Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə37/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   33   34   35   36   37   38   39   40   ...   357

Təşkilat menecmentin obyekti kimi 

avadanlıqlardan daha səmərəli istifadə etməyə imkan verir. 

İstehsalın  ixtisaslaşdırılmasmm  inkişafı  onun  sürətlə  artımı  və 

təkmilləşdirilməsinin  vacib  şərtidir.  Xüsusi  avadanlıqlardan  və 

mütərəqqi texnologiyadan istifadə edərək iri seriyalı və kültəvi şəkildə 

eynicinsli  məhsullar  istehsal  edən  ixtisaslaşdırılmış  müəssisələrin 

iqtisadi üstünlükləri əmək alətləri və material resurslarmdan istifadənin 

yaxşılaşdırılmasında,  işçilərin  əmək  məhsuldarlığının  və  ixtisas 

səviyyəsinin  yüksəlməsində,  maya  dəyərinin  aşağı  salınmasında 

rentabelliyin  artmasında  və  nəhayət  kapital  qoyuluşlarına  qənaət 

edilməsində ifadə olunur. 

İstehsalın ixtisaslaşdırılması maddi istehsalın bütün sahələri üçün, 

həmçinin  qeyri-maddi  istehsal  sferaları  üçün  xarakterikdir. 

İxtisaslaşdırma  sənayedə  daha  çox  inkişaf  etmişdir.  Sənayenin 

ixtisaslaşdırılmasında  baş  verən  köklü  dəyişikliklərin  ümumiləşdirici 

göstərici  kimi  onun  xüsusilə  müstəqil  olan  sahələrinin  sayının  artması 

çıxış  edir.  Onlardan  bir  çoxu  öz  növbəsində  yarım  sahələri  və 

istehsalatları  özündə  birləşdirir.  Sahənin  ixtisaslaşdırılması  texniki 

cəhətdən  eynicinsli  məhsullar  buraxan  hər  bir  sahənin  daxilindəki 

ixtisaslaşdu-ılmış müəssisələr ilə tamamlanır. 

Məsələn, kənd təsərrüfatında ixtisaslaşdırma yalnız iqtisadi, sosial 

və demoqrafik amilləri deyil, eyni zamanda kənd təsərrüfatı istehsalının 

spesifikasını nəzərə almaqla həyata keçirilir. Çünki, bir çox təsərrüfatlar 

bir 


neçə 

sahənin 


əlaqələndirilməsi 

nəticəsində 

yaranan 

kombinələşdirilmiş müəssisələri özündə birləşdirir. 

Nəqliyyatda  ixtisaslaşdırmanın  inkişafı  avtomobil,  dəmiryol, 

dəniz,  çay  nəqliyyatı  daşımaları  üzrə  həyata  keçirilir.  Eyni  zamanda 

xüsusi vasitələrdən, məsələn, konteynerlərdən də bu işdə istifadə olunur. 

Sahələrin  və  müəssisələrin  ixtisaslaşdırılmasmı  müəssisə 

daxilindəki  ixtisaslaşdırmadan  fərqləndirmək  lazımdır.  Sahənin 

ixtisaslaşdırılması  dedikdə  ictimai  tələbatın  və  şəxsi  ehtiyacların 

ödənilməsinə  yönələn  müəyyən  iqtisadi  təyinatlı  məhsullar  çeşidinin 

müntəzəm  olaraq  təkrarlanması  və  uzun  müddət  ərzində  buraxılması 

sahənin uyğunlaşması kimi başa duşulur. Sahənin buraxdığı məhsullarm 

çeşidi  nə  qədər  dar  və  onun  istehsal-texnoloji  uyğunlaşması 

eynicinsüdhsə  sahənin  ixtisaslaşdırılmasının  dərinləşməsi  istehsalm 

daima təmərküzləşdirilməsi nəticəsində baş verir. 

Müəssisənin  ixtisaslaşdırılması  dedikdə  isə  onun  istehsal- 

texnoloji uyğunlaşması və müntəzəm olacaq təkrarlanan, həmçinin 98 




Təşkilatın xarakteristikası 

dar VƏ ya məhdud çeşidli, texnoloji cəhətdən eyni cinsli məhsul çeşidi 

buraxması başa düşülür. Bu növ ixtisaslaşdırmada eyni cinsli  texnoloji 

prosesləri, yüksək məhsuldarlıqlı effektli və ixtisaslaşdınimış texnikanın 

tətbiqi imkanları yaranır. Müəssisə daxilində ixtisaslaşduma dedikdə isə 

ayrı-ayrı  sexlərin,  sahələrin  və  iş  yerlərinin,  müəyyən  texnoloji 

əməliyyatların və ya əməliyyatlar qrupunun yerinə yetirməli olduğu işlər 

başa  düşülür.  Bu  zaman  sexlərin,  sahələrin  və  ayrı-ayrı  iş  yerlərinin 

istehsal və ərazi kooperasiyası çərçivəsində məhsul hazırlanması prosesi 

tərkib hissələrinə parçalanır. 

İqtisadiyyatın  istehsal-təsərrüfat  həlqələrində  baş  verən  əmək 

bölgüsündən  asılı  olaraq  ixtisaslaşdırmanın  aşağıdakı  növlərini 

fərqləndirirlər: 

-

 



bölmədaxili; 

-

 



firmadaxili; 

-

 



sahədaxili; 

-

 



sahələrarası; 

-

 



dövlətlər arası. 

Dövlətlərarası 

ixtisaslaşduma 

növləri 


ilə 

beynəlxalq 

ixtisaslaşduma  sıx  qarşılıqlı  əlaqədədir.  O,  özündə  ayn-ayrı  ölkələrin 

müəssisələrində  (bu  məqsəd  üçün  xüsusi  olaraq  nəzərdə  tutulan) 

müəyyən  konstruktiv  və  texnoloji  cəhətdən  eyni  cinsli  məhsullar 

hazırlanmasının təmərküzləşməsinin planınauyğun prosesini birləşdirir. 

Onun  inkişafı  onlarm  sahə  və  müəssisələrinin  gücünü  tez  və  effektli 

istehsal  məqsədilə  məhdud  çeşidli  məmulatlar  istehsalı  üzərində 

cəmləşdirməyə  imkan  verir.  Eyni  zamanda  beynəlxalq  ixtisaslaşduma 

ölkələrin ayrı-ayrı məhsul növlərinə olan məhdud tələbatlarına göstərilən 

təsirləri aradan qaldırır, onların istehsalını daha iri miqyasda təşkil etmək 

üçün ilkin şərait yaradu*. 

İstehsalm  ixtisaslaşdırılması  prosesi  aşağıdakı  əsas  istiqamətlər 

üzrə həyata keçirilir: 

-

 

müəyyən  hazır  məmulatlar  buraxılışı  üzrə  ixtisaslaşan  sahə  və 



müəssisələrin yaradılması və ya fərqləndirilməsi

-

 



məhsul  hazırlanması  prosesinin  bir  sıra  xüsusi  proseslərə 

parçalanması  və  bu  məhsulun  ayn-ayrı  hissələrinin  istehsalının 

uyğunlaşdırılmış müəssisələrdə təmərküzləşdü*ilməsi; 

-

 



ayr* ayrı texnoloji mərhələlərin yerinə yetirilməsi üzrə müstəqil 

zavod və sexlərin ayrılması və yaradılması. 

Bu  istiqamətlərə  müvafiq  olaraq  sənaye  istehsalında  predmet, 

detal və texnoloji ixtisaslaşdırmanı fərqləndirirlər. 

99 



Təşkilat menecmentin obyekti kimi 

Predmet  üzrə  ixtisaslaşdırma  sənaye  obyektinin  bilavasitə 

istehlakçılara çatdırılan və yalnız tam hazırlanmış məhsulların buraxılışı 

üzrə  ixtisaslaşmasını  nəzərdə  tutur.  Bu  forma  sənayenin  bütün 

sahələrində geniş yayılmışdır və hazır məhsul buraxılışının optimal, daha 

az  miqdarda  ixtisslaşdırılmış  obyektlərdə  təmərgüzləşməsini  nəzərdə 

tutur. 

Detallar  üzrə  ixtisaslaşdırma  dedikdə  sənaye  obyektlərinin  öz 



güclərini  sonradan  istifadə  etmək  üçün  istehsala  daxil  olan  hazır 

məhsulun ayn-ayrı hissələrinin buraxılması üzərində cəmləşdirməsi başa 

düşülür. Bu forma predmet üzrə ixtisaslaşdırmaya nisbətən eynicinsliyin 

və kütləviliyin daha yüksək dərəcəsini təmin edir və yüksək məhsuldar, 

mütərəqqi texnologiyanın, həmçinin istehsal və əməyin təşkilinin daha 

səmərəli  metodlarının  geniş  və  effektli  tətbiqi  üçün  əlverişli  şərait 

yaradır. 

Texnoloji  ixtisaslaşdırma  əmək  predmetlərinin  hazırlanması 

mərhələlərindən  (texnoloji  əməliyyatların  və  ya  istehsal  prosesinin 

mərhələlərini)  birini  yerinə  yetirən  sənaye  obyektlərində  geniş  tətbiq 

edilir.  İxtisaslaşdırmanın  bu  forması  detallar  üzrə  ixtisaslaşdırma  kimi 

daha  mütərəqqidir.  Çünki,  eynicinsli  istehsalın  yüksək  dərəcədə 

təmərküzləşdirilməsi  yüksək  məhsuldarlıqlı  avadanlıqlardan  və 

mütərəqqi texnologiyadan effektli şəkildə istifadə etməyə imkan verir. 

Müasir  sənaye  istehsalında  istehsal  proseslərinin  güclənən 

fiıknsional  bölgüsü  nəticəsində  funksional  ixtisaslaşdırma  daha  geniş 

yayılmaqdadır. Funksional ixtisaslaşdırma üçün köməkçi və xidmətedici 

işlərin  müəyyən  növlərinin  mərkəzləşdirilməsi  və  ixtisaslaşdırılmış 

müəssisələrdə 

cəmlənməsi 

xarakterikdir. 

Belə 


flmksional-ixtisaslaşdınlmış müəssisələrə təmir və tara zavodları, enerji 

mərkəzləri, maşın-hesablama stansiyalan və s. aiddir. 

İxtisaslaşdırma  prosesinin  əsas  məzmunu  yalnız  buraxılan 

məhsulun  eynicinsliyinin  və  kütləviliyinin  yüksəldilməsindən  ibarət 

deyildir,  həm  də  istehsal  alətlərinin,  əmək  predmetlərinin  və  işçi 

qüvvəsinin  əsas  elementlərinin  yekcinsliyinin  gücləndirilməsindən 

ibarətdir.  İstehsalın  ixtisaslaşdırılmasmm  dərinləşdirilməsi  hər  şeydən 

əvvəl tətbiq edilən əmək alətlərinin təkmilləşdirilməsinə gətirib çıxarır. 

İstehsalm  ixtisaslaşdırılması  tətbiq  edilən  material  və  xammal 

resurslarının  təkmilləşdirilməsinə  müsbət  təsir  göstərir.  Məmulatların 

standartlaşdırılması  və  geniş  şəkildə  unifıkasiyası,  ixtisaslaşdırılması 

xalq  təsərrüfatının  effektliyinin  müntəzəm  olaraq  yüksəldilməsi  üçün 

zəruri şərait yaradır. 

100 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə