Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə36/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   32   33   34   35   36   37   38   39   ...   357

Təşkilat menecmentin obyekti kimi 

avtomobil  sənayesinin  yaranmasından  sonra  geniş  yayılmağa 

başlamışdı.  Belə  ki,  ilk  illərdə  fəhlə  texnoloji  prosesə  uyğun  olaraq 

istehsal  olunan  maşının  arxasınca  hərəkət  edərək  müxtəlif 

komponentlərin quraşdırılmasını həyata keçirirdi. Az sonra, 1913-cü ilin 

avqustunda H.Ford yığılacaq avtomobili konveyerin köməyi ilə hərəkət 

etdirmək  ideyasını  irəli  sürdü  ki,  fəhlələr  öz  iş  yerlərində  qalsınlar. 

Bundan  sonra  fəhlələr  bir  iş  yerindən  digərinə  keçmək  üçün  vaxt 

itirmədilər.  Nəticədə  «Ti»  markalı  avtomobil  yığılmasına  sərf  edilən 

vaxt xeyli qısaldı. Bunun mahiyyətini başa düşmək üçün bilmək lazımdır 

ki,  Ford  konveyr  metoduniı  tətbiq  etdikdən  sonra  istehsal  olunan 

avtomobil topdan-satış yolu ilə tacirlərə orta hesabla 2100 ABŞ dollarına 

satılırdısa, 1918-ci ildə «Ti» Ford modeli artıq pərakəndə satış qiymətləri 

üzrə 2900 ABŞ dollarına satılmağa başladı. 

Bu  gün  hərəkət  edən  konveyer  yığım  xətləri  hər  yerdə  ən 

mürəkkəb  məhsul  istehsalı  prosesində  tətbiq  olunur.  Onun 

üstünlüklərində  daha  tam  istifadə  etmək  üçün  fəhlələrin  yerinə 

yetirdikləri  əməliyyatlar  (tapşırıqlar)  son  dərəcədə  dar  ixtisaslaşdırılır. 

Hal-hazırda  yığım  xətlərindəki  bir  sıra  əməliyyatlar  o,  dərəcədə 

ixtisaslaşdırılmışdır ki, koneyer xəttində çalışan fəhlələr demək olar ki, 

hər gün eyni bir qövşaqdakı bir neçə vinti bərkitməklə məşğul olur. 

Standartlaşdırma, mexanikləşdirmə və yığım konveyerləri yalnız 

xidməti  vəzifə  və  öhdəliklərin  xarakterinə,  işin  məzmununa  deyil 

bütövlükdə idarəetməyə ciddi təsir göstərir. Nəticədə təşkilatın effektliyi 

bu və daha sonrakı innovasiyaları (texnologiya və tapşırıqlardan) daha 

güclü olub. 

Məlum olduğu kimi istehsalın effektliyi dedikdə onun nəticəliyi, 

istehsal  fəaliyyəti  ilə  ona  nail  olunmasına  çəkilən  əmək,  material  və 

digər  resurslar  arasındakı  nisbət  başa  düşülür.  İstehsalın  effektliyinin 

artırılması  prosesinin  mahiyyəti  məhsul  vahidi  istehsalına  çəkilən 

xərclərin  iqtisadi  effektliyinin  yüksəldilməsindən  ibarətdir.  Yalnız 

istehsalın  effektliyinin  yüksəldilməsi  bazasında  dövlətin  sosial-iqtisadi 

tərəqqisi məsələləri həll edilə bilər. 

Hal-hazırda  əmək  məhsuldarlığının  yüksəldilməsi  ilə  bərabər 

bütün  material  və  əmək  resurslarından  daha  effektli  şəkildə  istifadə 

etməklə  yüksək  keyfiyyətli  məhsul  buraxılışının  əhəmi>



7

ətli  dərəcədə 

çoxalmasını təmin edən müəssisələrdə istehsalın təşkilinin elmi cəhətdən 

əsaslandırılmış səmərəli formasının seçilməsi həlledici əhəmiyyət kəsb 

edir. Əmək məhsuldarlığının keyfiyyətcə yeni 

96

 




Təşkilatın xarakteristikası 

səviyyəsinə  çatmaiq  istiqamətində  edilən  kəskin  sıçrayış  yalnız 

təmərküzləşmə,  ixtisaslaşdırma,  kooperativləşmə  və  kombinələşdirmə 

formalarında  ictimai  əmək  bölgüsünün  geniş  inkişafı  şəraitində 

mümkündür. 

İstehsalın  ixtisaslaşdırılması  -  bu  xalq  təsərrüfatı  sahələri, 

müəssisələr  arasında,  həmçinin  sahələr  və  istehsal  prosesinin  müxtəlif 

mərhələlərini  yerinə  yetirən  müəssisələr  daxilində  əməyin  ictimai 

bölgüsü  formasıdır.  İxtisaslaşdırılmış  istehsal  məhsulun  və  texnoloji 

proseslərin  yekcinsliyi  ilə,  xüsusi  avadanlıqlarla  və  bunlara  müvafiq 

ixtisaslaşdırılmış  kadrlarla  xarakterizə  olunur.  İxtisaslaşdırma  eyni 

zamanda elmi-texni tərəqqinin nəticəsi  və şərtidir. O, regionun  təbii  və 

əmək resurslarını, onun  torpaq-iqlim xüsusiyyətlərini nəzərə alan  ərazi 

əmək  bölgüsü  ilə  sıx  əlaqədardır.  Çünki, 



0

  da  öz  növbəsində  həmin 

iqtisadi rayonun ixtisaslaşdırılmasını qabaqcadan müəyyən edir. 

İxtisaslaşdırma  özündə  eyni  cinsli  məhsul  hazırlanmasının 

təmərküzləşdirilməsi  və  yeni  müstəqil  sahələrdə  istehsalatlara 

uyğunlaşma  əsasında  istehsal  proseslərinin  bölgüsünü  əks  etdirir. 

İstehsalın ixtisaslaşdırılması prosesinin inkişafının başlıca ilkin iqtisadi 

şərti məhsul hazırlanmasmın təmərküzləşdirilməsidir. 

Kooperativləşdirmə  birlikdə  məhsul  hazırlayan  müəssisələr 

arasındakı  istehsal  əlaqələri  forması  kimi  çıxış  edir.  İxtisaslaşdırma  və 

kooperativləşdirmə istehsal proseslərinin müxtəlif tərəflərini xarakterizə 

edir.  İxtisaslaşdırmanm  dərinləşməsi  istehsalın  ixtisaslaşdırılaraq 

parçalanan  mərhələlərini  vahid  prosesdə  birləşdirməklə  müəssisələr 

arasında  istehsal  əlaqələrinin  təşkilinin  səmərəli  yollanmn  axtarılması 

zəruriliyinə gətirib çıxarır. 

İstehsalm  ixtisaslaşdırılması  prosesinin  inkişafının  başlıca  ilkin 

iqtisadi  şərti  məhsul  hazırlanmasmın  təmərgüzləşdirilməsidir.  İctimai 

əmək  bölgüsünün  mütərəqqi  formalarından  biri  olan  ixtisaslaşdırma 

ümumiyyətlə istehsalın təmərgüzləşdirilməsi ilə deyil, eyni cinsli məhsul 

buraxılışının  təmərgüzləşdirilməsi  ilə  xarakterizə  olunur.  Eyni  cinsli 

istehsalın miqyası ixtisaslaşdırma üçün başlıca əsas sayılır. 

İxtisaslaşdırmanm  malddi  əsasını  əmək  alətlərinin  differensiyası 

təşkil  edir.  İxtisaslaşdırmanm  inkişafı  xüsusi  texnologiyanın 

forpmalaşması  ilə,  əmək  predmetlərinin  artan  müxtəlifliyilə,  istehsalm 

miqyasının və məmulat çeşidinin çoxalması ilə sıx qarşılıqlı təsirdə baş 

verir. Məhsul buraxılışının ixtisaslaşdırılmış müəssisələrdə cəmlənməsi 

universal tipli müəssisələrlə müqayisədə yüksək məhsuldarlıqlı maşın və 

97 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə