Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə43/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   39   40   41   42   43   44   45   46   ...   357

Təşkilat menecmentin obyekti kimi 

təsərrüfatının məsələn, yem əkilib becərilməsinə nisbətən daha intensiv 

sahələrində  (pambıq,  üzüm,  kartof,  meyvə,  tərəvəz,  mal  əti,  nuşçuluq 

məhsulları)  istehsal  olunan  məhsulların  maya  dəyərinə  neqativ  təsir 

göstərdi.  Əmtəəlik  məhsulların  maya  dəyərinin  belə  kəskin  şəkildə 

artması  və  bunun  müvafiq  tədarük  qiymətlərinin  yüksəlməsi  ilə 

kompensasiya  olunmaması  kənd  təsərrüfatının  gəlir  və  mənfəətinin 

miqdarma, rentabellik səviyyəsinə son dərəcədə mənfi təsir göstərdi. 

Azərbaycan  manatına  münasibətdə  ABŞ  dollarının  kursunun 

vaxtaşırı  olaraq  artması  bu  valyutanın  böyük  bir  hissəsinin  əhalinin 

əlində olduğuna  görə qiymətlərin artmasına səbəb olur.  Bundan  əlavə 

ölkəmizə  çoxlu  miqdarda  ərzaq  məhsulları  idxal  olunur.  Lakin,  idxal 

olunan ərzaq məhsullarının qiymətlərinin artmasına baxmayaraq ərzaq 

məhsullarına  olan  tələbin  kifayət  qədər  elastik  olmadığına  görə 

(qiymətlərdən asılı olaraq) ölkə kənd təsərrüfatı məhsulları istehsalçıları 

üçün  nisbətən  əlverişli  şərait  yaranmışdır.  (Buna  2000-ci  ildən 

başlayaraq 2008-ci ilə qədər torpaq vergisindən başqa kənd təsərrüfatı 

istehsalçılarının  bütün  növ  vergilərdən  azad  edilməsi  də  bir  daha 

əlverişli  şərait  yaratmışdır).  Əhalinin  alıcılıq  qabiliyyətinin  aşağı 

düşməsi şəraitində qiymətlərin artması əlbəttə ki, hər hansı bir sahənin 

inkişafına  kömək  etmir.  Lakin  buna  baxmayaraq  ərzaq  məhsulları 

istehsal  edən  ölkə  istehsalçılarının  özlərinin  rəqabət  qabiliyyətlərini 

yüksəltmək, 

bazardakı 

paylarını 

artırmaq, 

aqromarketinq sistemini inkişaf etdirmək üçün yaranmış nisbi əlverişli 

şəraitdən istifadə etmələri zəruridir. 

Təşkilatın  uğur  qazanmsasına  hansı  dəyişənin  daha  güclü  təsir 

etdiyinin  sadəcə  olaraq  göstərilməsi  və  onun  qarşıya  qoyduğu 

məqsədinə çatması üçün hansı qərarm qəbul edilməsinin yaxşı olduğunu 

müəyyən  etmək  kifayət  deyildir.  Hazırda  bu  işdəki  çətinlik  ondan 

ibarətdir  ki,  çoxlu  sayda  bütün  situasion  dəyişənlər  və  idarəetmə 

prosesinin bütün 

funksiyaları bir-birilə 

qarşılıqlı 

əlaqədədir.  Situasiyanın  komponentləri  və  təşkilatda  yerinə  yetirilən 

idarəetmə  işləri  öz  aralarında  o  dərəcədə  bağlıdırlar  ki,  onlara  bir- 

birindən asılı olmayan şəkildə baxmaq olmaz. İstənilən mühüm amilin 

dəyişməsi  təşkilatın  fəaliyyətinin  bütün  sferalarında  reaksiyaya  səbəb 

olur.  İstənilən  dəyişiklik  sonrakı  dəyişiklikləri  şərtləndirir,  o  da  öz 

növbəsində yenilərini meydana çıxaıır. Beləliklə, bu tsikl sonsuz olaraq 

davam edə bilər. 

Rəhbərlər  idarətmə  prosesi  vasitəsilə  daxili  dəyişənlərin 

məcmusunu  yaradır  və  reallaşdırır.  İdarəetmə  xarici  mühit  amillərini 

114 



Təşkilatın u6ur qazanmasının tərkib hissələri 

nəzərə  almağa  və  təşkilatın  uğur  qazanmasına  kömək  edən  vasitədir. 

Planlaşdırma  prosesində  rəhbərlik  tələbatın  qiymətləndirilməsinə  və 

xarici  mühitin  təsirinin  qarşısını  alan  amillərinin  qiymətləndirilməsinə 

əsaslanaraq  təşkilatın  məqsədinin  necə  olacağına  daha  yaxşı  nail 

olunmasını  müəyyən  edir,  Təşkiletmə  prosesi  həmçinin  dəyişənlərdən 

biri olan təşkilatın ölçüsündən, onun məqsədindən, texnologiyasından və 

heyətinin  sayından  aslı  olaraq  yerinə  yetirilən  işləri  strukturlaşdırır  və 

müvafiq  bölmələr  yaradır.  Motivasiyanın  -  köməyi  ilə  rəhbərlər 

təşkilatın məqsədinə nail olmaq üçün insanları daha məhsuldar işləməyə 

sövq  edirlər.  Nəzarət  isə  rəhbərlərə  nəzərdə  tutulan  planların  yerinə 

yetirilməsi üzrə işlərin, həmçinin xarici aləmin tələbatlarının nə dərəcədə 

müvəffəqiyyətlə ödənildiyini görmək imkanı verir. 

Daxili  və xarici  mühit  amillərinin  dinamik  qarşılıqlı  təsirlərinin 

mühüm nəticələrindən biri ^ondan ibarətdir ki, rəhbər heç vaxt nəzərdə 

tuta  bilməz  ki,  hansı  yaxşı  nəticəni  verməsindən  asılı  olmayaraq  hər 

hansı  bir  konkret  metod  və  ya  üsul  təcrübədən  asılı  olmayaraq 

«doğrudur».  Eyni  zamanda  dəyişənlərin  də  «doğru»  cavabı  yoxdur. 

Müasir  dünyada  elmi-texniki  tərəqqinin  yüksək  tempi  şəraitində 

təşkilatların  baş  verən  dəyişikliklərə  tez  adaptasiya  olunması  hər  cür 

tərifə  və  yüksək  qiymətləndirilməyə  layiqdir.  Lakin,  orientasiyanı 

sürətlə  dəyişmək  üçün  qeyri-sabit  cəmiyyətdəki  sürətli  texnoloji 

dəyişikliklərlə  müvəffıqiyyətə  nail  olmaqla  orientasiyanı  tez  bir 

zamanda dəyişməyin zəruri olduğu elm tutumlu istehsalatlar üçün çox 

vacibdir və şərab istehsal edən təşkilatlar üçün olduqca təhlükəlidir. Real 

qərarlar  qəbul  edərkən  çoxlu  sayda  relevant  (ingiliscə  relevant  -  işə 

aidiyyatı  olan)  amilləri  nəzərə  almaq  lazımdır.  Müvəffəqiyyətə  nail 

olmaq  üçün  rəhbər  bütün  situasiyanı  vahid  tam  kimi  görməyi 

bacarmalıdır.  Mürəkkəb  və  dinamik  dünyada  müvəffəqiyyətə 

istiqamətlənmiş idarəetmə həmişə müəyyən xarakteristikası və insanları 

ilə  təşkilatın  qarşısına  qoyduğu  məqsədlərə  daha  yaxşı  uyğun  gələn 

metodlar seçilməsini tələb edir. 

Beləliklə,  situasion  yanaşmadan  istifadə  edən  təşkilatlar  uzun 

vaxt  ərzində  uğurla  fəaliyyət  göstərərək  çiçəklənirlər.  Onlar 

müvəffəqiyyətə  ona  görə  nail  olublar  ki,  onları  konkret,  müəyyən 

situasiyalarm tələb etdiyi kimi idarə ediblər. 

115 



Təşkilat menecmentin obyekti kimi 

§5. Sosial məsuliyyət və menecmentin etikası 

Təşkilat  və  sosial  məsuliyyət.  Təşkilatın  sosial  cəhətdən 

məsuliyyətli  olmasmı  təsdiq  etmək  üçün  ictimai  mühitə  münasibətdə 

onun  özünü  necə  aparması  haqqında  iki  nöqteyi-nəzər  mövcuddur. 

Birinci nöqteyi-nəzərə görə təşkilat mənfəəti maksimum artırdığı halda 

sosial  məsuliyyətli  hesab  edilir.  Bu  halda  o  qanunların  tələblərini  və 

dövlət  tənzimlənməsi  normalarmı  pozmur.  Başqa  sözlə  sırf  iqtisadi 

məqsədlər  güdməlidirlər.  Digər  nöqteyi-nəzərin  mahiyyəti  isə  ondan 

ibarətdir ki, təşkilat yalnız iqtisadi məqsədlər güdməməlidir, həm də öz 

işgüzar  fəaliyyətlərində  işçilərə,  istehlakçılara  və  yerli  icmalara  təsir 

edən  insan  və  sosial  amilləri  nəzərə  almalıdır.  Həmçinin,  onun 

fəaliyyətinin  həyata  keçirildiyi  mühitin  sosial  problemlərinin  həllinə 

müəyyən  pozitiv  təsir  də  göstərməlidirlər.  Bu  nöqteyi-nəzər  belə  bir 

fikiri  əks  etdirir  ki,  ictimaiyyət  müasir  təşkilatlardan  yalnız  yüksək 

iqtisadi  nəticələr  deyil,  həm  də  cəmiyyətin  sosial  məqsədləri 

nöqteyi-nəzərindən ciddi nailiyyətlər gözləyir. 

Sosial  məsuliyyət  konsepsiyası  dedikdə  nə  başa  düşülməsi 

haqqında bir çox fikirlər mövcuddur. Belə ki, bir sıra müəlliflər təşkilata 

öz resurslanndan effektli istifadə olunmasına çalışmağa borclu olan tam 

(bütöv)  iqtisadi  mexanizm  kimi  baxmaq  fikrini  irəli  sürürlər.  Bu  cür 

hərəkət edərək təşkilat məhsul istehsalı və xidmətlər göstərilməsi üzrə 

yalnız  iqtisadi  funksiyaları  yerinə  yetirir.  Belə  funksiyanın  yerinə 

yetirilməsi  azad  bazar  iqtisadiyyatlı  cəmiyyətlər  üçün  zəruridir.  Onlar 

bununla eyni vaxtda vətəndaşları işlə təmin etməklə yanaşı maksimum 

mənfəət  əldə  edilməsini  və  səhmdarlann  mükafatlandınimasını  təmin 

edirlər. Burada biznesin rolu mənfəətin çoxaldılmasına istiqamətlənmiş 

fəaliyyətində  malik  olduğu  eneıjidən  və  resurslardan  səmərəli  istifadə 

etməkdən  ibarətdir.  O,  şərtlə  ki,  oyun  qaydaları  gözlənilsin  və  yalana 

dələduzluğa yol vermədən açıq rəqabət mübarizəsində iştirak etsin. Bu 

nöqteyi-nəzərə  görə  müasir  təşkilat  çoxlu  sayda  tərkib  hissələri  olan 

mürəkkəb bir mexanizmdir. Təşkilatın həyat qabiliyyəti məhz bu tərkib 

hissələrin nə dərəcədə uğurla yerinə yetirilməsindən asılıdır. Belə tərkib 

hissələrə  yerli  icmalar,  istehlakçılar,  tədarükçülər,  informasiya 

vasitələri,  ictimai  təziq  qrupları,  ittifaqlar  və  ya  birliklər,  həmçinin 

işçilər  və  səhm  sahibləri  daxildir.  Beləliklə,  mühit  təşkilatın  qarşıya 

qoyduğu  məqsədlərinə  nail  olunmasına  güclü  təsir  göstərir.  Bu 

məqsədlərə  nail  olunması  üçün  isə  ona  iqtisadi  məqsədləri  və  sosial 

maraqları 

116

 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə