Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə41/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   37   38   39   40   41   42   43   44   ...   357

Təşkilatın u6ur qazanmasının tərkib hissələri 

davranışı;  3)rəhbərin,  lider  rolunda  fəaliyyət  göstərən  menecerlərin 

davranışı və onların ayrı-ayrı insanların və qrupların davranışına təsiri. 

İnsanlar daha əyani şəkildə özlərinin fərdi qabiliyyətləri və onlara 

xas olan digər keyfiyyətlərinə görə bir-birlərindən fərqləndirilir. 

Demək olar ki,  təşkilatlar bütün  hallarda konkret işçilərin  hansı 

vəzifəni tutacağı və hansı işləri yerinə yetirəcəyi məsələləri həll edərkən 

onların  qabiliyyətlərinin  müxtəlif  olmasından  istifadə  edirlər 

(yararlanırlar). 

Menecerlər  təşkilatın  qarşıya  qoyduqları  məqsədlərə  effektiv 

şəkildə çatmaq istiqamətində heyətin səylərini koordinasiya etmək üzrə 

işlərində  işçilərin  şəxsiyyətini,  onların  tələblərini,  arzularını  (nə 

gözlədiklərini) və digər dəyərlərini mütləq nəzərə almalıdırlar. 

Tələbat dedikdə nəyinsə çatışmadığının psixoloji və ya funksional 

cəhətdən hiss edilməsi başa düşülür. Keçmiş təcrübəyə əsaslanaraq və 

cari situasiyanı qiymətləndirərək insanlar öz davranışlarının nəticələrinə 

münasibətdə  müəyyən  gözləmələri  nəzərdə  tuturlar.  Dərk  etmə 

gözləməyə  və  davranışın  yerdə  qalan  digər  aspektlərinə  güclü  surətdə 

təsir göstərir. 

Ətraf  mühitin  bu  və  ya  digər  amillərinin  təsirinin  azaldılması 

zamanı  konkret  insan  və  ya  hissin  ifadəsi  olan  münasibətlər  tələbatın 

formalaşmasmda  mühüm  rol  oynayır.  Dəyərlər  dedikdə  insan  həyatı 

üçün  nəyin  yaxşı  və  nəyin  pis  olduğu  və  ya  əhəmiyyətsiz  olduğu 

məsələlər üzrə ümumi etibar, inam başa düşülür. 

Şəxsiyyət  ayrı-ayrı  insanların  xarakteri  və  onların  davranışı 

vasitəsilə  büruzə  verir.  Onun  malik  olduğu  xarakter  və  davranış  elə 

qruplaşır  ki,  bu  həmin  şəxsin  ətraf  mühitə  uyğunlaşmasının  unikal 

xarakterini əks etdirir. 

Təşkilatın bütün daxili dəyişənləri  - məqsəd, struktur, vəzifələr, 

texnologiya və insanlar - bir-birilə qarşılıqlı şəkildə əlaqədədir. Məcmu 

halda onlara sosial texniki yarımsistem kimi baxılır. Onlardan hər hansı 

birinin  dəyişməsi  müəyyən  dərəcədə  yerdə  qalan  digər  amillərin 

hamısına təsir göstərir. 

§4. Təşkilatın uğur qazanmasının tərkib hissələri 

Müvəffəqiyyət  (uğur)  qazanmaq  arzusu  demək  olar  ki,  bütün 

təşkilatleır üçün xarakterikdir. Lakin, müvəffəqiyyətə nail olunduğunu 

və ya ona nail olmaq üçün hansı işlərin yerinə yetirilməsinin zəruri 

109 



Təşkilat menecmentin obyekti kimi 

olduğu haqqmda qərar vermək üçün biz müvəffəqiyyətin nə olduğunu 

müəyyən  etməliyik.  Əgər  soruşsaq  ki,  hansı  təşkilatı  müvəffəqiyyət 

qazanan  təşkilat  hesab  etmək  olar,  onda  insanların  əksəriyyəti  adları 

hamıya  yaxşı  məlum  olan  nəhəng  təşkilatların  adlannı  sadalamağa 

başlayacaqlar.  Lakin,  əgər  biz  Sizin  mülahizələrinizlə  razılaşsaq  onda 

görərik  ki,  təşkilatın  ölçüsü  və  onun  gəlirliyi  heç  də  həmişə 

müvəffəqiyyətin  kriteriyası  hesab  edilə  bilməz.  Məlum  olduğu  kimi 

təşkilat  müəyyən  məqsədlərin  reallaşdırılması  üçün  fəaliyyət  göstərir. 

Və əgər, böyük həcmdə müvəffəqiyyətə nail olmaq məqsədlərdən biri 

deyildirsə,  onda  kiçik  biznesi  də  iri  təşkilatlarm  nə  dərəcədə  uğurla 

fəaliyyət göstərdiyi kimi qəbul etmək olar. 

Beləliklə, təşkilatı o zaman uğur qazanmış hesab edirlər ki, o öz 

məqsədinə  çatmış  olsun.  Təşkilatın  müvəffəqiyyət  qazanmasını  təmin 

edən  tərkib  hissələr  özündə  aşağıdakıları  birləşdirir:  l)mövcud  olmaq 

(yaşamaq)  qabiliyyəti;  2)  nəticəlik  və  effektivlik;  3)qəbul  edilən 

qərarlarm praktiki olaraq reallaşdıniması. 

Yaşama  (mövcud  olma).  Bir  sıra  təşkilatlar  özlərinin 

buraxılmasmı  (ləğv  edilməsini)  əvvəlcədən  nəzərdə  tutulan  bir  sıra 

məqsədlərə  nail  olduqdan  sonra  planlaşdırırlar.  Belə  təşkilatlara  misal 

olaraq konkret  məqsədlərin  yerinə  yetirilməsi  üçün  yaradılan istənilən 

hökumət  komissiyasmı  göstərmək  olar.  Daha  çox  yanaşmaq,  mövcud 

olmaq  əksər  təşkilatlarm  birinci  dərəcəli  vəzifəsidir.  Bu  sonsuzluğa 

qədər mövcud olmaq potensialma malikdir. Tarixdən bir sıra hökumət 

təşkilatlannm  yüz  illər  ərzində  mövcud  olması  məlumdur.  Lakin, 

qeyri-stabil xarici mühitlə xarakterizə olunan müasir mürəkkəb şəraitdə 

mövcud olmaq (yaşamaq) üçün demək olar ki, bütün təşkilatlar vaxtaşu-ı 

olaraq  öz  istehlakçıları  üçün  yeni  növ  məhsullar  hazırlayır  və  ya 

xidmətlər göstərirlər. 

Nəticəlik  (qətedicilik)  və  effektivlilik.  Uzun  müddət  ərzində 

uğurla fəaliyyət göstərmək, mövcud olmaq və öz məqsədlərinə çatmaq 

üçün  təşkilat  həm  effektli  fəaliyyət  göstərməli  və  həm  də  müəyyən 

nəticələr əldə etməlidir. 

İdarəetmənin  nəticəliyi  (qətediciliyi)  -  bu  idarəetmənin 

məqsədinə nail olmaq dərəcəsi, idarə olunan obyektin gözlənilən (arzu 

edilən)  vəziyyətidir.  O,  idarəetmə  obyektinin  çıxış  göstəricilərinin 

qiyməti ilə müəyyən edilir. 

Effektivlik - alınmış iqtisadi effektin, nəticənin bu nəticənin əldə 

edilməsini  şərtləndirən  resurslara  və  xərc  amillərinə  olan  nisbəti  ilə 

xarakterizə edilən iqtisadi proqram və tədbirlərin, iqtisadi 

110 



Təşkilatın u£ur gazanmasmın tərkib hissələri 

fəaliyyətin nəticəliyidir. Eyni zamanda effektivlik müəyyən dəyəri olan 

resursları  tətbiq  etməklə  daha  böyük  həcmdə  istehsala  nail  olmaq 

deməkdir. 

Məhsuldarlıq.  Effektivliyi  adətən  kəmiyyətcə  ölçmək  və  ifadə 

etmək  olar.  Çünki,  onun  giriş  və  çıxış  qiymətlərini  pulla  ifadə  etmək 

olar.  Təşkilatın  nisbi  effektliliyini  onun  məhsuldarlığı  adlandırırlar. 

Məhsuldarlıq kəmiyyət göstəricilərində ifadə olunur. 

Məhsuldarlıq - bu çıxışda olan məhsul vahidi miqdarının girişdə 

olan məhsul vahidi miqdarma nisbətidir. Məhsuldarlığm mühüm tərkib 

hissəsi  keyfiyyətdir.  Təşkilatm  bütün  səviyyələrindəki  məhsuldarlıqı 

rəqabət  şəraitində  təşkilatın  davam  gətirməsi  və  uğur  qazanması  üçün 

son dərəcədə vacib amildir. Seçim azadlığı olan potensial alıcı şübhəsiz 

ki, məhsuldar təşkilatların məhsullarma üstünlük verirlər. Sadəcə olaraq 

ona görə ki, həmin təşkilatların buraxdığı məhsullar daha keyfiyyətlidir. 

Böyük həcmdə satış daha məhsuldar olan təşkilatlara böyük məbləğdə 

pullar  verir.  Sonradan  həmin  pullar  yeni  resurslara,  yaxşı  zavodlara, 

yaxşı avadanlıqlara, yaxşı texnologiyaya qoyularaq məhsuldarlığm daha 

da  yüksəldilməsinə  kömək  edir,  və  əgər,  təşkilatlar  arasmdakı 

məhsuldarlıq  fərqi  həddən  artıq  böyük  olursa  onda  az  məhsuldarlığa 

malik olan təşkilatlar son nəticədə müvəffəqiyyətsizliyə uğrayır. 

Məhsuldarlığm aşağı düşməsinin verə biləcəyi mənfi nəticələrin 

ciddiliyi  sözün  həqiqi  mənasmda  qlobal  xarakter  almağa  başlayan 

rəqabətin  güclənməsində  özünü  bünızə  verir.  Demək  olar  ki,  hər  il 

texnikanm inkişafmda baş verən uğurlar bizim dünyamızı necə deyərlər 

ölçüsünə görə kiçildir. Siyasi amillər isə xarici rəqiblərdən yerli biznesin 

mənafeyini qorumaq  üçün ona daldalanacaq kimi  baxılmasmı  daha da 

çətinləşdirir. 

Menecerlər  məhsuldarlıq  sahəsində  təşkilatm  məqsədinin  necə 

olmasını  həll  edirlər;  menecerlər  təşkilatda  məhsul  əldə  edilməsinin 

hansı metodlarmdan istifadə edilməsi məsələsini həll edirlər; menecerlər 

məhsuldarlığı  yüksəltməyə  işçiləri  maraqlandırmaq  üçün  təşkilatda 

hansı stimullaşdırma formasmm tətbiq edilməsi məqsədini həll edirlər. 

Təşkilatm  işləyib  hazırladığı  siyasət  vasitəsilə  və  şəxsi  nümunələri 

vasitəsilə rəhbərlik təşkilatm işinə istiqamət verirlər; təşkilatm öz işində 

keyfiyyətə  və  istehlakçılara  orientasiya  etməyi  və  ya  onlara  etinasız, 

həvəssiz qalmağı müəyyən edir. 

Qəbul  edilən  qərarlarm  praktiki  olaraq  reallaşdırılması.  Bu 

müvəffəqiyyətə  istiqamətlənmiş  idarəetmə  haqqmda  danışarkən  bizim 

daima yadda saxlamalı olduğumuz ən mühüm momentdir. 

111 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə