Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə59/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   55   56   57   58   59   60   61   62   ...   265

Gülüstan müqaviləsi 

 

141



etdiyi Mustafa xanın öz narazılığını ifadə etməsindən xeyli qəzəbləndi və 

bildirdi ki, Mustafa xanın onu öyrətməyə haqqı çatmır. Sisianova görə, 

hətta Rusiya imperatoru da nə etməyin lazım olduğu haqda ona məktub 

göndərmir, amma Mustafa xan buna cəsarət edir. Tabeçiliyində olanların 

yerli əhaliyə qarşı qanunsuzluqlar etməsini inkar edəndən sonra Sisianov 

Mustafa xan qarşısında yenidən qarabağlıların geri qaytarılması məsələsi-

ni qaldırdı. Bu məsələ imzalanan müqavilədə  də öz əksini tapmışdı  və 

nəzərdə tutulmuşdu ki, dərhal bu məsələnin yerinə yetirilməsinə baş-

lansın. Müqavilənin imzalanmasından 7 gün sonra Mustafa xan Şirvanda 

olan qarabağlıların geri qaytarılması  şərtinin icrasına başlamamışdı. 

Sisianov təkid etdi ki, Mustafa xan dərhal qarabağlıların geri qay-

tarılmasına başlasın və  həm də onu xəbərdar etdi ki, göndərdiyi mək-

tublarında Sisianova dərs verməyə çalışsa, onda həmin məktublara cavab 

verməyəcəkdir (63). 

Günlər ötdükcə yalnız Mustafa xan deyil, yerli əhalinin də ruslara 

qarşı narazılığı açıq şəkildə özünü göstərməyə başladı. 1806-cı il yanvar 

ayının 3-də yem toplayan rus yegerlərindən biri yerli adamların açdığı 

atəşlə yaralandı. Həmin gün üç kazakın atı əlindən alındı, rus düşərgəsinə 

gələn bəylər də yerlilərin atəşinə tutuldu. Bü isə Sisianovun ciddi 

təşvişinə  səbəb oldu. Buna görə Sisianov göstəriş verdi ki, Şamaxı 

bağlarında şübhəli görünənlərə qarşı atəş açılsın. Bütün bunlar haqqında 

Mustafa xana məlumat verən Sisianov onun qarşısında məsələ qaldırdı 

ki, ruslara atəş açmamaq və rus düşərgəsinə yaxınlaşmamaq üçün öz 

adamlarına göstəriş versin. Sisianov eyni zamanda xan tərəfindən vəd 

edilmiş həcmdə ərzağın çatdırılmasını da ona xatırlatdı. 

Mustafa xanla yazışmalarında Sisianov dəstəsinin  ərzaq və yemlə 

təmin edilməsi məsələsini diqqət mərkəzində saxlayırdı. Çünki Sisianov 

Şamaxıdan geriyə yox, irəliyə, Bakı xanlığına doğru hərəkət etməyi 

planlaşdırırdı.  Şamaxı xanlığının Rusiyaya birləşdirilməsindən sonra 

Bakı xanına təzyiq göstərilməsi və onun da Rusiya təbəəliyinə sövq 

edilməsi üçün Sisianov əlverişli məqam və  şərait  əldə etmişdi. Bakının 

işğalı  sərhədlərin genişləndirilməsindən  əlavə, Hətərxan-Bakı-Gəncə-

Tiflis marşrutunun işə salınmasını  təmin etmiş olardı.  Şamaxının 

Rusiyaya birləşdirilməsindən sonra Rusiya xarici işlər naziri knyaz 

Çartorıyskiyə yazdığı  məktubunda Sisianov bildirirdi ki, dərhal Bakya 

doğru hərəkət etməyi planlaşdırır. Onun yazdığına görə, general-mayor 

Zavalişinin rəhbərliyi altındakı qoşun dəstəsi də Bakı yaxınlığında onun 

gəlməsini gözləyirdi (64). 

 



Mehman Süleymanov 

 

142



3. Bakı xanlığının işğalı cəhdi və Sisianovun qətli 

 

Rusiyanın Cənubi Qafqazdakı qoşunlarının təminat və  təchizatının 



təhlükəsiz marşrutunun yaradılması baxımından Bakı xanlığının işğalı da 

Rusiya üçün ciddi əhəmiyyət kəsb edirdi. Bu xanlığın işğalı Rusiyanın 

Cənubi Qafqazdakı işğalının genişləndirilməsi və Rusiyanın Qara dənizlə 

Xəzər dənizi arasında möhkəmlənməsi, habelə  Xəzər dənizində etibarlı 

liman  şəhərinin  əldə edilməsi baxımından da Rusiya üçün mühüm 

əhəmiyyət kəsb edirdi. Ona görə  sələfləri kimi, Sisianov da Qafqaza 

gələn gündən Bakının işğalına lazımi diqqət ayırdı. Danışıqlar, təşviq və 

təhdid cəhdləri alınmadıqda rus silahına əl atılması qərarlaşdırıldı. 

Bakı xanlığının və Xəzəryanı əraziləri işğal etmək, Xəzər dənizində 

və  Xəzəryanı  ərazilərdə möhkəmlənmək üçün Xəzər dənizindəki hərbi 

donanmanın təkmilləşdirilməsi və yeniləşməsi Rusiyanın bölgə 

siyasətinin tərkib hissəsini təşkil edirdi. 1804-cü ilin noyabrında Rusiya 

imperatorunun sərəncamına  əsasən Rusiyanın xarici işlər naziri 

Çartorıyski Sisianovun nəzərinə çatdırırdı ki, Cənubi Qafqaza çıxarılan 

quru qoşunlarının möhkəmləndirilməsi üçün Xəzər dənizindəki 

donanmanı  işlək və hazır vəziyyətdə saxlamaq lazımdır. Bununla 

əlaqədar, Rusiya imperatoru Rusiya dəniz qüvvələri nazirinin müavininə 

göstəriş vermişdi ki, Xəzər hərbi donanmasının işlək və döyüş 

vəziyyətinə gətirilməsi və lazım olanda hərəkət etməsi üçün zəruri işlər 

görülsün. İmperator tərəfindən eyni zamanda Xəzər donanmasına rəhbər 

təyin olunmuş Sisianovdan tələb olunurdu ki, Xəzər donanmasının 

möhkəmləndirilməsi üçün lazımi məsələləri hərbi dəniz nazirinin 

qarşısında qaldırsın və  Xəzər donanmasını döyüşə hazır vəziyyətə 

gətirsin (65). 

Rusiya imperatorunun sərəncamına müvafiq olaraq dəniz qüvvələri 

nazirinin müavini general Çiçaqov, Həştərxan limanının komandiri 

general-mayor Pevsova göstəriş verdi ki, Xəzər dənizindəki gəmiləri 

möhkəmləndirsin və onları toplarla təmin etsin. 1804-cü ilin dekabrında 

general Çiçaqov bildirirdi ki, Xəzər donanmasının 11 hərbi və bir neçə 

nəqliyyat gəmisi artıq döyüş tapşırıqlarının icrasına hazırdır. Onun 

yazdığına görə, 1805-ci ilin yazının başlanğıcında bu gəmiləri hərbi 

tapşırıqların icrasına cəlb etmək olardı (66). 

Rusiyanın Azərbaycan xanlıqları üzərinə hücumunun həyata keçiril-

məsi üçün Sisianovun 1805-ci ilə planlaşdırdığı  fəaliyyətində  Xəzər 

donanmasından fəal  şəkildə istifadə olunması  nəzərdə tutulmuşdu. Hələ 

1804-cü ilin sonunda Sisianov Xəzər donanmasının  Ənzəliyə 

göndərilməsi planları haqqında Rusiya sarayını  məlumatlandırdı. Onun 



Gülüstan müqaviləsi 

 

143



planına  əsasən, 1805-ci ilin aprelində  nəqliyyat gəmiləri ilə müşayiət 

olunan hərbi gəmilər 6 bölükdən ibarət olan silahlı  dəstə ilə birlikdə 

Ənzəliyə getməli (67) və  Xəzəryanı  ərazilərin işğalının həyata 

keçirilməsi üçün əlverişli mövqe tutmalı idi. 

Sisianovun general-mayor Zavalişinə ünvanladığı  təkliflərdən də 

göründüyü kimi, Xəzər donanmasının 1805-ci ilin yazında  Ənzəliyə 

göndərilməsi Azərbaycan xanlıqlarının işğalı üçün 1805-ci ilə 

planlaşdırılan kampaniyasının tərkib hissəsi idi. Ənzəliyə göndərilən 

desant dəstələrinə  rəhbərliyi general-mayor Zavalişinə  həvalə edən 

Sisianov onun nəzərinə çatdırırdı ki, ekspedisiyanın həyata keçirilməsi 

Xəzər sahillərinin işğal edilməsi, Fətəli şahın cəzalandırılması və bir də 

Rusiya imperatorunun yalnız ona (Sisianova) açıqladığı planın bir 

hissəsini icra edilməsi üçün nəzərdə tutulmuşdur. Rusiya imperatorunun 

yalnız Sisianova açıqladığı planın isə Azərbaycan xanlıqlarının işğalı və 

Xəzəryanı  ərazilərdə möhkəmlənmək olduğunu istisna etmək olmaz. 

Ənzəli ekspedisiyasının icra edilməsi üçün 16-cı yeger alayının təcrübəli 

podpolkovniki Aseyev general-mayor Zavalişinin köməkçisi təyin 

olundu (68). 

Sisianova görə, dəniz desant qüvvələrinin qarşısına aşağıdakı 

vəzifələr qoyulmuşdu: 1) Qacar şahı Fətəli şahı qorxutmaq lazım idi ki, 

əvvəlki hərbi kampaniya zamanı  əsir düşmüş rus hərbçilərini,  ələ 

keçirilmiş gürcü knyazlarını, zadəganlarını geri qaytarsın, hərbi 

kampaniya üçün xərc edilmiş 1 milyon rubl vəsaitin  əvəzini ödəsin, 

Tiflisə hücum zamanı Ağa Məhəmməd xan Qacarın gürcü qoşunlarından 

ələ keçirdiyi 12 ədəd topu təhvil versin; 2) Bakı  şəhəri işğal edilsin və 

orada qarnizon yerləşdirilsin (69). 

Hadisələrin sonrakı gedişi göstərdi ki, Ənzəliyə göndərilən hərbi 

qüvvələrin vəzifəsi yalnız bundan ibarət deyildi. Sisianov Ənzəliyə 

göndərilən hərbi qüvvələrin fəallaşmasına nail olmaqla Fətəli  şah 

qüvvələrinin bir hissəsini ora cəlb etmək və bununla da Qarabağa 

göndərilməli olan Qacar qoşunlarının gücünü zəiflətmək istəyirdi. 

Ənzəliyə göndəriləcək desant qüvvəsinin tərkibində 8 bölük var idi. 

Onlardan 6-sı Kazan muşketyor alayından, 2-si isə 16-cı yeger alayından 

idi. Bu bölüklərin şəxsi heyətinin sayı belə idi: 35 zabit, 86 unter-zabit, 

23 təbilçi, 1046 sıravi, 115 qeyri-nizami, 40 topçu. Şəxsi heyətin ümumi 

sayı 1345 nəfər idi. Dəstənin ixtiyarında 1 ədəd 12 funtluq top, 3 ədəd 6 

funtluq top var idi. Dəstənin daşınması üçün 12 ədəd hərbi gəmi və 

dəstənin ərzağının və təchizatının daşınması üçün 11 ticarət gəmisi vəzi-

fələndirilmişdi. Hərbi gəmilərin özlərinin də topları var idi (70). 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə