Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə29/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   25   26   27   28   29   30   31   32   ...   357

Müxtəlif məktəblərin fərqləndirilməsi əsasında menecmentə yanaşmalar _____________________  

göstəricisi rolunu oynayır və  yalnız individ  özü bu şərtə  əməl olunub- 

olunmadığını müəyyən edə bilər. 

İnsanlar  ona  görə  əməkdaşlıq  edirlər  ki,  təklikdə  edə 

bilmədiklərini birlikdə həyata keçirsinlər. Müvəffəqiyyət qazanılan halda 

onların  hərəkətini  məhsuldar  hesab  etmək  olar.  Lakin  ayrı-ayrı 

individlərə  kooperasiyanın  şəxsi  motivləri  xasdır  və  onlar  müəyyən 

həddədək təşkilati məqsədlərə nail olmaq üçün yardım etməkdə davam 

edirlər.  Əgər  onların  şəxsi  cəhdləri  ödənmirsə,  insanlar  özləri  öz 

cəhdlərindən  əl  çəkirlər  və  sistemdən  aralanırlar.  Bu  mənada  sistem 

«qeyri-effektiv»  olur.  Kooperasiyanın  müvəffəqiyyəti  həm  xarici 

əhatənin  xarakterindən,  həm  də  onun  bütün  üzvlərinin  razı  qalma 

səviyyəsindən  asılıdır.  İdarəedicinin  funksiyaları  məhz  ondan  ibarətdir 

ki,  təşkilatın  kooperativ  və  fərdi  komponentlərinin  üst-üstə  düşməsini 

təmin etsinlər. 

Ç.Bamard  hesab  edirdi  ki,  «individ  həmişə  təşkilatın  strateji 

faktorudur». Məhz insanların cəhdləri sosial təşkilatların enerjisini təşkil 

edir. Lakin onlar müəyyən stimullar nəticəsində fəaliyyət göstərirlər. 

«İnsan  ehtiyatları»  nəzəriyyəsinin  digər  görkəmli  nümayəndəsi 

Duqlas  Mak-Qreqor  (1906-1964)  olmuşdur.  1960-cı  ildə  özünün 

«Müəssisənin  insani  tərəfi»  əsərində  yazırdı:  «Biz  öz  idarəedici 

qabiliyyətlərimizi nəzarətin insan təbiətinə uyğun olaraq seçildiyi halda 

təkmilləşdirə  bilərik.  Bu  isə  insanı  öz  arzularımıza  tabe  etdirmək 

cəhdlərindən çox uzaqdır. Əgər belə nəzarəti əldə etmək uğursuzdursa, 

onda  bunun  səbəbi,  düzgün  vasitələrin  seçilməməsindədir». 

D.Mak-Qreqor  hesab  edirdi  ki,  menecerlərin  formalaşması  formal 

menecmentdə  idarəetmə  üzrə  özünü  inkişafın  səylərinin  çox  cüzi 

nəticəsidir.  Bu  çox  hallarda  menecment  tərəfindən  özünün  məqsəd, 

siyasət və təcrübəsinin başa düşülməsidir. Bıma görə səhv yola o insanlar 

düşür ki, menecmentin inkişafını formal fəaliyyət göstərən menecment 

proqramları 

terminləri 

ilə 

öyrənmək 



istəyirlər. 

Hal-hazırda 

Mak-Qreqorun  fikrincə  hətta,  yaxşı  hazırlanmış  menecerlərin  də 

nəticəliliyi çox aşağıdır. O qeyd edirdi ki, biz hələ istedaddan səmərəli 

istifadə etmək və insan inkişafma kömək edən təşkilati mühit yaratmağı 

öyrənməmişik ki, insan inkişaf etsin və ümumilikdə isə insani resursların 

təqdim  etdiyi  potensialı  düzgün  başa  düşməkdən  hələ  çox  uzaqdayıq. 

«Menecmentin  uğuru»  insan  davranışını  qabaqcadan  bilmək  və  ona 

nəzarət etmək qabiliyyətindən çox asılıdır. 

D.Mak-Qreqorun nöqteyi nəzərindən tarix boyu təşkilatlarda 

77 



Menecmentin mərhələləri və elmi məktəbləri 

İnsan  davranışına  nəzarət  etmək  üçün  vasitələrdə  iki  əsas  dönüş 

olmuşdur. Birinci dönüş fiziki qüvvənin tətbiqindən formal hakimiyyətə 

keçid oldu. Bu proses bir əsrdən çox vaxt tələb etmişdir. İkinci dönüş bu 

prosesin., keçən əsrdə başlanmasına baxmayaraq son 100 ildə baş verdi 

və formal hakimij^ətdən liderliyə keçidlə nəticələndi. Hətta bu gündə bu 

proses  sona  çatmamışdır.  Belə  ki,  siyasətdə  avtoritarizm  şübhəlidir  və 

həqiqət  ondan  ibarətdir  ki,  hakimiyyətə  əsaslanma  həll  etdiyi 

məsələlərdən  çox  problem  yaradır.  Əgər  hakimiyyət  menecerin  malik 

olduğu  yeganə  vasitədirsə,  onda  onun  qarşıya  qoyduğu  məqsədlərə 

uğurla nail olmasına inam olmayacaqdır lakin bu o demək deyildir ki, o 

bu silahı tullamalıdır. Vaxt olur ki,  - Mak-Qreqor hesab edir  - heç bir 

vasitə bu silah kimi məqsədə çatmağa imkan vermir. 

Liderlik - müəyyən sosial münaisbətdir. Ona ən azı dörd dəyişən 

daxildir: 

 



liderin xüsusiyyətləri

 



onun  davamçılarının  mövqeləri,  tələbatları  və  digər 

xüsusiyyətləri; 

 

təşkilatın  xüsusiyyətləri  o,  cümlədən  məqsədləri,  strukturu, 



vəzifələrinin təbiəti; 

 



sosial, iqtisadi və siyasi mühit. 

Öz 


konsepsiyanın 

əsasma 


D.Mak-Qreqor 

nəzəriyyələr 

dixotomiyasmı  qoyaraq  onu  «x»  və  «y»  nəzəriyyəsi  adlandırmışdır. 

Onlardan birincisi sosial idarəetmənin problemlərinə ənənəvi baxışı əsas 

götürürdü,  ikinci  isə  individual  və  təşkilati  məqsədlərin  idarəetmə 

prosesində  inteqrasiyasını  əsas  götürürdü.  «X»  nəzəriyyəsinin  əsas 

müddəaları aşağıdakılardır: 

-

 



adi insan daxilən işi qəbul etmir və ondan müxtəlif yollarla 

çəkmmək istəyir; 

-

 

buna görə insanlarm çoxu məcbur edilməli və 



istiqamətləndirilməlidirlər ki, məqsədləri reallaşdırsınlar; 

-

 



adi insan nəzarət olunmağa və məsuliyyətdən azad olmağa 

çalışır; 

-

 

adi insan kiçik ambisiyalara malik olur və müdafiəyə ehtiyacı 



var. 

«Y» nəzəriyyəsinin əsas müddəalan aşağıdakılardır: 

-

 

əməkdə fiziki və intellektual qüvvələrin sərfi, oyun və 



istirahətdə olduğu kim təbiidir

-

 



xarici nəzarət və ya cəza təhlükəsi təşkilati məqsədlərə 

78 



Müxtəlif məktəblərin fərqləndirilməsi əsasında menecmentə yanaşmalar ______________________ 

çatmaq üçün yeganə vasitələr deyil

-

 

insan ona tapşırılmış vəzifələrin icrası zamanı özünüidarəetmə 



və özünə nəzarəti həyata keçirir; 

-

 



mükafatlandırma vəzifələrin reallaşdınimasmın mühüm tərkib 

hissəsi olmalıdır; 

-

 

adi insan müvafiq şəraitdə təkcə məsuliyyəti öz üzərinə 



götürməklə yanaşı, həm də onu axtarır; 

-

 



təşkilati problemlərin həlli zamanı yüksək təxəyyül, orijinallıq 

və yaradıcılıq insanlar arasında daha geniş yayılır; 

-

 

hal-hazırdakı şəraitdə sənaye həyatmda opta insanın imkanları 



çox az istifadə olunur. 

«X»  nəzəriyyəsinin  mərkəzi  prinsipi  -  idarəetməyə  ənənəvi 

yanaşma,  birbaşa  hakimiyyət  tətbiq  etmək  vasitəsilə  rəhbərlik  və 

nəzarətdir, insan isə hakimiyyət təsirinin inert obyektidir. Əksinə, «Y» 

nəzəriyyəsinin  əsas  mahiyyəti  -  inteqrasiyadır  -  elə  bir  şəraitin 

yaradılmasıdır  ki,  təşkilatın  bütün  üzvləri  individual  məqsədlərinə 

müəssisənin kommersiya uğuru vasitəsilə nail ola bilərlər. 

Sosial tələbatlarla yanaşı həm menecment, həm də insana böyük 

əhəmiyyət verən tələbatlar vardır. Qəbul olunur ki, qida, yaşayış, geyim 

və  sair  ilkin  tələbatlar  ödənilməyibsə  bu  sosial  tələbatlar 

ödənilməyəcəkdir.  Bu  eqoistik  tələbatlardır.  Onlar  iki  qrupa  bölünür: 

özünüqiymətləndirməyə aid - misal üçün, özünə hörmət, ləyaqət hissi və 

yüksək sosial  statusun  aid  olduğu reputasiyaya, prestijə olan tələbatlar 

qrupudur.  İlkin  tələbatların  əksinə  olaraq  eqoistik  tələbatlar  çox  az 

hallarda ödənilir və bununla  yanaşı  hər bir insan onlarm  ödənilməsinə 

imkan axtarır. Eqoistik maraqlar ödənilən zaman sosial məqsədlərə nail 

olmaq  mümkünləşir.  D.Mak-Qreqor  qeyd  edirdi  ki,:  «Menecmentin 

fəlsəfəsi  direksiya  və  nəzarət  vasitəsilə  həyata  keçirilərək  -  sərt  və 

mülayimliyindən  asılı  olmayaraq  motivasiyaya  uyğun  deyil,  çünki  bu 

yanaşmanm  istifadə  etdiyi  insani  tələbatlar  indiki  cəmiyyətdə  çox  da 

geniş yayılmamışdır. Direksiya və nəzarətə insan motivasiyasında sosial 

və eqoistik tələbatlara nisbətən daha az dəyərlidir». 

Davranış haqqında məktəbin nailiyyətləri insani resursların idarə 

edilməsi  konsepsiyasının  əsasıdır.  Onun  əsas  məzmunu  insan 

münasibətləri nəzəriyyəsində olduğu kimi təkcə mənəvi komponent və 

təşkilatda  şəxsi  razıqalma  səviyyəsi  deyil.  Təşkilatı,  insani  resursları 

əsasında idarəetmənin məqsədi qərarların qəbulu prosesinin və nəzarətin 

effektivliliyinin təkmilləşdirilməsidir. İnsani münasibətlər nəzəriyyəsinə 

məxsus yanaşmaların tətbiqi zamanı 

79 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə