Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə27/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   23   24   25   26   27   28   29   30   ...   357

Menecmentin mərhəloləri və elmi məktəbləri 

olunmuş  sosial  struktura  malikdir  və  onun  əsas  tezisləri  aşağıdakılara 

uyğun gəlir: 

-

 



insanlar  əsasən  sosial  ehtiyaclara  motivasiya  olunur  və  şəxsi 

individuallığı digər şəxslərə münasibətlərinin köməyi ilə hiss edirlər

-

 

sənaye  inqilabının  və  əmək  prosesinin  rasionallaşdırılması 



nəticəsində iş müəyyən mənada öz cəlbediciliyini itirmişdir, buna görə 

də  insan  özünü  təmin  etməni  sosial  uyğunluqda  (münasibətlərdə) 

tapmalıdır; 

-

 



insanlar rəhbərlikdən gələn təsir və nəzarət vasitələrinə nisbətən, 

onlara  bərabər  olan  insan  qrupunun  sosial  təsirinə  daha  tez  cavab 

verirlər; 

-

 



əgər rəhbər öz tabeçiliyində olanların sosial ehtiyaclarını ödəyə 

bilirsə və onların istəklərini başa düşürsə, işçi rəhbərin sərəncamlarına 

daha tez cavab verir. 

Menecmentin  bu  mərhələdə  vəzifəsi  həm  də  ondan  ibarət 

olmuşdur  ki,  idarəetmənin  bürokratik  modelinin  tədqiqi  zamanı 

əhəmiyyəti  aşkar  edilmiş  təşkilat  üzvləri  arasında  formal  asılılıqlara 

yanaşı  olaraq,  məhsuldar  qeyri-formal  əlaqələr  də  inkişaf  etdirilsin. 

E.Meyo  və  onun  əməkdaşları  tərəfindən  aparılan  tədqiqatlar 

göstərmişdir  ki,  onlar  insanların  birgə  isteTısal  fəaliyyətlərinin 

nəticələrinə  əhəmiyyətli  təsir  göstərirlər.  «Vestem  elektrik» 

kompaniyasına  məxsus  Xotom  zavodunda  (İllinoys  ştatı)  12  il  (1924- 

1936)  davam  edən  tədqiqatlar  istehsal  prosesinin  quruluşunda  onun 

üzvləri  arasındakı  münasibətlərin  əməyin  ahəngi  və  məhsuldarlığına 

ciddi təsir göstərmiş olduğu qeyri-formal qrupp fenomenini aşkar etdi. 

Aşkar  edildi  ki,  öz  xüsusi  norma  və  mövqelərini  hazırlamaq,  əmək 

prosesində  kollektivin  ayrı-ayrı  üzvlərinin  hərəkətlərinə  ciddi  sosial 

nəzarət  müəyyən  etmək  qruppa  xas  olan  cəhətlərdəndir.  Tədqiqatlar 

daha sonra göstərdi ki, qeyri-formal qruplar - təşkilatın formal quruluşu 

tərəfindən yaradılaraq xarakter səviyyəsinə adlayan təbii təşəkkül tapmış 

sosial  qurumdur.  E.Meyoya  görə,  qrupda  əməkdaşlıq  faktoru,  öz 

əhəmiyyətinə görə yalnız menecmentin özü ilə müqayisə oluna bilən son 

dərəcədə vacib şəraitdir. Başqa sözlə, istehsal prosesindəki qeyri-formal 

münasibətlər,  menecmentin  sərəncamlarını  baykot  etmək,  yaxud  onun 

müəyyən  etdiklərinin  həyata  keçirilməsinə  köməklik  göstərmək 

qabiliyyətinə malik əhəmiyyətli bir təşkilati qüvvə kimi tanındılar. Buna 

görə  də  qeyri-formal  münasibətləri  heç  bir  vəchlə  özbaşına  buraxmaq 

olmaz. Əksilə, fəhlələr və adminstrasiya arasında əməkdaşlıq əsasında 

onları idarə etməyi öyrənmək lazımdır. 

72 



Müxtəlif məktəblərin fərqləndirilməsi əsasında menecmentə yanaşmalar _____________________  

Bütün bunlara görə aydın olur ki, nə üçün E.Meyonun əsas səyləri 

fəhlələrin  həm  öz  aralarında,  həm  də  administrasiya  ilə  əməkdaşlığın 

təşkili  vasitələrinin  axtarışına  yönəldilmişdi.  O,  zəmanəsindəki 

təşkilatlarda  «Həmrəylik  ruhunun»  və  «ümumilik  hissiyatının» 

itirilməsini tənqid edirdi, şəxsiyyətsiz istehsal münasibətlərinin daha sıx 

insan əlaqələri ilə əvəz olunmasının konkret yollarını işləməyə çalışırdı. 

Meyonun  konsepsiyasına  uyğun  olaraq,  hər  bir  meneeer  müəssisənin 

texniki və sosial tərəfləri arasında tarazlığa ean atmalı, sosial təşkilatın 

dayanıqlığına elə təsir göstərməlidir ki, fərdlər ümumi məqsədə çatmaq 

üçün bir-birilə əməkdaşlıq etməklə, onların kooperasiyaya ean atmasının 

əsasını  təşkil  edən  şəxsi  həzz  ala  bilsinlər.  Bununla  da  formal  təşkilat 

qeyri-  formal  quruluşlarla  möhkəmlənmiş  olur  ki,  burada  sonuncular 

ziyan  kimi  deyil,  əksinə  müəssisənin  bütövlükdə  effektiv  fəaliyyətinin 

zəruri komponenti kimi qəbul edilirdi. 

Bütöv  sosial  sistem  kimi  təşkilatın  təhlili  «insan  münasibətləri 

məktəbi»Nin  nəzəriyyəçilərinə  imkan  vermişdir  ki,  formal  təşkilatın 

tələb  etdiyi  «effektivlik  məntiqi»  ilə  qeyri-formal  təşkilata  xas  olan 

«santimentlər* məntiqi» arasındakı ziddiyyətləri aradan qaldırsınlar. 

Nəzərdən keçirilən konsepsiyada sənaye müəssisənin rəhbəri iki 

əsas  funksiyanı  yerinə  yetirir:  iqtisadi  və  sosial.  Birincisi  gəlirin 

maksimallaşdırılmasına,  ikincisi  isə  effektiv  işləyən  kollektiv  və 

qrupların  yaradılması  və  stabilləşdirilməsinə  yönəldilmişdir.  Əvvəllər 

menecerlərin  diqqəti  birinci  funksiyanın  üzərində  cəmləşdiyindən, 

təşkilin şəxsiyyət faktorundan imtina edilirdi. 

Ancaq  təcrübi  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki, 

iqtisadi  fəaliyyət  öz-özlüyündə  özünün  sosial  əsasından  ayrıla  bilməz. 

Bu  cür  hərəkət  etməklə,  menecment  faktiki  olaraq  qrupşəkilli 

əməkdaşlıq  problemlərini  istehsalın  texnoloji  problemləri  kimi  qələmə 

verməyə  çalışır.  Lakin  müasir  sənaye  əmək  qrupları  və  təşkilatlarını 

təşkil edən çoxlu sayda kollektivlərdən ibarətdir. Burada fərdlər arasında 

özünü aparma qaydaları müəyyənləşmişdir. Bu qaydalar hər bir işçinin 

sosial vəziyyətinin xüsusiyyətlərini və fərqlərini əks etdirir. İstənilən iş 

yerinə  müəssisənin  sosial  şkalasında  konkret  əhəmiyyət  və  müəyyən 

ranq  xasdır.  Öuna  görə  də  sənaye  müəssisəsinə  həm  spesifik  istehsal, 

həm  də  xüsusi  sosial  strukturlar  xasdır;  hər  bir  işçiyə  müəssisə 

orqanlarının  iş  sistemində  ayrıca  yer,  həm  də  müəyyən  edilmiş  sosial 

vəziyyət uyğun gəlir. Sosial 

* sentimenllər - söz və hərəkətdə özünü büruzə verən həddən ziyadə hissiyyatlılıq 

73 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə