Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə4/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   2   3   4   5   6   7   8   9   ...   265

Gülüstan müqaviləsi 

 

9



ki, əgər Əfqanıstan şahı Hindistan üzərinə hücum etmək niyyətinə düşsə, 

onda Qacar şahı Əfqanıstana qarşı hərbi əməliyyata başlamağı öz üzərinə 

götürür. Bununla Əfqanıstandan Hindistana qarşı ehtimal edilən 

təhlükənin qarşısı alınmış olurdu. Anlaşmanın 4-cü bəndində isə qeyd 

olunurdu ki, əgər Əfqanıstan tərəfindən və ya Fransa tərəfindən Qacarlar 

dövləti üzərinə hücum baş versəydi, onda ingilislər Qacarlar qoşunlarına 

top, mərmilər və digər hərbi ləvazimat verməyi öz üzərinə götürürdü. 

Sonuncu maddədə isə  təsbit olunmuşdu ki, əgər Fransa qoşunları  İran 

ərazisindəki limanlardan birinə  çıxarılmış olsa, onda onlara qarşı birgə 

hərbi qüvvələr yaradılmalı idi. Bu zaman əsas ağırlıq yəni, fransalılara 

qarşı qoşun çıxarılmasını Qacar sarayı  təmin etməli, qoşunların silah və 

sursatla təminatına isə ingilislər yardım göstərməli idi (13). 

Bu müqavilənin imzalanmasından sonra Avropada cərəyan edən 

proseslər onun icrasına da ciddi təsir göstərdi. Məlumdur ki, I Pavel qətlə 

yetiriləndən sonra I Aleksandr Rusiya çarı elan edildi. Onun çarlığı 

dövründə Rusiya ilə Fransa arasında münasibətlər dəyişdi və Rusiya ilə 

Fransa bir-birinə düşmən olan dövlətə çevrildilər. Rusiyanın İngiltərənin 

düşməni olan Fransaya qarşı mövqe tutması ingilislərin maraqlarına 

uyğun idi. Çünki bu zaman Fransa zəifləyə bilərdi. Ona görə ingilislər 

Rusiyanın zəifləməsinə səbəb ola biləcək addımlar atmaqdan çəkindilər. 

Nəticədə, ingilislərlə Qacar sarayı arasında imzalanan müqavilə  də icra 

edilmədi. Çünki imzalanmadan sonra tərəflərin bu anlaşmaya münasibəti 

birmənalı olmadı. Qacar sarayı bu anlaşmanı öz mənafelərinə müvafiq 

saymadı  və bir müddətdən sonra anlaşmanı imzalamış olan vəzir Hacı 

İbrahim xan Etimadüddövlə  qətlə yetirildi. Digər tərəfdən, anlaşmanın 

məzmuna müxtəlif fərqli münasibətlər mövcud idi. Qacar sarayı ümid 

edirdi ki, bu anlaşmanın imzalanmasından sonra Cənubi Qafqazda 

güclənən rus təhlükəsinin aradan qaldırılmasına da ingilislər müvafiq 

hərbi yardımı göstərəcəklər.  İngilislər isə 1801-ci il anlaşmasına əsasən 

özlərini Rusiya təhlükəsinin qarşısının alınması üçün Qacarlar sarayına 

kömək göstərməkdə borclu saymırdılar və bildirirdilər ki, bu anlaşmanın 

Qafqazdakı hadisələrlə heç bir bağlılığı yoxdur. Doğrudan da 1803-04-cü 

illərdə Azərbaycan xanlıqları  ərazisində aparılan döyüşlərdə yardım 

göstərilməsi üçün Qacarlar sarayının ingilislərə olan müraciəti cavabsız 

qaldı.  İngilislər Qacar sarayına  əməli kömək göstərməməklə  bərabər, 

Rusiyanın etirazına səbəb olacaq bir addım atmaq niyyətində deyildilər. 

Çünki ruslar Avropada ingilislərin düşməni olan fransalılara qarşı 

müharibə aparırdılar və ona görə  də rusların zəiflədilməsi ingilislərin 

marağına uyğun deyildi (14). 



Mehman Süleymanov 

 

10



Mövcud olan məlumatlara görə, ruslara qarşı Qacar qoşunlarına 

kömək göstərilməsi üçün ingilislər bir neçə  ağır  şərtlər irəli sürdülər. 

İngilislər  şah sarayından tələb etdilər ki, Qafqazın ruslar tərəfindən 

işğalının qarşısının alınması üçün Fars körfəzindəki Xark adası, Xəzər 

dənizinin cənubundakı limanlar ingilislərə verilsin, habelə Buşehrdə 

ingilislər tərəfindən istehkamlar yaradılmasına şah sarayı razı olsun (15). 

İrəvan xanlığının  ərazisində rus qoşunları ilə baş verən döyüşlər bir 

daha göstərdi ki, Azərbaycan xanlıqlarına olan iddiaları həyata keçirmək 

üçün Qacar sarayının xarici yardıma ehtiyacı vardır. 

Rusiyanın Qafqaz təcavüzünün qarşısının alınmasında yardım 

göstərilməsi üçün şah sarayı ingilis dövlətinin Bağdaddakı siyasi 

nümayəndəsi ser Harvard Consa müraciət etdi. Baxmayaraq ki, bu vaxt 

şah sarayı artıq Fransa ilə müəyyən əlaqələr qurmağa çalışırdı. Harvard 

Cons 1805-ci il sentyabrın 19-da Mirzə Bozorga göndərdiyi məktubunda 

bildirdi ki, şah sarayının xahişi Londona çatdırılıbdır. O eyni zamanda 

onu da çatdırırdı ki, Fransa nümayəndəsinin Tehrana gəlməsindən xəbər-

dardır və bu nümayəndə şah sarayı ilə İngiltərənin dostluğuna xələl gətirə 

bilər. Onun fikrincə, Fransa onsuz da şah sarayına yardım edə bilmə-

yəcəkdi. Çünki belə bir yardımı göstərmək üçün Fransa Almaniyadan, 

Osmanlı dövlətinə  və Rusiyaya məxsus olan ərazilərdən keçməli idi ki, 

bu da mümkün deyildi. Dəniz yolu ilə Qacar sarayına kömək göstərməyə 

isə Fransanın imkanı yox idi. Ona görə də qeyd olunurdu ki, Fransa vəd 

etsə də Qacar sarayına kömək göstərə bilməyəcək (16). 

Qafqaz cəbhəsində  vəziyyət daha da mürəkkəbliyə doğru gedəndə 

şah sarayı yenidən yardım üçün Məhəmməd Nəbi xanın rəhbərliyi altında 

Hindistandakı ingilis hakiminin yanına nümayəndə heyəti göndərdi. 

Həmin nümayəndə heyəti 1801-ci ildə imzalanmış anlaşmaya  əsasən 

ingilislərdən rus təcavüzünün qarşısını saxlamaq üçün yardım istəsə  də 

bir nəticə hasil olmadı (17). İngilislər bir daha belə bir bəhanə gətirdilər 

ki,  şah sarayı ilə imzalanan anlaşma yalnız Fransanın müdaxilələrinə 

qarşı    yardım göstərilməsini nəzərdə tutur. Qafqazda cərəyan edən 

hadisələr isə bu müqavilənin mövzusu deyil. 

Bununla,  şah sarayına bir dəfəlik aydın oldu ki, Rusiyanın Cənubi 

Qafqazdakı  təcavüzünün qarşısını almaq üçün ingilislərə bağlanan 

ümidlər tam əsassızdır. 

 



Gülüstan müqaviləsi 

 

11



 

2. Azərbaycan xanlıqlarının işğalında Fransa amili 

 

Şah qoşunlarının  İrəvan xanlığı  ərazisində general Sisianovun 



komandanlığı altında olan güclü rus qoşunlarına qarşı müharibəsi ciddi 

hərbi yardıma arxalanmadan başlanmalı oldu. Yuxarıda qeyd edildiyi 

kimi, elə ilk qarşılaşmanın Qacar qoşunları üçün əlverişsiz nəticəsi  şah 

sarayını  məcbur etdi ki, xarici dəstək axtarışına başlasın, bu dəstəyin 

yardımından bəhrələnməklə  həm də qoşunların yenidən qurulmasına 

kömək alsın. Əks təqdirdə rus qoşunlarının güclü müqaviməti qarşısında 

Qacar sarayı Azərbaycan xanlıqlarında olan iddialarından əl çəkməli ola-

caqdı. Azərbaycan xanlıqlarının  şah sarayı ilə  hərbi-siyasi ittifaqa get-

məməsi isə qacarların hərbi durumunu daha da çətinləşdirirdi. 

Əslində, Rusiya kimi güclənməkdə olan bir dövlətin qoşunlarının 

qarşısının alınmasının çətin olduğunu görən Fətəli  şah başqa bir xarici 

dəstək axtarışına çıxdı və onun  nəzəri Napoleonun üzərində dayandı. O, 

Napoleonun Avropada, o cümlədən Misirdə qazandığı uğurlar haqqında 

eşitmişdi və  əmin idi ki, belə bir qüdrətli  şəxslə müttəfiqliyə nail 

olunması Rusiyanın Cənubi Qafqazda başlayan təcavüzünün qarşısının 

alınmasında faydalı ola bilər. 

Qacar sarayı  hərbi-siyasi  əməkdaşlığın qurulmasına  əslində Fransa 

rəhbərliyi də maraq göstərirdi. Belə bir əməkdaşlıq bir tərəfdən Fransanın 

şərqdə işğalçılıq siyasətinin həyata keçirilməsinə kömək göstərə biləcəyi 

kimi, digər tərəfdən də Fransanın gərgin münasibətlərdə olduğu 

İngiltərənin  şərqdəki mövqelərinin zəiflədilməsinə  də kömək göstərə 

bilərdi. Bu istiqamətdə Fransanın  İran  ərazisindən keçməklə Hindistana 

qoşun çıxarmaq planının mövcudluğu da məlum idi. 

Fransa direktoriyasının 1798-ci il aprel ayının 12-də  qəbul etdiyi 

“İngilislərin bütün şərq mülklərindən qovulması haqqında” qərarından 

sonra Napleon şərq dövlətlərinin hakimləri ilə  fəal yazışmalara başladı. 

İran və Cənubi Qafqaz ərazilərinə hərbi-strateji əhəmiyyəti olan ərazilər 

kimi Fransa rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilirdi (18). 

Hələ Ağa Məhəmməd şah Qacarın dövründə Fransa sarayının Qacar 

sarayı ilə siyasi-iqtisadi əlaqələr qurmağa çalışması haqqında faktlar 

mövcuddur. Bununla bağlı, Fransanın bir heyəti  İstanbuldan keçməklə 

Tehrana gəldi. 1801-ci ildə isə Fransanın Bağdaddakı konsulu Russonun 

köməyi ilə Fransa sarayının məktubları Tehrana göndərildi. Bildirilir ki, 

Tehranda kimsə Fransa dilində olan məktubu oxuya bilmədiyi üçün iki 

dövlət arasında ciddi əməkdaşlıq imkanları açılmadı (19). 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə