Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə16/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   12   13   14   15   16   17   18   19   ...   265

Mehman Süleymanov 

 

38



yol verilməməlidir. Fransa naziri ingilislərin  şah məmurlarına yol 

tapmasına maneçilik törədilməsinin zəruriliyini də vurğulayırdı (78). 

Fransa xarici işlər nazirinin Qardana verdiyi digər tapşırıq isə Qacar 

sarayı ilə Rusiya arasında vasitəçilik edilməsi idi. Onun sözlərinə görə, 

Napoleon artıq Rusiya ilə şah sarayı arasında sülh əldə edilməsinə meylli 

idi. 


1808-ci ilin əvvəllərində Fransa hətta Rusiya ilə Qacar sarayı ara-

sında vasitəçilik təşəbbüsü ilə çıxış etdi. Lakin mövcud sənədlər göstərir 

ki, Tilzit müqaviləsinin imzalanması üçün Fransa və Rusiya imperator-

larının görüşündə qeyri-rəsmi  şəkildə  şah sarayının iddia irəli sürdüyü 

Cənubi Qafqazın Rusiya tərəfindən işğalına Fransa razılıq vermişdi. 

Fransa bunu onunla izah edirdi ki, Qacarlar dövləti İngiltərənin nəzarəti 

altına düşməkdənsə, Rusiyanın nəzarəti altına düşsə daha yaxşı olar. 

Çünki  İngiltərə Fransanın islaholunmaz düşməni, Rusiya isə  gələcək 

dostudur (79). 

General Qardanın nümayəndə heyəti 1808-ci ilin oktyabr-noyabr 

aylarına kimi fəal çalışsa da, Napoleonun Asiya siyasətində artıq köklü 

dəyişikliklər baş vermişdi. Tilzit müqaviləsinin imzalanması ilə 

Napoleonun Cənubi Qafqaza olan fəal marağına son qoyuldu. Şah sarayı 

ilə Rusiya arasında vasitəçilik cəhdi istisna olmaqla Cənubi Qafqazda 

Rusiyanın maraqları qəbul edildi və hətta Fransa Cənubi Qafqazın İrana 

mənsubluğu mövqeyindən də imtina etdi. Yəni, bununla Rusiya xarici 

təzyiq mənbələrindən azad olaraq Qafqazda tam sərbəst fəaliyyət 

göstərmək imkanı əldə etdi. Tilzit müqaviləsinin imzalanmasından sonra 

Fransa həm Hindistana hücum etmək niyyətindən, həm də Qacar və 

Osmanlı dövlətləri ilə ittifaq qurmaq niyyətindən əl çəkdi. 

1808-ci ilin əvvəllərində general Qardan İrandakı  fəaliyyətini yeni 

şəraitlə uyğunlaşdırmağa çalışdı. Həmin ilin fevralında  şaha göndərdiyi 

məktubunda general Qardan Rusiya ilə sülhün əldə edilməsi məsələsini 

irəli sürdü O, şahın nəzərinə çatdırdı ki, yenicə aldığı  məktubda 

Napoleon Rusiya ilə İran arasında müharibənin dayandırılacağına ümidlə 

yanaşır. Napoleonun fikirlərinə  əsasən, Qardan qeyd edirdi ki, Rusiya 

artıq Fransanın müttəfiqləri ilə dostluq əlaqələri yaratmağa hazırdır. O 

eyni zamanda Fransa sarayı tərəfindən rəsmən vasitəçilik etmək səlahiy-

yətinə malik olduğunu  şahın nəzərinə çatdırırdı. General Qardan bildi-

rirdi ki, yaxınlarda Rusiyanın elçisi sədr-əzəmlə müzakirələr aparmaq 

üçün gələcəkdir. Onun yazdığına görə, Napoleon bu müzakirələrin  şah 

üçün faydalı olacağını bildirirdi və arzu edirdi ki, həmin müzakirələr iki 

ölkə arasında sülh anlaşmasının imzalanması ilə başa çatsın (80). 



Gülüstan müqaviləsi 

 

39



Məktubunda general Qardan sonra Napoleonu və onun ətrafını Fətəli 

şahla ingilislər arasında yarana biləcək  əlaqələrin münasibətlərinə  də 

toxunurdu. General Qardana görə, Napoleon istəmirdi ki, bütün dünyanın 

qapıları ingilislərin üzünə bağlı olduğu halda, İranın qapıları onların 

üzünə açıq olsun. Napoleon çox arzu edirdi ki, ingilislərin  əlləri 

bütünlüklə  İrandan kəsilsin və  İranın xeyrinə olan belə addımların 

atılması barəsindəki xəbərlər tezliklə ona çatdırılsın. 

Fətəli  şah general Qardana yazdığı cavab məktubunda onun 

qaldırdığı  məsələlərə öz münasibətini bildirdi. Rusiya ilə  İran arasında 

sülh əldə edilməsi məsələsi ilə bağlı Fətəli şah Napoleona öz təşəkkürünü 

bildirdi ki, belə bir məsələni yaddan çıxarmayıb. Onun fikrincə

Napoleon bu mövqeyi ilə şah taxt-tacının hələ də yaxın dostu olduğunu 

nümayiş etdirdi və ona da öz ümidini ifadə etdi ki, İranla Fransa 

arasındakı dostluq günü-gündən daha da  yaxşılaşacaqdır.  İngilislərlə 

bağlı məsələyə gəlincə isə Fətəli şah bildirirdi ki, Fransa ilə ittifaqın əsası 

qoyulan gündən Hindistana göndərilmiş səfir geri çağırılıb, İranın bütün 

qapıları  İngiltərənin üzünə bağlanıb və ingilis şirkətləri ölkədən çıxarı-

lıbdır (81). 

Bu məktubun məzmunundan görünür ki, Fətəli  şah Fransa ilə 

başlayan münasibətlərin həmin axarda davam edəcəyinə ümidini 

kəsməmişdir və Fransa ilə imzalanmış anlaşmaya sadiq qaldığını göstərir. 

Çünki məhz bu ittifaqın qalması Rusiya ilə  Cənubi Qafqaz uğrunda 

aparılan müharibəni şah qoşunlarının xeyrinə nəticələndirə bilərdi. 

1808-ci ilin sonlarına yaxın Rusiya qoşunlarının Azərbaycan 

xanlıqları üzərinə yeni hücum xəbərləri Qacar sarayında təşvişə  səbəb 

oldu. Azərbaycan xanlıqlarına olan iddiaları bir dəfəlik həyata keçirmək 

üçün Qacar sarayı bir daha  Fransanın dəstəyini qazanmağı cəhd göstərdi. 

Bununla  əlaqədar, Qacar sarayının sədr-əzəmi Mirzə  Şəfi Fransanın 

xarici işlər nazirinə  məktub göndərdi, Cənubi Qafqazdakı yeni hərbi-

siyasi şərait haqqında ona məlumat verdi. Lakin Fransa tərəfi bu məktuba 

heç bir cavab vermədi və  əslində, Qacar sarayına hər hansı bir kömək 

göstərilməsindən imtina edildi. Fransa xarici işlər nazirinin general 

Qardanla olan yazışmalarından aydın olur ki, 1808-ci ilin sonlarına yaxın 

Qacar sarayı Fransanın vasitəçiliyi ilə Parisdə Rusiya ilə danışıqlar 

aparılması niyyətində olmuşdu. Rusiyanın Parisdəki səfiri qraf Tolstoy 

belə bir göstəriş almadığı üçün ikitərəfli danışıqlar da baş tutmadı. 

Fransanın xarici işlər naziri məktubunda təmsil etdiyi dövlətin də belə bir 

danışıqların aparılmasında maraqlı olmadığı qeyd edilirdi. (82). 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə