Menecmentin təskilati formalan
FƏSİL 4. MENECEMENTİN TƏŞKİLATI FORMALARI
§L Fərdi müəssisələr
Bazar iqtisadiyyatı şəraitində ölkəmizdə iqtisadiyyatın demək olar
ki, bütün sahələrində müxtəlif mülkiyyət formalı təsərrüfat subyektləri
fəaliyyət göstərməkdədir. Belə təsərrüfat subyektlərinin bütün dünya
ölkələrində olduğu kimi ən geniş yayılmış formalarından biri fərdi (ailə)
müəssisələridir.
Fərdi (ailə) müəssisələri dedikdə hər hansı bir şəxsin öz vəsaiti
hesabına yaradılan müəssisələr başa düşülür. Belə müəssisələrin idarə
edilməsi ilə onu yaradan fərd şəxsən məşğul olaraq özünü zəruri
vasitələrlə təchiz etmək məsulliyyəti daşıyır və müstəqil qərarlar qəbul
edir. Belə müəssisələr yaradanların mükafatı sahibkarlıq fəaliyyəti
nəticəsində əldə edilən gəlir və işdən məmnun qalmaqdır. Lakin eyni
zamanda o, müəssisə müflisləşib iflasa uğradıqda bütün itgiləri öz
üzərinə götürmək riskini də etməlidir.
Fərdi ailə müəssisələrinə nümunə olaraq kəndli-fermer
təsərrüfatlarını, pərakəndə tacirləri, bərbərxanaları, avtomobil təmiri
emalatxanalarını, xüsusi məişət xidməti köşklərini, kiçik layihə-
kanstruktor xidməti müəssisələrini və s. göstərmək olar.
Fərdi müəssisələr inkişaf etmiş ölkələrdə menecement ən geniş
yayılmış təşkilatı formalarından biridir.
Fərdi müəssisələrə olan hüquqi tələblər aşağıdakılardır:
fərdi müəssisə şəxsin öz adı altında fəaliyyət göstərirsə, onun
qeydiyyatdan keçməsi tələb olunmur. Lakin, fərdi ad altında
fəaliyyət göstiərirsə, onda mütləq müvafiq orqanda mütləq
qeydiyyətdan keçməlidir;
ticarət edilməsi və ya xidmət göstərilməsi haqqında müvafiq
səlahiyyətli orqanlardan lisenziya alınmalıdır; ərazi vergilər
idarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmalıdır;
əgər başqa adamların əməyindən istifadə olunursa, muzdla işə
götürmə haqqında mövcud qanunvericilik gözlənilməlidir;
müvafiq sahibkarlıq fəaliyyəti növü haqqındakı mövcud
qanun və tələbatlar gözlənilməlidir.
müvafiq sahibkarlıq fəaliyyəti növü haqqındakı mövcud
qanun və tətəbatlar gözlənilməlidir.
128
Fordi müəssisələr
Fərdi müəssisənin sahibi hər hansı bir borca və öhdəliyə görə
şəxsən mülkü məsulliyyət daşıyır. Bu o deməkdir ki, müəssisənin
yaranmış borcunu ödəmək üçün onun yaşayış evi, avtomobili və digər
əmlakı satıla bilər.
Fərdi (ailə) müəssisələrin sahiblərinin məqsədi mənfəət əldə
etmək, məşğul olduğu fəaliyyət növünün nəticələrindən məmnun
qalmaq, müəssisənin yaşamasını (mövcud olmasını) təmin etmək,
fəaliyyət göstərdiyi cəmiyyət tərəfindən hörmətlə qəbul edilmək və
«daima mövcud olmaq»dır.
Daima mövcud olmaq dedikdə fərdi sahibkarların elə bir müəssisə
yaratmaları nəzərdə tutulur ki, həmin müəssisə sonradan onun varislərinə
keçsm və bununlada həm firmanın adı saxlanılsın, həm də varislər
müəyyən yaşayış mənbəyi ilə təmin edilmiş olsunlar.
Fərdi müəssisələrin üstünlükləri.
Fərdi müəssisələrin
sahiblərinə müşdərilər şəxsən məlum olduğuna görə onların təlabat və
zövqlərinin dəyişməsinə gecikmədən reaksiya verə bilir.
Fərdi müəssisələr üçün çeviklik, qərarları operativ qəbul
etmək (məsəni həll etmək
üçün tərəfdaşlarla
məsləhətləşməyə vaxt sərf etmək lazım gəlmir), motivasiya
(özünə işlədiyi üçün gərgin iş üçün stimul artıq vardır) kimi
keyfiyyətlər xasdır.
Qeyd edilən üstünlüklərinə
baxmayaraq fərdi
müəssisələrin bir sıra çatışmayan cəhətləri də vardır:
-biznesin miqysının kapital çərçivəsində məhdudluğu;
-iri miqyaslı istehsala nail olmağm az prespektivli olması;
-iri miqyaslı tədarükün həyata
keçirilməsinin qeyri
məhdulcdlu^;
-rəqabət qadiliyyətinin zəif olması.
Təşəbbüskarlıq dərəcəsindən asılı olmayaraq fərdi müəssisə
sahiblərinm bəzi sahədə bilikləri və vərdişləri çatışmaya bilər .Məsələn,
ola bilsin ki o əmtəələri asanlıqla sata bilir, lakin maliyə problemlərinin
həllində çətinliklərlə qarşılaşır. Bütün bunlar hamısı isə öz nbvbəsində
əslində çox bahalı olan məsləhətləşmələrə və peşəkar məsləhətlərə
müraciət etməyi tələb edir.Bu isə öz növbəsində aşağıvdakı sualları
qarşıya çıxarır.
-qanunların, məsələn əlavə dəyəpr vergisi haqqında qanunun
tələblərinin yerinə yetirilməsi fərdi müəssisələrin sahibləri üçün
müəyyən çətinliklər yarada bilər ki bu da onu dgər vəzifələrin həllindən
yayındıra bilər;
-xarici mühitdən yüksək dərəcədə
asılılıq.Məsələn,
129
Menecmentin təskilati formaları
müəssisənin yerləşdiyi yerdən əhalinin axını, fərdi avtomobil
sahiblərinin saymm artması daimi müştərilərin sayının azalmasına
gətirib çıxara bilər;
-fərdi müəssisələrin daima idarə edilməsi zəruriliyini nəzçrə
alaraq istirahət günlərindən məzuniyətlərdən və xəstəlik vərəqələrindən
isitifadə problemləri.
Ölkə iqtisadiyyətınm zənginləşdirilməsində də fərdi müəssisələr
müəyyən rol oynayırlar, beləki müəyyən üstünlüklərinə baxmayaraq
fərdi müəssisələrin əhəmiyyəti azalır. Bu özününi xüsusilədə iri
şirkətlərin hakim mövqe tutduğu pərakəndə ticarətdə göstəri Lakin buna
ğbaxmayaraq fərdi müəssisələri ölkə iqtisadiyyətmda rolu hələ kifayət
qədər böyükdür. Belə ki, onlaraşağıdakı funksiyaları yerinə yetirirlər:
-müxtəlif xidmətləri;
-iri şirkətlərin istehsal etməyə və satışa çıxarmağa hazır
olmadığı xüsusi növ əmtəələr istehsal edə və sata bilər;
-adətən əsas məşğuliyyət mərkəzindən kənar regionlarda
məşğuliyəti təmin edir, çətinliklə gedilə bilən zonalara xidmət edirlər;
-xırda pərakəndə tacirlər istehsalçıları iri satıcıların fəaliyyət
göstərməsi məcburi olmayan yerlərdə istehsalçıları satış bazan ilə təmin
edir. Bir sıra müəssisələr məhz o qədər də böyük olmayan pərakəndə
tacirlər üçün məhsullar istehsal edirlər ki, bununla da iri və filiala malik
olan satıcılarla rəqabətdə onların davam gətirməsinə imkan yaradır.
Fədi müəssisələri sahibləri sahibkarlıq fəaliyfəti ilə bağlı olan
beş funksiyaı ( maliyyənin idarə edilməsi, marketinq, maddi- texniki
təchizat, əlavə işçi qüvvəsinin muzda tutulması hallarında kadr
məsələləri) yerinə yetirirlər. Əlbəttə bir adam üçün bu böyük yükdür.
Birincisi, vəziffələr dairəsinin çox olması və ikincisi, bir sıra funksiyaları
yerinə yetirərkən biliklərin kifayət etməməsi bir adam üçün yükün çox
olmasını sübut edir.
Bu prolem əlavə subkonraktlar, tərəfdaşlıq müqavilələrinin
bağlanması və mütəxəssislər cəlb edilməsi ilə, digər şirkətlərlə
əməkdaşlıq etmək yolu ilə həll edilə bilər.
İstehsal və ya pərakəndə ticarət sahəsində məşğul olant fərdi
müəssisələr maliyə işlərini aparmaq üçün adətən mühasiblər tuturlar.
Belə müəssisələr subkontraktları bazan öyrənən agentlərlə və ya
qarşıya qoyulmuş vəzfəni həll e\tmək üçün müəyyən şəxslər qrupu ilə
bağlaya bilərlər.
130
Dostları ilə paylaş: |