Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə45/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   41   42   43   44   45   46   47   48   ...   357

Təşkilat menecmentin obyekti kimi 

İstehsalını,  qablaşdırma  vasitələrinin  geri  qaytarıla  bilməməsini  və  s. 

göstərirlər. Görünür ki, istehsal fəaliyyəti həmişə ətraf mühitə əlverişli 

olmayan təsir göstərəcəkdir. Lakin, bunu az və ya böyük xərclərlə yerinə 

yetirmək  olar.  Ekoloji  məsuliyyət  bu  problemin  həllinin  daha  yaxşı 

variantının axtarılmasını nəzərdə tutur. 

İstehlakçılar  qarşısında  məsuliyyət.  Sahibkarlıq  fəaliyyətinin 

tənqidçilərinin  fikirlərinə  görə  biznesin  böyük  məsuliyyətlə 

istehlakçılara  aidiyyəti  ola  bilər.  Əmtəələrin  keyfiyyətinin  aşağı  və 

istehlakçılann  həyat  üçün  təhlükəli  olmasına  qarşı  istehlakçıların 

mübarizə aparması siyasəti yeni məsələ deyildir. Yenilik burada kütləvi 

informasiya  vasitələrinin,  lobbilərin,  bəzən  də  istehlakçıların  özlərinin 

birbaşa hərəkətləri vasitəsilə sahibkarlara təziq göstərərək istehlakçılann 

hüquqlarını müdafiə edən aktiv siyasi hərəkatın meydana çıxmasmdan 

ibarətdir. 

Məhsulun  keyfiyyətinin  pis  olması  bu  hərəkət  fəallarının 

narazılıqlarmın başlıca səbəbidir. İdxal edilən əmtəələr adətən keyfiyyət 

standartı kimi qəbul edilir. Lakin ölkə sahibkarları bu standartlara əməl 

etməkdən  müxtəlif  yollarla  yayınırlar.  Digər  böyük  narahatlıq  isə 

əmtəələrin təhlükəsizliyidir. Sahibkarları çox vaxtı olduqca duzlu və ya 

həddən artıq yağlı qida məhsulları satmaqda, avtomobil istehsalçılarını 

isə  hərəkət  təhlükəsizliyi  tələblərinə  cavab  verməyən  avtomobillər 

satmaqda  günahlandırırlar.  Bu  işdən  qiymətlərin  yüksək  olmasına  və 

ayrı-ayrı  istehlakçı  qruplarının  mənafelərinin  qorunmamasına  görə 

məzəmmət edilən xidmət sferası da kənarda qalmır. 

Çətin ki, elə bir menecer tapılsın ki, o ətraf mühitin çirklənməsini, 

keyfiyyətsiz  əmtəələr  buraxılmasını  və  istehlakçıların  aldadılmasını 

ürəkdən  istəsin  və  bu  işə  rəvac  versin.  Heç  kim,  hətta  xüsusi 

sahibkarlığın  ən  məharətli  opponentləri  özlərində  cəsarət  tapıb  təsdiq 

edə  bilməzlər  ki,  menecerlər  ona  görə  özlərini  belə  məsuliyyətsiz 

aparırlar ki, belə onların xoşuna gəlir. Çox vaxtı deyirlər ki, cəmiyyət 

qarşısındakı məsuliyyət mənfəətin qurban verilməsinə gətirib çıxarır. 

Cəmiyyət nöqteyi-nəzərdən potensial olaraq təbiətə vurula bilən 

istənilən ziyanı buraxılan məhsulun dəyəri ilə müqayisə etmək lazımdır. 

Məhz bundan nəticə çıxarılaraq hansı məhsulun harada istehsal edilməsi 

haqqında  qərar  vermək  lazımdır.  Lakin,  görəsən  ekoloji  qaydaların 

gözlənilməsinə  görə  menecerlərin  hər  hansı  bir  stimulu  varmı? Cavab 

vermək  olar  ki,  yox.  Amma  xaşbəxtlikdən  menecerlər  bunu  edirlər. 

Məsələn, bir çox firmalar belə qənaətə 120 



Sosial məsuliyyət vo ıncnccmcmin etikası 

gəlirlər ki, əlverişsiz ekoloji şərait olan regionlarda işləmək üçün muzdlu 

heyət cəlb edilməsi çətin olacaqdır. Çirklənmiş ərazilərdə yerinə yetirilən 

işlərə  görə ödənilən əlavələr böyük xərclərlə bağlıdır. Şəhər mühitinin 

saglamlaşdınlması firma və ya firmalar qrupu üçün daha faydalı ola bilər. 

Lakin,  ekoloji  məsuliyyətin  firmaların  mənfəətliyinə  nail  olunması 

öhdəlikləri ilə ziddiyyət təşkil etməsinə dair digər çoxlu misallar çəkmək 

olar. Hər dəfə problem o vaxt meydana çıxır ki, təbiətə vurulan ziyanla 

bağlı olan xərclər ətraf mühitin çirklənməsinin günahkarı üzərinə deyil, 

digər  firmaların  və  ya  bütövlükdə  cəmiyyətin  üzərinə  qoyulur. 

İqtisadçılar  belə  xərcləri  daxili  xərclərdən  fərqli  olaraq  xarici 

adlandırırlar  və  bunu  firmanın  özü  ödəyir.  İşçiləri  yaşayış  ərazini 

çirkləndirən  firma  ödənilən  kompensasiya  həcmində  daxili  xərcləri 

(məsrəfləri) ödəyirlər. Lakin, belə halda olur ki, çaya zəhərli maddələr 

axıdan müəssisə yerləşdiyi yaxın hövzəyə nisbətən çayın aşağı axarında 

təbiətə  daha  çox  ziyan  vurur.  Buna  baxmayaraq  həmin  müəssisə  ətraf 

mühitin qorunması ilə bağlı olaraq digər təşkilatların hesabına müəyyən 

məbləğdə vəsait köçürür. 

Prinsipcə  bütün  təşkilatlar  qabiliyyətindən,  təhsil  səviyyəsindən 

və  ixtisasından  asılı  olaraq  iş  almaq  arzusunda  olanların  hüquqlarını 

məhdudlaşdırır (diskriminasiya edir). İki iddiaçı arasında seçim edərək 

təşkilat  daha  bacarıqlıya  üstünlük  verir.  Lakin,  belə  diskriminasiya  o 

zaman  sosial  problemə  çevirilir  ki,  onun  vımək  məhsuldarlığına 

(xüsusilə də dini və ya cinsi mənsubiyyətinə görə) aidiyyatı olmur. 

Milli  və  ya  cinsi  əlamətə  görə  diskriminasiya  çox  az  hallarda 

mənfəət  gətirir.  Az  təhsil  görmüş  işçinin  xeyrinə  olaraq  daha  ixtisaslı 

işçinin xidmətlərindən imtina edən firma rəqabət mübarizəsində özünü 

üstünlüklərdən  məhrum  edir.  Buna  baxmayaraq  əmək  bazarındakı 

diskriminasiya  qalmaqaldadır.  Bu  ən  azı  iki  səbəbdən  irəli  gəlir. 

Birincisi,  Menecer  diskriminasiyaya  öz  mülahizələrinin  əsri  olduğuna 

görə yol verə bilər. Bu halda, onun hərəkətləri məsuliyyətsizlikdir, çünki 

bununla o, firmanın mülkiyyətçisini potensial mənfəətin bir hissəsindən 

məhrum  etmiş  olur.  Doğrudan  da  mənfiıət  əldə  etməyə  cəhd  edən 

menecer işə qəbul testlərinin nəticələrini və iş yerinə iddia edən şəxsin 

təhsil .səviyyəsini əsas götürməlidir. 

Menecment  problemləri  üzrə  kitabların  müəllifləri  belə  bir 

məsələdə  həmrəydirlər  ki,  yüksək  keyfiyyətli  əmtəələr  və  xidmətlər 

mənfəət əldə etməyin ən etibarlı yoludur. Əgər bu belədirsə onda 




Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə