Mehman Süleymanov
136
girmək istəyəndə atəşlə qarşılaşdılar. Belə olanda qarşılıqlı döyüş baş
verdi. Mustafa xanın atlıları oradan geri çəkilməli oldu (56).
Böyük qoşun dəstəsi ilə Şamaxı xanlığına daxil olmasının yerli
əhalidə yarada biləcəyi təşviş və qorxunun qarşısının alınması üçün
Sisianov tərəfindən "Şirvan vilayətinin xalqlarına vəd" adlı bir sənəd
imzalandı. Sisianov bu vədin əvvəlində öz adından Şirvan vilayətinin
mollalarına, bəylərinə, kovxalarına və bütün əhalisinə bəyan edirdi ki,
Rusiya imperatorunun ona verdiyi səlahiyyətlərə əsasən, Gürcüstanın
qonşuları Rusiya təbəəliyinə və himayəsinə daxil olmaq kimi imkan əldə
ediblər. Sisianov sonra söyləyirdi ki, onun Gürcüstanın baş komandanı
olduğu üç il ərzində Rusiya imperatorunun qoşunları böyük qələbələr
əldə etmişdir. Rus generalı sonra da əlavə edirdi ki, verdiyi vədə heç
vaxt xəyanət etmir. Sisianova görə İmeretiya çarlığı, Minqreliya
knyazlığı, Qarabağ və Şəki xanlıqları öz xoşbəxtliyini taparaq bu
xoşbəxtlikdən hərtərəfli bəhrələnirlər. Guya Rusiya qoşunlarının Baba
xanın sayca çox, amma zəif olan qüvvələrindən necə müdafiə
olunduğuna yayda şirvanlıların özləri də şahid olmuşdular. Onun
sözlərinə görə, Mustafa xan Şamaxılı 4 ay öncə qonşularının əmin-
amanlığa çatdığını görüb özü də Rusiya imperiyasının təbəəliyinə yol
axtarmağa başladı və öz nümayəndələrini onun yanıma göndərdi. Amma
Sisianova görə, Mustafa xan tək onun yanına deyil, həm də Fətəli şahın
yanına öz nümayəndələrini göndərdi. Rus generalı Şamaxı xanının Qacar
sarayı ilə əlaqələrini kəsmədiyi üçün Şamaxıya gələrək məkrli Mustafa
xanı cəzalandırmaq fikrində olduğunu vurğulayırdı. Sisianov bildirirdi
ki, Şamaxı əhalisinin həyatına, əmlakına və təhlükəsizliyinə qarşı biganə
deyildir. Ona görə də 15 gün Kürəkbasanda dayanıb Mustafa xanın
cavabını gözlədi. Mustafa xan isə şərtləri qəbul etsə də Sisianovun yanın-
da Rusiya imperatoruna sədaqət andığı imzalamağa razı olmadı ki,
bunsuz məsələ həll oluna bilməzdi. Qoşun dəstəsi ilə Şamaxı xanlığı
ərazisinə gəlməsini Sisianov Mustafa xanın ikitərəfli görüşə gəlməməsi
ilə əsaslandırır və bununla özünə bir növ haqq qazandırırdı. Ona görə
Sisianov yerli əhaliyə müraciət edirdi ki, onun tərəfindən yeni xan təyin
edilənə kimi öz ev-eşiklərini tərk etməsinlər və vəd edirdi ki, onların dini
mərasimlərinin və ibadətlərinin azad şəkildə icrasına şərait yaradılacaq,
müharibə qurtaran kimi onların canının və malının təhlükəsizliyi təmin
ediləcəkdir. Sisianova görə Şamaxı əhalisi müharibədən sonra Rusiya
imperatoruna sədaqət andı qəbul edəcək və həmin gündən də onların
xoşbəxt həyatı başlayacaqdır.
Burumarx ətrafındakı düşərgədən Sisianov bir daha Mustafa xana
məktub göndərdi və onu Rusiya təbəəliyini qəbul etməyə çağırdı.
Gülüstan müqaviləsi
137
Sisianov yazırdı ki, Mustafa xan Rusiya təbəəliyini qəbul etmək üçün
bütün şərtlərə razı olsa da müqavilə imzalanması üçün görüşə gəlmədi.
Ona görə də Sisianov özü məcbur olub qoşunla Şamaxı yaxınlığına
gəlmişdir. Bununla belə, Sisianov fikirləşmək və qərar qəbul etmək üçün
Mustafa xana 48 saat vaxt verməyə hazır olduğunu bildirdi. Bu müddət
ərzində Mustafa xan Rusiya təbəəliyini qəbul etmək üçün son qərarını
qəbul etməli idi. Mustafa xan tələbi qəbul etdiyi halda əyanları ilə bir-
likdə Sisianovun yanına gəlməli və Rusiya imperatoruna sədaqət andı
imzalamalı idi (57).
Dekabr ayının 13-də general Sisianov Mustafa xandan cavab
məktubu aldı. Məktubun məzmunundan hiss olunurdu ki, Mustafa xan
rus qoşunları düşərgəsinə gəlməyə ehtiyat edir. Ona görə Mustafa xan bir
daha Sisianovdan öz nümayəndələrini onun yanına göndərməyi xahiş etdi
və bildirdi ki, həmin nümayəndələrin yanında Rusiya təbəəliyinə qəbul
edilməsi üçün tərtib edilmiş müqaviləni imzalamağa hazırdır. Mustafa
xan onu da bildirdi ki, müqavilə layihəsini alandan sonra öz bəylərini Fit-
dağdakı qalaya toplayacaq və onlarla məsləhətləşmə aparacaqdır (58).
General Sisianov Mustafa xanın istəkləri ilə yenə də razılaşmadı.
Müqavilənin layihəsini və öz nümayəndələrini onun yanına göndərməklə
ona dekabrın 17-nə qədər vaxt verdiyini bildirirdi. Bundan sonra
Sisianov Burumarx yaxınlığındakı düşərgədən hərəkət etdi və Fitdağdakı
qalaya daha yaxın olan Çərtmə dağında düşərgə saldı. Sisianov Mustafa
xanın qardaşı Həşim bəylə də əlaqə yaratdı. Rus generalı güman edirdi
ki, Mustafa xan Fitdağdakı qalanı tərk edərək Muğana çəkilə bilər.
Sisianov Həşim bəydən istədi ki, Mustafa xanın Muğana çəkilmək cəh-
dinin qarşısını almağa köməklik göstərsin (59).
Mustafa xan isə belə bir cəhd göstərmədi. Qazaxdakı kazak
dəstəsinin və azərbaycanlılar arasından seçilmiş atlıların rəhbəri mayor
Tarasovla görüşəndən sonra Mustafa xan general Sisianovun yanına
getməyə razı oldu. Mayor Tarasov Mustafa xanın təhlükəsizliyini təmin
etmək üçün Sisianovun vədlərini ona çatdırdı və nəhayət onu görüşə razı
sala bildi. Mustafa xan Sisianovla görüşün rus qoşun dəstəsinin
düşərgəsindən kənarda, müəyyən sayda mühafizəçilərin müşayiəti ilə
çadır daxilində deyil, açıq havada keçirilməsinə razı oldu (60).
Nəhayət 1805-ci il dekabr ayının 25-də Mustafa xan böyük qoşun
dəstəsi ilə onun üstünə gəlmiş general Sisianovun tələbləri ilə razılaşmaq
məcburiyyətində qalaraq Şamaxı xanlığının Rusiyaya birləşdirilməsi
haqqında müqaviləni və Rusiya imperatoruna sədaqət andını imzalamalı
oldu. İmzalanma mərasimi rus qoşun dəstəsinin Çərtmə dağındakı
düşərgəsi ətrafında, Şirvan əfəndisi Yəhya əfəndinin şahidliyi ilə