Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə18/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   14   15   16   17   18   19   20   21   ...   265

Mehman Süleymanov 

 

42



69.  

،رصان یمجن

220

 

70.  



،ديعس یسيفن

151


 

71.  


،ليزرت لارنژ یاھتشاداي

71

 



72.  

،رصان یمجن

219

 

73.  



،رصان یمجن

219


 

74. 


ون

 ،یيا


137

 

75.  



،ديعس یسيفن

262


 

76.  


،یماقمياق

25

 



77.  

،نادراگ لارنژ تيرومام

32

-

33



 

78.  


،رصان یمجن

227


 

79.  


،دومحم دومحم

77

 



80. 

یزاري ش نا خ نس حلوبا همانرف س

)

ی چلا


 (

هي سور ه ب

 .

 ،نار ھت


1363

ص ،


.

28



ه مدقم

  (


 

م یزاريش


.

 

81. Yenə orada 



82. 

ج یندم


.

 ،

135



-

136


 

 



Gülüstan müqaviləsi 

 

43



 

 

 



 

 

 

 

II FƏSİL 

 

QARABAĞ XANLIĞININ İŞĞALI 

 

1.Kürəkçay müqaviləsinin imzalanması və Qarabağın  

Rusiyaya birləşdirilməsi 

 

XIX  əsrin başlanğıcında Qarabağ xanlığı kifayət qədər mürəkkəb 



hərbi-siyasi vəziyyətdə idi. Xanlığın müstəqilliyini təhdid edən təhlükələr 

günü-gündən daha real xarakter almaqda idi. Bir tərəfdən Rusiya 

Gürcüstanda möhkəmlənməyə nail olmaqla Azərbaycan xanlıqları 

üzərində işğalın genişləndirilməsinə hazırlıqlar aparır. Digər tərəfdən də 

Qacar sarayı Azərbaycan xanlıqlarına olan iddiasının həyata keçirilməsi 

üçün qoşun toplayırdı. 1802-ci ildə Qacar qoşunlarının Araz çayının 

şimalına adlayacağı barədə xəbərlər yayıldı. Çox böyük sayda olduğu eh-

timal edilən  şah qoşunlarının bir hissəsi  İrəvan xanlığını  nəzarət altına 

alandan sonra Gürcüstan üzərinə irəliləməli idi. Qoşunların digər bir 

hissəsi isə Qarabağa gəlməli və buradan Şamaxı-Şəki istiqamətində 

hücumu davam etdirməli idi. Sonrakı  məlumatlar göstərdi ki, Qarabağ 

xanlığına gələcək  şah qoşunlarına Pirqulu xan rəhbərlik edirdi və bu 

qoşun dəstəsi hətta Naxçıvan xanlığının ərazisinə keçibmiş. Mövcud olan 

məlumatlara görə,  İbrahim xan oğlanlarından birini və  Şəki xanlığına 

iddia edən kürəkəni Səlim xanı Pirqulu xanın yanına göndərdi.  İbrahim 

xan onların vasitəsilə Pirqulu xana əlavə  hərbi qüvvə verməyi və Car 

ləzgilərini də bu işə cəlb etməyi vəd etdi. Ehtimal edilirdi ki, Pirqulu xan 

Qarabağ döyüşçüləri ilə möhkəmləndiriləndən sonra Şəki və  Şamaxı 

üzərinə hücum etsin və Şəki xanlığını yenidən Səlim xana versin (1). 

Çox güman ki, çoxsaylı şah qoşunlarının İrəvan xanlığını öz nəzarəti 

altına alacağı,  Şəkidə hakimiyyətə yenidən Səlim xanın gətiriləcəyi, 

İbrahim xanın  Şəki-Şamaxı xanlıqlarında nüfuzunun möhkəmlənə 




Mehman Süleymanov 

 

44



biləcəyi ehtimalı yenidən  İbrahim xanı  şah sarayı ilə  əməkdaşlığa sövq 

etdi.  Əslində  İbrahim xanın başqa bir seçim yolu da yox idi. Çünki 

Rusiya hələ Qafqazda o dərəcədə möhkəmlənməmişdi ki, bu dövlətə 

arxalanaraq  şah qoşunları ilə  əməkdaşlıqdan imtina etmək mümkün 

olsun. Buna görə,  İbrahim xan şah qoşunları  rəhbərliyi ilə müəyyən 

münasibətlər qurulması imkanlarını aramağa başladı. Lakin əslində, onun 

bu cəhdi  əbəs oldu. Bütün söz-söhbətlərə baxmayaraq şah qoşunları 

Cənubi Qafqazın dərinliklərinə doğru irəliləməkdən imtina etdi və 

Pirqulu xanın rəhbərliyi altında olan qoşun dəstəsi də  Şuşaya gəlib 

çıxmadı. 

1804-cü ilin əvvəlində Gəncə xanlığı işğal edildikdən sonra Sisianov 

güman etdi ki, artıq Qarabağ və Şəki xanlıqlarını ələ keçirməyin vaxtıdır. 

Onun nəzərincə, Qarabağ xanlığı ilə başlanmış olan müzakirələr bu 

xanlığın Rusiya tabeçiliyinə keçməsini sürətləndirməli idi. Amma istər 

Qarabağ xanlığı, istərsə də digər xanlıqlar tərəfindən belə bir meyl hiss 

edilmirdi. 

Heç  şübhəsiz ki, Gəncə xanlığı üzərinə çoxsaylı qoşun çıxarılması, 

işğaldan sonra Gəncə  əhlinə divan tutulması  İbrahim xanının Rusiyaya 

olan münasibətinə ciddi təsir etdi. İbrahim xan da digər Azərbaycan 

xanları kimi, rus qoşunlarının xalqa qarşı belə  vəhşilik edəcəyini 

gözləmirdi. Həmin vəhşiliklə Qarabağ xanlığı da qarşılaşa bilərdi. Ona 

görə də İbrahim xan Rusiyaya qarşı mövqeyini yenidən götür-qoy etmək 

istədi. Bu isə Sisianov tərəfindən heç də rəğbətlə qarşılanmadı.  

Gəncənin işğalından dərhal sonra Qarabağ  və  Şirvan xanlığına 

göndərdiyi məktubunda Sisianov onları açıqca hədələməyə başladı  və 

hətta onlara açıq irad tutdu ki, indiyə  qədər Gəncə xanlığının rus 

qoşunları  tərəfindən  ələ keçirilməsinə bu xanlar öz münasibətlərini 

bildirməyiblər.  İbrahim xana yazdığı  məktubunda Sisianov bildirirdi ki, 

Cavad xan və  oğlu Hüseynqulu xan 1500 nəfərlik rus qoşunları 

qarşısında süqut etdilər və Siz də güclünün himayəsini qazanmağa 

çalışmalısınız. Bununla Sisianov özünü güclü sayırdı və İbrahim xanı da 

onu qalib kimi təbrik etmədiyinə görə  qınayırdı. Sisianov yenə 

təhqiramiz şəkildə bəyan edirdi ki, məğrurları Allah sevmir və ona görə 

də Cavad xan öz qanına qəltan oldu. Rus generalı ümid etdiyini yazırdı 

ki,  İbrahim xan Gəncə xanının yolunu təkrarlamayacaq, ümumi qay-

dalara riayət edərək güclüyə tabe olacaq və onunla çəkişməyəcəkdir. 

Sisianovun fikrincə, Rusiyanın gücü artıq bəlli idi və ona görə də İbrahim 

xan öz gələcək yolunu seçməli idi. Sonra da general Sisianov öz 

tələblərini  İbrahim xana çatdırırdı.  İlk tələb ondan ibarət idi ki, Gəncə 

əhalisinin Qarabağ xanlığı  ərazisində olan mal-qarası geri qaytarılsın. 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə