Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə32/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   28   29   30   31   32   33   34   35   ...   357

Sistemli yanaşma 

təşkilatın 

ÖZ 

məqsədlərini necə həyata keçirməsinin daimi yoxlanılması 



və əgər bu baş vermirsə onda düzəlişlər edilməsi deməkdir. 

Rəsmi olaraq nəzarət üç mərhələyə bölünə bilər

 

icra üçün dəqiq tapşırıqların verilməsi



 

tapşırıqların real icrasının yoxlanılması; 



 

əgər icra qarşıya qoyulan tapşırıqlara uyğun deyilsə problemin 



həll edilməsi. 

Beləliklə,  nəzarət  təşkilatın  öz  məqsədlərinin  həyata 

keçirilməsinin  yoxlanılması  və  onun  3  mərhələdən  ibarət  olan 

fəaliyyətinin nizamlanması prosesi olaraq idarəetmənin funksiyalarından 

biri kimi çıxış edər. 

Qarşıya  qoyulan  məqsədə  uyğun  olaraq  nəzarət  nəticələri 

müəyyən  olunur.  Nəzarətin  effektivliyi  əsasən  onun  informasiya 

bazasından asılıdır. 

A.Fayol  və  digər  menecment  nəzəriyyçiləri  planlaşdırma, 

təşkiletmə,  motivasiya  və  nəzarətə  ayrı-ayrı  sahələr  kimi  yox,  bir 

prosesin  müxtəlif  aspektləri  kimi  baxırdılar.  Yaxşı  menecerlər 

menecmentin  bütün  aspektləri  üzrə  yüksək  peşəkarlığa  malik 

olmalıdırlar. Bağliayıcı proseslər idarəetmənin yuxarıda göstərilən dörd 

funksiyası - planlaşdırma, təşkiletmə, motivasiya və nəzarət - iki ümumi 

xarakterə malikdir -onlar qərar qəbuletmə və kommunikasiya tələb edir, 

yəni qərar qəbul etmək üçün informasiya mübadiləsi və onun təşkilatın 

nümayəndələri tərəfindən başa düşüləcək şəkil salınmasını tələb edir. 

Bu  iki  xarakteristika  idarəetmə  funksiyalarının  qarşılıqlı 

asılılığını, kommunikasiyasını və qərar qəbul etməni təmin edərək onları 

bağladığına görə bağlayıcı proses adlanır. 



§4. Sistemli yanaşma 

Menecmentdə sistem nəzəriyyəsindən istifadə edilməsi XX əsrin 

50-ci  illərinin axırında idarəetmə elmi  məktəbinin ən vacib  töhfəsi  idi. 

Sistemli  yanaşma idarə edilənlər üçün hər hansı bir tapşırıqların və  ya 

prinsiplərin  məcmusu  deyil,  bu  idarəetmə  və  təşkilat  barəsində 

düşünmək  üsuludur.  Sistemli  yanaşmanın  rəhbərə  təşkilatı  daha  yaxşı 

başa  düşməyə  və  məqsədlərə  daha  effektiv  nail  olmağa  necə  kömək 

etdiyini  anlamaq  üçün  sistemin  nə  etdiyini  müəyyən  etmək  üsün 

lazımdır. Sistem bütöv bir tamlığı əmələ 

85 



Menecmentin ınorholələri vo elmi məktəbləri 

gətirən qarşılıqlı əlaqədə olan elementlərin məcmusudur. Burada vacibi 

odur ki, elementlər qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə olsunlar. Hər 

bir müxtəlif hissələr birləşib  «tamlığ» yarada bilər, lakin bu «tamlığ»! 

hər hansı bir mexaniki formalaşma kimi adlandırmaq olmaz. Hər hansı 

bir sistemə böyük sistemin alt sistemi kimi baxıla bilər. 

Bütün təşkilatlar sistemdir. İnsanlar təşkilatın texnika ilə birlikdə 

müəyyən  bir  işi  yerinə  yetirmək  üçün  istifadə  olunan  komponent 

olduğundan,  buna  sosial-texniki  sistem  deyirlər.  Bioloji  orqanizmdə 

olduğu  kimi  təşkilatda  da  onun  bütün  hissələri  qarşılıqlı  asılılıqdadır. 

Sistemin  öz  funksiyasını  necə  yerinə  yetirdiyni  anlamaq  üçün,  onun 

elementlərinin bir-birilə necə qarşılıqlı əlaqədə olduğunu və onun ətraf 

(xarici)  mühitini  təşkil  edən  sistemlə  necə  bağlı  olduğunu  bilmək 

vacibdir.  Saatların  vaxtı  necə  ölçdüyünü  anlamaq  üçün  onların 

hissələrinin  bir-birilə  birləşdirilməsi  mexanizmini  öyrənmək  lazımdır. 

Onların  hansı  üsulla  vaxtı  göstərməyini  dəqiqləşdirmək  üçün  isə  biz 

yalnız  onlardan  istifadəni  aydınlaşdırmalı  və  ya  istifadəçi  ilə  saat 

arasındakı qarşılıqlı münasibətləri təbqiq müəyyən etməliyik. 

Beləliklə,  burada  iki  vacib  sual  meydana  çıxır.  Sistemin 

sərhədlərini necə müəyyən etməli? Hansı alt sistemləri ona uyğun hesab 

etmək?  Bu,  suallara  cavab  təhlilin  məqsədindən  asılıdır.  Düzgün 

olmayan  cavablar  isə  səhvlərə  gətirib  çıxara  bilər.  Misal  kimi  tokar 

dəzgahı kimi maşının layihələşdirilməsini götürək. Əgər dəzgahın özünü 

sistem  hesab  etsək  bu  halda  adam  (insan)  operatorun  fiziki 

məhdudiyyətinə az diqqət yetirilir. Erqonomistlər bu gün «insan maşın» 

sistemi haqqında danışaraq qeyd edirlər ki, insan və maşın vahid sistemi 

təşkil edir. Ardıcıl olaraq dəzgahın tutacaq və lövhəciyi kimi ayrı-ayrı 

hissələri  insanın  fiziologiyası  nəzərə  alınmaqla  layihələşdirilməlidir. 

Başqa bir sahədən misal götürək dəftərxana əməliyyatlarının təhlili ilə 

məşqul  olanlar  qeyd  edirlər  ki,  bütün  onlara  ona  görə  vahid  şəkildə 

baxılmalıdır ki, istifadəçilərin tələbatları tamamilə nəzərə alınsın. Əmrin 

hazırlanması prosesi bir neçə bölmələrdə həyata keçirilir və buna görə də 

elə  qurulmalıdr  ki,  orada  iştirak  edən  bütün  bölmələrin  -  istehsal, 

məhsul, mühasibat və s. - maraqları nəzərə alınsın. Belə bir proseduranı 

yalnız  bir  bölməyə  orientasiya  olunmaqla  işləyib  hazırlamaq  olmaz. 

Sistemli  yanaşma  müəssisə  və  ətraf  mühitə  vahid  bir  bütöv  kimi 

baxmağa  çalışır.  Firmaya  bir-birilə  və  xarici  aləmlə  kommunikasiya 

vasitəsilə bağlanmış mühüm mərkəzlərin səhnəsi kimi baxılır. Belə bir 



86

 



Sistemli yanaşma 

yanaşmada  müəssisə  qərarların  qəbulu,  motivasiya  və  nəzarət 

proseslərinə orientasiya olunur. 

Riyazi 


modelləşdirmə, 

kibernetika 

və 

informasiya 



nəzəriyyələrinin  köməyi  ilə  müasir  dövrdə  ümumvahid  idarəetmə 

sisteminin  əhatəli  nəzəriyyəsini  yaratmağa  cəhd  edilir  ki,  bu  da 

müəssisənin  layihələşdirilməsi  üçün  baza  rolunda  çıxış  edə  bilər.  Bu 

yolda uğurlar hələ kifayət qədər deyil. Eyni zamanda təşkilatın qurulması 

üçün qərarlar, informasiya və kommunikasiya şəbəkələrinin fundamental 

əhəmiyyətini  inkar  etmək  olmaz.  Son  dövrlər  «sistem»  sözü 

ümumiləşərək öz əhəmiyyətini itirmişdir. İndi yeni bir termin «sistemli 

yanaşma»  yaranmışdır.  Təcrübədə  sistemlər  onların  hissələrinin 

tədqiqatı və sonuncunun bir-birinə təsiri vasitəsilə öyrənilir. 

Əgər sistem addıtiv təhlilin köməyilə deyil, funksional bütöv kimi 

təhlil edilərsə biz artıq onların öyrənilməsinin «həqiqi» metodologiyasını 

işləyib  hazırlayardıq.  Sistemin  sərhədlərinin  təşkilində  həmişə  sağlam 

düşüncələrə əsaslanmaq lazım gəlir. Problemin sərhədləri nə qədər geniş 

olarsa nəzərə alınması vacib olan, öyrədilən sistem dəyişənlər də bir o 

qədər  geniş  və böyük olar. Belə ki,  işə qəbulda  ayrı seçkilik problemi 

qanunvericilik, mülki tikinti, siyasi hüquq və s. sahələrdə qərar qəbulunu 

tələb  edərək  daha  böyük  problemin  bir  aspekti  kimi  qəbul  edilə  bilər. 

Belə ki, burada daha böyük sistemin tədqiqatına tələb olunan resursların 

bərabərliyi problemi yaranır. Əgər resurslar kifayət qədər deyilsə, onda 

əsas  məqsəd  alt  məqsədlərə  bölünür  ki,  bu  da  əsas  məsələnin  həllinə 

yanaşmanı asanlaşdırır. Buna alt məsələlərin həllindən sonra resursların 

azad  olunaraq  əsas  problemin  həllinə  qoşulması  hesabına  nail  olunur. 

Sistemlərin  iki  əsas  tipi  mövcuddur:  qapalı  və  açıq.  Qapalı  sistem  sərt 

qəti müəyyən edilmiş sərhədlərə malikdir. Onun fəaliyyəti nisbi olaraq 

ətraf sistemi  təşkil edən mühitdən asılı  deyil. Saat  - qapalı sisteə tanış 

nümanədir.  Saat  qurulubsa  və  ya  ona  batareya  qo



5

oılubsa  saatların 

qarşılıqlı  asılı  hissələri  fasiləsiz  və  dəqiq  işləyir.  Əgər  saatlarda  enerji 

yığılması mənbəyi varsa, onların sistemi ətraf mühitdən asılı deyil. Açıq 

sistem, xarici mühitlə qarşılıqlı fəaliyyəti xarakterizə edir. İdarəetmənin 

əvvəlki  məktəbləri  tərəfindən  inkişaf  etdirilən  yanaşmalar  bütün 

situasiyaları əhatə edə bilmirdilər, çünki onlar hesab edirdilər ki, təşkilat 

qapalı  sistemdir  və  ətraf  mühitə  idarəetmənin  vacib  elementi  kimi 

baxmırdılar. 

87 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə