisianov hirslə bildirirdi ki, onun kimsənin məsləhətinə ehtiyacı 

yoxdur və tabeliyi altında olan qoşun dəstələrinin hara və nə üçün gön-

dərilməsini o özü müəyyənləşdirir (36). 




Mehman Süleymanov 

 

62



Bir müddət sonra İbrahim xan yenidən Sisianova məktub yazdı və bu 

məktubu mayor Lisaneviç vasitəsilə Sisianova göndərdi.  İbrahim xan 

həmin məktuba Fətəli  şahdan aldığı  növbəti məktubu da əlavə etdi. 

Yazdığı  məktubunda  İbrahim xan bir daha vəziyyətin mürəkkəbliyini 

Sisianovun diqqətinə çatdırmaqla girov göndərilməməsinə  də aydınlıq 

gətirdi. İbrahim xan yazdığından belə bir qənaətə gəlmək olardı ki, onun 

oğlunun rusların girovunda olduğu halda nəvəsinin girov olub-olmaması 

məsələsi narahatçılıq doğurmamalı idi. Oğlu deyəndə o, Məhəmməd 

Həsən ağanı  nəzərdə tuturdu və bildirirdi ki, Məhəmməd Həsən ağa 

onsuz da bütünlüklə mayor Lisaneviçin nəzarəti altında idi. O biri 

tərəfdən  İbrahim xan Əsgəranın Abbas Mirzə qoşunlarının nəzarəti 

altında olduğunu və  Gəncəyə gedən yolun bağlı olduğunu yazaraq bu 

şəraitdə  nəvəsinin rus generalının yanına göndərilməsinin qeyri-

mümkünlüyünə  işarə edirdi. İbrahim xana görə  əslində, bütün Qarabağ 

rusların girovunda idi. Ona görə  də,  İbrahim xan yenidən rus 

qoşunlarının köməyinə ehtiyac olduğunu Sisianova çatdırdı və bildirdi ki, 

Fətəli  şah da qoşunla Qarabağ xanlığına gəlmək və  Əsgəran  ətrafında 

Abbas Mirzənin dəstəsi ilə birləşmək niyyətindədir (37). 

Rus tarixçiləri Araz çayını keçməmişdən  əvvəl Abbas Mirzə 

tərəfindən Qacar qoşunlarının iki dəstəyə bölündüyünü, bir dəstənin 

Pirqulu xanın rəhbərliyi altında Xudafərin istiqamətinə, digər dəstənin isə 

İrəvan xanlığı istiqamətinə göndərildiyini yazırlar (38). Əslində isə, 

Abbas Mirzə bütün qoşun dəstəsi ilə Qarabağ xanlığı üzərinə hücum etdi 

və əsas diqqəti də Qarabağ xanlığı üzərinə istiqamətləndirdi. 

“Məəssər-e Soltaniyyə”də bildirilir ki, Abbas Mirzə Qarabağa qoşun 

çıxarmaq üçün Fətəli şahın fərmanını alan kimi Azərbaycana yollandı və 

Əhər yolu ilə Qarabağa doğru istiqamət götürdü. Qeyd olunur ki, 

Əhərdən  əvvəlcə  İsmayıl bəy Damğaninin rəhbərliyi altında olan bir 

dəstəni Abbas Mirzə ön dəstə kimi Araz sahilinə, Xudafərin istiqamətinə 

göndərdi (39). Mirzə Məhəmməd Sadıq Vəqayeneqara görə isə, şah özü 

İsmayıl xan Damğaniyə göstəriş verdi ki, dəstəsi ilə Xudafərin körpüsünə 

doğru irəliləsin (40). Bu dəstə Xudafərin körpüsünü nəzarət altına 

almaqla onun təhlükəsizliyini və Qacar qoşunlarının rahatlıqla Araz 

çayını adlamasını təmin etməli idi. 

Şah sarayının Azərbaycan xanlıqları üzərinə planlaşdırılan hücumu-

nun Tiflisə  qədər davam etdiriləcəyini bəyan etməsi və bu niyyətin 

həyata keçirilməsi üçün şah qoşunlarının Araz çayına yaxınlaşması 

bölgədəki rus qüvvələrinin vəziyyətini xeyli çətinləşdirdi. Bir tərəfdən 

rus tarixçilərinin yazdığına görə, Sisianov Rusiya imperatorundan Qacar 

qoşunları ilə döyüşə girməmək tapşırığı almışdı (41). Digər tərəfdən isə 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə