Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Uşaqların tərbiyəsində valideynin nüfuzu və şəxsi nümunəsi



Yüklə 76,6 Kb.
səhifə37/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   33   34   35   36   37   38   39   40   41
MQT m.pedaqogika-2

Uşaqların tərbiyəsində valideynin nüfuzu və şəxsi nümunəsi

Valideynin nüfuzu dedikdə, uşaqların öz ata-analarına hörməti, onların tapşırıqlarını sözsüz və şüurlu surətdə yerine yetirmələri ve məsləhətlərinə qulaq asmaları nəzərdə tutulur. Valideyn sözünün kəsəri onun
nüfuzu ile müəyyen edilir. Əgər ailədə uşaqlar valideyn nüfuzunu qəbul etmirlərsə, onda belə ailədə özbaşınalıq hökm sürəcəkdir. Bir çox valideynlər uşağın nəzərində nüfuzu süni yollarla qazanmağa cəhd edir, nüfuz qazanmağı meqsede çevirirlər. Onlar nüfuzun uşağı itaətdə saxlamaq üçün zəruri olduğunu düşünür və məqsədli yollara əl atırlar. Bəzi atalar evde həmişə qışqırmaq, çığır-bağır salmaq, uşağı döymək, onu qorxutmaq yolu ilə nüfuz qazanmağa çalışırlar. Belə şəraitdə uşaq müthi, yalançı, əliəyri və ikiüzlü böyüyür. Bir qisim valideynler isə qəsdən, bilə-bilə soyuqluq göstərir, özünü ailede despot kimi aparır, uşaqlarla öz aralarında süni sürətdə uçurum yaradırlar.Onlar bununla uşaqlarda özlərinə qarşı hörmət qazansalar belə, bu, əsl manada hörmət olmur. Belə hörmət qazanmaqla onlar özlərinə qarşı ikrah hissi yaradır, istər-istəmaz uşaqları yalan danışmağa məcbur edirlər. Əlbəttə, belə validenylər ciddi səhvə yol verirler. Uşağı həddən artıq əzizləmək, onun arzu və istəklərinin qulu olmaq uşaqların ərköyün böyüməsə səbəb olur. Bununla da ailədə xudbin, daşqəlbli və şıltaq bir məxluq böyüdürler. Bəzi valideynlər uşaq yanında nüfuzu ona çoxlu nəsihət verməklə əldə etməyə çalışırlar ki, bunun da əsl manada nüfuzla heç bir əlaqəsi yoxdur. Bu, pərdələnmiş ve ömrü çox qısa olan süni nüfuz olur. Nüfuz uşaqlarla münasibətindən asılı olmayaraq valideynin öz varlığında olmalıdır. Onun kökü valideynin vətəndaşlıq simasında, davranışında, ailədə, cəmiyyət arasında özünü mədəni aparmasında və digər əxlaqi keyfiyyətlərindədir. Yüksək nüfuz qazanmaq üçün insan yüksək əxlaqi keyfiyyətlərə, mədəniyyətə, nümunəvi davranışa, mərifətə, biliyə, savada malik olmaqla, doğruçuluğu, sözübütövlüyü, ciddiliyi ilə seçilməlidir. Ata və ana öz valideynlik vəzifəsini namusla, ağılla yerinə yetirirlərsə, onlar öz qarşılarına hərtərəfli inkişaf etmiş adamlar tərbiyə etməyi məqsəd qoymuşlarsa, öz əməlləri ve hərəkətləri haqqında özlərinə mütəmadi hesabat verirlərsə, onda yüksək valideyn nüfuzundan danışmaq olar. Valideyn əxlaqi hərəkətlərinə, davranışına, xüsusən ətraf adamlarla münasibətinə xüsusi əhəmiyyət verməlidir. Məhz belə keyfiyyətlərə malik valideyn öz övladlarına həmişə və hər yerdə nümunə ola bilər.


  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə