Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə51/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   47   48   49   50   51   52   53   54   ...   357

Yoldaşlıq müəssisələrinin təşkili və idare edilməsi 

şəkildə aşağıdakı sxemdən görmək olar, (şəkil 4.1.) 

 

Şəkil 4.1. Təsərrüfat yoldaşlığının növləri 



İştirakçılar  arasında  bağlanmış  müqaviləyə  uyğun  olaraq 

yoldaşlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ona məxsus 

olan  əmlakın  öhdəlikləri  üçün  məsuliyyət  daşıyan  yoldaşlıq  tam 

yoldaşlıq kimi qəbul edilir. 



Tam  yoldaşlıq. 

Hansı  hüquqi  nəticələr  verməsindən  asılı 

olmayaraq tam yoldaşlıq birliklərin arzuolunmaz forması kateqoriyasına 

aiddir.  Ona  görə  ki,  bu  forma  məsuliyyətin  qeyri-  məhdud  olmasını 

nəzərdə mtur. Tam yoldaşlığın öhdəliklərinə görə tam yoldaşlar adlanan 

onun  üzvləri  özlərinin  bütün  əmlakları  ilə  məsuliyyət  daşıyırlar.  Belə 

yoldaşlıqdakı  məsuliyyət  subsidar  (maddi  yardım  vermək)  xarakter 

daşıyır. Bu nə deməkdir? 

Fərz edək ki, tam yoldaşlıq müəssisəsi üç tam yoldaş tərəfindən 

yaradılmışdır və onların pay bölgüsü aşağıdakı kimidir (şəkil 4.2.). 

Şərikli kapital 

 _____  __________ J _________________ 

 

 

I iştirakçı -40 % 



1 II iştirakçı - 25% 

III iştirakçı 35% 

Şəkil 4.2. Tam yoldaşlığın pay bölgüsü 

Onu da fərz edək ki, məsuliyyət daşınması anında şərikli kapital 

həcmindən  çox  olan  iddianı  ödəmək  üçün  üçüncü  iştirakçının  heç  bir 

mülkiyyəti yoxdur. Bu zaman üçüncü iştirakçının məsuliyyət payı birinci 

və ikinci iştirakçının arasında bölüşdürülür. Yox əgər ikinci iştirakçının 

üçüncü  iştirakçı  kimi  məsuliyyət  daşımaq  üçün  heç  bir  mülkiyyəti 

yoxdursa onda məsuliyyəti şərikli kapitalda malik olduğu 

137 



Menecmentin təşkilatı formalan 

paydan asılı olmayaraq birinci tam yoldaş daşıyır. 

Subsidar  (maddi  yardım  vermək)  məsuliyyət  əsas  borclu  kimi 

digər şəxslərin də əlavə məsuliyyətini daşıyan şəxsə qarşı iddia sürənə 

qədər  kreditorun  əsas  borcluya  iddia  sürməsini  nəzərdə  tutur.  Əgər 

sonuncu irəli sürülən iddianın ödənilməsindən imtina edərsə və ya belə 

tələbə (iddiaya) cavab verməzsə kreditorun subsidar məsuliyyət daşıyan 

şəxsə bu iddia ilə müraciət etmək hüququ vardır. 

Hər  bir  tam  yoldaş  tam  yoldaşlıq  adından  özünün  sahibkarlıq 

fəaliyyətini  həyata  keçirə  bilər.  Şərikli  kapital  hər  bir  iştirakçının 

paylarından  formalaşır.  Beləliklə,  tam  yoldaşlıq  -  bu  öz  aralarındakı 

müqavilə əsasında birgə təsərrüfatçılıq fəaliyyəti həyata keçirmək üçün 

bir  neçə  fiziki  və  hüquqi  şəxsin  birləşməsi  deməkdir.  Lakin  tam 

yoldaşlıq  hüquqi  şəxs  statusuna  malik  deyildir  və  onların  üzvləri 

özlərinin  hər  biri  tam  müstəqilliyini  saxlayırlar.  Amma,  yoldaşlığın 

öhdəlikləri  üzrə  özlərinin  bütün  əmlaklan  ilə  həmrəy  məsuliyyət 

daşıyırlar. 

Bu  qəbildən  olan  yoldaşlığı  bir  sıra  ölkələrdə  (Almaniyada, 

Avstriyada)  açıq  ticarət  yoldaşlığı  adlandırırlar.  Belə  yoldaşlığın 

təşkilinə  bir  sıra  MDB  respublikalarmda  olduğu  kimi  Azərbaycan 

Respublikasında  da  icazə  verilmişdir.  Başqa  bir  qisim  ölkələrdə 

yoldaşlığm  digər  növlərinin  vətəndaş  hüquqlan  cəmiyyəti  (Avstriya); 

vətəndaş  kodeksi  cəmiyyətin  (Almaniya)  və  ya  sadə  cəmiyyətlərin 

(İsveçrə)  təşkili  də  münıkündür.  Onlar  bir  neçə  şəxsin  qeyri-formal 

razılaşmalan nəticəsində müəyyən məqsədə nail olamaq üçün yaradılır. 

Onlar hüquqi şəxs statusuna malik deyillər. Onu təmsil edən şəxslərin 

səlahiyyətlərini  yoxlamaq  çətindir,  çünki  belə  cəmiyyətlər  ticarət 

reystrinə daxil edilmir. 

Tam  yoldaşlıq  müəssisələri  hər  hansı  bir  layihənin 

reallaşdınlması  məqsədi  ilə  təsis  edilə  bilər.  Məsələn,  iri  inşaat  işləri 

yerinə  yetirərkən  və  ya  bir  neçə  bank  tərəfindən  böyük  həcmdə 

kreditləşmə  həyata  keirərkən.  Belə  yoldaşlıq  müəssisələri  həmçinin 

konsorsium formasında da yaradıla bilər. 

Konsorsium  -  bu  hər  hansı  bir  layihəni  (başlıca  olaraq  iri 

miqyaslı  layihələr)  reallaşdırarkən  iki  və  daha  çox  şəxsin  (hər  şeydən 

əvvəl hüquqi şəxslərin) qüvvələrini birləşdirmək sahəsindəki müvəqqəti 

razılaşmalannı  əks  etdirir.  Konsorsiumda  üzvlük  könüllüdür.  Yəni 

konsorsiumun  hər  hansı  bir  üzvü  istənilən  vaxt  onun  tərkibindən  çıxa 

bilər. Yadda saxlamaq lazımdır ki, bu birlik müvəqqəti xarakter daşıyn 

və bir qayda olaraq hüquqi şəxs statusu alımırlar. Lakin, bunun əksi də 

ola bilər. 

138 



Yoldaşlıq müəssisələrinin təşkili və idara edilməsi 

Tam yoldaşlığm firma adı ya onun bütün iştirakçılarının adını və " 

tam yoldaşlıq " sözünü, ya da ki, bir və ya bir neçə iştirakçının adma "və 

kampaniya" yaxud da " tam yoldaşlıq " sözü əlavə edilməklə müəyyən 

edilir. 

Tam  yoldaşlıq  müəssisəsi  təsis  müqaviləsi  əsasında  yaradılır  və 

fəaliyyət  göstərir.  Bu  müqaviləni  iştirakçıların  hamısı  imzalamalıdır. 

Tam yoldaşlığın fəaliyyətinin idarə edilməsi bütün iştirakçıların ümumi 

razılığı ilə həyata keçirilir. Tam yoldaşlığın təsis müqaviləsində qərarları 

iştirakçıların əsas səs çoxluğu ilə qəbul edilməsi halları da göstərilə bilər. 

Tam  yoldaşlığın  hər  bir  iştirakçısı,  əgər  təsis  müqavilsində  səslərin 

hesablanmasının başqa qaydaları nəzərdə tutulmayıbsa bir səsə malikdir. 

Tam  yoldaşlığm  mənfəət  və  itkiləri  əgər  təsis  müqaviləsində  və 

iştirakçılarm digər razılaşmalarında baş qaydalar nəzərdə tutulmayıbsa 

onda  ümumi  kapitala  qoyduqları  paya  görə  onun  iştirakçıları  arasında 

bölüşdürülür. 

Tam  yoldaşlıqda  iştirakçılardan  hər  hansı  birinin  mənfəət  və  ya 

itkilərin bölüşdürülməsində iştirakına imkan verməyən razılaşmalara yol 

verilir. 

Tam yoldaşlığm fərqləndirici xüsusiyyətləri aşağıdakılardır: 

-

 

tam  yoldaşlığın  iştirakçılarının  sahibkarlıq  fəaliyyəti  hüquqi 



şəxs kimi yoldaşlığm özünün fəaliyyəti hesab olunur

-

 



kreditorların  borclarını  ödəmək  üçün  tam  yoldaşlığın  əmlakı 

kifayət  etməzsə  onda  tam  yoldaşlıq  müəssisəsi  bunu  hər  hansı  bir 

iştirakçıdan  (və  ya  bütün  iştirakçılardan)  şəxsi  əmlakı  hesabına 

ödənilməsini  tələb  etmək  hüququ  var.  Buna  görə  də  tam  yoldaşlığın 

fəaliyyəti  onun  bütün  iştirakçılarının  şəxsi-inam  münasibətlərinə 

əsaslanır. Onların itirilməsi və dəyişilməsi tam yoldaşlığın fəaliyyətinin 

dayandırılmasına gətirib çıxarır. 

Kommersiya təcrübəsi göstərir ki, belə yoldaşlıq müəssisələri bir 

çox hallarda ailə sahibkarlığı formasına çevrilir. 

-  Tam  yoldaşlığm  hər  bir  iştirakçısı  tam  həcmdə  yoldaşlıq 

müəssisəsi adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Buna görə də 

tam  yoldaşlıq  müəssisəsinin  yaradılması  və  fəaliyyət  göstərməsi  üçün 

onun idarəetmə orqanlarının səlahiyyətlərini müəyyən edən nizamnamə 

tələb  olunmur.  Belə  kommersiya  təşkilatının  yeganə  təsis  sənədi  təsis 

müqaviləsidir. 

İnama (etibara) əsaslanan yoldaşlıq 

İnama  (etibara)  əsaslanan  yoldaşlıq  dedikdə  müqavilə  əsasmda 

birgə təsərrüfatçılıq fəaliyyəti göstərmək üçün bir neçə fiziki (və ya) 

139 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə