Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə67/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   63   64   65   66   67   68   69   70   ...   265

Mehman Süleymanov 

 

158



generalı sevincini şərab içməklə nümayiş etdirdi və sonra da generalların 

və hərbçilərin müşayiəti ilə görüş təyin olunan məkana yollandı (107). 

General Sisianovu podpolkovnik Aseyevin rəhbərliyi altında 16-cı 

yeger alayının 200 nəfərlik qarovul dəstəsi, habelə general Zavalişin və 

general Quryev müşayiət edirdilər. Görüşün Bakı qalası divarlarından ya-

rım verst aralı olan su quyusu ətrafında olması razılaşdırılmışdı. Sisianov 

ora yollanmazdan əvvəl  qarovul dəstəsi həmin məkana yollandı ki, orada 

mövqe tutsun. Səhər saat 10-da  general Sisianov, digər generallar Za-

valişinin və Quryevin müşayiəti ilə su quyusunun yanına yolandılar. Baş-

qa bir məlumata görə isə, Sisianovu yalnız knyaz Eristov və bir də on-

ların atını saxlayan bir kazak müşayiət edirdi. Rus generalının qarşısına 

əvvəlcə  Bakı  əyanları  və  bəyləri çıxdılar. Onlar Sisianova duz-çörək, 

habelə  şəhər qalalarının açarlarını  təqdim etdilər. Həmin adamlar eyni 

zamanda bildirdilər ki, Hüseynqulu xan həmin gün görüşə hazır olmadığı 

üçün bu görüşü o biri günə keçirsinlər. Başqa bir məlumata görə isə, Bakı 

əyanları bildirdilər ki, Hüseynqulu xan rus qoşunlarından ehtiyat edir və 

ona görə  də bu görüşə  gəlməmişdir. Sisianov da cavabında bildirdi ki, 

Hüseynqulu xanın ehtiyatlanmasına səbəb yoxdur. Əgər o ehtiyatlanırsa 

onda 1000 nəfərlik mühafizə  dəstəsi ilə  gələ bilər. Sisianov şəhər dar-

vazasının açarlarını  və duz-çörəyi də geri qaytardı  və onları yalnız Hü-

seynqulu xanın  əlindən qəbul edəcəyini bildirdi. Eyni zamanda onu da 

bəyan etdi ki, əgər Hüseynqulu xan gəlməsə onda o özü hücum nərdi-

vanları ilə qala divarlarını aşıb onun yanına getməli olacaq. Bundan sonra 

Sisianov knyaz Eristovu Hüseynqulu xanın yanına göndərdi ki, onu 

ehtiyat etmədən arxayın şəkildə görüş yerinə gəlməsinə inandırsın (108). 

Sisianovun təkidli tələbindən sonra Hüseynqulu xan onun görüşünə 

gəldi. Hüseynqulu xan Sisianovu əvvəldən də tanıdığı üçün onunla köhnə 

tanışlar kimi görüşdü. Sonra onlar hər ikisi yer üzərinə sərilmiş keçənin 

üstündə oturdular, birlikdə qəlyan çəkdilər. Bu zaman onların yanında iki 

xidmətçinin, Sisianovun arxasında isə xanın qohumlarından olan İbrahim 

bəyin dayandığı bildirilir. Verilən məlumata görə, Sisianov qəlyanı əlinə 

alanda əvvəldən planlaşdırıldığı kimi, İbrahim bəy onu boynundan güllə 

ilə vurdu. Sonrakı atəşlə isə knyaz Eristov qətlə yetirildi. Çox qısa bir 

zaman daxilində İbrahim bəy Sisianovun başını bədənindən ayırdı və özü 

ilə qala daxilinə apardı. Məlumata görə, Sisianovun öldürülməsi anında 

qala divarları üzərində mövqe tutmuş xan döyüşçüləri də ruslara atəş 

açdılar və ruslar da öldürülmüş Sisianovun və Eristovun cəsədlərini 

götürməyə müvəffəq olmadan geri çəkildilər (109). 

General Sisianovun qətlə yetirilməsi ilə bağlı bir-birindən fərqli olan 

məlumatlar və xatirələr, habelə general Zavalişinin  rəsmi raportu möv-




Gülüstan müqaviləsi 

 

159



cuddur. Lakin bu materialların heç biri Sisianovun qətlə yetirilməsi 

hadisəsi, bu hadisənin planlaşdırılması haqqında tam təsəvvür yaratmır. 

Sisianovun qətlinin əvvəldən planlaşdırılmasını bir mənalı şəkildə söylə-

mək çətindir. Farsdilli mənbələr bu hadisənin  əvvəldən planlaşdırılması 

üzərində dayanmağa meyllidirlər.  İstinad edilən farsdilli mənbələrdə 

İbrahim bəyin Bakı xanının işarəsi  əsasında atəş açması  və bununla da 

Sisianovun qətlə yetirilməsi qeyd olunur. Qacar sarayının bu qətldə  əli 

olması da bu mənbələrdə birbaşa və ya dolayısı yolla etiraf edilir. 

Sisianovun başının kəsilərək  Ərdəbilə, oradan da Tehrana göndərilməsi 

də Qacar sarayının bu qətldə iştirakına əsas kimi qəbul olunur. Məlumdur 

ki, Sisianovun kəsilmiş  kəlləsi  əvvəlcə  Ərdəbilə, Abbas Mirzəyə, sonra 

da oradan Tehran sarayına göndərildi.  Ə.Dünbəlinin yazdığına görə, 

Abbas Mirzə general Sisianovun kəsilmiş  kəlləsini görəndə heç də se-

vinmədi və bildirdi ki, məmurlar başlarını döyüş vaxtı itirməlidirlər, gö-

rüş və ya söhbət vaxtı yox (110). 

Farsdilli mənbələrdə Sisianovun qətlə yetirilməsinin Qacar sarayı 

tərəfindən təşkil edilən cadu və  əfsunların nəticəsi olması haqqında da 

məlumat vardır. "Rövzət-üs səfa" əsərində bu cadu və əfsunların icraçısı 

kimi Mirzə  Məhəmməd  Əxbarinin adı  çəkilir və bildirilir ki, Sisianov 

qətlə yetiriləndən sonra Hacı Mirzə Məhəmməd Əxbarinin cadu və əfsun 

sahibi kimi şöhrəti daha da artdı (111). 

Tarixi ədəbiyyatda olan məlumatlara görə, Mirzə Məhəmməd Əxbari 

kifayət qədər oxumuş  və savadlı bir şəxs idi və  hətta özü də bir sıra 

əsərlər yazmışdı. Bununla belə, onda xürafata meyllilik var idi və 

əfsunlarının təsir etdiyinə inanırdı. Bildirilir ki, dövrün tanınmış ruhani 

alimləri onun savadı  və  əməlləri qarşısında gücsüz qalmışdılar. O çalı-

şırdı ki, Fətəli şahla da görüşsün və onu da öz tilsimlərinin gücünə inan-

dırsın. Rus qoşunları Azərbaycan xanlıqlarını  işğal etməyə başlayanda 

Mirzə  Məhəmməd  Əxbari Fətəli  şahla görüşmək fürsəti tapdı  və onu 

inandıra bildi ki, əgər çillə oturub 40 gün əfsun və tilsimlərlə məşğul ol-

sa, Sisianovun kəsilmiş başını  gətirib Fətəli  şahın ayaqları altına ata-

caqlar. Mirzə Məhəmməd Əxbari xahiş etdi ki, əgər dediyi doğru çıxarsa, 

onun sonrakı  fəaliyyətinə imkan yaradılsın, ona düşmən olanlar cəza-

landırılsın. Fətəli  şah bu xahişlə razı oldu və doğrudan da 40 gündən 

sonra Sisianovun kəsilmiş başı Qacar sarayına gətirildi.  İstər saray 

daxilində, istərsə də saray xaricində Sisianovun qətli Mirzə Məhəmməd 

Əxbarinin tilsim və  əfsunlarının nəticəsi kimi qəbul edildi və bundan 

sonra onun şöhrəti daha da artdı (112). 

Yuxarıda qeyd edildiyi kimi, general Zavalişin Sisianovun qətlə 

yetirilməsinin  şahidi idi və o, gördüklərini Rusiya sarayına göndərdiyi 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə