Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə44/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   40   41   42   43   44   45   46   47   ...   357

Sosial məsuliyyət və menecmentin etikası 

hüquqi 


və 

sosial 


ölçüb-biçmək (götür-qoy etmək) lazımdır. 

Əksər tədqiqatçılar təşkilatlarm 

məsuliyyətlərini bir-birindən fərqləndirirlər. 

Hüquqi  məsuliyyət  dedikdə  təşkilatın  nəyi  edə  və  nəyi  edə 

bilməyəcəyini müəyyən edən konkret qanunlar və dövlət tənzimlənməsi 

normaları  başa  düşülür.  Hər  bir  məsələ  üzrə  çoxlu  sayda  qanunlar  və 

normativlər  mövcuddur.  Bütün  bu  aktlara  tabe  olan  təşkilatlar  özlərini 

hüquqi  cəhətdən  məsuliyyətli  aparırlar.  Lakin,  bu  zaman  onun  sosial 

məsuliyyətlə hesablaşması məcbur deyil. 

Biznesin  məsuliyyətindən  danışan  zaman  biz  həqiqətdə 

menecerlərin  və  menecment  sisteminin  məsuliyyətini  nəzərdə  tuturuq. 

Biznes fikirləşmədən və seçim etmədən həm dövlət, həm xüsusi və həm 

də kommersiya formalarında yerinə yetirilə bilər. Bu insanların müəyyən 

şəkildə özlərini aparmalarmm strukturu, çərçivəsi  və hüdududur. Buna 

görə  də  bizim  müzakirənin  mərkəzində  menecerlər  şəxsiyyət  kimi 

durmalıdırlar.  O,  kimin  qarşısında  hesabat  verməlidir,  müəyyən  sosial 

nəticələrə  gətirib  çıxaran  seçim  zəruriyyəti  qarşısında  qalarkən  necə 

hərəkət etməlidir? 

Əvvəlcə menecerlərin hüquqi məsuliyyətinə nəzər salaq. 

Qanunlara  riayət  edilməsi  vəzifəsi.  Menecerlərin  fəaliyyəti  ölkə 

konstitusiyası  və  dövlətin  qanunlarına  zidd  olmamalıdır.  Qanunlara 

riayət edilməsi menecerlərin vəzifəsidir. Buna görə də mülki qanunlarla 

yanaşı o, təşkilatın fəaliyyətini tənzimləyən bir sıra spesifik qanunları da 

icra etməlidir. 

Əlbəttə,  menecerlər  heç  də  həmişə  qanunlara  diqqət  yetirən 

olmurlar.  Onlardan  bir  qismi  qanunları  pozur,  bəzilərində  bu  hətta 

vərdişə çevrilir. Lakin, bundan belə nəticə çıxarmaq olmaz ki, hamı belə 

edir. 


Kontrakt  şərtlərini  yerinə  yetirmək  vəzifəsi.  Kontraktlar 

menecment  qarşısında  çoxlu  sayda  və  rəngarəng  vəzifələr  qoyur. 

Birincisi, menecerlər işlədikləri insanlar qarşısmda, xüsusilə də firmanın 

mülkiyyətçiləri  qarşısında  məsuliyyət  daşıyırlar.  Əgər  söhbət 

mülkiyyətin  idarəetmədən  ayrıldığı  korporasiyalar  haqqında  gedirsə 

onda  onun  qanuni  sahibi  səhmdar  adlanır.  Səhmdarlar  firmanın 

fəaliyyətə  başlaması  üçün  zəruri  olan  kapitalı  investisiya  edirlər, 

əvəzində isə firma tərəfindən əldə edilmiş mənffətin bir hissəsini alırlar. 

Səhmdarlar  direktorlar  şurasını  seçirlər.  Onlar  isə  öz  növbəsində 

firmanın  cari  fəaliyyətini  idarə  etmək  üçün  menecerlər  təyin  edirlər. 

Beləliklə,  korporasiyanın  menecerləri  direktorlar  şurası  qarşısında 

birbaşa və səhmdarlar qarşısında isə dolayı məsuliyyət 

117 



Təşkilat menecmentin obyekti kimi 

daşıyırlar. 

Firmanın  sahibinin  maraqlarına  uyğun  olaraq  işləri  yerinə 

yetirmək  üçün  menecerləri  muzdla  işə  qəbul  edirlər.  Onlardan  tələb 

olunan başlıca şərt mənfəət əldə edilməsidiı. Şəxsi hakimiyyət və nüfiız 

(hörmət)  qazanmağa  çalışmaq,  özgə  kapitalı  ilə  riskli  əməliyyatlar 

yerinə yetirməklə bərabər həddən artıq ehtiyatlılıq göstərmək menecerin 

vəzifələrinə  aid  deyildir.  Menecerlər  fəhlələrlə,  istehlakçılarla  və  yerli 

icmalarla  yaxşı  münasibətlər  qurulmasına  kömək  etməli  və  bunu 

qorumağa  çalışmalıdır.  Onlarla  kontakta  girərək  menecerlər  firma  ilə 

üçüncü şəxs arasında neytral vasitəçi kimi deyil kapital mülkiyyətçisinin 

qanuni  nümayəndəsi  (təmsilçisi)  kimi  çıxış  edirlər.  Əgər  menecer  öz 

vəzifələrinin öhdəsindən gələ bilmirsə direktor şurasının onu azad etmək 

hüququ vardır. 

Mülkiyyətçinin  eyni  vaxtda  menecer  olduğu  firmalarda 

idarəedicinin  məsuliyyəti  alman  mənfəətin  ölçüsündən  kəskin  şəkildə 

asılı olmur. Çünki, bu halda mənfəət belə firmaların fəaliyyətinin yeganə 

məqsədi deyildir. Əgər menecer potensial mənfəətin bir hissəsini yerinə 

yetirilən işdən özü üçün məmnunluq olmağa sərf etmək istəyirsə buna 

onun hüququ vardır. 

İkincisi,  menecerin  mülkiyyətçiyə  münasibətdə  öhdəlikləri  ilə 

yanaşı müştərilər qarşısmda da müəyyən öhdəlikləri vardır. Müştərilərlə 

yaxşı münasibətlər qurulması firmanın mənfəətliyinin rəhnidir. Bir çox 

menecerlər  bu  vəzifəni  birinci  sayırlar  və  belə  hesab  edirlər  ki,  əgər 

müştəri  narazı  gedirsə  mənfəət  haqqında  söhbət  belə  gedə  bilməz. 

Müştərilərə  münasibətdə  firmanın  əsas  vəzifəsi  onun  istehlakçıları 

məlumatlandırdığı  xüsusiyyətlərə  malik  olan  əmtəə  və  xidmətlərlə 

təchiz etməkdən ibarətdir. Əks halda firma yalan məlumat vermiş olur 

ki, bu da cəzaya layiq cinayət hesab edilir. 

İstehlakçılara əmtəə haqqında doğru informasiya vermək öhdəliyi 

(vəzifəsi)  ilə  yanaşı  menecerlər  tədarükün  müddəti,  əlavə  xidmətlər 

göstərilməsi, təminatlar verilməsi və s. əlaqədar olan bir sıra öhdəlikləri 

də yerinə yetirməlidir. 

Üçüncüsü, muzdlu heyət qarşısında kontrakt öhdəliklərinin yerinə 

yetirilməsi  də  menecerin  vəzifələrinə  daxildir.  Belə  kontraktlar  əmək 

haqqının,  təqaüdlərin,  mükafatların  həcmi  haqqında;  vəzifədə  olma 

müddəti haqqında; xidməti vəzifələr üzrə irəli çəkilmək haqqında və s. 

haqqında ola bilər. O, qədər də böyük olmayan  firmalarda kontraktlar 

qeyri-formal olaraq bağlanır. Bəzən sadəcə olaraq əl sıxmaqla kontrakt 

bağlanmış hesab olunur. Lakin bu 

118

 



Sosial məsuliyyət və menecmentin etikası 

məsuliyyəti heç də azaltmır. Kontraktda razılaşdırılmış şərtlərə əlavələr 

edilməsi  üçün  idarəedici  iş  gününün  uzunluğunu,  əmək  şəraitini  və  s. 

tənzimləyən qanunları gözləməlidir. 

Müxtəlif kontraktlarla menecerlər üzərinə qoyulan öhdəliklərin bu 

heç də tam siyahısı deyildir. Bunlardan əlavə tədarükçülər, mərkəzi və 

yerli  hakimiyyət  orqanları,  habelə  yerli  icmalar  qarşısında  müəyyən 

öhdəlikləri yerinə yetirmək lazımdır. İstənilən halda prinsip dəyişilməz 

olaraq qalır: əgər kontrakt bağlanıbsa menecerin vəzifəsi onun şərtlərinə 

uyğun olaraq hərəkət etməkdir. 

Hüquqi  məsuliyyətdən  fərqli  olaraq  sosial  məsuliyyət  təşkilat 

tərəfindən sosial problemə könüllü olaraq reaksiya verilməsinin müəyyən 

səviyyəsini nəzərdə tutur. Bu reaksiya (cavab) qanunla və ya tənzimləyici 

orqanların  tələbləri  ilə  müəyyən  edilməyən  məsələlərə  münasibətdə 

özünü göstərir. Məsələn, təşkilat idman yarışlarının, teatr quruluşlarının 

sponsorları  kimi  çıxış  edə  bilərlər.  Başqa  sözlə  sosial  məsuliyyətin 

daşıyıcıları  kimi  çıxış  edirlər.  Amma,  eyni  zamanda  o,  istehsalatın 

ekoloji  tələblərini  gözləmədən  saxta  reklam  tədbirləri  yaymaqla 

qanunları poza bilərlər. Təşkilatın belə davranışını hətta, hüquqi cəhətdən 

də məsuliyyətli hesab etmək olmaz. 

Menecerin hüquqi borcu qanunlara əməl edərək kontraktın yerinə 

yetirilməsidir.  Lakin,  bununla məsələyə nöqtə qoymaq olarmı? Sənaye 

inqilabi  dövründə  sahibkarlıq  sisteminin  tənqidçiləri  israr  (təkid) 

edirdilər ki, olmaz. İstehlakçıların hüquqlarının bugünkü müdafiəçiləri, 

ekoloji hərəkət tərəfdarları sahibkarları sosial məsuliyyət məsələləri ilə 

daha dərindən məşğul olmağa çağırırlar. Biz bu problemin iki aspektinə 

baxaq: 

1)

 



öz  fəaliyyətinin  ekoloji  nəticələrinə  görə  menecerin 

məsuliyyəti; 

2)

 

istehlakçılar qarşısında məsuliyyət. 



Ətraf mühitin çirklənməsi. Yaşayışın təbii mühiti olan təmiz hava, 

su, istirahət zonaları bizim böyük var-dövlətimizdir. Təbiət çox incədir: 

su və hava çirklənir, meşələr qırılır və bütün bunların hamısında biznesi 

günahlandırırlar.  Biznes  əsasən  iki  səbəbdən  dolayı  tənqid  edirlər. 

Birincisi,  müəssisələr  özü-özlüyündə  ətraf  mühitin  çirklənməsinin  və 

təbiətin  dağıdılmasının  mənbəyi  hesab  olunur.  İkincisi,  ətraf  mühitin 

çirklənməsinin xeyli hissəsinin istehlakçıların vicdanı ilə bağlı olduğuna 

baxmayaraq  sahibkarları  ekoloji  cəhətdən  təmiz  olmayan  məhsullar 

istehsalında günahlandırırlar. Əsas kimi də qeyri-qənaətcil avtomobillər 

119 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə