Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Məşğələlərdə tətbiq olunan təlim üsulları hansılardır?



Yüklə 76,6 Kb.
səhifə28/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   24   25   26   27   28   29   30   31   ...   41
MQT m.pedaqogika-2

Məşğələlərdə tətbiq olunan təlim üsulları hansılardır?

Fəal təlimi həyata keçirən müxtəlif üsullar vardır. Dərsin səmərəli keçməsi üçün üsullardan istifadə etmək lazımdır.
Beyin həmləsi- məsələlərin həlli vasitəsi kimi istifadə olunur. Bu üsulun məqsədi problemlərin həll yolunu tapmaq, məsələləri aydınlaşdırmaqdır.
Müzakirələr- Bu metoddan savad təlimi dövründə çox istifadə olunur. Müzakirələr zamanı uşaqlar öz fikirlərini irəli sürdürür, problemlərin həll yollarını kollektiv şəkildə tapmağa çalışırlar.
Rollu oyunlar- Oyun zamanı uşaqlar rola girir, mövcud vəziyyətə başqasının gözü ilə baxırlar. Dərsdə belə oyunların keçirilməsi dərsin daha maraqlı keçməsinə və uşaqların yaradıcılığının inkişafına yol açır.
Təqdimatın aparılması- Problemlərin həlli texnikasından istifadə etdikdə idtak fəallığı yaratmaqla problemi yaradan ziddiyyəti aşkar edib, onun həllinin səmərəli yolunu tapmaq olar. Bu metod uşaqda şəxsiyyətini, intelektini, emosional və idraki xüsusiyyətlərini inkişaf etdirir.
Fəallaşdırma- müxtəlif texnikaları vardır məsələn "Əşyanı yiyəsindən danış, qarşılıqlı təqdimat, pəncərə, müsahibə, yerlərini dəyişin"
Əşyanı yiyəsindən danış- hər bir iştirakçı ona aid olan əşyanı əlinə götürüb, bu əşyanın adından onun yiyəsi haqqında danışır. Yerlərinizi dəyişin- iştirakçılar dairə üzrə əyləşirlər. Mərkəzə stul qoyulur və biri o stulda əyləşir. Həmin iştirakçı hər hansı bir xüsusiyyətə görə digər iştirakçılara yerlərini dəyişmələrinə dair göstəriş verir.



  1. Məşğələlərdə tərbiyəçiyə verilən tələblər

Məşğəlnin keyfiyyətli və mütəşəkkil keçməsi tərbiyəçinin hazırlığından çox asılıdır. Tərbiyəçi məşğəlnin gedişinin bütün təfərrüatını qabaqcadan düşünməli, onun üçün ayrılmış vaxtdan səmərəli şəkildə istifadə etməlidir. Tərbiyəçinin hazırlığı məzmunca bunları əhatə etməlidir: Məşğələni planlaşdırmaq, onu əyani vəsaitlə təchiz etmək və uşaqları məşğələyə hazırlamaq. Tərbiyəçi hazırlığa kompleks qaydada yanaşmalı, tədricən mövzunu çətinləşdirməlidir. Məs: "Donu necə tikirlər?" məşğələsi bir neçə mərhələdə keçirilir. Birincisi, tərbiyəçi uşaqlara ümumi şəkildə məlumat verir ki, don necə tikilir.Daha sonra istifadə olunacaq vəsaitlərə baxış təşkil edir, parçalar haqqında ümumi məlumat verir, hər hansısa yaxın tikiş fabrinə , ve ya məişət evinə ekskursiya təşkil edir. Birinci məşğələdə uşaqlar tikiş maşınlarına tamaşa edirlər. İkinci məşğələdə isə tərbiyəçi tikiş fabriki haqqında söhbət keçirir, uşaqlar bu prosesdə dərzinin necə işləməsini, elektirik qayğılarını müşahidə edirlər. Üçüncü məşğələdə isə müxtəlif parçalardan tikilmiş paltarlara baxır, parçaları zahiri əlamətlərinə görə fərqləndirir, onları necə hazırlanmasını öyrənirlər Dördüncü məşğələdə tərbiyəçi soruşur: "Sizin üçün paltarı kim tikib?", Tikmə üçün nələr lazımdır? Belə suallara 2-3 dəqiqə vaxt sərf etmək olar. Daha sonra uşaqlara qayçıya , müxtəlif parçalara, iynəyə, santimetrə, tikiş maşınına və s. baxış keçirmək tapşırılır. Bunun üçün 8-10 dəqiqə vaxt sərf etmək olar. Bu məşğələdə tərbiyəçi gəlincik üçün paltar tikmənin ayrı-ayrı elementlərin nümunə kimi göstərir və uşaqlara bunu ardıcıllıqla nəql edir. Belə məşğələyə 20-25 dəqiqə vaxt sərf edilir. Bəzi məşğələlərə planlı şəkildə keçirilir. Məs: 28 May Respublika günü bayramının keçirilməsi üçün əvvəlcədən hazırlıq işi aparılmalıdır. İlk öncə bu bayram haqqında uşaqlarda təsəvvür yaradılmalıdır. Bunun üçün tarixi bir yerə ekskursiya təşkil edilməli, şəkillər üzərində müsahibə keçirilməlidir. Belə hazırlıqlar uşaqlarda məşğələyə marağ artırır. Daha mürəkkəb məşğələlər üçün icmal tərtib olunur. Orada məşğələnin proqram üzrə məzmunu ( təlim və tərbiyənin əhəmiyyəti) əks etdirilir, əyani vəsaitlər, metodik priyomlar ( tərzlər) göstərilir. Məşğələnin gedişinin təsvirində uşaqların əvvəlki və axırıncı işləri əks etdirilməlidir.



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə