Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Məktəbəqədər tərbiyə müəssisəsinin sənədləşdirliməsi



Yüklə 76,6 Kb.
səhifə36/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   33   34   35   36   37   38   39   40   41
MQT m.pedaqogika-2

Məktəbəqədər tərbiyə müəssisəsinin sənədləşdirliməsi

Məktəbəqədər tərbiyə müəssisələri haqqında əsasnaməyə görə uşaq bağçasında müəyyən işlər sənədləşdirilməlidir. Bağçanın əsasnaməsi binanın pasportu və əmr kitabı rayon Təhsil şöbələri tərəfindən təsdiq olunur. Əmr kitabının bütün səhfələri nömrələnir tikilir səhfələrin ümumi sayı göstərilir , möhür və imza ilə təsdiq olunur. Uşaqlara məxsus uçod kitabında uşaqların və valideynlərin ev ünvanı bağçaya daxıl olması çıxması haqqında məlumat qeyd olunur. Xüsusi forma ilə hər gün uşaqların davamiyyəti qeyd olunur. Bütün bu sənədlər cədvəllər davamiyyət vərəqləri hamısı saxlanılır. Təkliflər kitabına bağçanın yoxlanması zamanı qeydlər təlimati fikirlər yazılır. Pedaqoji yığıncağın istehsalat toplantısının pedaqoji şuranın protokollar kitabı habelə sanitar jurnalı avadanlıq və ərzaq alınmasına dair kitab müəssənin iş və prespektiv planı və s saxlanılan əsas sənədlərdir.




  1. Uşaq bağçasında Pedaqoji Şuranın işi

Şura tərbiyəçilərin peşə ustalığının artırılmasında müstəsna rol oynayır.Pedaqoji şura bağçada tərbiyə və təlim səviyyəsini yüksəktməyə dair dövlət qərarlarının fəaliyyətdə tətbiq edilməsini təmin edir.Şura həmdə valideyn komitəsinin fəaliyyətini,işçilərin qabaqcıl təcrübəsini müəyyən edir.Şura məktəbəqədər tərbiyə müəssisəsində pedaqoji prosesinin əsas istiqamətini müəyyən edir, tərbiyə və təlim proqramını təsdiq edir, metodik işləri müzakirə edir, kadrların yenidən hazırlanması və ixtisasının artırılması məsələlərini müntəzəm olaraq tənzimləyir.Pedaqoji şuranın işi müdir tərəfindən tərtib olunmuş və şurada təsdiq olunmuş illik plan əsasında tənzim olunur.Pedaqoji şuranın səmərəli fəaliyyəti şura üzvlərinin potensial imkanından çox asılıdır.Pedaqoji şuranın tərkibi aşağıdakı qaydada seçilir: müdir, baş tərbiyəçi,tərbiyəçilər,musiqi rəhbəri, həkim, valideyn komitəsinin sədri.Şuranın bütün üzvləri həlledici səsə malik olur.Şuranın tərkibinə daxil olanların sayı azı kollektivin 2/3 hissəsini təşkil etməlidir.Şuranın sədri bağçanın sədri seçilir.Şuranın iclası 2ayda bir dəfədən az olmayaraq keçirilir.Pedaqoji şuranın katibi 1 il müddətinə seçilir.Kabinə müdiri müvafiq qruplar üzrə tərbiyə-təlim sahəsində qabaqcıl təcrübəni öyrənmək və yaymaq məqsədilə tərbiyəçilərin məşğələlərində olur, müsbət cəhətləri qeyd edir,nöqsanları aradan qaldırmaq üçün köməklik göstərir.Kabinə müdiri müvafiq qruplar üzrə tərbiyə və təlim işlərinin planlaşdırılmasına kömək edir və işin səmərəliliyini inkişaf etdirmək məqsədilə planın təkmilləşdirilməsinə xüsusi diqqət yetirir.



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə