Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə59/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   55   56   57   58   59   60   61   62   ...   357

 

Menecmentin təşkilati formaları 



İki dərəcə arasındakı fərq bankın öz gəliridir, onun mənfəətidir. Bank da məhz 

buna görə bu qəbildən olan hərəkətləri həyata keçirmək üçün fəaliyyət göstərir. 

G* = A - A

 

Burada - bankın mənfətini (gəlirini); 

D,. -

 kredit üzrə ssuda faizinin dərəcəsini

-

 depozit üzrə ssuda faizinin dərəcəsini göstərir. 

Bankın fəaliyyətini sxematik olaraq aşağıdakı şəkildəki kimi təsvir etmək 

olar (şəkil 4.4.). 

Məbləğin  müvəqqəti 

istifadəyə verilməsi 

Məbləğin  müvəqqəti 

istifadəyə verilməsi 

Maliyyə  vəsaitinin 

mülkiyyətçisi 

 

Kommersiya 



bankı 

Maliyyə vəsaitini 

borc götürən 

Əvvəl götürülmüş məbləğin 

müvəqqəti istifadə hüququna görə 

qiymətlə birgə geri qaytan İması 

Əvvəl götürülmüş məbləğin 

müvəqqəti istifadə hüququna görə 

qiymətlə birgə geri qaytaniması 

Banktn gəlirini müəyyən 

etmək üçün qiymətlər 

arastndakt fərqin müəyyən 

edilməsi 

Şəkil 4.4. Bankın fəaliyyət sxemi 

Dərəcələr əməliyyat aparılan məbləğə görə faizlə müəyyən edilir. 

Məsələn, depozit üzrə dərəcə illik 10% həcmində, kredit üzrə 

160 



Banklar ____________________________________________________________________________   

dərəcə 


İSƏ 

İllik  15%  müəyyən  edilə  bilər.  Bu  halda,  əgər  biz  200  pul 

vahidi  həcmində  əməliyyat  aparırıqsa  onda  əmanətçi  1  il  müddətinə 

qoyduğu kapitala görə gəlir şəklində 20 pul vahidi qazanacaqdır. Borclu 

isə banka 1 il ərzində bu məbləğdən istifadə etdiyinə görə bu məbləğə 

əlavə olaraq ödəniş şəklində 30 pul vahidi ödəcəyəkdir. Bu halda bankın 

mənfəəti 10 pul vahidi (30-20) olacaqdır. 

Bu nöqteyi-nəzərdən pul bank üçün əmtəə rolunda (keyfiyyətində) 

çıxış edir. Çünki, bank onu müəyyən müddətə alır və satır. Bu səbəbdən 

belə  əmtəənin  son  dərəcə  spesflk  xüsusiyyətləri  vardır  - 



0

,  kiminsə 

mülkiyyətinə keçmir və onu hökmən qaytarmaq lazımdır. 

Bank  tərəfindən  müştərilərin  kreditləşdirilməsi  müxtəlif 

formalarda (məsələn, lizinq vasitəsilə) həyata keçirilir. Bank müştərilərə 

həmçinin digər 

xidmətləri də (məsələn, qiymətli 

əşyalarm bank seyflərində və özəklərində saxlanılması) də göstərir. Bu 

xidmətlər bir qayda olaraq pullu olur. 

Bank  bunlardan  əlavə  ona  əlavə  mənfəət  gətirən  özünün 

kommersiya fəaliyyətini də həyata keçirir. Bu fəaliyyət əsasən qiymətli 

kağızlar üzrə əməliyyatlarla əlaqədardır. 

Bəzi  hallarda  bank  müştərilər  üçün  digər  hesablar,  məsələn 

kontokorrent  (cari)  hesablar  da  açır.  Kontokorrent  hesab  bankın  öz 

müştəriləri üçün açdığı vahid cari və ssuda hesabıdır. 

Pul cəmiyyətdə yaradılan dəyərlərin ölçü vahididir. Bu onun əsas 

funksiyasıdır.  Pul  vasitəsilə  cəmiyyətdə  istehsal  olunan  və  onun 

sərəncamına  daxil  olan  dəyərlərin  uçotu  həyata  keçirilir.  Əgər 

cəmiyyətdə  yaradılan  dəyərlər  kəmiyyətcə  çoxalırsa,  onda  məbləğin 

uçotunun  böyük  vahidlərindən  (ölçü  vahidlərindən),  başqa  sözlə  pul 

vahidlərindən və ya sadəcə puldan istifadə edilir. 

Bu nöqteyi-nəzərdən biz əmtəə kütləsinin pul  kütləsi  ilə bərabər 

olmasmda  maraqlıyıq.  Çünki,  bu  iki  kateqoriya  arasındakı  tarazlığın 

pozulması əvvəlki formada ölçü vahidindən istifadə edilməsini gərəksiz 

edir. Ona görə də bu ölçü vahidinin formasmı dəyişmək lazım gəlir. Əgər 

pul  kütləsi  əmtəə  kütləsindən  çox  olursa  onda  bu  ölçü  vahidinin 

məzmunu  azalır  və  cəmiyyət  məcburi  olaraq  öz  dəyələrinin  yenidən 

qiymətləndirilməsini  həyata  keçirir.  Bu  bizim  metrin  kəmiyyət 

məzmununun  100  sm-dən  70  sm-ə  qədər  azaltmağımıza  bərabərdir. 

Metrə  münasibətdə  belə  hal  baş  vermir,  çünki  müəyyən  standartlar 

mövcuddur.  Pul  isə  bu  mənada  ölçü  vahidlərinin  ümumi  sistemindən 

kənara  çıxır.  O,  elastikliyi  ilə  fərqlənir  -  bu  ölçü  vahidi  dünənki  ilə 

müqayisədə az (bu tez-tez baş 

161 



Menecmentin təskilati formaları 

verir) VƏ  ya çox (bu isə əhəmiyyətli dərəcədə az baş verir) ola bilər. 

Əmtəə və pul kütləsi arasındakı tarazlığın pozulması o, halda baş verir 

ki, dəyələrin yaradılması prosesinin uçotunda kimsə artıq sıfırlar yazır. 

Yaradılan dəyərlərin ayrı-ayrı müəssisələr miqyasında deyil, bütövlükdə 

cəmiyyət miqyasında uçotu yalnız bir üsulla, yəni bankın istehsalçınm 

hesabına  istehsal  edilən  və  reallaşdırılan  dəyərləri  yazması  yolu  ilə 

həyata  keçirilir.  İstehsal  edilən  əmtəələr  ona  görə  dəyərə  çevrilir  ki, 

kimsə  bu  əmtəənin  haqqını  ödəməyə  razılaşıb,  ya  da  ki,  istehsalçının 

hesabına hansısa məbləğdə vəsait köçürüb. Bu isə yaradılan dəyərlərin 

həqiqi mənzərəsini əks etdirir. 

Belə  əlavə  sıfırları  kim  yaza  bilər?  Ya  Mərkəzi  (Milli)  Bankın 

köməyi ilə kommersiya bankları, ya da ki yenə Mərkəzi (Milli) Bankın 

köməyi  ilə  hökumət.  Məsələ  ondadır  ki.  Mərkəzi  (Milli)  Bankın 

hesabat-kassa  mərkəzində  (MBHKM)  hər  bir  kommersiya  bankının 

müxbir hesabı, başqa sözlə hər bir bankın hesabı vardır. Bu hesablardan 

bankların  keçirdiyi  qarşılıqlı  hesablaşmalara  və  bütövlükdə  ölkədəki 

maliyyə vəziyyətinə nəzarət etmək üçün istifadə edilir. 

Maliyyə hesablaşmaları sistemini sxematik olaraq aşağıdakı kimi 

təsvir etmək olar (şəkil 4.5). 

MBHKM  belə  situasiyalarda  müəyyən  müştərinin  hesabına  bu 

müştərinin bankdakı müxbir hesabına müvafiq qeydlər etmək vasitəsilə 

istənilən  məbləği  əsaslandırılmamış  şəkildə  yazmaq  imkanı  əldə  edir. 

Bu əməliyyat "havadan pul düzəltmək" adlanır və qanuna zidd olmaqla 

cinayətdir.  MBHKM  eyni  zamanda  Maliyyə  Nazirliyinin  də  -  dövlət 

büdcəsini icra edən orqanın da müxbir hesabı var. Əgər hökumət Milli 

Bankı belə artırmaya (əlavə yazmaya) məcbur edirsə dövriyyədəki pul 

çoxalır və onun bir hissəsi (artırma həcmində) əmtəələrlə təmin edilmir. 

Belə əlavə yazmalar infilyassiya prosesinin - pul kütləsinin qiymətdən 

düşməsinin ilkin mərhələsi kimi çıxış edir. 

İndi  isə  dövriyyədəki  pul  kütləsinin  artırılması  prosesinə  baxaq 

(şək.4.6). 

Beləliklə  bir  il  əvvəl  dövriyyəyə  buraxılmış  100  pul  vahidi  pul 

kütləsini  30  pul  vahidi  çoxaltmışdır  və  bu  aşağıdakı  qaydada 

bölüşdürülmüşdür: 10 əlavə pul vahidi əmanətçi, 10 - bank və 10 borclu 

qazanmışdır. Bu 30 əlavə pul vahidi, başqa sözlə pul kütləsinin artımı 

iqtisadi  prosesin  (bu  halda  investisiya)  üç  subyektinin  fəaliyyətinin 

kooperasiyasının nəticəsidir. Artımı borclu həyata keçirmişdir (Məhz o, 

ümumi məbləği 130 pul vahidi olan real 162 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə