Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Məktəb təliminə hazırliğın mahiyyəti və vəzifələri



Yüklə 76,6 Kb.
səhifə38/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   33   34   35   36   37   38   39   40   41
MQT m.pedaqogika-2

Məktəb təliminə hazırliğın mahiyyəti və vəzifələri

Məktəbə hazırlığın məqsədi uşağın fiziki ,psixi ,emosional,və intelektual potensial inkişafı uçun şərait yaratmağ ,uşağın sadə əmək vərdişlərinə yiyələnməsini təmin etmək ,uşağlarda məntiqli və yaradıcı teffekurun ilkin elementlerini formalaşdırmağ və.s Məktəbəqədər təhsil muəssələrinin uşağ şəxsiyyətinin formalaşdırmağ ,uşağların təlim yərbiyəsini ,nəticə etibari ile onların məktəbə hazırlaşmalarını təmin etmək kimi muhum vəzifələri yerinə yetirilməsi.
Uşağların məktəbə hazırlığı haqqında mutərəqqi ideyalar.Pedaqoq və psixoloqların əsərlərində məktəbə hazırlığ problemlerinin tədqiqi.


  1. Məktəbəhazırlıq qrupunda təlim- tərbiyə işləri necə təşkil olunur?

Böyük qrup uşaqları ilə işin əsas təşkili forması perspektiv plan laşdırmadır. O birinci və ikinci ildə əsası qoyulan fiziki, psixi-fizioloji inkişaf üzərində qurulur. Perspektiv plana tibbi-pedaqoji yığıncaqda baxılır. Belə yığıncaqda həkim (böyük tibb bacısı), tərbiyəçi, metodist-tərbiyəçi və müdir iştirak edir. Yığıncaqda hər bir uşağın sağlamlığı, fiziki və psixi-fizioloji vəziyyəti müzakirə olunur. Bu zaman inkişafı ləngimiş uşaqlara xüsusi əhəmiyyət verilməlidir. Yığıncaqda belə təhlilin əsasında hər qrupa istiqamətlənmiş əsas məsələlər müzakirə olunur və fərdiləşdirilmiş iş apa-rılır. Bu vəzifə planda konkret qeyd olunur.
Hər qrup üçün perspektiv plan aşağıdakı bölmələr üzrə işlənilir: 1. fiziki tərbiyə və uşaqların sağlamlığının möhkəmləndirilməsi;
2. uşaqların psixi-fizioloji inkişafının məzmunu; 3. uşaqların müstəqil fəaliyyətinin ümumi məsələləri üzrə valideynlərlə iş.


  1. Uşaq bağçası ilə məktəbin əlaqə formaları

Bağça illərində qazanılmış bilik, bacarıq və vərdişlər məktəb illəri üçün təməl qoyur.Məktəbəqədər tərbiyə təhsil sisteminin ilk mərhələsidir. Məktəbəqədər uşaqların tərbiyəsində hərtərəfli inkişafın təməlini qoyur və uşaqları məktəbə hazırlayır.Məktəbəqədər tərbiyə müəssisələrinin tərbiyəçiləri 1- ci sinif şagirdlərinə tətbiq olunan pedaqoji tələbləri yaxşı bilməli və uşaqları məktəbin təlim prosesinə hazırlamalıdırlar.Uşaq bağçası il məktəbin arasındakı əlaqə və ardıcıllıq tərbiyə prosesində varislik prinsipinə əsaslanır.İbtidai sinif müəllimləri təlimin səviyyəsini yüksəltmək üçün oyundan çox istifadə edirlər. Uşaq bağçasında da bu metoddan geniş istifadə olunur. Uşaq bağçasında məşğələlər dərsin əsas məzmunu və mahiyyəti özündə ehtiva edir. Bunlar məktəbəqədər dövrdən uşaqların zehni hazırlığını təmin edir. Məktəbə zehni hazırlıqlı gəlmiş olurlar, yəni uşaq düzgün nitqə yiyələnib, fərqləndirməyi, müqayisə etməyi bacarır, onun şüuru məktəbdə adaptasiya hadisəsinə hazırdır. Uşağın məktəbəqədər dövrdə təlim prosesinə hazırlığı onun fiziki və psixi inkişafı ilə sıx bağlıdır. Uşaqda məktəb illərində təlim üçün zəruri olan keyfiyyətlər daha da inkişaf edib təkmilləşir . O, məktəbdə olduğu ilk günlərdən müəllimi dinləməyi, müəllimin tapşırıqlarına müvafiq hərəkət etməyi, diqqətini müəyyən obyektə cəmləşdirməyi bacarır. Məktəbəqədər yaş dövründə qazanılmış əxlaqi, estetik və zehni hisslər uşaqların məktəbdə emosional həyatının daha da zənginləşməsinin əsasını təşkil edir.Uşaq baxçası ilə məktəb arasında varislik təlimin metodlarının seçilməsində də özünü göstərir. Baxçada qazanılmış keyfiyyətlər məktəbin ilk günlərdən davam və inkişaf etdirilir. Məktəbdə dərs və uşaq bağçasında məşğələ bir sıra özünəməxsus xüsusiyyətlərə malik olsalar da, bəzi ümumi cəhətləri də vardır. Onların hər ikisi təlim mahiyyəti daşıyır. Ümumi cəhətlər dərs və məşğələlərdə, müəllim və tərbiyəçinin rəhbər rol oynamasında, təlimdə pedaqoji metodlardan istifadə olunmasında da özünü göstərir. Sübut olunur ki, məşğələ və dərs ardıcıl bir prosesdir. Uşaqların məktəbə hazırlığında fiziki tərbiyənin də müstəsna rolu vardır. Məktəb uşaqların həyat tərzində yeni mərhələdir.



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə