Sistemli yanaşma
təşkilatın
ÖZ
məqsədlərini necə həyata keçirməsinin daimi yoxlanılması
və əgər bu baş vermirsə onda düzəlişlər edilməsi deməkdir.
Rəsmi olaraq nəzarət üç mərhələyə bölünə bilər;
•
icra üçün dəqiq tapşırıqların verilməsi;
•
tapşırıqların real icrasının yoxlanılması;
•
əgər icra qarşıya qoyulan tapşırıqlara uyğun deyilsə problemin
həll edilməsi.
Beləliklə, nəzarət təşkilatın öz məqsədlərinin həyata
keçirilməsinin yoxlanılması və onun 3 mərhələdən ibarət olan
fəaliyyətinin nizamlanması prosesi olaraq idarəetmənin funksiyalarından
biri kimi çıxış edər.
Qarşıya qoyulan məqsədə uyğun olaraq nəzarət nəticələri
müəyyən olunur. Nəzarətin effektivliyi əsasən onun informasiya
bazasından asılıdır.
A.Fayol və digər menecment nəzəriyyçiləri planlaşdırma,
təşkiletmə, motivasiya və nəzarətə ayrı-ayrı sahələr kimi yox, bir
prosesin müxtəlif aspektləri kimi baxırdılar. Yaxşı menecerlər
menecmentin bütün aspektləri üzrə yüksək peşəkarlığa malik
olmalıdırlar. Bağliayıcı proseslər idarəetmənin yuxarıda göstərilən dörd
funksiyası - planlaşdırma, təşkiletmə, motivasiya və nəzarət - iki ümumi
xarakterə malikdir -onlar qərar qəbuletmə və kommunikasiya tələb edir,
yəni qərar qəbul etmək üçün informasiya mübadiləsi və onun təşkilatın
nümayəndələri tərəfindən başa düşüləcək şəkil salınmasını tələb edir.
Bu iki xarakteristika idarəetmə funksiyalarının qarşılıqlı
asılılığını, kommunikasiyasını və qərar qəbul etməni təmin edərək onları
bağladığına görə bağlayıcı proses adlanır.
§4. Sistemli yanaşma
Menecmentdə sistem nəzəriyyəsindən istifadə edilməsi XX əsrin
50-ci illərinin axırında idarəetmə elmi məktəbinin ən vacib töhfəsi idi.
Sistemli yanaşma idarə edilənlər üçün hər hansı bir tapşırıqların və ya
prinsiplərin məcmusu deyil, bu idarəetmə və təşkilat barəsində
düşünmək üsuludur. Sistemli yanaşmanın rəhbərə təşkilatı daha yaxşı
başa düşməyə və məqsədlərə daha effektiv nail olmağa necə kömək
etdiyini anlamaq üçün sistemin nə etdiyini müəyyən etmək üsün
lazımdır. Sistem bütöv bir tamlığı əmələ
85
Menecmentin ınorholələri vo elmi məktəbləri
gətirən qarşılıqlı əlaqədə olan elementlərin məcmusudur. Burada vacibi
odur ki, elementlər qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə olsunlar. Hər
bir müxtəlif hissələr birləşib «tamlığ» yarada bilər, lakin bu «tamlığ»!
hər hansı bir mexaniki formalaşma kimi adlandırmaq olmaz. Hər hansı
bir sistemə böyük sistemin alt sistemi kimi baxıla bilər.
Bütün təşkilatlar sistemdir. İnsanlar təşkilatın texnika ilə birlikdə
müəyyən bir işi yerinə yetirmək üçün istifadə olunan komponent
olduğundan, buna sosial-texniki sistem deyirlər. Bioloji orqanizmdə
olduğu kimi təşkilatda da onun bütün hissələri qarşılıqlı asılılıqdadır.
Sistemin öz funksiyasını necə yerinə yetirdiyni anlamaq üçün, onun
elementlərinin bir-birilə necə qarşılıqlı əlaqədə olduğunu və onun ətraf
(xarici) mühitini təşkil edən sistemlə necə bağlı olduğunu bilmək
vacibdir. Saatların vaxtı necə ölçdüyünü anlamaq üçün onların
hissələrinin bir-birilə birləşdirilməsi mexanizmini öyrənmək lazımdır.
Onların hansı üsulla vaxtı göstərməyini dəqiqləşdirmək üçün isə biz
yalnız onlardan istifadəni aydınlaşdırmalı və ya istifadəçi ilə saat
arasındakı qarşılıqlı münasibətləri təbqiq müəyyən etməliyik.
Beləliklə, burada iki vacib sual meydana çıxır. Sistemin
sərhədlərini necə müəyyən etməli? Hansı alt sistemləri ona uyğun hesab
etmək? Bu, suallara cavab təhlilin məqsədindən asılıdır. Düzgün
olmayan cavablar isə səhvlərə gətirib çıxara bilər. Misal kimi tokar
dəzgahı kimi maşının layihələşdirilməsini götürək. Əgər dəzgahın özünü
sistem hesab etsək bu halda adam (insan) operatorun fiziki
məhdudiyyətinə az diqqət yetirilir. Erqonomistlər bu gün «insan maşın»
sistemi haqqında danışaraq qeyd edirlər ki, insan və maşın vahid sistemi
təşkil edir. Ardıcıl olaraq dəzgahın tutacaq və lövhəciyi kimi ayrı-ayrı
hissələri insanın fiziologiyası nəzərə alınmaqla layihələşdirilməlidir.
Başqa bir sahədən misal götürək dəftərxana əməliyyatlarının təhlili ilə
məşqul olanlar qeyd edirlər ki, bütün onlara ona görə vahid şəkildə
baxılmalıdır ki, istifadəçilərin tələbatları tamamilə nəzərə alınsın. Əmrin
hazırlanması prosesi bir neçə bölmələrdə həyata keçirilir və buna görə də
elə qurulmalıdr ki, orada iştirak edən bütün bölmələrin - istehsal,
məhsul, mühasibat və s. - maraqları nəzərə alınsın. Belə bir proseduranı
yalnız bir bölməyə orientasiya olunmaqla işləyib hazırlamaq olmaz.
Sistemli yanaşma müəssisə və ətraf mühitə vahid bir bütöv kimi
baxmağa çalışır. Firmaya bir-birilə və xarici aləmlə kommunikasiya
vasitəsilə bağlanmış mühüm mərkəzlərin səhnəsi kimi baxılır. Belə bir
86
Sistemli yanaşma
yanaşmada müəssisə qərarların qəbulu, motivasiya və nəzarət
proseslərinə orientasiya olunur.
Riyazi
modelləşdirmə,
kibernetika
və
informasiya
nəzəriyyələrinin köməyi ilə müasir dövrdə ümumvahid idarəetmə
sisteminin əhatəli nəzəriyyəsini yaratmağa cəhd edilir ki, bu da
müəssisənin layihələşdirilməsi üçün baza rolunda çıxış edə bilər. Bu
yolda uğurlar hələ kifayət qədər deyil. Eyni zamanda təşkilatın qurulması
üçün qərarlar, informasiya və kommunikasiya şəbəkələrinin fundamental
əhəmiyyətini inkar etmək olmaz. Son dövrlər «sistem» sözü
ümumiləşərək öz əhəmiyyətini itirmişdir. İndi yeni bir termin «sistemli
yanaşma» yaranmışdır. Təcrübədə sistemlər onların hissələrinin
tədqiqatı və sonuncunun bir-birinə təsiri vasitəsilə öyrənilir.
Əgər sistem addıtiv təhlilin köməyilə deyil, funksional bütöv kimi
təhlil edilərsə biz artıq onların öyrənilməsinin «həqiqi» metodologiyasını
işləyib hazırlayardıq. Sistemin sərhədlərinin təşkilində həmişə sağlam
düşüncələrə əsaslanmaq lazım gəlir. Problemin sərhədləri nə qədər geniş
olarsa nəzərə alınması vacib olan, öyrədilən sistem dəyişənlər də bir o
qədər geniş və böyük olar. Belə ki, işə qəbulda ayrı seçkilik problemi
qanunvericilik, mülki tikinti, siyasi hüquq və s. sahələrdə qərar qəbulunu
tələb edərək daha böyük problemin bir aspekti kimi qəbul edilə bilər.
Belə ki, burada daha böyük sistemin tədqiqatına tələb olunan resursların
bərabərliyi problemi yaranır. Əgər resurslar kifayət qədər deyilsə, onda
əsas məqsəd alt məqsədlərə bölünür ki, bu da əsas məsələnin həllinə
yanaşmanı asanlaşdırır. Buna alt məsələlərin həllindən sonra resursların
azad olunaraq əsas problemin həllinə qoşulması hesabına nail olunur.
Sistemlərin iki əsas tipi mövcuddur: qapalı və açıq. Qapalı sistem sərt
qəti müəyyən edilmiş sərhədlərə malikdir. Onun fəaliyyəti nisbi olaraq
ətraf sistemi təşkil edən mühitdən asılı deyil. Saat - qapalı sisteə tanış
nümanədir. Saat qurulubsa və ya ona batareya qo
5
oılubsa saatların
qarşılıqlı asılı hissələri fasiləsiz və dəqiq işləyir. Əgər saatlarda enerji
yığılması mənbəyi varsa, onların sistemi ətraf mühitdən asılı deyil. Açıq
sistem, xarici mühitlə qarşılıqlı fəaliyyəti xarakterizə edir. İdarəetmənin
əvvəlki məktəbləri tərəfindən inkişaf etdirilən yanaşmalar bütün
situasiyaları əhatə edə bilmirdilər, çünki onlar hesab edirdilər ki, təşkilat
qapalı sistemdir və ətraf mühitə idarəetmənin vacib elementi kimi
baxmırdılar.
87
Dostları ilə paylaş: |