Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə35/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   31   32   33   34   35   36   37   38   ...   357

Toşkilat menecmentin obyekti kimi 

xırda  növlərə  və  yanmnövlərə  bölünür.  Onların  hər  biri  bütün  digər 

istehsalçılarla  mübadilə  etmək  məqsədilə  müxtəlif  məhsullar  istehsal 

edirlər.  Əmtəə  təsərrüfatının  inkişafı  beləliklə  ayrı-ayrı  və  müstəqil 

sənaye  sahələrinin  çoxalmasına  səbəb  olur.  Belə  inkişaf  meylinin 

mahiyyəti  yalnız  məhsul  istehsalını  deyil,  hətta  onun  ayrı-ayrı 

hissələrini, məhsulu istehlaka hazırlamaq üzrə ayrı-ayrı əməliyyatların 

sənayenin xüsusi sahəsinə çevirməkdən ibarətdir. 

Olduqca  kiçik  təşkilatlar  istisna  olmaqla  bütün  təşkilatlarda 

ixtisaslaşdırılmış  xəttlər  üzrə  üfüqi  əmək  bölgüsü  mövcuddur.  Əgər 

təşkilat  ölçüsünə  görə kifayət  qədər böyükdürsə  mütəxəssisləri  adətən 

funksional sahələr çərçivəsində birlikdə qruplaşdırırlar. 

Təşkilatdakı  əmək  bölgüsünü  konkret  olaraq  nccə  həyata 

keçirmək  məsələsini  ən  əhəmiyyətli  idarəetmə  qərarlarının  həyata 

keçirilməsinə  aid  edirlər.  Funksional  sahənin  seçilməsi  təşkilatın  əsas 

strukturunu və əhəmiyyətli dərəcədə onların uğurla fəaliyyət göstərməsi 

imkanlarını  müəyyən  edir.  İnsanlar  arasında  işin  bölüşdürülməsinin 

effektliyi və məqsədəuyğunluğu üsulları yuxandan tutmuş təşkilatın ən 

aşağı  səviyyəsinə  qədər  -  bir  çox  hallarda  rəqibləri  ilə  müqayisədə 

təşkilatın nə dərəcədə məhsuldar olduğunu müəyyən edir. 

Tarixi  nöqteyi-nəzərdən  təşkilatın  vəzifələrinin  xarakter  və 

məzmunundakı  dəyişikliklər  ixtisaslaşdırmanın  təkamülü  ilə  qırılmaz 

surətdə  bağlıdır.  Adam  Simitin  məşhur  sancaq  istehsalı  məsələsində 

olduğu kimi sancaq istehsalı ilə bağlı olan işlərin ayrı-ayrı mütəxəssislər 

arasında  bölüşdürülməsi  zamanı  əldə  edilən  potensial  fayda  bu  işin 

bütövlükdə bir şəxsə həvalə edilməsindən əldə edilən faydadan qat-qat 

çoxdur.  1776-cı  ildə  nəşr  edilmiş  «Xalqların  rifahi»  əsərindəki  misal 

sənaye inqilabına bir növ təkan oldu. Həmin misalda belə deyilirdi: 

Fəhlə əmək bölgüsü olmadan gün ərzində güc-bəla ilə bir sancaq 

düzəldə bilərdi. Yəqin ki, 20 ədəd hazırlaya bilməzdi. Lakin, sonradan 

bü iş elə yerinə yetirilməyə başladı ki, sancaq istehsalı yalnız müstəqil 

istehsal sahəsi olmadı, həm də bir sıra ayrı-ayrı mərhələlərə parçalandı 

və sonradan bunların hər biri ayrıca istehsal sahəsində çevrildi. Onlardan 

biri məftili çəkir, digəri - onu düzəldir, üçüncüsü - onu müəyyən edilmiş 

ölçüdə  kəsir,  dördüncüsü  -  onun  üçünü  itiləyir,  beşincisi  -  onun  bir 

ucunun  lazımi  şəkilə  salır  ki,  başlıq  alınsın,  başqa  iki  nəfər  isə  cəftə 

düzəldir. Başlığın sancağa bərkidilməsi digər bir müstəqil əməliyyatdır. 

Digər  ayrı  bir  əməliyyat  sancaqların  ağardılmasıdır.  Hətta  sancağın 

kağıza tikilməsi də ayrıca 

94

 




Təşkilatın xarakteristikası 

bir  əməliyyatdır.  Beləliklə  sancağın  hazırlanması  təqribən  18  ayrıca 

əməliyyata  bölünür.  Bu  əməliyyatların  hər  biri  həqiqətən  ayrı-ayrı 

fabriklərdə konkret işçilər tərəfindən yerinə yetirilir. Eyni zamanda digər 

fabriklərdə  bir  nəfər  çox  vaxtı  iki  və  ya  üç  əməliyyatı  yerinə  yetirir. 

Nəticədə on nəfər birgə işləyərək gün ərzində 48 min sancaq hazırlaya 

bilirdi.  Başqa  sözlə  bir  nəfər  hesabı  ilə  bu  gün  ərzində  4800  sancaq 

demək  idi.  Lakin,  əgər  onlar  bütün  bunları  bir-birindən  ayrılıqda 

müstəqil  etsəydilər  gün  ərzində/güc-bəla  ilə  20  sancaq  hazırlaya 

bilərdilər. 

O,  dövrün  sahibkarları  tez  bir  zamanda  başa  düşdülər  ki, 

ixtisaslaşdırma  mənfəəti  yüksəldir.  Çünki,  əmək  məhsuldarlığının 

yüksəlməsi istehsala çəkilən xərcləri aşağı salır. İxtisaslaşdırma məsələsi 

bir  çox  sadə  əməliyyatların  yerinə  yetirilməsində  öz  tətbiqini  tapdı. 

Həmin  dövrdən  başlayaraq  son  dövrlərə  qədər  ixtisaslaşdırmanın 

genişləndirilməsi  meyli  və  bununla  da  bütün  işin  daha  xırda 

əməliyyatlara  paçalanması  hökm  sürməkdə  idi.  XX  əsrdə  texnoloji 

yeniliklər,  texnikanın  sistemli  şəkildə  uyğunlaşdırılması  və  əməyin 

ixtisaslaşdırılması  ixtisaslaşmanı  o  dərəcədə  dərinləşdirdi  və 

mürəkkəbləşdirdi ki, bunu A.Simit təsəvvür də edə bilməzdi. 

Məlum  olduğu  kimi,  istehsal  texnologiyasında  üç  böyük  dönüş 

baş  verdi:  l)sənaye  inqilabı;  2)standartlaşdırma  və  mexanikləşdirmə; 

3)yığım konfeyr xəttlərinin tətbiqi. 

Standartlaşdırmanın  ilk  dəfə  tətbiqini  başqa  sözlə  istehsalatda 

bir-birini qarşılıqlı surətdə əvəz edən standart komponentlərdən istifadə 

edilməsini pambıq təmizləyici maşının ixtiraçısı olan Eli Uitnin adı ilə 

bağlayırlar. O, ordu üçün muşket (qədimdə iriçaplı, fıtilli  tüfəng) 

istehsalı 

üzrə kontraktı yerinə 

yetirərkən 

standartlaşdırma  ideyasını  irəli  sürdü.  Ona  qədər  bu  silahlar  fərdi 

nümünələr  üzrə  hazırlanırdı.  Standart  hissələrdən  istifadə  edilməsi 

istehsal və təmir işlərinə çəkilən xərclərin dəyərini əhəmiyyətli dərəcədə 

azaltdı.  Çünki,  Uitnin  muşket  hissələri  bu  tipdən  olan  digər  muşket 

hissələrini  qarşılıqlı  şəkildə  əvəz  edə  bilirdi.  Səhra  şəraitində  defektli 

hissəsini  sadəcə  dəyişdirməklə  belə  silahı  asanlıqla  təmir  etmək 

mümkün idi. 

Standartlaşdırma  konsepsiyası  eyni  zamanda  ixtisasız  və  ya  az 

ixtisaslı  əməyin  tətbiqi  üçün  yeni  imkanlar  açaraq  ixtisaslaşdırmanın 

daha 


da yüksəlməsini 

stimullaşdırır. 

Müasir 

cəmiyyətin 



xarakteristikası  olan  kütləvi  əmtəə  istehsalı  və  xidmətlər  göstərilməsi 

məhz buna əsaslanır. 

Standartlaşdırma və mexanikləşdirmə XX əsrin əvvəllərində 

95 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə