Menecmentin təskilati formaları
aşağıdakı növləri fəaliyyət göstərir:
-
əmlakı tamamilə dövlətə məxsus olan müəssisələr;
-
səhmlərinin nəzarət paketi dövlət orqanlarma məxsus olan
müəssisələr.
Dövlət müəssisəsi Azərbaycan Respublikası qanunvericiliyinə
görə dövlət əmlakmı idarə etməyə vəkil edilən dövlət orqanları
tərəfindən yaradıla bilər. Belə müəssisə mülkiyyətçi tərəfindən ona
verilmiş hüquqlar çərçivəsində təhkim edilmiş əmlak üzərində sahiblik,
istifadə və sərəncam fəaliyyətini həyata keçirir.
Dövlət müəssisələrini digər müəssisələrdən fərqləndirən bir sıra
xarakterik xüsusiyyətlər vardır:
-
dövlət müəssisələrində təsərrüfatçılığın əsasını unitar
prinsiplər təşkil etdiyi halda, digər müəssisələrdə təsərrüfatçılığın
əsasmı korparativlik prinsipləri təşkil edir. Müəssisənin unitarlığı
prinsipi
0
, deməkdir ki, müvafiq təşkilat ona təhkim olunmuş əmlakın
mülkiyyətçilər arasında bölüşdürülməsi hüququna malik deyildir. Bu
əmlakın mülkiyyətçisi həmin təşkilatın təsisçisi, başqa sözlə dövlətdir;
-
dövlət müəssisəsinin əmlakı bölünməzdir və heç bir şəraitdə
əmanətlərə, hissələrə, paylara, həmçinin dövlət müəssısəsinüı işçiləri
arasmda bölüşdürülə bilməz;
-
dövlət müəssisəsinm xüsusi (əsas) əmlak statusu onun
təsisçilərinin mülkiyyət hüququnu özündə saxlamasmdadır və yalnız
məhdud əşya hüququ ilə əmlakın dövlət müəssisəsinə təhkim
edilməsindən ibarətdir;
-
dövlət müəssisələrmin idarə edilməsinin də bir sıra fərqləndirici
xüsusiyyətləri vardu*. Belə müəssisənin orqanı təkbaşına rəhbərdir. O,
mülkiyyətçi tərəfindən və ya bu orqanın səlahiyyətli mülkiyyətçisi
tərəfindən təyin edilir və onun qarşısında hesabat verir.
Dövlət müəssisələri təsisçilərin verdiyi hüquqdan asılı olaraq iki
kateqoriyaya bölünür:
-
təsərrüfatı aparmaq hüququ;
-
operativ idarəetmə hüququ.
Təsərrüfatı aparmaq və operativ idarəetmə hüququ klassik bazar
iqtisadiyyatı olmayan ölkələrdə əşya hüququnun xüsusi növlərindən
biridir. Onlar hüquqi şəxslərin - qeyri mülkiyyətçilərin mülki hüquqi
münasibətlərdə müstəqil iştirakı üçün əmlak bazası rolunu oynayır.
Təsərrüfatı aparmaq hüququ dedikdə bu dövlət müssisəsinə
qanunverici orqan tərəfindən qəbul edilmiş qanunlar və digər hüquqi 134
Yoldaşlıq müəssisələrinin təşkili və idarə edilməsi
aktlar çərçivəsində mülkiyyətçinin əmlakını əldə etmək, ondan istifadə
etmək və ona sərəncam vermək hüququnu nəzərdə tutur.
Operativ idarəetmə hüququ dedikə isə fəaliyyət məqsədinə,
mülkiyyətçinin tapşırığma və mülkiyyətin təyinatına uyğun olaraq
müəyyən edilmiş qanun çərçivəsində mülkiyyətçinin ona tapşırılmış
əmlakından istifadə etmək və ona sərəncam vermək hüququ olan
müəssisə başa düşülür.
Təsərrüfatı aparmaq hüququ ilə operativ idarəetmə hüququ
arasmdakı fərq müəssisənin mülkiyyətçidən aldığı səlahiyyətin
məzmunundan və həcmindən asılıdır. Təsərrüfatı aparmaq hüququ
operativ idarəetmə hüququndan genişdir. Başqa sözlə təssərrüfatı
aparmaq hüququ əsasında fəaliyyət göstərən müəssisələr idarəetmədə
operativ idarəetmə hüququna əsaslanan müəssisələrə nisbətən daha çox
müstəqilliyə malikdirlər.
Təsərrüfatı aparmaq hüququna əsaslanan dövlət müəssisəninin
təsisçiləri müəssisənin iflasa uğraması təsisçilərin günahı üzündən baş
verməsi halı istisna olmaqla müəssisənin öhdəlikləri üçün cavabdehlik
daşımırlar. Dövlət müəssisələrinin müflisləşməsi zamanı Azərbaycan
Respublikası təsisçisi kimi onun əmlakı kifayət etmədikdə belə
müəssisələrin öhdəlikləri üçün subsidar məsuliyyət daşıyır. Buradan belə
bir nəticə çıxır ki, operativ idarəetmə hüququna əsaslanan dövlət
müəssisəsi prinsipcə iflasa uğraya bilməz.
§4. Yoldaşhq müəssisələrinin təşkili və idarə edilməsi
Menecmentin təşkilati formalarından biri də yoldaşlıq
müəssisələridir. Yoldaşlıq müəssisələrində həm istehsal fəaliyyətinin
təşkili həm də nizamnamə kapitalının formalaşması iki və daha çox
şəxsin (fiziki və ya hüquqi) birgə səyi və vəsaiti ilə həyata keçirilir.
Onlardan hər biri müəyyən hüquqlara malik olur və müəyyən məsuliyyət
daşıyırlar. Bu hüqüq və məsuliyyət dərəcəsi onların hər birinin
nizamnamə kapitalmdakı payının həcmindən və belə yoldaşlıq
müəssisəsinin idarə edilməsi strukturunda tutduğu yerdən asılıdır.
Məsələn Siz dostunuzla hər hansı bir müəssisə yaradırsınız və ora
1,5 milyon manat vəsait qoyursunuz, dostunuz isə 1,0 milyon manat
vəsait qoyur. Bu o, deməkdir ki, nizamnamə kapitalının 60 faizi Sizə, 40
faizi isə dostunuza məxsusdur. Əgər sonradan ya Siz, ya da ki, dostunuz
əlavə vəsait qoymursunuzsa, onda alınan xalis mənfəət hər birinizin
qoyduğunuz paya müvafiq olaraq
135
Menecmentin təşkilatı' formaları
bölüşdürüləcəkdir. Yəni Sizə 60 faiz və dostunuza isə 40 faiz. Eyni
zamanda zəruri hallarda (məsələn, müəssisənin! zərərli fəaliyyət
göstərdiyi dövrlərdə) Sizin hər biriniz qoyduğunuz kapitala uyğun
olaraq məsuliyyət daşıyırsınız.
Yoldaşlıq müəssisələri aşağıdakı şəxslər tərəfindən yaradıla
bilər:
1)
fərdi şəxslər tərəfindən;
2)
fərdi şəxslər və kommersiya təşkilatları tərəfindən;
3)
kommersiya təşiklatları tərəfindən
Mülki Məcəlləyə görə nizamnamə kapitalı təsisçilərin
(iştirakçıların) payına bölünən kommersiya təşkilatları təsərrüfat
yoldaşlığı və ya cəmiyyət hesab olunur.
Təsərrüfat yoldaşlığı və cəmiyyətin ümumi əlamətləri
aşağıdakılardır:
1
- təsisçilərin əmanəti, həmçinin onun fəaliyyəti prosesində
təsərrüfat yoldaşlığı və cəmiyyətin əldə etdiyi vəsait hesabına yaradılan
əmlak ona mülkiyyətçi hüququ verir;
2
- bütün onlar hamısı ümumi hüquqi səlahiyyətə malik olan
kommersiya təşkilatları hesab olunur;
3
- cəmiyyət və yoldaşlıq hüquqi şəxs kimi digər cəmiyyət və
yoldaşlıq müəssisələrinin iştirakçısı ola bilər;
4
- cəmiyyət və yoldaşlıq müəssisələri öz əmlaklarınm
mülkiyyətçiləri olduğuna görə cəmiyyətə münasibətdə onun iştirakçıları
(təsisçiləri) məsuliyyət xarakterli hüquqlara malikdir. Onlar əmlak
üzərində əşya hüququna malik deyillər.
Təsərrüfat yoldaşlığı və cəmiyyət təsərrüfatçılığın təşkilati-
hüquqi formasına görə bir-birinə yaxındırlar. Bu da bir növün digərinə
çevrilməsinə imkan verir. Lakin onlan bir-birindən fərqləndirən
əhəmiyyətli fərqləri də vardır: Belə ki, əgər yoldaşlıq şəxslərin
birləşməsidirsə, cəmiyyət kapitalların birləşməsidir. Bu əsas fərqə görə
də cəmiyyət və yoldaşlığın müxtəlif hüquqi vəziyyətləri müəyyən edilir;
5
- iştirakçıları sahibkarlıq fəaliyyəti ilə məşğul olmalı olan
yoldaşlıqda yalnız fərdi sahibkarlar və ya kommersiya təşkilatları iştirak
edə bilərlər;
6
- cəmiyyət bir nəfər tərəfindən yaradıla bilər, yoldaşlıq isə
yox.
Təsərrüfatçılığın bu formaları üzərində daha ətraflı dayanaq.
Mülki Məcəlləyə görə təssərrüfat yoldaşlığı tam yoldaşlığa və
inama əsaslanan (kommandit) yoldaşlığa bölünə bilər. Bunu əyani 136
Dostları ilə paylaş: |