Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə42/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   38   39   40   41   42   43   44   45   ...   357

Təşkilat menecmentin obyekti kimi 

İdarəçilik qərarları nəzəri cəhətdən nə qədər yaxşı əsaslandırılmış 

olsa və tədqiqatlarla möhkəmləndirilmiş olsa belə özündə yalnız ideya 

və fikirləri əks etdirir. İdarəetmənin məqsədi isə real işi real adamların 

köməyi ilə yerinə yetirməkdir. Reallaşan, effektli və qənaətbəxş şəkildə 

hərəkətə  çevrilən  qərarlar  uğurlu  qərarlar  hesab  edilif.  Qərarın  qəbul 

edilməsi  ilə  onun  reallaşdırılması  arasında  böyük  bir  məsafə  vardır. 

Müvəffəqiyyət qazanmağın sadə və etibarlı formulası yoxdur. 

Ümumiləşdirmə  (ümumi  nəticə  çıxarma).  Təşkilatın  uğur 

qazanmasını nəzərdə tutaraq onun idarə edilməsində aradan qaldırılması 

zəruri  olan  əsas  problem  mürəkkəb  təşkilatın  həqiqətən  də  mürəkkəb 

olmasındadır.  Təşkilatın  özünün  daxilində,  təşkilatlar  arasında,  onun 

xarici  mühitində  nə  baş  verdiyini,  hətta  menecerlərin  hansı  işlərlə 

məşğul  olduqlarını  təsəvvür  etmək  çətindir.  Hamıya  xas  olan  ümumi 

xarakteristikalarm  müəyyən  edilməsi  təşkilatm  idarə  edilməsinin  son 

dərəcədə  mürəkkəb  vəzifələrini  ixtisar  etməyə  və  azaltmağa  kömək 

edərək onları insan ağlının qəbul edə biləcəyi həddə qədər sadələşdirir. 

Ümumiləşdirmə bütövlükdə rəhbərin yerinə yetirdiyi işləri görməyə və 

bu işin komponentlərinin qarşılıqlı təsirini izləməyə imkan verir. 

Bütün  təşkilatlar  bir  çox  ümumi  xarakteristikaya  malik 

olduğundan  biz  təşkilatların  uğur  qazanmasına  təsir  edən  modellər  və 

amillər  diaqramını  işləyib  hazırlaya  bilərik.  Çox  dəqiq  olmasalar  da 

modellər təşkilatın öz daxilində, təşkilatlar arasında və onu əhatə edən 

aləmdə  baş  verən  mürəkkəb  qarşılıqlı  təsirləri  dərk  etməkdə,  başa 

düşməkdə  faydalı  olur.  Həmçinin,  bütün  formal  təşkilatlarda  tətbiq 

edilən  idarəetmə  prosesinin  bütövlükdə  müəyyən  edilməsi  də 

məqsədəuyğundur.  Məsələn,  idarəetmənin  kommunikasiya  prosesi  və 

qərarların qəbulu ilə əlaqədar olan planlaşdırma, təşkiletmə, motivasiya 

və nəzarətin proses İdmi başa düşülməsi. 

Situasivalı  vanasma.  İdarəçilik  funksiyalarını  icra  edərkən 

təşkilatda arasmdakı müxtəlifliyə diqqət yetirmək vacibdir. Bunu adətən 

situasion  dəyişənlər  adlandırırlar.  Situasion  dəyişənlər  iki  əsas 

kateqoriyaya bölünür: l)daxili və 2)xarici dəyişənlərə. 

Daxili dəyişənlər - təşkilatın xarakteristikasını əks etdirir. Daxili 

dəyişənlər özündə təşkilatın məqsədini, resurslarını, ölçüsünü, əməyin 

üfüqi və şaquli bölgüsünü, insanları birləşdirir. Bu dəyişənlər müxtəlif 

dərəcədə  nəzarət  oluna  biləndir  və  onlar  təşkilatın  nə  etməli  olduğu, 

habelə bu təşkilatda zəruri işlərin kimin yerinə yetirməsi ilə bağlı olan 

idarəçilik qərarlarınm nəticəsidir. Daxili dəyişənlərə 

112


 


Təşkilatın ugur qazanmasının tərkib hissələri 

münasibətdə rəhbərlərin qəbul etdikləri qərarlar digərləri ilə müqayisədə 

bu  təşkilatın  nə  dərəcədə  effektiv,  məhsuldar  və  qanedici  (nəticəli) 

olacağını müəyyən edir. 

Xarici  dəyişənlərə  -  təşkilatdan  kənarda  fəaliyyət  göstərən  və 

onun  müvəffəqiyyət  qazanmasına  ciddi  şəkildə  təsir  göstərən  mühit 

amilləri daxildir. Xarici dəyişənlərə iri rəqiblər, texnika və texnologiya 

əldə edilməsi mənbələri, sosial mədəni amillər, dövlət tənzimlənməsi və 

s.  aiddir.  Bu  amillər  rəhbərliyin  nəzarətindən  kənardadır.  Lakin  əgər 

təşkilat uğur qazanmaq istəyirsə onda o ,bu amillərə və konkret xarici 

mühitdə onlann dəyişməsinə reaksiya verməlidir. Təşkilatm bu amillərə 

adekvat reaksiya verməsi üçün xarici mühitin təşkilata müxtəlif dərəcədə 

təsir  etdiyini  rəhbərin  bilməsi  lazımdır.  Bu  müxtəliflik  həm  müxtəlif 

dəyişikliklərin təşkilata təsirinin dərinliyində və həm də sürətində ifadə 

olunur. Çünki, təşkilatın xarici mühitinin dəyişməsi ilə onu əhatə edən 

mühit dəyişir. 

Məsələn,  XX  əsrin  90-cı  illərindəki  aqrar  böhran  ASK 

müəssisələrinin  fəaliyyətinə  ciddi  şəkildə  təsir  göstərdi.  XX  yüzilliyin 

90-cı  illərində  Azərbaycandakı  aqrar  böhrana  ümumi  nəzər  salsaq 

demək olar ki, onun yaranmasında və inkişafında bütün nəzəriyyələr öz 

yerini  tapa  bilir.  Lakin,  burada  həmin  böhranı  doğuran  qlobal  anlayış 

haqqında, başqa sözlə siyasi sistemin dağılması və onun aqrar sferadakı 

böhranın  inkişafma  təsiri  haqqında  danışmaq  daha  doğru  olardı.  XX 

əsrin  90-cı  illərindən  başlayaraq  kənd  təsərrüfatı  istehsalının  əsas 

amilləri  son  dərəcədə  neqativ  istiqamətdə  dəyişməyə  başladı.  Belə  ki, 

sahədəki  əsas  və  dövriyyə  istehsal  vasitələri,  xüsusilə  də  onun  aktiv 

hissəsi  -  maşınlar,  texnika,  avadanlıq,  gübrə,  yanacaq,  yem  istehsalı 

azalmağa  başladı;  torpaqlar  kənd  təsərrüfatı  dövriyyəsindən  çıxmağa 

başladı, əmək resurslarmdan istifadə aşağı düşdü. İstehsalın əsas amilləri 

nəyinki  bərpa  olunmurdu,  əksinə  ildən-ilə  onun  mütləq  qiyməti  son 

dərəcədə qəbul olmayan yüksək templə aşağı düşürdü. 

Ümumi  məhsulun  maya  dəyəri  kəskin  şəkildə  artmağa  başladı. 

Hesablamalar göstərir ki, maya dəyəri təqribən 2,0 dəfə məhsul istehsalı 

həcminin aşağı düşməsi hesabına yüksəlmişdi. Maya dəyərinin artımının 

yerdə  qalan  hissəsi  isə  əmək  haqqı  səviyyəsinin  yüksəlməsi, 

amortizasiya  ayırmalarmın  artımı,  digər  xərclərin  artımı  hesabına,  ən 

başlıcası isə kənd təsərrüfatına satılan material resurslarının qiymətinin 

artması hesabına olmuşdu. 

Xüsusilə də sənaye resurslarmın qiymətinin artması kənd 

113 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə