Mehman Süleymanov
150
lansın. General Zavalişin də həmin nümayəndələrə çatdırdı ki, Allahverdi
bəy tərəfindən imzalanan müqaviləyə əməl edilmədiyi üçün Bakı xanının
cəzalandırılmasına gəlmişdir. General Zavalişin də öz növbəsində öz
nümayəndəsini Bakı xanının yanına göndərdi və ondan qalanın təslim
edilməsini və qaladakı silahların toplanıb rus gəmilərinə göndərilməsini
tələb etdi. Bildirilir ki, bu tələblər Bakı xanı tərəfindən normal qarşılandı.
Xan nümayəndələri xanlıq əhalisinin Rusiya imperatorunun təbəəsi
olduğunu təkrar etdilər. Guya Rusiya dövlətinin təbəələri kimi də
Rusiyadan xahiş etdilər ki, xanlıq əhalisinin Quba və Şamaxı xanlıqları
sərhədlərindəki mal-qaranı geri qaytarmağa kömək etsinlər. Rusların
nəzərinə çatdırıldı ki, Bakı əhalisinin onlara qarşı xoş münasibətdə
olmasını Quba və Şamaxı xanları eşitsələr onda mal-qaranı geri almaq
çətin olacaqdır. Mövcud məlumata görə, ruslar qalanın təslim edilməsi
üçün bir-neçə gün möhlət verdilər (85).
Ruslara görə, avqustun 15-də şəhər təslim edilməli olduğu halda
Hüseynqulu xan daha iki aylıq möhlət istədi. General Zavalişin bu təklifi
qəbul etmədi və günün sonuna qədər şəhərin təslim edilməyəcəyi
təqdirdə onun top atəşinə tutulacağını bildirdi. Belə olanda qala
daxilindəkilər də şəhərin müdafiəsi üçün hazırlıq görməyə başladılar. Elə
həmin gün də ruslar şəhəri top atəşinə tutdular. Sonrakı bir neçə gün
ərzində ruslar şəhərin bombalanmasını davam etdirdilər. Bununla belə,
rusların göstərdiyi cəhdlər bir nəticə vermədi. Top atəşləri ilə bir nəticə
hasil olmayanda general Zavalişin şəhərin mühasirəsi üçün sahilə desant
çıxardı. Avqust ayının 22-də rusların iki dəstəsi sahilə çıxarıldı. Bu
dəstələrdən birinə general Zavalişin, digərinə isə polkovnik Aseyev
rəhbərlik edirdilər. Bildirilir ki, ruslar şəhər müdafiəçilərini qala daxilinə
sıxışdıra bildilər. Avqust ayının 29-da rus dəstələri Bakının ətrafındakı
yüksəkliklərə çıxarıldı. Güman edilirdi ki, bu yüksəkliklərdə mövqe
tutmaqla şəhərin ətrafla olan əlaqələrini kəsmək olar. Rusların iki dəstəsi
700 nəfərdən təşkil olunmuşdu. Bu dəstələrin ixtiyarında üç ədəd top var
idi. Ruslar qala divarlarından kənara çəkildiyi üçün qala müdafiəçiləri
daha azad şəkildə müdafiə olunmaq imkanı əldə etdilər. Onlar hətta
rusların cinahlarını da hücuma məruz qoydular. Rus mənbələrinə görə,
qala müdafiəçilərinin hər bir hücumu onların itkiləri ilə nəticələnirdi. Rus
tarixçilərinin yazdığına görə, Bakı ətrafındakı kəndlərdə də yerli silahlı
dəstələr var idi və onlar öz mövqelərini inadcıllıqla qoruyurdular.
Sentyabr ayının 3-də Zavalişin Bakı ətrafında dayanmağı özü üçün
təhlükəli saydı və ona görə də bütün qüvvələrin gəmilərə çəkilməsinə
göstəriş verdi. Ruslar general Zavalişinin geri çəkilməsini və Bakının
Gülüstan müqaviləsi
151
mühasirəsindən çəkilməsini Quba xanının və Qazıqumıx hakiminin
Bakının müdafiəsinə kömək göndərməsi ilə bağlayırdılar (86).
General Sisianova görə isə, general Zavalişinin geri çəkilməsi onun
əməliyyatı qura bilməməsinin nəticəsi idi. Onun yazışmalarından görünür
ki, Bakı şəhərinin işğalını çox böyük səbirsizliklə gözləyirdi. General
Zavalişinin geri çəkilməsi xəbəri isə onun sonsuz qəzəbinə səbəb oldu.
Onun fikrincə, general Zavalişinin uğursuzluğu Rusiyanın şərəfini
havaya sovurmaq demək idi. Sisianov general Zavalişinin qala divarları
ətrafından şəhər ətrafındakı yüksəkliklərə çəkilməsinin mənasını da başa
düşə bilmirdi. Ona fikrincə, şəhər ətrafındakı yüksəkliklərdə dayanmaq
heç də Bakının mühasirəsi demək deyildi və ona görə də qoşun dəstəsinin
uğursuzluğa düçar olmasına Sisianov təəccüb etmədi (87).
Hər halda general Zavalişin Bakı müdafiəçilərinin iradəsini qıra
bilmədi. Pəribazar ətrafında olduğu kimi, Bakı ətrafında da general
Zavalişinin qazancı geri çəkilmək oldu.
General Zavalişin Bakı buxtasında dayanmağı da özünə təhlükə say-
dı. O, dəstənin tərkibindəki zabitləri toplayaraq sentyabrın 8-də onlarla
məsləhətləşdi və bu məsləhətləşmə zamanı qərara alındı ki, Sara adasına
geri çəkilmək lazımdır. Doğrudur, geri çəkilmək üçün başqa bəhanə
ortaya atıldı. Guya general Zavalişin Şəqqaqi xanının təbəəliyində olan
əhalinin Gəncə xanlığına köçürülməsinə yardım göstərməli idi (88).
Lakin general Sisianov bu bəhanə ilə razılaşmadı. General Sisianov
etiraf edirdi ki, o, doğrudan da Zavalişinə şəqqaqilərlə bağlı tapşırıq
vermişdi. Lakin Sisianov onu da təkidlə bildirirdi ki, general Zavalişin
üçün ən başlıca vəzifə Bakının işğal edilməsi idi. Bu tapşırıq icra
ediləndən sonra general Zavalişin əlavə vəzifə kimi şəqqaqilərlə məşğul
ola bilərdi. Amma şəqqaqilər bəhanəsi ilə general Zavalişinin Bakının
mühasirəsini ataraq Sara adasına uzaqlaşmasını Sisianov düzgün qərar
saymırdı (89).
General Sisianov tapşırıq verdi ki, general Zavalişin dəstəsi ilə
yenidən Bakı ətrafına qayıtsın, Bakı ətrafında su mənbəyi olan yük-
səkliklərdən birində səngərlənsin və möhkəmlənsin. General Zavalişin
rus dəstəsinin ərzaq anbarının yerləşdiyi Nargin adasını nəzarət altında
saxlamaqla Bakı ətrafında general Sisianovu dəsətəsi ilə gəlməsini
gözləməli idi. General Zavalişin də bu tapşırığı yerinə yetirməli oldu. Bir
müddət Sara adasında istirahət etdikdən sonra o, Bakı ətrafına gəldi və
orada müdafiə mövqeyi qurdu. Mövcud məlumatlara əsasən, belə bir
qənaətə gəlmək mümkündür ki, general Zavalişin 1805-ci ilin noyabr
ayında Bakı ətrafında yenidən müdafiə mövqeyi tutdu (90).