Təşkilat menecmentin obyekti kimi
avadanlıqlardan daha səmərəli istifadə etməyə imkan verir.
İstehsalın ixtisaslaşdırılmasmm inkişafı onun sürətlə artımı və
təkmilləşdirilməsinin vacib şərtidir. Xüsusi avadanlıqlardan və
mütərəqqi texnologiyadan istifadə edərək iri seriyalı və kültəvi şəkildə
eynicinsli məhsullar istehsal edən ixtisaslaşdırılmış müəssisələrin
iqtisadi üstünlükləri əmək alətləri və material resurslarmdan istifadənin
yaxşılaşdırılmasında, işçilərin əmək məhsuldarlığının və ixtisas
səviyyəsinin yüksəlməsində, maya dəyərinin aşağı salınmasında
rentabelliyin artmasında və nəhayət kapital qoyuluşlarına qənaət
edilməsində ifadə olunur.
İstehsalın ixtisaslaşdırılması maddi istehsalın bütün sahələri üçün,
həmçinin qeyri-maddi istehsal sferaları üçün xarakterikdir.
İxtisaslaşdırma sənayedə daha çox inkişaf etmişdir. Sənayenin
ixtisaslaşdırılmasında baş verən köklü dəyişikliklərin ümumiləşdirici
göstərici kimi onun xüsusilə müstəqil olan sahələrinin sayının artması
çıxış edir. Onlardan bir çoxu öz növbəsində yarım sahələri və
istehsalatları özündə birləşdirir. Sahənin ixtisaslaşdırılması texniki
cəhətdən eynicinsli məhsullar buraxan hər bir sahənin daxilindəki
ixtisaslaşdu-ılmış müəssisələr ilə tamamlanır.
Məsələn, kənd təsərrüfatında ixtisaslaşdırma yalnız iqtisadi, sosial
və demoqrafik amilləri deyil, eyni zamanda kənd təsərrüfatı istehsalının
spesifikasını nəzərə almaqla həyata keçirilir. Çünki, bir çox təsərrüfatlar
bir
neçə
sahənin
əlaqələndirilməsi
nəticəsində
yaranan
kombinələşdirilmiş müəssisələri özündə birləşdirir.
Nəqliyyatda ixtisaslaşdırmanın inkişafı avtomobil, dəmiryol,
dəniz, çay nəqliyyatı daşımaları üzrə həyata keçirilir. Eyni zamanda
xüsusi vasitələrdən, məsələn, konteynerlərdən də bu işdə istifadə olunur.
Sahələrin və müəssisələrin ixtisaslaşdırılmasmı müəssisə
daxilindəki ixtisaslaşdırmadan fərqləndirmək lazımdır. Sahənin
ixtisaslaşdırılması dedikdə ictimai tələbatın və şəxsi ehtiyacların
ödənilməsinə yönələn müəyyən iqtisadi təyinatlı məhsullar çeşidinin
müntəzəm olaraq təkrarlanması və uzun müddət ərzində buraxılması
sahənin uyğunlaşması kimi başa duşulur. Sahənin buraxdığı məhsullarm
çeşidi nə qədər dar və onun istehsal-texnoloji uyğunlaşması
eynicinsüdhsə sahənin ixtisaslaşdırılmasının dərinləşməsi istehsalm
daima təmərküzləşdirilməsi nəticəsində baş verir.
Müəssisənin ixtisaslaşdırılması dedikdə isə onun istehsal-
texnoloji uyğunlaşması və müntəzəm olacaq təkrarlanan, həmçinin 98
Təşkilatın xarakteristikası
dar VƏ ya məhdud çeşidli, texnoloji cəhətdən eyni cinsli məhsul çeşidi
buraxması başa düşülür. Bu növ ixtisaslaşdırmada eyni cinsli texnoloji
prosesləri, yüksək məhsuldarlıqlı effektli və ixtisaslaşdınimış texnikanın
tətbiqi imkanları yaranır. Müəssisə daxilində ixtisaslaşduma dedikdə isə
ayrı-ayrı sexlərin, sahələrin və iş yerlərinin, müəyyən texnoloji
əməliyyatların və ya əməliyyatlar qrupunun yerinə yetirməli olduğu işlər
başa düşülür. Bu zaman sexlərin, sahələrin və ayrı-ayrı iş yerlərinin
istehsal və ərazi kooperasiyası çərçivəsində məhsul hazırlanması prosesi
tərkib hissələrinə parçalanır.
İqtisadiyyatın istehsal-təsərrüfat həlqələrində baş verən əmək
bölgüsündən asılı olaraq ixtisaslaşdırmanın aşağıdakı növlərini
fərqləndirirlər:
-
bölmədaxili;
-
firmadaxili;
-
sahədaxili;
-
sahələrarası;
-
dövlətlər arası.
Dövlətlərarası
ixtisaslaşduma
növləri
ilə
beynəlxalq
ixtisaslaşduma sıx qarşılıqlı əlaqədədir. O, özündə ayn-ayrı ölkələrin
müəssisələrində (bu məqsəd üçün xüsusi olaraq nəzərdə tutulan)
müəyyən konstruktiv və texnoloji cəhətdən eyni cinsli məhsullar
hazırlanmasının təmərküzləşməsinin planınauyğun prosesini birləşdirir.
Onun inkişafı onlarm sahə və müəssisələrinin gücünü tez və effektli
istehsal məqsədilə məhdud çeşidli məmulatlar istehsalı üzərində
cəmləşdirməyə imkan verir. Eyni zamanda beynəlxalq ixtisaslaşduma
ölkələrin ayrı-ayrı məhsul növlərinə olan məhdud tələbatlarına göstərilən
təsirləri aradan qaldırır, onların istehsalını daha iri miqyasda təşkil etmək
üçün ilkin şərait yaradu*.
İstehsalm ixtisaslaşdırılması prosesi aşağıdakı əsas istiqamətlər
üzrə həyata keçirilir:
-
müəyyən hazır məmulatlar buraxılışı üzrə ixtisaslaşan sahə və
müəssisələrin yaradılması və ya fərqləndirilməsi;
-
məhsul hazırlanması prosesinin bir sıra xüsusi proseslərə
parçalanması və bu məhsulun ayn-ayrı hissələrinin istehsalının
uyğunlaşdırılmış müəssisələrdə təmərküzləşdü*ilməsi;
-
ayr* ayrı texnoloji mərhələlərin yerinə yetirilməsi üzrə müstəqil
zavod və sexlərin ayrılması və yaradılması.
Bu istiqamətlərə müvafiq olaraq sənaye istehsalında predmet,
detal və texnoloji ixtisaslaşdırmanı fərqləndirirlər.
99
Təşkilat menecmentin obyekti kimi
Predmet üzrə ixtisaslaşdırma sənaye obyektinin bilavasitə
istehlakçılara çatdırılan və yalnız tam hazırlanmış məhsulların buraxılışı
üzrə ixtisaslaşmasını nəzərdə tutur. Bu forma sənayenin bütün
sahələrində geniş yayılmışdır və hazır məhsul buraxılışının optimal, daha
az miqdarda ixtisslaşdırılmış obyektlərdə təmərgüzləşməsini nəzərdə
tutur.
Detallar üzrə ixtisaslaşdırma dedikdə sənaye obyektlərinin öz
güclərini sonradan istifadə etmək üçün istehsala daxil olan hazır
məhsulun ayn-ayrı hissələrinin buraxılması üzərində cəmləşdirməsi başa
düşülür. Bu forma predmet üzrə ixtisaslaşdırmaya nisbətən eynicinsliyin
və kütləviliyin daha yüksək dərəcəsini təmin edir və yüksək məhsuldar,
mütərəqqi texnologiyanın, həmçinin istehsal və əməyin təşkilinin daha
səmərəli metodlarının geniş və effektli tətbiqi üçün əlverişli şərait
yaradır.
Texnoloji ixtisaslaşdırma əmək predmetlərinin hazırlanması
mərhələlərindən (texnoloji əməliyyatların və ya istehsal prosesinin
mərhələlərini) birini yerinə yetirən sənaye obyektlərində geniş tətbiq
edilir. İxtisaslaşdırmanın bu forması detallar üzrə ixtisaslaşdırma kimi
daha mütərəqqidir. Çünki, eynicinsli istehsalın yüksək dərəcədə
təmərküzləşdirilməsi yüksək məhsuldarlıqlı avadanlıqlardan və
mütərəqqi texnologiyadan effektli şəkildə istifadə etməyə imkan verir.
Müasir sənaye istehsalında istehsal proseslərinin güclənən
fiıknsional bölgüsü nəticəsində funksional ixtisaslaşdırma daha geniş
yayılmaqdadır. Funksional ixtisaslaşdırma üçün köməkçi və xidmətedici
işlərin müəyyən növlərinin mərkəzləşdirilməsi və ixtisaslaşdırılmış
müəssisələrdə
cəmlənməsi
xarakterikdir.
Belə
flmksional-ixtisaslaşdınlmış müəssisələrə təmir və tara zavodları, enerji
mərkəzləri, maşın-hesablama stansiyalan və s. aiddir.
İxtisaslaşdırma prosesinin əsas məzmunu yalnız buraxılan
məhsulun eynicinsliyinin və kütləviliyinin yüksəldilməsindən ibarət
deyildir, həm də istehsal alətlərinin, əmək predmetlərinin və işçi
qüvvəsinin əsas elementlərinin yekcinsliyinin gücləndirilməsindən
ibarətdir. İstehsalın ixtisaslaşdırılmasmm dərinləşdirilməsi hər şeydən
əvvəl tətbiq edilən əmək alətlərinin təkmilləşdirilməsinə gətirib çıxarır.
İstehsalm ixtisaslaşdırılması tətbiq edilən material və xammal
resurslarının təkmilləşdirilməsinə müsbət təsir göstərir. Məmulatların
standartlaşdırılması və geniş şəkildə unifıkasiyası, ixtisaslaşdırılması
xalq təsərrüfatının effektliyinin müntəzəm olaraq yüksəldilməsi üçün
zəruri şərait yaradır.
100
Dostları ilə paylaş: |