Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə46/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   42   43   44   45   46   47   48   49   ...   357

Təşkilat menecmentin obyekti kimi 

İstehlakçı  ittifaqlarının  fəalları  tərəfindən  fasiləsiz  olaraq  edilən 

tənqidləri nə ilə izah etmək olar və pis keyfiyyətlə mənfəət əldə etməyə 

cəhdi nə ilə əlaqələndirmək olar? Burada üç qrup problemi qeyd etmək 

olar. 

Birincisi, təşkilatların hamısı bacarıqlı idarəetmə ilə fərqlənmirlər. 



Bəzi təşkilatlarda bu iş çox pisdir. Belə təşkilatlar alıcıların tələblərinin 

dəyişməsini  izləmirlər,  əgər  bunu  edirlərsə  də  onların  tələbatlarının 

ödənilməsi üçün heç bir iş görmürlər. İşçilərə pis münasibət göstərilməsi 

öz  nəticəsini  bilavasitə  məhsul  istehsalçılarınm  keyfiyyətə  biganə 

yanaşmalarında  göstərir.  Xərcləri  aşağı  salmağa  imkan  verən  texniki 

ideyalar ləng tətbiq edilir. 

İkincisi, mənfəət və tələbatın ödənilməsi oyun qaydalarına əməl 

edildikdə  əldən  ələ  keçir.  Buna  baxmayaraq  həmişə  elə  biznesmenlər 

tapılır  ki,  bu  qaydalara  əməl  etmir  və  inadla  aldatma  yolunu  seçirlər. 

Əlbəttə  ki,  bu  halda  istehlakçılar  müdafiə  olunurlar.  Bu  işdə  onların 

başlıca aləti ikinci dəfə belə saxtalaşdırılmış əmtəələri almaqdan imtina 

etmələridir. Bundan başqa aldatmaya görə cəzalandırmanı nəzərdə tutan 

sərt qanunlar vardır. Çox təəssüflər olsun ki, bunlar heç də hamı üçün 

onun qaydalarının pozulmasının qarşısını alan amil ola bilmir. 

Üçüncüsü,  alıcıları  tərbiyə  etmək  əvəzinə  onların  arzularına 

uyğun hərəkət etməkdə təşkilatları tənqid edirlər. 

Yuxanda  biz  biznesin  məsuliyyətindən  danışmışıq.  Lakin,  əgər 

biz  bu  işdə  dövlətin  cəmiyyət  və  sahibkarlar  qarşısında  daşıdığı 

məsuliyyət haqqında danışmasaq tam mənzərini təsəvvür edə bilmərik. 

Bu  işdə  hökumətin  başlıca  vəzifəsi  oyun  qaydalarını  müəyyən 

etməkdən və onun gözlənilməsinə nail olmaqdan ibarətdir. Şübhəsiz ki, 

burada  söhbət  əsassız  qaydalar  məcmusunan  getmir.  Əslində  hökumət 

elə  etməlidir  ki,  cəmiyyətdə  yalnız  fayda  gətirən  biznes  fəaliyyəti 

çiçəklənsin. 

İstənilən  sahibkarlıq  fəaliyyəti  resurslardan  istifadə  edilməsi  ilə 

bağlıdu*.  Əgər  sonuncu  xüsusi  əllərdədirsə  hakimiyyətin  rolu  onlarm 

sahiblərinə öz mülkiyyət hüquqlarmı reallaşdırmaqda kömək etməkdir. 

Lakin, həyatda ən kəskin ekoloji problemlər xüsusi istifadə deyil, ictimai 

istifadə də olan - hava, su, dövlət torpaqları - resurslardan istifadə zamanı 

meydana  çıxır.  Sahibkarların  bu  nemətlərin  ödənişsiz  olduğunu  qəbul 

etmələri  ilə  razılaşmaq  olmaz.  İctimai  resurslardan  istifadə  üzərində 

nəzarəti həyata keçirmək üçün çoxlu üsullar təklif edilir. Ətraf mühitin 

qorunması haqqında qanun; 

122


 


Sosial məsuliyyət və menecmentin etikası 

İctimai  resurslardan  istifadəyə  görə  xüsusi  şəxslərdən  haqq  tutulması; 

yeni  mülkiyyətçi  üzərinə  əldə  edilən  resursun  salamatlığını  gözləmək 

məsuliyyətini  qoymaqla  auksionlar  vasitəsilə  dövlət  mülkiyyətinin 

özəlləşdirilməsi.  Dövlətin  ekoloji  siyasəti  hələlik  işlənib  hazırlanma 

mərhələsindədir  və  bu  sahədə  hələ  çox  işlər  görmək  lazımdır.  Eyni 

sözləri  istehlakçıların  hüquqlarının  qorunması  haqqında  da  danışmaq 

olar.  Və  burada  bir  sıra  problemlər  öz  həllini  gözləyir.  Məsələn,  əgər 

buna  görə  daha  yüksək  haqq  ödəmək  tələb  olunursa  və  istehlakçılarm 

seçim  imkanlan  məhdudlaşırsa  xarici  rəqabətdən  qorunmaq  üzrə 

tədbirlər görülməsi lazımdırmı? Sağlamlıq üçün bu və ya digər əmtəənin 

təhlükəsizliyi  haqqındakı  məsələlərin  hamısı  tam  aydın  deyildir. 

Məsələn, deyək ki, bir tərəfdən insan həyatı üçün məhvedici olan, digər 

tərəfdən  isə  müəyyən  kateqoriya  xəstələr  üçün  tamamilə  zəruri  olan 

narkotiklərdən  istifadə  edilməsi.  Bu  və  buna  oxşar  məsələləri  həmişə 

istehlakçıların hüquqlarını qoruyan hərəkat tərəfdarlan irəli sürürlər. 

Cəmiyyətdə  biznesin  rolu  haqqındakı  mübahisələr  sosial 

məsuliyyətin  lehinə  və  əleyhinə  olan  çoxlu  sayda  arqumentlər 

yaratmışdır. 

Sosial məsuliyyətin lehinə olan arqumentlər: 

-biznes üçün uzun müddətli əlverişli perspektivlər təşkilatın, yerli 

qrupların həyatını yaxşılaşdıran və ya dövlət tənzimlənməsinin 

zəruriliyini  ləğv  edən  sosial  hərəkətləri  cəmiyyət  həyatmda 

iştirakdan fayda əldə edilməsini təmin etmək sahəsində onların 

maraq dairəsində ola bilər. Sosial nöqteyi-nəzərdən cəmiyyətdə 

yaranmış  əlverişli  vəziyyət  biznes  fəaliyyəti  üçün  də  əlverişli 

şərait  yaradır.  Bundan  əlavə  əgər,  sosial  fəaliyyətlə  bağlı  olan 

qısa  müddətli  xərclər  nə  qədər  yüksək  olsa  da  onlar 

uzunmüddətli perspektivdə mənfəəti stimullaşdıra bilər. Çünki, 

belə olduqda istehlakçılarda, tədarükçülərdə və yerli qurumlarda 

təşkilatm daha cəlbedici imici formalaşır; 

-  tələbatın  və  geniş  kütlənin  ümidlərinin  (gözləmələrinin) 

dəyişməsi  -  bizneslə  bağlı  olan  sosial  ümidlər  XX  əsrin  60-cı 

illərində köklü  surətdə dəyişdi. Yeni  ümidlər və  müəssisələrin 

buna real reaksiyası arasındakı müddəti qısaltmaq üçün onların 

sosial problemlərin həllinə cəlb edilməsi həm gözlənilən və həm 

də zəruridir; 

-sosial problemlərin həllinə kömək etmək üçün resursların 

123 



Təşkilat menecmentin obyekti kimi 

miqdarı  -  biznes  fəaliyyəti  əhəmiyyətli  miqdarda  insan  və 

maliyyə  resursları  ilə  bağlı  olduğuna  görə  onun  gəlirinin  bir 

hissəsinin  sosial  ehtiyacların  ödənilməsinə  yönəldilməsi 

məqsədəuyğunIdur; 

-özünü sosial cəhətdən məsuliyyətli aparmaq mənəvi öhdəliyi. 

Təşkilat  cəmiyyətin  bir  üzvü  olduğuna  görə  əxlaq 

normaları onun davranışını da idarə etməlidir. Cəmiyyətin fərdi 

üzvlərindən  biri  kimi  müəssisə  cəmiyyətin  mənəvi  əsaslarını 

möhkəmləndirməyə kömək edərək sosial cəhətdən məsuliyyətli 

hərəkət  etməlidir.  Qanunların  həyatda  baş  verən  bütün 

situasiyaları  nəzərdə  tuta  bilmədiyinə  görə  müəssisə  qanun  və 

qaydalara əsaslanaraq cəmiyyətə kömək göstərməlidir. 

Sosial məsuliyyətin əlyhinə olan arqumentlər: 

-mənfəətin  maksimuma  çatdırılması  prisipinin  pozulması 

resursların  bir  hisəsinin  sosial  ehtiyacların  ödənilməsinə 

yönəldilməsi  mənfəətin  maksimuma  çatdırılması  prinsipi  ilə 

ziddiyyət təşkil edir. Müəssisə sosial problemlərin həllini dövlət 

müəssisələri  və  xidmətlərinə  saxlanmaqla  səylərini  yalnız 

iqtisadi maraqlar üzərində cəmləşdirərək özünü sosial cəhətdən 

daha məsuliyyətli hesab edir

-sosial  cəlbediciliyə  çəkilən  xərclərin  yük.sək  səviyyəsi  sosial 

ehtiyaclar  üçün  ayrılan  vəsait  müəssisə  üçün  əlavə  xərclərdir. 

Son  nəticədə  bu  xərclər  qiymətlərin  yüksəldilməsi  şəklində 

istehlakçıların  üzərinə  keçirilir.  Bundan  əlavə  beynəlxalq 

bazarlarda belə ehtiyaclara vəsait sərf etməyən digər ölkələrin 

firmaları  ilə  rəqabət  mübarizəsində  iştirak  edən  təşkilatlar 

əlverişsiz vəziyyətə düşürlər; 

-geniş kütlənin tələb etdiyi hesabat səviyyəsinin yüksək olmaması 

- bazar sistemi müəssisənin iqtisadi göstəricilərinə yaxşı nəzarət 

etdiyi  halda  onun  sosial  cəlbediciliyinə  pis  nəzarət  edir.  Nə 

qədər ki, cəmiyyət müəssisənin onun üçün birbaşa hesabat tərtib 

etməsi  qaydalarını  işləyib  hazırlamayıb,  müəssisə  sosial 

fəaliyyətdə  iştirak  etməyəcəkdir.  Buna  görə  onlar  özlərinin 

məsuliyyət daşıdığını qəbul etməyəcəklər; 

- sosial problemləri həll etmək bacarığının çalışmaması - istənilən 

müəssisənin heyəti hər şeydən əvvəl yaxşı iqtisadiyyat, bazar və 

texnika  sferasındakı  fəaliyyətə  hazır  olurlar.  Onlar  sosial 

xarakterli problemlərin həllinə 

124 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə