Mehman Süleymanov
138
keçirildi. Mustafa xanın imzaladığı müqavilənin Kürəkçay
müqavilələrindən fərqli məqamları var idi. Həmin müqavilənin məzmunu
aşağıdakı kimi idi (61).
Müqavilənin giriş hissəsində deyilirdi ki, Mustafa xan Şirvanlı və
bütün vəzifələri və ordenləri sadalanan tam infanteriya (piyada-M.S.)
generalı Pavel Sisianov Mustafa xanın bütün ailəsi, nəsilləri və mülki ilə
birlikdə Rusiya imperiyasının təbəəliyinə daxil olması haqqında
aşağıdakı şərtlərlə müqavilə imzaladılar;
Birinci maddədə Mustafa xan öz üzərinə götürürdü ki, özü, varisləri
və davamçıları fars dövlətinin və ya digər dövlətin asılılığından imtina
edir və bəyan edirdi ki, Rusiya imperatorunun, onun varislərinin və
davamçılarının hakimiyyətindən başqa digər hakimiyyəti tanımayacaqdır.
Mustafa xan Rusiya imperatoruna sədaqətli olacağına söz verir və bunun
üçün Quran üzərində and qəbul edəcəyini bildirirdi.
İkinci maddədə isə təsbit olunmuşdu ki, Rusiya imperatoru Mustafa
xanın təmiz vədlərini qəbul edərək özü və davamçıları adından Mustafa
xana və onun davamçılarına mərhəmət və qayğı vəd edir. Bu mərhəmətin
və qayğının sübutu kimi Rusiya imperatoru Mustafa xanın və onu
davamçılarının hakimiyyətinin saxlanmasına söz verirdi.
Üçüncü maddədə bildirilirdi ki, Mustafa xan Rusiya imperatorunun
və onun varislərinin hakimiyyətini qəbul etdiyi üçün, Mustafa xanın və
onun oğlunun xanlığı, oğlu olmadıqda qardaşının xanlığı Rusiya
imperatoru tərəfindən təsdiqlənəcək, təsdiqləyici sənəd olan imperator
fərmanı Gürcüstanın baş komandanı tərəfindən xana çatdırılacaq və
möhürlə təsdiqlənmiş fərman alınandan sonra yeni xan Rusiya
imperatoruna sədaqət, Rusiya imperatorunun hakimiyyətinin tanınması
haqqında and imzalayacaq.
Dördüncü maddəyə görə, Rusiya imperiyasına sədaqətin, Rusiya
imperiyası hakimiyyətini tanımağın sübutu kimi Mustafa xan vəd edirdi
ki, Gürcüstanın baş komandanı ilə razılaşdırılmadan ətraf hakimlərlə
əlaqəyə girməyəcəkdir. Həmin hakimlərin nümayəndələri və məktubları
gələndə isə Mustafa xan onları saxlamalı və onlarla bağlı Gürcüstanın
baş hakiminin razılığını almalı idi. Rusiyaya düşmən olan Baba xanın
(Fətəli şahın – M.S.) sərdarlarından, xanlarından və başqalarından
məktubu və nümayəndələri Mustafa xan qəbul etməməli, əgər məktub
gələrsə Mustafa xan onu açmadan Şəki xanlığındakı Ərəş qalasında olan
rus qoşun dəstəsinin rəhbərinə göndərməli idi.
Beşinci maddəyə əsasən, Mustafa xanın xanlığı üzərində Rusiya
imperatorunun hakimiyyəti tanındığı üçün Rusiya imperatoru özü və
varisləri adından aşağıdakıları vəd edirdi: 1) Şamaxı xanlığının əhalisi
Gülüstan müqaviləsi
139
Rusiyanın digər əhalisi ilə fərq qoyulmadan Rusiya imperatorunun
təbəələri hesab olunacaq; 2) Mustafa xanın, onun varislərinin və nəslinin
Şamaxı xanlığına haqqı saxlanılacaq; 3) Xanlığın daxili idarəetmə
hakimiyyəti, məhkəmə, cəzalandırma, daxili gəlirlər Mustafa xanın
ixtiyarına veriliəcək; 4) Müqavilə imzalanan vaxt Salyan Şamaxı
xanlığının tərkibində olduğu üçün Mustafa xanın tabeliyində
saxlanılacaq. Bundan başqa zərurət yarananda rus qoşun dəstələri Şamaxı
xanlığını xarici müdaxilədən qorumalı idi.
Altıncı maddəyə əsasən, Mustafa xan Rusiya təbəəliyinə meylliyinin
əlaməti kimi aşağıdakıların icrasını öz üzərinə götürməli idi: 1) Əsli
Qarabağlı olan ailələr İbrahim xana qaytarılmalı idilər. Qarabağdan
gələnlər arasında əslən şamaxılı olan ailələr isə geri qaytarılmamalı
idilər; 2) Cavad məntəqəsinin Qarabağa məxsusluğu sübut olunacağı
təqdirdə bu məntəqə Qarabağ xanlığına qaytarılmalı idi; 3) Həştərxandan
Gürcüstana gedən karvanlar Şamaxı ərazisindən keçərkən onların
təhlükəsizliyi təmin edilməli idi. Bunun üçün Mustafa xan mühafizə qüv-
vəsi ayırmalı idi; 4) Kür çayının mənsəbində və Cavadda hərbi-istehkam
tikililəri aparılmalı olsaydı, Mustafa xan Gürcüstanın baş komandanının
təyin etdiyi qiymətlər əsasında işçi qüvvəsi təşkil etməli idi.
Yeddinci maddəyə əsasən, Rusiya imperatoru Mustafa xana öz
mərhəmətinin və qayğısının əlaməti kimi Rusiya imperiyasının gerbi olan
bayraq bağışlamalı idi. Bu bayraq hakimiyyət simvolu kimi xanın
yanında qalmalı idi və yalnız xan müharibəyə yollanarkən həmi bayrağı
özü ilə apara bilərdi.
Səkkizinci maddədə Mustafa xanın Rusiya xəzinəsinə ödəməli
olacağı verginin miqdarı öz əksini tapmışdı. Mustafa xan Rusiya
imperatorunun Tiflisdəki xəzinəsinə ildə 8 min çervon ödəməli idi. Bu
vergi il ərzində iki dəfəyə ödənməli idi. Fevral ayının 1-də verginin
birinci yarısı, sentyabr ayının 1-də isə ikinci yarısı təhvil verilməli idi.
Bununla yanaşı Mustafa xan girov göndərmək haqqında da öz üzərinə
öhdəlik götürdü. Müqavilədə təsbit edildi ki, Mustafa xan uşaqsız
olduğu, qardaşlarından birinin kor, digərinin isə xəstə olduğu üçün ilk üç
ay müddətinə Şamaxı bəyləri olan Əhməd ağanı, Ağa bəyi, Muxay bəyi
və İsmayıl bəyi girov verməli idi. İlk üç ay keçəndən sonra isə Şıxəli bə-
yin, Ömər bəyin və Mustafa bəyin uşaqları növbə ilə girovluğa
göndərilməli idi.
Doqquzuncu maddəyə əsasən, Tiflisə göndərilməli olan girovlara
gündəlik xərc üçün pul ayrılmalı idi. Bəylərin hər birinə gümüş pulla 10
rubl, uşaqlar üçün isə 4 rubl verilməli idi.
Mehman Süleymanov
140
Onuncu maddəyə əsasən, müqavilə əbədi olaraq imzalanırdı və heç
bir dəyişikliyə məruz qalmalı deyildi.
On birinci maddəyə əsasən, müqavilə Rusiya imperatorunun fərmanı
və möhürü ilə təsdiqləndikdən sonra 6 ay müddətində və ya imkan
yaranarsa ondan da tez təqdim olunmalı idi.
İmzalanmış müqavilənin hər bir maddəsi Mustafa xanın möhürü ilə
təsdiqləndi. Müqavilənin imzalanmasından sonra qeyd edildiyi kimi,
Rusiya imperatoruna sədaqət andı da imzalandı.
Şamaxı xanlığının Rusiyaya birləşdirilməsini Sisianov dərhal Rusiya
sarayına məruzə etdi. Rusiya imperatorunun tapşırığına əsasən, Sisianov
rus qoşunları ilə Azərbaycan xanlıqlarının üzərinə hücum etməməli və
Rusiya qoşunlarının çətin vəziyyətə düşməsinə yol verməməli idi.
Müdafiə mövqelərində qalmalı olduğu halda Sisianov apardığı məkrli
siyasəti nəticəsində Şəki və Şamaxı xanlıqlarını Rusiyaya birləşdirməyə
nail oldu. Bu zaman o elə bir siyasət ortaya qoydu ki, rus qoşun dəstələ-
rinin yerdəyişmələri ilə Mustafa xana ciddi təzyiq göstərə bildi. Mustafa
xan da rus qoşun dəstəsinin təzyiqi qarşısında yetərli müdafiə imkanları
olmadığı üçün general Sisianovun tələblərini qəbul etməli oldu. Bununla
Sisianov Rusiyanın Qafqazdakı sərhədini şərqə doğru bir qədər də
genişləndirməyə müvəffəq oldu.
General Sisianovla Mustafa xan arasında aparılan sonrakı yazışmalar
göstərdi ki, bir tərəfdən yerli əhali rus işğalını birmənalı şəkildə
qarşılamadı. Digər tərəfdən də Mustafa xan Sisianovun tələblərini
birmənalı şəkildə qəbul etmədi. Rus işğalı ilə barışa bilməyən Şamaxı
əhalisinin müəyyən hissəsi öz yerlərini tərk edib köçməyə üstünlük
verdilər. Sisianov yuxarıda haqqında danışılan müraciətini də belələri
üçün nəzərdə tutmuşdu və bununla köçlərin qarşısının alınmasına
çalışdığını bildirirdi. Şamaxı əhalisinin köçlərinin qarşısının alınması
üçün Sisianov yerli bəylərin xidmətindən istifadə edilməsini də vacib
sayırdı (62).
Sisianovun verdiyi bütün vədlərə baxmayaraq rus əsgərlərinin
Şamaxı əhalisinə qarşı soyğunçuluğunun və talanlarının qarşısını almaq
mümkün olmadı. Rus hərbçiləri yerli əhalidən zorla yem və ərzaq alır və
onlar üçün narahatlıqlar yaradırdılar. Buna görə də əhalinin
nümayəndələri Mustafa xanı himayə edirdilər. Mustafa xan da bununla
bağlı öz narazılıqlarını general Sisianova çatdırdı. Qeyd etmək lazımdır
ki, Sisianovla müqavilə imzalanandan sonra da Mustafa xan ruslara
inanmırdı və Fitdağındakı qalada yaşamaqda davam edirdi. Fitdağındakı
qalaya toplanmış əhali də qalanın kiçik olmasına baxmayaraq orada ya-
şamağa üstünlük verirdilər. Sisianov isə özünün tabeçiliyində hesab
Dostları ilə paylaş: |