Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə34/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   30   31   32   33   34   35   36   37   ...   357

Formal və qeyri-formal təşkilatlar 

ya  digər  bölməyə  kimin  rəhbərlik  etdiyi  görünməlidir.  Təşkilatda  ki, 

formal əlaqələri əks etdirən belə sistemə malik olan yeni əməkdaş firma 

ilə daha tez tanış olmaq imkanı qazanır. 

Yuxarıda qeyd edilənlər yalnız formal təşkilat üçün xarakterikdir. 

Bununla  yanaşı  qeyri-formal  təşkilatlar  da  mövcuddur.  Belə  təşkilatlar 

adətən daxili səbəblər üzündən yaranır. Bu qruplardakı insanlar bir-birilə 

kifayət  qədər  müntəzəm  qarşılıqlı  təsirdə  olurlar.  Həddən  artıq  kiçik 

təşkilatlar  istisna  olmaqla  qeyri-  formal  təşkilatlar  bütün  formal 

təşkilatlarda  mövcuddur.  Onların  rəhbərləri  olmasa  da,  qeyri-formal 

təşkilatların olması olduqca vacibdir. Ümumi qəbul olunmuş praktikaya 

uyğun  olaraq  qeyri-  formal  təşkilat  haqqında  danışdıqda  onları  elə  də 

adlandıracağıq.  Təşkilat  dedikdə  isə  həmişə  formal  təşkilatları  nəzərdə 

tutacağıq. 

Beləliklə,  formal  təşkilat  dedikdə  ümumi  məqsədə  və  ya 

məqsədlərə nail olmaq üçün fəaliyyətləri şüurlu surətdə əlaqələndirilən 

insanlar qrupu nəzərdə tutulur. 

Qeyri-formal təşkilat dedikdə isə formal təşkilatların tərkibindəki 

qruplar nəzərdə tutulur. Belə qruplar daxili səbəblərdən meydana gəlir və 

onların  üzvləri  bir-birilə  kifayət  qədər  müntəzəm  qarşılıqlı  təsirdə 

olurlar. 

İstənilən  təşkilatda  biz  formal  və  qeyri-formal  strukturların 

mövcud olması ilə qarşılaşırıq. Qeyri-formal strukturların dərk edilməsi 

təşkilatın  normal  fəaliyyət  göstərməsi  üçün  həlledici  əhəmiyyətə 

malikdir. Qeyri-formal əlaqələr son dərəcədə müxtəlif ola bilər: l)təşkilat 

üzvləri  arasındakı  qohumluq  əlaqələri;  2)ümumi  maraqlar  əsasında 

(məsələn müxtəlif növ idman məşğələləri) təşəkkül tapan əlaqələr və s. 

Qeyri-formal  əlaqələr  adətən  insanların  təmiz  dostluq  münasibətləri 

əsasında  yaranır.  Məsələn,  keçmişdə  onlar  bir  yerdə  oxuyublar,  yaxud 

sadəcə olaraq bir-birinə rəğbət bəsləyirlər və yaxud da birinin digərlərinə 

məhəbbəti olur. 

Bütün  formal  strukturlara  nüfuz  etdiyinə  görə  qeyri-formal 

əlaqələri  nəzərə  almaq  vacibdir.  Çünki,  işdən  kənarda  meydana  çıxan 

belə  münasibətlər  təşkilatın  bütün  fəaliyyətinə  təsir  göstərir;  onların 

mövcudluğu  təşkilata  bir  çox  parametrlər  üzrə  uğurla  işləmək  imkanı 

verir. 


Lakin, 

qeyri-formal 

strukturların 

pozitiv 


cəhətlərini 

qiymətləndirməklə yanaşı onun neqativ cəhətlərini də yaddan çıxarmaq 

olmaz. 



Təşkilat menecmentin obyekti kimi 

§2. Təşkilatın xarakteristikası 

Bütün təşkilatlar özündə fəaliyyətləri bir-birilə qarşılıqlı əlaqədə 

olan  məqsədlərə  çatmağa  istiqamətlənmiş  qrupları  birləşdirir.  Bütün 

mürəkkəb təşkilatlar üçün ümumi olan cəhətlər dərk etməyə imkan verir 

ki,  müvəffəqiyyət  qazanmaq  üçün  təşkilatı  idarə  etmək  lazımdır.  Belə 

amillər  resurslar,  xarici  mühitdən  asılılıq,  üfüqi  əmək  bölgüsü, 

bölmələrin  olması,  şaquli  əmək  bölgüsü,  idarəetmənin  zəruriliyi  və 

sairədir. 

Ümumi əlamətinə görə istənilən təşkilatın məqsədi nəticəyə nail 

olmaq üçün resursların formasının dəyişdirilməsidir. Hər bir təşkilatın 

istifadə  etdiyi  əsas  resurslara  insanlar  (əmək  resursları),  kapital, 

material, texnologiya və informasiya aiddir. 

Təşkilatın xarici mühitdən asılılımı. Təşkilat, artıq bizim yuxarıda 

qeyd  etdiyimiz  kimi  sistemdir  və  onun  ən  əhəmiyyətli 

xarakteristikalarından  biri  xarici  mühitlə  qarşılıqlı  əlaqədə  olmasıdır. 

Təşkilatların böyük əksəriyyəti hazırda açıq sistem kimi çıxış edir. Hər 

bir təşkilat onu əhatə edən aləmdən  - xarici mühitdən tam asılıdır. Bu 

asılılıq  özünü  həm  öz  resurslarına  münasibətdə  və  həm  də  onların 

nəticələrindən  istifadə  etməyə  cəhd  edən  istehlakçılara,  istifadəçilərə 

münasibətdə binizə verir. 

«Xarici  mühit»  anlayışı  özündə  iqtisadi  şəraiti,  istehlakçıları, 

həmkarlar  təşkilatlarını,  hökumət  aktlarını,  qanunvericiliyi,  rəqabət 

aparan təşkilatları, cəmiyyətdəki dəyərləri, ictimai baxışları, texnika və 

texnologiyanı,  habelə  digər  amilləri  birləşdirir  (onlar  haqqında  daha 

ətraflı  növbəti  bölmələrdə  bəhs  olunacaq).  Bir-birilə  əlaqədə  olan  bu 

amillər  təşkilat  daxilində  baş  verən  bütün  proseslərə  təsir  göstərir. 

Məsələn,  yeni  istehsal  texnologiyasının  tətbiqi  təşkilatın  rəqabət 

mübarizəsindəki  üstünlüyünü  təmin  edə  bilər.  Lakin,  yeni 

texnologiyadan istifadə etmək üçün təşkilata bu yeni işi cəlbedici edən 

və müəyyən vərdişlərə, həmçinin baxışlara malik olan insanlar axtarıb 

tapmaq lazım gəlir. Əgər iqtisadi konyuktura yüksəlirsə və ya bazarda 

həmin  mütəxəssislər  arasında  rəqabət  mövcuddursa,  onda  belə 

mütəxəssisləri cəlb etmək üçün təşkilat əmək haqqını qaldırmağa cəhd 

edə  bilər.  Müzdla  mütəxəssisləri  işə  cəlb  edərkən  təşkilatın  əmək 

münasibətlərinin tənzimlənməsi və əməyin mühafizəsi sahəsində dövlət 

qanunvericiliyini  gözləməsi  tələb  olunur.  Bütün  bu  amillər  daima 

dəyişir. 

Əksər tədqiqatçılar qeyd edirlər ki, müasir şəraitdə təşkilat xarici 

mühitdən nə qədər asılı olarsa bu menecerlərin təsir 

92

 




Təşkilatın xarakteristikası 

dairəsindən  kənarda  qalar.  Məsələn,  ən  yaxşı  və  uğurlu  fəaliyyət 

göstərən 

ASK-ı 


müəssisəsinin 

rəhbəri 


aqressiv 

marketinq 

strategiyasından  istifadə  edərək  Azərbaycan  bazarına  daxil  olan  xarici 

əmtəə istchsalçılarınn qarşısını almaq üçün heçə nə edə bilmir. 

Təşkilat rəhbəri ildən-ilə həqiqətən qlobal xarkter daşıyan çoxlu 

sayda  xarici  mühit  amillərinin  təsirini  nəzərə  almaq  məcbuniyyətində 

qalırlar.  Müvəffəqiyyət  qazanmaq  üçün  ölkəmizin  əmtəə  istehsalçıları 

yalnız xarici bazarlarda deyil, həm də ölkəmizdə fəaliyyət göstərən xarici 

kompaniyalarla  kəskin  rəqabət  mübarizəsi  aparmalıdırlar.  Bu  yeni 

reallıqları  dərk  etmək  üçün  hüquq  elmləri  sahəsindəki  bir  sıra  son 

yenilikləri tədqiq və dərk etmək lazımdır. 

Təşkilatın  ən  aydın  xarakteristikası  üfüqi  əmək  bölgüsünün 

olmasıdır. Əgər bir məqsədə nail olmaq üçün ən azı iki şəxs bir yerdə 

işləyirsə 

onlar 

yerinə 


yetirdikləri 

işləri 


öz 

aralarında 

bölüşdürülməlidirlər. Yerinə yetiriləcək bütün işin tərkib elementlərinə 

bölünməsi elə əməyin üfüqi bölgüsü deməkdir. Böyük həcmdə işin çoxlu 

sayda  kiçik  və  ixtisaslaşdırılmış  tapşırıqlara  bölünməsi  həmin  sayda 

şəxslərin  tapşırığı  müstəqil  qaydada  yerinə  yetirmələri  ilə  müqayisədə 

daha çox məhsul istehsal etmək imkanı verir. 

Təşkilatın effektliyi əmək bölgüsünün səmərəli sistemini nəzərdə 

tutur. Əmək bölgüsü istənilən təşkilatda mövcuddur. İdarəçilik əməyinin 

marketinq,  maliyyə  və  istehsal  üzrə  bölgüsü  buna  əyani  misaldır. 

Avtomobil  istehsalı  üzrə  işlərin  çoxlu  sayda  kiçik  əməliyyatlara 

parçalanmasına da əməyin rəqabət üzrə ixtisaslaşması kimi baxmaq olar. 

Əmək bölgüsünün üstünlükləri şəksizdir: 

hələ ibtidai 

qəbilələrdə insanların bir qismi ovla, digəri alətlər hazırlamaqla, yemək 

hazırlamaqla və s. ilə məşğul idi. İdarəetmə sahəsində tarixçi olan Klod 

Jorj  ixtisaslaşmanı  hələ  eramızdan  əvvəl  V  minillikdə  Çində  necə  baş 

verdiyini  tədqiq  etmişdir.  Platonun  ideal  səhər-  dövlətində  bütün  işlər 

onları ən yaxşı yerinə yetirə bilənlər arasında bölüşdürülməli idi. Orta əsr 

Avropa  gildiyaları  (tacirləri)  ixtisaslaşdırma  məsələsində  daha  dərinə 

gedərək hər hansı bir iş sahəsində ömürlük məşğul olmaq istəyənləri hər 

cəhətdən  mükafatlandırırdılar.  Lakin,  sözün  həqiqi  mənasında  konkret 

ixtisaslaşdırma  yalnız  sənaye  inqilabından  sonra  meydan  gəldi. 

İxtisaslaşdırma müasir istehsalda üstünlük təşkil edir. 

Əmtəə  təsərrüfatının  əsasmı  içtimai  əmək  bölgüsü  təşkil  edir. 

Emal sənayesi hasilat sənayesindən ayrılaraq öz növbəsində daha 

93 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə